Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə63/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   59   60   61   62   63   64   65   66   ...   158

Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

205


məkdən  necə  çəkinə  bilərlər?  Hər  şeydən  əvvəl,  könüllərinə  

Allah  qorxusu  və  Ona  itaət  şüuru  aşılayan  tərbiyə  ilə!  Daha  

sonra,  onlara  şeytan  vəsvəsə  verdiyində  Peyğəmbərin  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

bu  sözünü  xatırlamaqla!  Şeytan  onları  

tovladığında  və  onlar  günaha  batıb,  asilik  göstərdiklərində  Al-

lahdan  bağışlanma  diləməli,  sədəqə  verməlidirlər.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onlara  məhz  bunu  öyrətmişdir.  

Rəvayət  olunur  ki,  Əbu  Səid  əl-Xudri  demişdir:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Qurban,  yaxud  Ramazan  bay-

ramında  (insanlara  namaz  qıldırmaq  üçün)  məscidə  yollandı.  

Yolda  qadınların  yanından  keçərkən  onlara  dedi:  “Ey  qadınlar,  

sədəqə  verin!”  (Hədisin  Müslim  versiyasında  deyilir:  “Allahdan  

çox  bağışlanma  diləyin!”)  Çünki  cəhənnəm  əhlinin  əksəriyyəti  

kimi  sizi  gördüm!”  Qadınlar  soruşdular:  “Nəyə  görə,  ey  Allahın  

rəsulu?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Çünki  

siz  çox  lənət  oxuyur,  yaxınlarınıza  nankorluq  edərsiniz”

1

.



Hafiz  ibn  Həcər  demişdir:  

“Ayıb  xüsusiyyətləri  tərbiyə  etmək  baxımından  hədisdəki  

nəsihətin  üslubu  sərtdir...  Hədisdə  göstərilir  ki,  sədəqə  cəhən-

nəm  əzabını  (insandan)  dəf  edir,  bəzən  də  bəndələrin  günah-

larını  yuyur”

2

.



Qadınları  dedik,  bəs  kişilər  özlərini  cəhənnəmdən  necə  qoru-

malıdırlar?  Haram  əməllərdən  çəkinib,  vacib  buyruqları  yerinə  

yetirməklə!  Vacibdir  ki,  analarımızın,  bacılarımızın,  həyat  yol-

daşlarımız  və  qızlarımızın  qayğısına  qalaq,  onlarla  mehriban  

davranaq.  Qadınlara  gözəl  öyüd-nəsihət  etməli,  camaat  şək-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  I  cild,  səh.  422.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

206


lində  ibadət  (camaat  və  cümə  namazları,  Ramazanı  ibadətlə  

keçirmək)  etməkləri  üçün  onlara  imkan  yaratmalıyıq.  Bununla  

da,  könülləri  iman  və  təqva  ilə  dolacaqdır.  Elə  etmək  lazımdır  

ki,  qadınlar  xeyirxahlıqla  məşğul  olsunlar,  sədəqə  versinlər,  yax-

şılığa  çağırıb,  xeyri  təbliğ  etsinlər.  Bütün  bunlar  Allahın  kişilərə  

vacib  buyurduğu  gözəl  qəyyumluğu  (hamilik,  böyüklük)  ifadə  

edir.  Allah  Təala  buyurur:

“Kişilər  qadınlar  üzərində  ixtiyar  sahibidirlər  (onların  hami-

sidirlər)...”  (ən-Nisa,  34);

“Ey  iman  gətirənlər!  Özünüzü  və  əhli-əyalınızı  elə  bir  od- 

dan  qoruyun  ki,  onun  yanacağı  insanlar  və  daşlar  (daşdan  

düzəlmiş  bütlər),  xidmətçiləri  isə  Allahın  onlara  verdiyi  əmrlərə  

asi  olmayan,  buyurduqlarını  yerinə  yetirən  daş  qəlbli  (heç  

kəsə  zərrəcə  rəhm  etməyən)  və  çox  sərt  təbiətli  mələklərdir  

(zəbanilərdir)”  (ət-Təhrim,  6).

Qayğıkeşlik  haqqında  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

demişdir:

“Kişi  ailəsinin  çobanıdır,  ona  baxmaqdan,  qayğısına  qalmaq-

dan  məsuldur”

1

.

İkinci hədis



Rəvayət  olunur  ki,  Əbu  Səid  əl-Xudri  demişdir:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Qurban,  yaxud  Ra-

mazan  bayramında  (insanlara  namaz  qıldırmaq  üçün)  məscidə  

yollandı.  Yolda  qadınların  yanından  keçərkən  onlara  dedi:  “Ey  

qadınlar,  ...dərrakəli  kişilərin  ağlını  (başından)  çıxarsanız  da,  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

207


ağılda  və  dində  sizdən  daha  qüsurlusunu  görməmişəm.”  Qa-

dınlar  soruşdular:  “Ey  Allahın  rəsulu,  ağıl  və  dinimizin  qü-

suru  nədədir  ki?”  Buyurdu:  “Məgər  qadının  şahidliyi  kişinin  

şahidliyinin  yarısı  qədər  deyil?!”  Qadınlar:  “Bəli!”  –  dedilər.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bu,  qadının  

ağlındakı  qüsura  görədir.”  Sonra  əlavə  etdi:  “Məgər  qadın  heyz  

olarkən  oruc  tutub,  namaz  qılır?!”  Qadınlar  dedilər:  “Yox,  bun-

ları  etmir.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bu  

da  qadının  dinindəki  qüsurdur”

1

.



Biz  bu  hədisi  üç  nöqteyi-nəzərdən  təhlil  edəcəyik.

Birinci  nöqteyi-nəzər.  “Ey  qadınlar,  ...dərrakəli  kişilərin  ağ-

lını  (başından)  çıxarsanız  da,  ağılda  və  dində  sizdən  daha  

qüsurlusunu  görməmişəm”  hədisi  ümumi  məzmundadır,  yəni  

istisnasız  bütün  qadınlara  aiddir.  

Öyrənmək  lazımdır  ki,  hədis  nə  münasibətlə  deyilib,  kimlərə  

ünvanlanıb?  Hədisin  deyilmə  üslubunu  da  diqqətlə  araşdır-

maq  lazım  gələcəkdir.  Bu,  imkan  verəcəkdir  ki,  hədisə  aydınlıq  

gətirilsin.

  

Hədis  nə  münasibətlə  deyilib?  

Allahın  rəsulu  hədis  bayram  günü  qadınlara  öyüd-nəsihət  

olaraq  demişdir.  Yüksək  əxlaq  sahibi  olan  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

belə  bir  gözəl  gündə  qadınları  alçaltmazdı,  

şəxsiyyətlərini  ucuz  tutub,  şərəf-şanlarını  ayaq  altına  atmazdı!  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə