Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə69/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   65   66   67   68   69   70   71   72   ...   158

Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

223


2.  Sonradan  “doldurma”.  Aybaşı  başa  çatıb  qadın  təmizləndik-

dən  sonra  çoxlu  nafilə  (sünnə)  namazı  qılır.  Hədislərdən  mə-

lum  olur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  aybaşı  olduğundan  

ümrə  ibadətini  yerinə  yetirə  bilməmiş,  Peyğəmbərə  gileylənmiş-

dir.  O  demişdir:  

“Həcc  aylarında  həccə  niyyət  edib  yola  çıxdıq.  Sərəfdə

1

  



düşərgə  saldığımızda  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

səhabələrinə  dedi:  “Kimin  qurbanlığı  yoxdursa  və  həccini  

ümrə  ilə  əvəzləmək  istəyirsə,  əvəzləsin.  Kimin  varıdırsa,  etmə-

sin.”  Peyğəmbərin  səhabələri  arasında  qurbanlığı  olanlar  var-

dı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanıma  gəldi  və  

mən  ağlayırdım.  Soruşdu:  “Səni  ağladan  nədir?”  Dedim:  “Sə-

habələrinə  dediyini  eşitmişəm.  (Qurbanlığı  olanlara)  ümrəni  

qadağan  etmisən  (başqa  hədisdə:  “Ey  Allahın  rəsulu,  insan-

lar  –  iki,  mən  isə  bir  savablamı  (evə)  qayıdacağam?”  (başqa  

yerdə:  “Ey  Allahın  rəsulu,  insanlar  iki  ibadət  etdikləri  halda  

mən  birinimi  edəcəyəm?!”)  Dedi:  “Nə  olub  sənə?”  Dedim:  

“(Aybaşı  olduğumdan)  namaz  qıla  bilmirəm.”  Dedi:  “Bunun  

sənə  zərəri  yoxdur.  Sən  də  başqaları  kimi  Adəmin  qızların-

dan  birisən.  Allah  onlara  nəyi  yazıbsa,  sənə  də  onu  yazıb.  

Həccinə  niyyətdə  sabit  ol.  Bəlkə,  (gələcəkdə)  Allah  sənə  də  

ümrə  nəsib  edər.”  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  həccində  Ərəfata  qalxdıq.  Sonra  Minaya  gəldik.  Artıq  (ay-

başıdan)  təmizlənmişdim.  Minadan  çıxdım,  (Məkkəyə  qayıdıb)  

Kə`bədə  təvaf  etdim.  Minadan  son  qayıdışımda  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

idim.  Mühəssəbdə  qonaqladıq.  

Peyğəmbər  Əbdürrəhman  (ibn  Əbubəkri)  çağırıb  dedi:  “Bacın-

1

 Kənd  adı.




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

224


la  birlikdə  haram  ərazidən  çıxıb  ümrə  üçün  niyyət  edin...  Sizi  

burada  gözləyirəm”

1

.  


“Fəth  əl-Bari”  kitabında  yazılıb:

“Sağlam  olduğu  vaxt  etdiyi,  amma  xəstəliyi  üzündən  qaçırdığı  

nafilə  ibadətlərə  görə  savab  qazanan  xəstədə  olduğu  kimi  qadın  

da  mükəlləf  olduğu  namazı  (aybaşı  zamanı)  qıla  bilmədiyindən  

savab  əldə  edirmi?  Yoxsa  onlar  bir-birindən  fərqlənirlərmi?  Ola  

bilər  ki,  xəstə  nafilə  ibadətləri  sonralar  davam  etdirmək  niyyəti  

ilə  xəstələnmədən  etsin.  Amma  aybaşı  qadın  fərqlidir.  

(Hafiz  ibn  Həcər  deyir:)  “Fikrimcə,  arada  fərq  olduğundan  

qadın  savab  qazanmır”

2

.  



Buna  baxmayaraq,  qadının  savab  qazanmaq  ehtimalı  vardır  

(çünki  İbn  Həcər  “fikrimcə”  demişdir).  Bəli,  aybaşı  qadının,  

namaz  qılmasa  da,  savab  qazanması  mümkündür.  Lakin  bir  

neçə  cəhətə  görə  qadının  dinində  çatışmazlıq  qalır:

a)  Aybaşı  zamanı  imanı  zəif  qadını  namaz  qılmadığından  

sevinc  bürüyə  bilir.  Belə  qadının  ağır  vacib  əməldən  xilas  oldu-

ğunu  fikrindən  keçirməsi  mümkündür  ki,  bu  da  onu  savabdan  

məhrum  buraxır.  

b)  Namaz  qılmamaqdan  irəli  gələn  çatışmazlıq  təkcə  sa-

vabdan  məhrum  olmaqla  ölçülmür;  həm  də  Allah  qarşısın-

da  əyilməkdən  uzaq  qaldığı  üçün  qəlbdə  xatircəmlik  və  təq-

vanın  azalması  ilə  əlaqəlidir.  Xüsusən  bu  hal  özünü  yuxarıda  

göstərdiyimizi  “doldurma”  (əvəzləmə)  ibadətlər  edilmədiyində  

göstərir.  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  I  cild,  səh.  422.




Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

225


c)  Namaz  qılınmadıqda  pis  əməllərə  meyl  güclənir,  onlara  

qalib  gəlməkdə  çatışmazlıq  yaranır.  Çünki  namaz  insanı  pis  

əməllərdən,  şər  hərəkətlərdən  qoruyur.  “Əvəzləmə”  ibadətlər  

edilmədikdə  bu  çatışmazlıq  böyüyür.

Xülasə,  ağılda  çatışmazlıq  dedikdə  iki  şeydən  biri  nəzərdə  

tutulur:  a)  intellektdəki,  yəni  intellektin  təbiətindəki  çatışmaz-

lıq;  b)  bioloji,  sosial  və  psixoloji  amillərə  görə  intellektin  işində  

(təfəkkür,  idrak,  mühakimə,  təhlil...)  özünü  göstərən  çatışmaz-

lıq.  

Qeyd  edək  ki,  bu  amillər  arasında  psixoloji  amil  davam-



lı  təsirə  malikdir.  Çünki  qadınlar,  ümumi  olaraq,  emosional-

ekspressiv  xarakterə  sahibdirlər.  Hədisdə  də  intellektin  işində  

özünü  göstərən  çatışmazlıqdan  söz  açılır.  Allah  Təala  bu  cəhətə  

işarə  etmişdir:

“Əgər  (qadınlardan)  biri  (şəhadəti)  unudarsa,  o  birisi  onun  

yadına  salsın...”  (əl-Bəqərə,  282).

İntellektin  işinə  intellekt  bacarığında  özünü  göstərən  ana-

dangəlmə  çatışmazlığın  da  təsir  göstərməsi  mümkündür.  Hə-

disdə  bu  haqda  heç  nə  deyilmir.  Dediyimiz  kimi,  bu  problem  

indiyədək  ayrıca  elmi  tədqiqat  obyekti  kimi  öyrənilməyib.  

Din  çatışmazlığına  gəlincə,  iki  şeydən  biri  nəzərdə  tutulur:  

a)  möminlikdə  (dindarlıqda  –  itaətdə,  təqva...)  özünü  göstərən  

çatışmazlıq;  b)  Allahın  insan  oğluna  vacib  etdiyi  ibadətlərin  

yerinə  yetirilməsində,  yəni  ibadət  fəaliyyətində  çatışmazlıq.  

Yuxarıdakı  hədisdə  ibadətlərin  yerinə  yetirilməsindəki  ça-

tışmazlıq  nəzərdə  tutulmuşdur.  Bu  çatışmazlıq  isə  müəyyən  

günlərdə  namaz  qılıb  oruc  tuta  bilməməkdən  irəli  gəlir.  Va-

cib  ibadətlərin  yerinə  yetirilməsindəki  çatışmazlıq  təqvaya  təsir  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə