Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə68/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   64   65   66   67   68   69   70   71   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

220


ali  kollec  tələbələri  və  məzunlar,  təhsil  almış  və  təhsil  görməmiş  

böyüklər,  müxtəlif  peşə  sahibləri  idilər.  Gənc  mühacirlər  və  ho-

moseksuallar,  idmançılar  da  təcrübəyə  cəlb  edilmişdilər.  Bütün  

bunların  o  təsiri  oldu  ki,  meyar  Amerika  cəmiyyətində  kişilərlə  

qadınların  suallara  verdikləri  cavablarda  aşkar  fərqləri  ortaya  çı-

xardı.  Eyni  zamanda  məlum  oldu  ki,  kişilik  və  qadınlıq  əmsalı  

evdə  yaxud  işdə  əldə  olunmuş  təlim-tərbiyə  təcrübəsi  amili  ilə  

əhəmiyyətli  dərəcədə  əlaqəlidir.  O  da  isbatını  tapdı  ki,  bu  amil  

fiziki  (fizioloji)  amillərdən  daha  güclüdür.  Aydın  oldu  ki,  ali  

təhsili  və  geniş  dünyagörüşü  olan  qadınlar  digər  qadınlardan  

fərqli  olaraq,  bu  testlərdə  daha  yüksək  nəticə  əldə  edir,  kişilərə  

“yaxınlaşırlar”.  Bu  o  deməkdir  ki,  tərbiyə,  təhsil  və  təcrübə  

onlardakı  (respondentlərdəki)  nöqteyi-nəzərləri  yaxınlaşdırır,  

cinslərarası  xarakter  fərqini  azaldır.  Deməli,  ətraf  mühit  və  so-

sial  amillər  aşkar  təsirə  malikdir  və  bu  təsir  fizioloji  amillərin  

təsirindən  böyükdür.  

Məlumdur  ki,  qadın  və  kişilər  fiziki  olaraq  bir-birindən  

fərqlənir.  Bədən  quruluşu,  skelet,  əzələ  sistemi  və  s.  bura-

ya  daxildir.  Orqanların  funksiyaları,  bəzi  hormonların  kimyəvi  

tərkibi  də  qadın  və  kişilərdə  fərqlidir.  Bəzi  psixoloji  fərqlər  elə  

fiziki  müxtəlifl iyin  özü  ilə  əlaqəlidir.  

Digər  fərqlər  isə  fizioloji  dözümlülüklə  əlaqəlidir.  Ümumiy-

yətlə,  kişilər  qadınlarla  müqayisədə  daxili  üzvi  mühitin  tarazlıq  

pozulmalarından  az  təsirlənirlər.  Yəni,  onlar  daha  dözümlüdür-

lər.  Məsələn,  kişilərdə  temperatur  sabit  qalır,  hüceyrələrin  

məhvi  və  bərpası  bir-birini  tez  tarazlayır,  qanda  turşu  və  qələvi  

miqdarı  əksər  vəziyyətlərdə  bir-birinə  uyğun  olur,  şəkərin  miq-

darı  sürətlə  tənzimlənir  və  s.  




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

221


Qadın  orqanizmindəki  bəzi  bioloji  funksiyalarda  özünü  gös-

tərən  dəyişkənlik  müəyyən  fərqlərə  səbəb  olur,  emosionallıq  və  

əsəbiliyə  təsir  göstərir.  

Cinslərarası  fərqlərin  çoxu  bioloji,  mədəni  və  sosial  amillərlə  

əlaqəlidir.  Ətraf  mühit  şərtləri  eyni  olsa  da,  bioloji  amillər  fərqli  

psixoloji  xüsusiyyətlər  yaradır.  Bir  ehtimal  da  diqqətimizdən  

qaçmamalıdır  ki,  bəzən  ətraf  mühit  və  bioloji  amillər  bir-

birinə  təsir  edir.  Bu  da  onu  göstərir  ki,  ətraf  mühit  və  sosial  

amillər  güclü  olmadıqda  cinslərarası  aşkar  fiziki  fərqlər  psixo-

loji  halətlərə  təsir  edir”

1

.  


Üçüncü  nöqteyi-nəzər.  Bu  nöqteyi-nəzər  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

“ağıl  və  dində  çatışmazlığı  olanlar”  

sözünün  xüsusi  məzmunu  ilə  əlaqəlidir.  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

dində  çatışmazlığın  nə  olmağı  haqqında  

soruşanlara  konkret  cavab  vermişdi:  “Aybaşı  və  nifas  zamanı  

qadınlar  namaz  qılıb  oruc  tuta  bilmirlər”,  –  budur  din  ça-

tışmazlığı!  Əslində  bu  da  nisbi  məsələdir.  Çünki  bəzi  ibadət  

növləri  ilə  məhdudlaşır.  Halbuki  aybaşı  və  nifaslı  qadınlar  təvaf  

istisna  olmaqla  həccin  bütün  digər  ayinlərini  yerinə  yetirirlər.  

Aybaşı  və  nifas  Allahı  zikr  etməyə  mane  deyildir.  İslam  iman,  

təqva,  ibadət,  əxlaq  və  sosial  münasibətlərdən  ibarətdir.  

Həmçinin  bu  çatışmazlıq  müvəqqəti  olub  daimi  deyildir.  

Bununla  yanaşı,  aybaşı  hamiləlik  zamanı  kəsilir  ki,  bunun  da  

müddəti  doqquz  aydır.  Klimakteri  dövründən  etibarən  qadınlar  

ümumiyyətlə  aybaşı  olmurlar.  

1

 C.B.  Gliford.  Psixoloji  monitorinqlər  /  tərcümə  və  ön  sözün  müəllifi :  



Yusif  Murad.  Qahirə:  “Fraklin”  nəşriyyatı,  1977,  səh.  602-610.


Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

222


Qadın  aybaşı  və  nifas  zamanı  savab  qazanmaq  baxımından  

heç  nə  itirmir.  Çünki  mömin  qadın  bu  günlərdə  namaz  qılıb  

oruc  tuta  bilməsə  də,  Allahın  təqdirinə  səbir  göstərir.  Allah  

Təala  bu  səbrə  görə  ona  savab  yazır.  

Mömin  qadınlar  qıla  bilmədikləri  namazların  yerini  iki  növ  

ibadətlə  doldura  bilərlər:

1.  Vaxtında  “doldurma”.  Namazlarını  qıla  bilməsə  də,  Quran  

oxuyur


1

,  dua  və  zikr  edir,  Allahdan  bağışlanma  diləyir,  Onun  

şəninə  tərifl ər  deyir  (“sübhənallah”,  “əlhəmdulilləh”,  “Allahu  

Əkbər”  söyləyir).  Bu  vəziyyət  bizə  Həzrəti  Aişənin  



(Allah  ondan  

razı  qalsın!)

  etdiyini  xatırladır.  Peyğəmbərin  xanımlarına  hicab  va-

cib  edildikdən  sonra  cihada  çıxa  bilməmişdilər.  Bilirik  ki,  cihad  

ən  üstün  əməldir.  Həzrəti  Aişə  bundan  sonra  cihadda  iştirak  

edə  bilmədiyindən  əsas  diqqətini  həcc  ibadətinə  yönəltmişdi.  

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  demişdir:  “Peyğəmbərdən  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdum:  “Ey  Allahın  rəsulu,  sizinlə  

yürüşə  çıxıb  cihad  etməyəcəyikmi?  (başqa  hədisdə:  Axı  cihad  

ən  üstün  əməldir!)”  Peyğəmbər  dedi:  “(Sizin  üçün)  ən  yaxşı  və  

ən  gözəl  cihad  həcdir,  Allah  tərəfindən  qəbul  olunmuş  həcc!”  

(Həzrəti  Aişə  deyir:)  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

bunu  dedikdən  sonra  (hər  il)  həccə  getdim”

2

.  


1

 İmam İbn Teymiyyə deyib: “Maliki məzhəbinə görə, qadın aybaşı ikən 

Quran oxuya bilər. Əhməd və Şafeinin rəvayət etdikləri hədisdə isə Pey-

ğəmbər  qadınlara  aybaşı  ikən  Quran  oxumağı  qadağan  etmişdir.  “Aybaşı                         

və  cünub  olanlar  Qurandan  heç  nə  oxumasınlar”  hədisi  səhih  deyildir.                      

Çünki  hədis  alimləri  həmrəydirlər  ki,  hədisdə  “illət”  (qüsur)  vardır.  Bax:                

İbn əl-Qəyyim. E`lam əl-müvəqqəin, III cild, səh. 23.

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə