Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə77/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   73   74   75   76   77   78   79   80   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

249


“Ağlım  kəsdiyi  gündən  valideynlərimin  bu  dinə  sitayiş  etdik-

lərini  görmüşəm.  Elə  gün  yox  idi  ju,  Allahın  rəsulu  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

səhər  və  axşamçağı  bizə  baş  çəkməsin...”

1

.

Ailəsini  dolandırmaq  üçün  evdən  kənarda  işləmişdir.  Rəva-



yət  olunur  ki,  Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Zübeyrin  üçdə  bir  fərsəx

2

  uzaqlığındakı  tarlasına  başım-



da  toxum  daşıyırdım...  Bir  gün  başımda  toxum  daşıyarkən  

Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gördüm.  Yanında  

ənsardan  bəzi  şəxslər  var  idi.  Məni  çağırdı  və  (dəvəsini  saxla-

maq  üçün):  “İx!  İx!”  –  dedi.  Məni  dəvəsinə  mindirmək  istəyirdi.  

Kişilərlə  getməkdən  utandım...”

3

.



Bir  problemə  şəriətin  münasibətini  öyrənmək  üçün  Peyğəm-

bərlə  görüşmüşdür.  Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“(Bir  dəfə)  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

so-


ruşdum:  “Ey  Allahın  rəsulu,  Zübeyrin  mənə  verdiyindən  başqa  

heç  nəyim  yoxdur.  (Amma  sədəqə  çıxmaq  istəyirəm.)  Sədəqə  

verə  bilərəmmi?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ver,  əsla  xəsislik  etmə,  yoxsa  sənə  də  xəsislik  olunar!”

4

  

Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  anam  bizə  gəlmişdi.  Peyğəmbərin  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

sağlığında  ikən  müşrik  idi.  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdum:  “Anam  yanıma  gəlib,  

istəyir  ki,  ona  yaxşılıq  edim,  köməklik  göstərim.  Ona  iltifat  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Bir  fərsəx  təxminən  üç  milə  bərabərdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yəni,  bir  şeyi  

qaba  yığma,  yoxsa  Allah  da  səndən  lütfünü  əsirgəyər.  



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

250


göstərimmi?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Bəli,  ona  iltifat  göstər!”

1

  



“Küsuf ”  namazını  camaatla  qılmış,  kişilərə  sual  vermişdir.  

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkr  



(Allah  ondan  razı  qalsın!)

  de-


yib:

“(“Küsuf ”  namazından  sonra)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

xütbə  söyləyərək  adamların  qəbirdə  imtahan  

olunacaqları  fitnə  haqqında  danışdı.  Bu  vaxt  insanlardan  bir  

hay-küy  qopdu...  Bu  hay-küy  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

axırda  nə  dediyini  eşitməyimə  mane  oldu.  Hay-küy  

kəsildikdən  sonra  mənə  yaxın  dayanmış  bir  kişidən  soruşdum:  

“Ey,  Allah  səni  mübarək  qılsın!  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

son  sözü  nə  oldu?”  Kişi  dedi:  “Mənə  vəhy  edildi  

ki,  siz  çox  keçmədən  qəbirlərinizdə  Məsih  Dəccalın  fitnəsi  ilə  

imtahan  olunacaqsınız...”

2

.

Bu  cür  görüşlər  Əsma  bint  Əbubəkrə  fikri-ictimai  təcrübə  



qazandırmışdı.  O,  bu  təcrübə  sayəsində  bəzi  mövzularda  Ab-

dullah  ibn  Ömərlə  müzakirə  aparmışdır.  Bu  səbəbdən  Abdullah  

ibn  Ömər  insanlara  məsləhət  görmüşdü  ki,  səhabələrin  ixtilafa  

düşdükləri  hədislər  barədə  Əsmaya  müraciət  etsinlər.  

Rəvayət  olunur  ki,  Əsma  bint  Əbubəkrin  qulamı  Abdullah  

demişdir:

“Əsma  məni  Abdullah  ibn  Ömərin  yanına  göndərib  dedi:  

“(Ona  belə  de:)  “Mənə  çatıb  ki,  sən  üç  şeyi:  paltara  ipəkdən  

bəzək  vurmağı,  qırmızı  ağac  rəngi  ilə  boyanmış  yastığı  və  rəcəb  

ayını  bütünlükdə  oruc  tutmağı  haram  sayırsan.”  (Bunları  gedib  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

251


Abdullaha  bildirdikdə)  dedi:  “Dediyi  rəcəb  orucuna  gəlincə,  

ömrü  boyu  oruc  tutanlara  nə  deyək?  Paltara  ipəkdən  bəzək  

vurmaqla  bağlı  dediyimə  gəlincə,  Ömər  ibn  əl-Xətt ab  deyir-

di:  “Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitmişəm:  “İpək  (paltarı)  əxlaqı  olmayanlar  geyinər.”  Qorx-

dum  ki,  ipək  bəzək  də  ipək  paltardan  sayılsın.  O  ki  qaldı  qır-

mızı  ağac  rəngi  ilə  boyanmış  yastığın  haram  sayılması,  bu  da  

Abdullahın  qırmızı  ağacın  rəngi  ilə  boyanmış  yastığı!”  (Qulam  

deyir:)  “Əsmanın  yanına  qayıdıb  Abdullahın  söylədiklərini  ona  

danışdım.  Əsma:  “Bu  da  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

əbası!”  –  deyib  mənə  fars  əbası  göstərdi.  Üstünə  ipəkdən  

bir  parça  tikilmişdi,  (qol)  yarıqlarının  kənarları  da  ipəklə  bas-

dırılmışdı.  Sonra  dedi:  “Bu  (əba)  Aişədə  idi.  Vəfat  etdiyində  

mən  götürdüm.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  


geyinərdi.  Biz  də  onu  xəstələr  üçün  yuyardıq,  onlar  da  onunla  

(Allahdan)  şəfa  istəyərdilər...”

1

.  


Elm öyrənmək

Allah  Təala  hər  bir  müsəlmana  elm  öyrənməyi  vacib  edib  

ki,  dünyaları  düzəlsin,  axirətləri  məsud  olsun.  Bu  əmr.  həm  də  

qadınlara  aiddir.  Dünya  axirətin  tarlasıdır,  qadınlar  və  kişilər  

kamil  ömür  sürsələr,  qiyamət  günü  mükafatlarını  alacaqlar.  İndi  

isə  baxaq  görək  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

elm  


öyrənməyə  necə  təşviq  etmiş,  bu  barədə  qadın  və  kişilərə  nə  

demişdir?

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə