Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə66/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   62   63   64   65   66   67   68   69   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

214


ya  iki  ədalətli  müsəlman  kişinin,  ya  bir  ədalətli  müsəlman  kişi  

və  iki  ədalətli  müsəlman  qadının,  ya  da  dörd  ədalətli  müsəlman  

qadının  şahidliyi  məqbuldur.  “Hədd”  cəzaları  istisna  olmaqla  

digər  işlərdə  arzu  edən  şəxsin  and  içməsi  ilə  bir  ədalətli  kişi  

və  iki  ədalətli  qadının  şahidliyi  məqbul  sayılır.  Bir  ədalətli  qa-

dının,  yaxud  bir  ədalətli  kişinin  şahidliyi  təkcə  süd  əmizdirmə  

məsələsində  məqbuldur”

1

.  



“...Abdullah  ibn  Ömərə  istinadla  Müslimin  rəvayət  etdiyi  

hədisdən  məlum  olur  ki,  Allahın  rəsulu  



(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

demişdir:  “İki  qadının  şahidliyi  bir  kişinin  şahidliyinə  

bərabərdir”.  

Buxari  Əbu  Səid  əl-Xudriyə  istinadla  rəvayət  edir  ki,  (bir  

dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanındakılardan  

soruşdu:  “Qadının  şahidliyi  kişinin  şahidliyinin  yarısı  qədər  de-

yilmi?”  Yanındakılar:  “Bəli!”  –  deyə  cavab  verdilər.  Peyğəmbər  

də  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

:  “İki  qadının  şahidliyi  bir  

kişinin  şahidliyinə  bərabərdir”,  –  deyib  sözünü  tamamlayır.  

Deməli,  şahidlik  zamanı  bir  kişinin  yerinə  iki  qadının  şa-

hidlik  etməsi  vacibdir.  Qadınların  sayı  bu  nisbətə  görə  artır”

2

.  



İbn  əl-Qəyyim  “ət-Turuq  əl-hikəmiyyə”  kitabında  demişdir:

“Ustadımız  İbn  Teymiyyə  



(Allah  rəhmət  etsin!)

  deyib:  “Allah  Təala  

buyurur:

“...Əgər  iki  kişi  olmazsa,  razı  olduğunuz  bir  kişi  ilə  iki  qa-

dının  şəhadəti  kifayətdir.  Əgər  (qadınlardan)  biri  (şəhadəti)  

unudarsa,  o  birisi  onun  yadına  salsın...”  (əl-Bəqərə,  282).

1

 İbn  Həzm.  əl-Mühəlla,  IX  cild,  səh.  395-396.



2

 Yenə  orada,  səh.  402.




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

215


Ayədə  bir  kişinin  yerinə  iki  qadının  şahidliyi  ancaq  və  an-

caq  ona  görədir  ki,  biri  (şahidliyini)  unutduqda  digəri  bunu  

onun  yadına  salsın.  Bu  xatırlatma  o  şeylərdə  olur  ki,  onlarda  

unutma  –  yaddan  çıxarıb,  dəqiqliklə  xatırlamama  bir  qayda  

olaraq  mövcuddur.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  mənada  demişdir:  “Onların  ağıllarındakı  nöqsana  gəlincə,  

bu,  bir  kişinin  şahidliyinin  iki  qadının  şahidliyinə  bərabər  olma-

ğıdır”.  Aydındır  ki,  bir  kişinin  yerinə  iki  qadının  şahidlik  etməsi  

dinlərinin  deyil,  ağıllarının  zəifl iyinə  görədir.  Məlum  olur  ki,  

qadınların  ədaləti  kişilərinki  qədərdir.  Əgər  şahidlik  unutma  



qorxusu  olmayan  məsələlərlə  əlaqəlidirsə,  onda  qadınların  

sayı  kişilərinki  qədər  olur.  Qadınların  tək-tək  şahidliklərinin  

qəbul  edildiyi  şeylər  o  şeylərdir  ki,  qadın  onları  gözü  ilə  gö-

rür,  əlləri  ilə  onlara  toxunur,  qulağı  ilə  eşidir.  Məsələn,  doğum,  

“istihlal”  (uşağın  analıqdan  çıxması  və  qışqırmağı  –  mütərcim),  

südvermə,  aybaşı,  fiziki  qüsurlar  buraya  daxildir.  Bu  şeylərdə  

adəti  üzrə  qadınlar  nəyisə  unutmurlar,  odur  ki  onları  (yad-

da  saxlamaq  üçün)  o  qədər  də  zəhmət  çəkmirlər.  O  ki  qaldı  

borc  və  başqa  şeylərin  təsdiqlənməsinə,  bunlar  ağıl  işlətmək  

lazım  gələn  şeylərdir.  Ümumiyyətlə,  bu  şeyləri  öyrənmək  uzun  

çəkir”


1

.

Əgər  bu  belədirsə,  onda  bir  kişi  və  iki  qadının  şahidliyi  bir  



kişinin  şahidliyi  və  istəyən  şəxsin  and  içməsi  məqbul  sayılan  

hər  bir  məsələdə  doğrudur.  Əta  və  Həmmad  ibn  əbu  Süleyman  

demişlər:  “Hədd”  cəzaları  və  qisasda  bir  kişi  və  iki  qadının  şa-

hidliyi  məqbuldur.  Bizə  görə  də  iki  hədisdən  birincisinə  əsasən  

1

 İbn  əl-Qəyyim.  ət-Turuq  əl-hikəmiyyə.  Ciddə:  “Dar  əl-mədəni”  nəşriyyatı,  



səh.  161.  


Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

216


nikah  və  qul  azadetmədə  bir  kişi  və  iki  qadının  şahidliyi  doğ-

rudur.  Həmin  hədisi  Cabir  ibn  Zeyd,  İyas  ibn  Müaviyə,  əş-Şöbi  

və  əs-Sövri  rəvayət  etmişlər.  Bunu  “rəy”  əhli  də  təsdiqləyir.  Bu,  

həmin  iki  hədisin  ikincisinə  əsasən,  həm  də  mal-mülklə  bağlı  

cinayətlərdə  eynidir”

1

.  



İbn  əl-Qəyyim  demişdir:

“Ədalətli  qadın  düzgünlük,  sədaqət  və  imanda  kişidən  fərq-

lənmir.  Amma  yanılma  və  unutqanlıq  ehtimalı  varsa,  bir  qadın  

digər  qadınla  “möhkəmlədilir”.  Bəzən  bu,  onu  bir  yaxud  iki  

kişidən  güclü  edir.  Şübhə  yoxdur  ki,  Ümmi-Dərda  və  Ümmi-

Ətiyyə  kimi  iki  qadının  şahidliyindən  hasil  olan  faydalı  zənn  

bir  kişinin  şahidliyindən  hasil  olan  faydalı  zəndən  güclüdür.  Bu  

hal  onlara  oxşayan  digər  iki  qadına  da  şamildir”

2

.

Qadınların  şahidliyi  barədə  İbn  Həzmin  görüşünə  tərəfdar  



çıxan  müasir  alimlər  də  vardır

3

.  



İndi  XX  əsrdir.  Biz  qadınların  bacarıqları  ilə  əlaqəli  elmi  

tədqiqatlarda  iştirak  etməliyik.  Aşağıdakı  suallara  düzgün  cavab  

tapmaq  çox  vacibdir:  

1)  qabiliyyətsizlik  nədədir;

2)  hansı  səviyyədədir;

3)  nə  vaxt  özünü  göstərir;

4)  qadınlar  arasında  hansı  nisbətdə  mövcuddur;

5)  qadınlarda  qeyri-adi  üstün  bacarıqlar  nədə  təzahür  edir;

6)  hansı  səviyyədədir;

1

 İbn  əl-Qəyyim.  ət-Turuq  əl-hikəmiyyə.  Ciddə:  “Dar  əl-mədəni”  



nəşriyyatı,  səh.  162.

2

 Yenə  orada,  səh.  171.  



3

 Məhəmməd  əl-Qəzali.  İslam  haqqında  yüz  sual,  II  cild,  səh.  261-263;  

Yusif  əl-Qərdavi.  Müasir  fi tvalar.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə