Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə70/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   66   67   68   69   70   71   72   73   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

226


göstərir,  amma  bu  hal  bütün  qadınlar  üçün  doğru  deyildir;  

elə  qadınlar  vardır  ki,  aybaşı  zamanı  namaz  qılmasalar  da,  təq-

valarını  qoruyub  saxlayırlar.

Xalq  arasında  qadınların  ağlı  və  dini  haqqında  yayılmış  uy-

durma  və  “zəif ”  hədislər  səhv  yanaşmanın  nəticəsidir.  Bu  yan-

lışlığın  kökündə  müsəlmanların  çoxdan  xilas  olmaları  lazım  

gələn  Cahiliyyət  tör-töküntüləri  dayanır.  Təəssüf  ki,  bu  yanlışlıq  

yuxarıdakı  səhih  hədisin  səhv  başa  düşülməsi  güclənmişdir.  Bu  

da  öz  növbəsində  qadınlar  haqqında  əsassız  təsəvvürlərin  “tüğ-

yan”  etməsinə  səbəb  olmuşdur.  

Bəzi  uydurma  hədislərə  nəzər  salaq:

-  Qadınlara  yazmağı  öyrətməyin,  onları  otaqlarda  saxlama-

yın

1

.



-  Qadının  sözünə  baxmaq  peşmanlıq  gətirər

2

.



-  Qadınlar  olmasaydı,  (insanlar)  Allaha  layiqincə  ibadət  

edərdilər

3

.

-  Qadınlarla  məsləhətləşin,  amma  əksini  edin



4

.

“Zəif ”  hədislərə  isə  aşağıdakıları  göstərə  bilərik:



-  Kişilər  qadınlara  itaət  etdikləri  təqdirdə  cəhənnəmə  düşər-

lər


5

.

-  Ən  qatı  düşmənin  –  arvadındır



6

.

-  Qadınlara  qarşı  çıxın,  çünki  bunda  bərəkət  vardır



7

.  


1

 Silsilə  əl-əhadis  əz-zəifə,  hədis  №  178.

2

 Silsilə  əl-əhadis  əz-zəifə,  hədis  №  435.



3

 Silsilə  əl-əhadis  əz-zəifə,  hədis  №  56.

4

 Silsilə  əl-əhadis  əz-zəifə,  hədis  №  430.



5

 Silsilə  əl-əhadis  əz-zəifə,  hədis  №  436

6

 Zəif  əl-came  əs-səğir,  hədis  №  1033.



7

 Silsilə  əl-əhadis  əz-zəifə,  hədis  №  430.




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

227


Üçüncü hədis

Əbu  Hüreyrə  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

demişdir:

“Qadınlarla  yaxşı  keçinməyi  tövsiyə  edin!  Çünki  qadın  qabır-

ğadan  yaradılıb.  Qabırğanın  ən  əyri  yeri  yuxarısıdır;  düzəltməyə  

cəhd  göstərsən,  sındırarsan,  yox,  boşlasan,  əyriliyində  qalar.  Elə  

isə  qadınlarla  yaxşı  keçinməyi  tövsiyə  edin!”

1

Hədisin  digər  versiyasında  (Müslimin  rəvayət  etmişdir)  de-



yilir:

“Qadın  qabırğadan  yaradılıb.  Heç  bir  vəchlə  düzəlməz.  İs-

tifadə  etsən,  elə  əyri-əyri  istifadə  et.  Yox,  düzəltməyə  cəhd  

göstərsən,  qırarsan.  Qırıldısa,  boşa  getsin”.  

Hədis  bir  neçə  məsələdən  söz  açılıb:

1)  “Qadınlarla  yaxşı  keçinməyi  tövsiyə  edin!”  sözü  onlarla  

xoş  davranmaq  barədə  kişilərə  tövsiyədir.  Bəzi  alimlər  bildir-

mişlər  ki,  hədisdəki  “istəvsu  bin-nisə”  sözü  “bir-birinizə  qadın-

larla  yaxşı  keçinməyi  tövsiyə  edin”  deməkdir

2

.  Buradakı  “bi”  



ədatı  təsirlik  hal  ədatıdır.  Felin  “istif`al”  forması  isə  əmr  bil-

dirən  “if`al”  forması  kimidir.  “İsticabə”  və  “icabə”  sözlərinin  

eyni  mənanı  verməsində  olduğu  kimi.  

2)  Bu  tövsiyə  qadınların  xarakteri  ilə  əlaqəlidir.  Hədisdə  

deyilir:  “...qadın  qabırğadan  yaradılıb.  Qabırğanın  ən  əyri  yeri  

yuxarısıdır...”.  Qadınının  xarakteri  kişininkindən  fərqlənir  və  bu  

xarakterdə  bir  az  əyrilik  vardır.  Amma  Peyğəmbər  

(Ona  Allahın  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VII  cild,  səh.  177.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

228


xeyir-duası  və  salamı  olsun!)  

bu  əyriliyin  nədə  və  nə  qədər  olduğunu  

söyləməyib.  O,  bu  əyriliyin  qadında  (kişiləri  narahat  edən)  bəzi  

davranışlara  təsir  etdiyinə  işarə  etmişdir.

Görəsən,  bu  əyriliyi  tez  təsirlənmə,  həssaslıq  və  halət  də-

yişkənliyi

1

  kimi  izah  etmək  mümkündürmü?  Məlumdur  ki,  



əyriliyin  əksi  düzlükdür.  Hissləri  tənzimləyib  nəzarətdə  saxla-

maq  düzlükdürsə,  tez  təsirlənib  özündən  çıxmaq  isə  əyrilikdir.  

Deməli,  düzlük  –  hiss  və  emosiyaları  nəzarətdə  saxlamaq,  əy-

rilik  isə  onlara  nəzarəti  itirməkdir.  

Qadınlar  bəzən  hisslərinə  məğlub  olur,  qərar  verərkən  müd-

riklik  göstərmirlər.  Bu  səbəbdən  xoşagəlməyən  sözlər  danışır,  

bəyənilməyən  hərəkətlərə  yol  verirlər.  Tez  təsirlənmək  xarakter  

(halət)  dəyişkənliyinə  gətirib  çıxara  bilir.  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

bu  mənada  demişdir:  “...Heç  bir  vəchlə  

düzəlməz...”.  

Belə  xarakter  dəyişkənliyi  kişini  çaş-baş  salıb  hövsələdən  

çıxarır.  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  

nəsihət  olaraq  dediyi  sözlər  də  fikrimizi  təsdiqləyir:  “Hey  lənət  

yağdırır,  ailənizə  nankorluq  edirsiniz...”.  

Qadınlar  hirsləndiklərində,  yəni  özünənəzarəti  itirdiklərində  

adətən  bu  cür  davranırlar.

Hədisdəki  “əyrilik”  sözünü  qadınların  “əyri”  xarakteri,  yəni  

hiyləbazlıq,  saxtakarlıq  və  əyrilik  kimi  izah  edənlərə

2

  gəlincə,  



biz  onların  bu  izahını  mətləbdən  uzaq  hesab  edirik.  Çünki  

1

 Bu  gün  bir  cür,  sabah  başqa  cür  olmaq  nəzərdə  tutulur  –  tərcüməçinin  



qeydi.  

2

 Məhəmməd  Səkimə  Cəbr.  Qadınlığın  xüsusiyyətləri,  Küveyt:  “Dar  əl-



buhus  əl-elmiyyə”,  1980,  səh.  53.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə