Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə64/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   60   61   62   63   64   65   66   67   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

208


Kimlərə  ünvanlanıb?  

Bu  haqda  onu  deyə  bilərik  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

hədisi  bir  dəstə  mədinəli  qadına  söyləmişdir.  On-

ların  əksəriyyəti  Ömər  ibn  Xətt abın  söz  etdiyi  ənsar  qadınları  

idilər:  “Biz,  qüreyşlilər  qadınlara  ağalıq  edirdik...  Mədinəlilərin  

yanına  getdiyimizdə  gördük  ki,  qadınları  onlara  ağalıq  edir.  

Bizim  də  qadınlar  ənsar  qadınlarının  bu  xasiyyətini  götürməyə  

başlamışdılar.”  

Bu  cəhət  bizə  Peyğəmbərin  nə  üçün:  “Ey  qadınlar,  ...dərra-

kəli  kişilərin  ağlını  (başından)  çıxarsanız  da,  ağılda  və  dində  

sizdən  daha  qüsurlusunu  görməmişəm”,  –  dediyini  başa  salır.



Hədisin  deyilmə  üslubu  haqqında

Hədis  ümumi  qayda  və  ya  ümumi  hökm  üslubunda  deyil.  

Əksinə,  hədisdə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

təəccübü  ifadə  olunub.  Peyğəmbər  təəccüblənmişdi  ki,  ağıllı-

kamallı  kişilərə  zəif  qadınların  ağalıq  edir!  Əslində  bu,  Allahın  

hikmətinə  təəccüblənməkdir!  Necə  olur  ki,  güclü  zəifə,  zəif  də  

güclüyə  çevrilib?!  Bu  səbəbdən  soruşuruq:  hədisin  üslubunda  

qadınlara  tövsiyə  yolu  ilə  nəvaziş  göstərmək  yoxdur  ki?  Və  

ya  hədis  növbəti  tövsiyəyə  zəmin  hazırlayan  incə  bir  keçidi  

ifadə  etmir  ki?  Sanki,  hədisdə  Peyğəmbər  bunu  demək  istəyib:  

“Ey  qadınlar!  Əgər  Allah  sizə  zəif  olmağınıza  baxmayaraq,  

ən  dərrakəli  kişinin  belə  ağlını  (başından)  çıxarmaq  bacarığı  

veribsə,  onda  Allahdan  qorxun  və  bu  bacarığı  ancaq  və  ancaq  

yaxşı  işlərdə  istifadə  edin”.  




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

209


Beləliklə,  “ağıl  və  dində  qüsurlu  olanlar”  ifadəsi  cəmi  bir  

dəfə,  özü  də  diqqəti  cəlb  etmək  və  qadınlara  xüsusi  üsulla  

tövsiyə  vermək  məqsədilə  işlədilmişdir.  Bir  daha  deyirik  ki,  bu  

sözlər  qəti  hökmü  ifadə  etmir!  



İkinci  nöqteyi-nəzər.  Bu  nöqteyi-nəzər  hədisdə  işlədilmiş  

“ağılda  qüsurlu  olanlar”  ifadəsinin  müstəsna  mənası  ilə  əlaqəli-

dir.  Yəni,  bu  ifadə  xüsusi  vəziyyətdən  bəhs  edir.  Əqli  çatışmaz-

lığın  (qüsurun)  bir  neçə  forması  vardır.  Məsələn:

1.  “anadangəlmə  ümumi”  çatışmazlıq  (orta  səviyyəli  zəkada  

özünü  göstərir);

2.  “anadangəlmə  xüsusi”  çatışmazlıq  (bır  sıra  xüsusi  zehni  

bacarıqlarda,  məsələn:  riyazi  mühakimə,  təxəyyül  və  qavramada  

özünü  göstərir);

3.  Qısamüddətli  müvəqqəti  xüsusi  çatışmazlıq  (bəzi  ötəri  

vəziyyətlərdə:  aybaşı,  doğumdan  sonrakı  qanama,  hamiləliyin  

müəyyən  mərhələlərində  yaranır).

4.  Uzunmüddətli  müvəqqəti  xüsusi  çatışmazlıq.  Bu  hal  xü-

susi  yaşayış  tərzi  ilə  əlaqəlidir.  Buraya  hamiləlik,  uşaq  dün-

yaya  gətirmək,  əmizdirmək,  uşaqlara  baxmaq  daxildir.  Bütün  

bunlarla  yanaşı,  evdən  kənara  çıxmamaq  ətraf  aləmlə  əlaqənin  

kəsilməsinə  gətirib  çıxarır  ki,  nəticədə,  qadınların  həyatın  müx-

təlif  sahələrinə  dair  bilikləri  bəsit  olur,  onlar  pul,  mal-mülk  

məsələlərindən,  demək  olar  ki,  baş  çıxarmırlar.  

Peyğəmbərin  qadınlara  əqli  naqisliklə  bağlı  dediyi  söz  imkan  

verir  ki,  versiyalardan  “anadangəlmə  və  ya  qazanılmış  xüsusi  

əqli  çatışmazlıq”  versiyası  üzərində  dayanaq.  Qadınların  bixə-

bər  qaldıqları  məsələlər  onların  zehni  bacarıqlarını  inkar  etmir,  

onları  mühüm  məsələlərdə  məsuliyyət  daşımaqdan  azad  etmir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

210


Məsələn,  götürək  uşaqlara  baxmağı.  Allah  bu  işi  səviyyəli,  nor-

mal  kimsəyə  həvalə  edib.  Əgər  belə  olmasaydı,  biz,  kişilər  öv-

ladlarımızı  aciz,  ağlı  və  dini  naqis  birisinə  tapşırardıqmı?!  

Həm  kişinin,  həm  də  qadının  eyni  dərəcədə  məsuliyyət  da-

şıdığı  məsələlərə  daxildir:

1.  İnsani  məsuliyyət.  İnsan  etdiklərinə  görə  məsuliyyət  da-

şıyır  və  buna  görə  də  axirətdə  hesaba  çəkiləcəkdir.  Bu,  Allahın  

kitabında  öz  təsdiqini  tapmış  məsələdir.  

2.  Cinayət  məsuliyyəti.  Pis  davranışlara  görə  insan  oğluna  

bu  dünyada  müxtəlif  cəzalar  verilir.  Bu  məsələ  də  Qurani-

Kərimdə  təsdiqlənmişdir.  

3.  Mülki  məsuliyyət,  var-dövləti  xərcləmə  hüququ,  mü-

qavilələr  bağlama,  ev  təsərrüfatını  idarəetmə  (qəyyumluq)  

–  bütün  bunlar  fəqihlər  tərəfindən  ayə  və  hədislər  əsasında  

göstərilmişdir.  

4.  Var-dövləti  idarə  etmək  məsuliyyəti.  Əbu  Hənifə  bu  

cür  düşünür.  



5.  Quranı  izah  edən  hədisləri  rəvayət  məsuliyyəti.  Bu  

məsələdə  bütün  müsəlman  alimləri  həmrəydir.  

Əgər  xüsusi  çatışmazlıq  əsas  götürülərsə,  axırıncı  üç  ehti-

mal  meydana  çıxır,  amma  bu  ehtimallar  bir-birinə  zidd  de-

yildir.  Fərq,  olsa-olsa,  təsir  baxımından  mümkündür.  Bir  sıra  

xüsusi  zehni  bacarıqlardakı  (rəqəmləri  əzbərləmə,  mülkiyyət  

problemlərini  bilmə...)  anadangəlmə  naqislik  (qeyd  edək  ki,  

bu  cür  naqislikdən  Quran  da  bəhs  edir.  “Əgər  (qadınlardan)  

biri  unudarsa,  o  birisi  onun  yadına  salsın”  ayəsi  buna  mi-

saldır)  həddi-buluğ  mərhələsindən  sonra  ortaya  çıxır.  Bu  hal  

evlilik  və  analıq  dövründə  cinsiyyət  orqanlarının  inkişafı  ilə  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə