Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə73/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   69   70   71   72   73   74   75   76   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

237


Yanıma  gəlib-gedir,  Əbu  Hüzeyfənin  ürəyinə  bundan  xal  dü-

şüb.”  Peyğəmbər  dedi:  “Yanına  gəldiyində  onu  əmizdir...”

1

.  


Hafiz  ibn  Həcər  demişdir:

“Bu  əhvalatı  Əbu  Davud  belə  rəvayət  etmişdir:  “Aişə  bacıla-

rının  qızlarına  özünün  yanına  girməyinə  icazə  verdiyi  kimsəyə  

–  hətt a  yaşı  çox  olsa  da

2

  –  beş  dəfə  süd  vermələrini  əmr  etmiş-



dir”.  Hədisin  istinadı  səhihdir.  “Təhzib  əl-asar”  əsərində  Təbəri  

bu  məsələ  ilə  əlaqədar  olaraq,  mötəbər  istinadla  Həfsənin  

də  oxşar  şeylər  söylədiyini  qeyd  etmişdir.  Həfsənin  dedikləri  

Ümmi-Sələmənin  dediklərini  xatıradır.  Ümmi-Sələmə  demişdir:  

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

digər  xanımları  

belə  əmizdirmə  üçün  kiminsə  onların  yanına  gəlməsini  qada-

ğan  etmişdilər”.  Hədisi  Müslim  və  başqaları  rəvayət  etmişlər”

3

.  


İbn  Teymiyyə  demişdir:

“Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Əbu  Hüzeyfənin  

qadınına  dediyi  sözə  (“Onu  (Salimi)  əmizdir  və  ona  məhrəm  

ol!)  Aişə  əməl  etmiş,  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

digər  xa-

nımları  isə  etməmişlər.  “Əmizdirmək  aclığa  görədir”  hədisini  

Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

rəvayət  edən  də  

Aişənin  özüdür.  O  hesab  etmişdir  ki,  əmizdirmək  və  (əmizdirib)  

qidalandırmaq  bir-birindən  fərqlənir;  uşaq  süddən  kəsilməzdən  

qabaq  onu  südlə  qidalandırmaq  olar.  Bununla  da,  hər  kəsi  (bu  

şərt  daxilində)  əmizdirib  qidalandırmaq  mümkündür.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Söhbət  süddən  kəsilmə  yaşına  çatmış  uşaqlardan  gedir.  Belə  uşaqlar  həd-

di-buluğa  çatmadıqlarından  yanlarında  qadınların  hicabsız  gəzmələrinə  

icazə  vardır.  

3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  52-53.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

238


Əmizdirməyə  gəlincə,  ehtiyac  yaransa,  naməhrəm  kəsi  də  

əmizdirmək  olar.  Axı  ehtiyac  anında  “caiz”  sayılan  şeylər  başqa  

vaxtlarda  “caiz”  deyildir.  Bu,  məqbul  görüşdür”

1

.  



b)  Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  demişdir:

“Xalam  boşanmışdı.  (İddət  vaxtı)  xurma  ağacından  bar  top-

lamaq  istədi.  Amma  bir  şəxs  onu  çölə  çıxmağa  qoymadı.  Xalam  

da  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gedib  

(bunu  ona  danışdı).  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  dedi:  “Əlbətt ə.  Xurma  ağacının  barını  topla.  Ola  bilsin  ki,  

(bu  bardan)  sədəqə  çıxar,  ya  da  (onunla)  bir  yaxşılıq  edərsən”

2

.  



Qətadəyə  istinadla  Təbərinin  rəvayət  etdiyi  bu  iki  hədis  də  

dediklərimizi  təsdiqləyir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

beyət  zamanı  

qadınlardan  əhd  aldı  ki,  (ölülərinə)  ağı  deyib  ağlamayacaq,  

kişilərlə  söhbət  etməyəcəklər.  Əbdürrəhman  ibn  Övf  dedi:  

“Bizə  qonaqlar  gəlir  və  biz  (çox  vaxt)  qadınlarımızın  yanında  

olmuruq.  (Qadınlarımız  da  onlarla  söhbət  edirlər.  Bu  halda  nə  

edək?)”  Peyğəmbər  dedi:  “Mən  onu  (sənin  dediyini)  nəzərdə  

tutmuram


3

4



.

Əbdürrəhman  ibn  Övf  qadınların  kişilərlə  söhbətinə  qoyul-

muş  qadağanın  qonaqları  qarşılama  vaxtı  çətinlik  yaradacağını  

bildiyi  üçün  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

müraciət  

etmiş,  mövzunu  təfərrüatı  ilə  öyrənmişdir.  Çünki  islamın  asan-

1

 İbn  Teymiyyə.  Məcmu  əl-fətava,  XXXIV  cild,  səh.  60.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Yəni,  tanımadıqları  tüfeyli  kişilərlə  xoşagəlməz  söhbəti  nəzərdə  tuturam,  



etibarlı  kişilərlə  ciddi  söhbəti  deyil!  –  tərcüməçinin  qeydi.  

4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  X  cild,  səh.  364.




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

239


lıq  dini  olduğunu  yaxşı  bilirdi.  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

ona  verdiyi  cavabda  biz  bu  asanlığın  şahidi  oluruq.  

Möhtərəm  səhabələrə  Peyğəmbərin  təlimlərindəki  yüngülləş-

dirmə  yaxşı  məlum  idi.  Hətt a  səhabələrdən  biri  toy  günü  xanı-

mına  icazə  vermişdi  ki,  qonaqlara  xidmət  etsin.  Peyğəmbər  də  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

həmin  toyda  iştirak  etmiş,  gəlinin  

ona  verdiyi  içəcəyi  içmişdir.  

Rəvayət  olunur  ki,  Səhl  demişdir:

“Əbu  Üseyd  əs-Saidi  toyuna  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

və  sahəbələrini  də  çağırmışdı.  Onlara  yeməyi  zövcəsi  

Ümmi-Üseyd  hazırlayıb  vermişdi”

1

.



  Təmim  əd-Dari  rəvayət  edir  ki,  Əmr  ibn  əl-As  bir  məsələ  

üçün  Əli  ibn  əbu  Talibin  evinə  gedibmiş.  Amma  onu  (evdə)  

tapmır.  Geri  qayıdır,  sonra  yenidən  Əlinin  evinə  gedir.  Lakin  

bu  dəfə  də  onu  (evdə)  tapmır.  Bu  vəziyyət  iki  yaxud  üç  dəfə  

təkrarlanır.  (Nəhayət,)  Əli  gəlir  və  (məsələnin  nə  yerdə  oldu-

ğunu  öyrənib)  Əmrə  deyir:  “Əgər  istədiyin  şeyin  ona  (Həzrəti  

Fatiməyə)  aidliyi  var  idisə  (yəni,  o,  həll  edə  bilərdisə),  içəriyə  

daxil  ola  bilməzdinmi?”  Əmr  deyir:  “Ərlərinin  icazəsi  olmadan  

onların  yanına  girmək  bizə  qadağan  edilib”

2

.



Görün  Həzrəti  Əli  Əmr  ibn  Asın  hərəkətindən  nə  qədər  

təəccüblənir  ki,  ona:  “Əgər  istədiyin  şeyin  ona  (Həzrəti  Fa-

timəyə)  aidliyi  var  idisə  (yəni,  o,  həll  edə  bilərdisə),  içəriyə  

daxil  ola  bilməzdinmi?”  –  deyir.  Bu  fakt  göstərir  ki,  səhabələrin  

həyat  tərzi  ifrat  məhdudlaşdırma  və  çətinləşdirmədən  uzaq  ol-

muşdur.  Təbii  ki,  onlar  şəriətin  bütün  qayda  və  qadağalarına  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Əlbani.  Silsilə  əl-əhadis  əs-səhihə,  №  652.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə