Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə67/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   63   64   65   66   67   68   69   70   ...   158

Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

217


7)  nə  vaxt  özünü  göstərir?

Bu  suallara  cavab  tapsaq,  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

sünnəsinə  böyük  xidmət  göstərmiş  olarıq.  Sələfl ərimiz  

səhih  hədisləri  “zəif ”  olanlardan  fərqləndirmək  üçün  hədis  ter-

minlərini  elmini  yaratmaqla  Sünnəyə  xidmət  etmişlər.  Biz  də  

dövrümüzə  müvafiq  şəkildə  Sünnəyə  xidmət  göstərməliyik.  

Bunun  üçün  monitorinq  tipli  elə  elmi  tədqiqatlar  aparmalı-

yıq  ki,  bəzi  hədislərin  məzmununu  bütün  aydınlığı  ilə  başa  

düşməyimizə  kömək  etsin.  Bu  zaman  biz  hədisin  məzmunu  

barədə  çoxlu  ehtimallar  irəli  sürməklə,  subyektiv  təsəvvürlərə,  

gümana  əsaslanan  nəzəri  seçim  etməklə  kifayətlənməyəcəyik;  

əksinə,  monitorinq  tipli  elmi  araşdırmalar  zamanı  gəlinmiş  

nəticələr  üzərində  dayanacağıq.  Mümkündür  ki,  həmin  nəticə-

lər  nəzəri  araşdırmalar  zamanı  ortaya  çıxmasın.  

Müsəlmanlar  qadın  və  kişilərin  zehni  və  psixoloji  xüsusiy-

yətlərini  öyrənmək  üçün  ciddi  elmi  tədqiqatlar  aparmalıdır-

lar.  Bu  mövzuda  müəyyən  təsəvvür  yaratmaq  məqsədilə  son  

dövrlərdə  aparılmış  bir  psixoloji  tədqiqatın  bəzi  müddəalarını  

oxucuya  təqdim  edirik

1

:

Cinslərarası  fərqlər  həmin  araşdırmanın  aparıldığı  cəmiyyətə  



xasdır.  Bu  cəmiyyətin  öz  xüsusiyyətləri  vardır.  Deməli,  həmin  

fərqlər  ümumilikdə  bütün  cəmiyyətlərə  şamil  edilmir.  Amma  

tədqiqatın  nəticələrindən  az  da  olsa  faydalanmaq  mümkündür.  

Məlumdur  ki,  cinslərarası  müqayisə  intellekt  testlərinin  bütöv  

nəticələrinə  əsasən  aparılır.  Bəzən  bu  eksperimentlərin  nəticəsi  

konkret  olmur.  Məlumdur  ki,  qadınlar  bir  sahədə  kişilərdən  

1

 C.B.  Gloford.  Psixoloji  monitorinlər  /  ərəb  dilinə  tərcümə  edən  və  ön  



sözün  müəllifi :  Yusif  Murad.  Qahirə,  1997,  səh.  602-610.


Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

218


üstün  olsalar  da,  başqa  sahədə  bu  üstünlüyü  əldən  verə  bilirlər.  

Buna  baxmayaraq,  istənilən  intellekt  testi  eyni  növdən  olma-

yan  suallardan  təşkil  olunur.  Biz  bir  sahədə  üstünlüyün  digər  

sahədə  zəifl iklə  əvəzləndiyini  görür,  konkret  nəticəyə  gələ  bil-

mirik...

İntellekt  testləri  və  bu  testlər  zamanı  fərdlərin  qazandığı  

“ball”ar  cinslərarası  fərqlər  barədə  son  sözü  deməyimizə  kifayət  

etmir.  Bu  da  göstərir  ki,  ümumi  intellekt  baxımından  qadın  və  

kişilər  arasındakı  fərq  aydın  deyil.  Fərq  ancaq  və  ancaq  xüsusi  

bacarıqlarda  mövcuddur.  

Xüsusi  bacarıqlardakı  fərqləri  araşdırmağımız  daha  faydalıdır.  

Çox  saylı  intellekt  testlərindən  ibarət  müxtəlif  eksperimentlərin  

nəticələrini  təhlil  etsək,  qarşımıza  mühüm  məlumatlar  çıxacaq-

dır.  


Qadın  və  kişilərin  xüsusi  bacarıqlarının  müqayisə  edildiyi  

müxtəlif  elmi  tədqiqatlar  bir  çox  həqiqəti  üzə  çıxarmışdır.  Bu  

tədqiqatlar  zamanı  nitq,  hesab  (sayma)...  bacarıqlarını  müəyyən  

edən  meyarlardan  istifadə  olunmuşdur.  Qadınlar  bu  bacarıqlar-

da  kişilərdən  o  qədər  də  fərqlənmirlər.  

Kişilər  deduktiv  yanaşma  tələb  edən  say  testlərində  qadınları  

qabaqlayırlar.  Bu  fərq  ancaq  və  ancaq  ilk  təhsil  mərhələsindən  

sonra  daha  aydın  görünür.  “Stenford”  testi  göstərmişdir  ki,  

deduktiv  hesablama  məsələlərində  oğlanlar  qızlardan  aşkar  

üstündürlər.  

Şəxsiyyətin  subyektiv  qiymətləndirilməsi  meyarlarının  istifa-

də  edildiyi  və  böyük  oğlanlarla  qızlar  üzərində  aparılmış  bir  

çox  eksperiment  göstərmişdir  ki,  həyəcan  (emosiya)  ilə  əlaqəli  

məsələlərdə  də  cinslərarası  fərq  özünü  qabarıq  şəkildə  göstərir.  




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

219


Məsələn,  bir  araşdırmanın  nəticəsində  məlum  olmuşdur  ki,  

kişilər  qadınlardan  daha  təmkinlidirlər,  daha  az  əsəbiləşirlər.  

O  da  nəzəri  cəlb  edir  ki,  azyaşlılar  üzərində  aparılmış  əsəb  

testləri  on  dörd  yaşdan  aşağı  qız  və  oğlanlar  arasında  heç  bir  

fərqin  olmadığını  göstərir...

Deməli,  qızlar  və  oğlanlar  arasındakı  bəzi  fərqlər  yetkinlik  

yaşından  sonra  meydana  çıxır.  Dediyimiz  kimi,  bu  fərqlər  de-

duktiv  hesablama  bacarığında  və  bir  sıra  xüsusiyyətlərdə  (emo-

sionallıq,  həyəcan)  özünü  büruzə  verir.  

Tədqiqatımızdan  məlum  olmuşdur  ki,  qadınlar  ictimai,  es-

tetik  və  dini  sahələrə  daha  meyllidirlər.  Kişilər  isə  əsasən  iq-

tisadi,  nəzəri  və  siyasi  mövzulara  maraq  göstərirlər.  Təbii  ki,  

bu  nəticələri  qadın  və  kişilərin  mühit  şəraitinə,  adətlərinin  

fərqlənməsinə  və  cəmiyyətin  onlardan  gözlədiyi  şeylərə  görə  

qiymətləndirmək  mümkündür...

Fərdi  xüsusiyyətlərinə  görə  cinslərarası  fərq  problemindən  

bəhs  edən  tədqiqatlardan  biri  də  Terman  və  Maylz  tərəfindən  

aparılmışdır.  Onlar  hobbi  və  meylləri  təhlil  etmək  üçün  xüsusi  

metoddan  istifadə  etmişdilər.  Bu  metod  müəyyən  suallardan  

ibarət  idi.  Suallar  qadın  və  kişilərin  cavablarında  ümumi  isti-

qamətləri  (meylləri)  maksimum  dərəcədə  fərqləndirmək  üçün  

tərtib  olunmuşdu.  Bununla  da,  qadınlıq  və  kişiliyin  “dərəcə”si  

müəyyənləşdiriləcəkdi.  Bu  metod  son  dərəcə  müfəssəl  və  da-

vamlı  araşdırmalara  əsaslanırdı.  Sualları  isə  diqqətlə  seçmişdilər.  

Məlum  metod  ABŞ  cəmiyyətində  yaşayan  qadın  və  kişilər  

arasında  fərqlərin  olduğunu  bütün  aşkarlığı  ilə  isbatlayan  sual-

lara  əsaslanırdı.  Bu  suallar  yüzlərlə  insanın  mövqeyi  ortaya  qoy-

muşdu.  Həmin  insanlar  ibtidai  və  orta  məktəblərin  şagirdləri,  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə