Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə81/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   77   78   79   80   81   82   83   84   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

262


Yaxşılığı əmr edib 

yamanlıqdan çəkindirmək

Allah  Təala  buyurur:

“Mömin  kişilərlə  mömin  qadınlar  bir-birinə  dostdurlar  (ha-

yandırlar).  Onlar  (insanlara)  yaxşı  işlər  görməyi  əmr  edər,  pis  

işləri  yasaq  edər,  namaz  qılıb  zəkat  verər,  Allaha  və  Peyğəm-

bərinə  itaət  edərlər.  Allah,  əlbətt ə  ki,  onlara  rəhm  edəcəkdir.  

Allah,  həqiqətən,  yenilməz  qüvvət  sahibi,  hikmət  sahibidir!”  

(ət-Tövbə,  71).

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  mö-

min  kişi  və  mömin  qadınlar  bu  cür  idilər.  Elə  olurdu  ki,  kişilər  

qadınlara  yaxşılığı  əmr  edir,  onları  yamanlıqdan  çəkindirirdilər.  



Peyğəmbər yaxşılığı əmr edib 

yamanlıqdan çəkindirmişdir

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  deyib:

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  


qəbrin  başında  ağlayan  qadının  yanından  keçirdi.  (Görəndə  ki,  

vay-şivənlə  ağlayır)  dedi:  “Allahdan  qorx  və  səbir  göstər...”

1

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.


Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

263


Peyğəmbərin ilk dostu Əbubəkr əs-Siddiq 

yaxşılığı əmr edib yamanlıqdan 

çəkindirmişdir

Rəvayət  olunur  ki,  Qeys  ibn  əbu  Hazim  deyib:

“(Bir  dəfə)  Əbubəkr  Əhməs  qəbiləsindən  Zeynəb  bint  əl-

Mühacir  adlı  qadının  yanına  gəldi.  Gördü  ki,  dinib-danışmır.  

“Ona  nə  olub,  nə  üçün  danışmır?”  –  deyə  sual  etdi.  (Oradakı-

lar)  dedilər:  “Susmaqla  həcc  edir.”  Əbubəkr  ona  dedi:  “Danış.  

Bu,  halal  (hərəkət)  olmayıb,  Cahiliyyət  əməllərindəndir.”  Qadın  

danışmağa  başlayıb  dedi:  “Sən  kimsən?”  Dedi:  “Mühacirlərdən  

birisiyəm.”  Soruşdu:  “Hansı  mühacirlərdən?”  Dedi:  “Qüreyşdən.”  

Soruşdu:  “Hansı  Qüreyşdən?”  Əbubəkr  dedi:  “Sən  nə  çox  sual  

verirsən.  Mən  Əbubəkrəm.”  Qadın  soruşdu:  “Cahiliyyətdən  son-

ra  Allahın  göndərdiyi  bu  düzgün  yolda  necə  qala  bilərik?”  Əbu-

bəkr  dedi:  “İmamlarınız  doğru  yolda  olarsa,  siz  də  olarsınız.”  

Qadın  soruşdu:  “Hansı  imamlar?”  Əbubəkr  dedi:  “Qəbiləndə  

insanlara  əmr  edən,  insanların  da  itaət  göstərdiyi  başbilən  və  

əmirlər  yoxdurmu?”  Qadın  dedi:  “Bəli,  var.”  Əbubəkr  dedi:  

“İmamlar  onlardır”

1

.



Bu  iki  fakt  göstərir  ki,  kişilər  qadınlara  yaxşılıq  edib,  pis  

işlərdən  çəkinmələrini  əmr  etmişlər.  Bəs  qadınlar  necə,  on-

lar  da  yaxşılığı  əmr  edib  yamanlıqdan  çəkindirmişlərmi?  Bəli!  

Məsələn,  ərəb  məhəllələrinin  birində  bir  qadın  görəndə  ki,  

imamın  paltarı  qüsurludur,  camaata  həmin  qüsuru  aradan  qal-

dırmağı  əmr  etmişdi.  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

264


Əmr  ibn  Sələmə  rəvayət  edir  ki,  atası  demişdir:

“(Bir  dəfə)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Sizə  namazı  aranızda  Quranı  ən  yaxşı  bilən  kimdirsə  o  qıl-

dırsın.”  Adamlar  (bir-birinə)  baxdılar.  (Əmrin  atası  deyir:)  

“Aralarında  Quranı  məndən  yaxşı  bilən  yox  idi.  Quranı  gəlib-

gedənlərdən  öyrənmişdim.  Məni  qabağa  keçirdilər.  Həmin  

vaxt  altı-yeddi  yaşım  olardı.  Əynimdəki  paltar  (əba)  səcdəyə  

getdiyimdə  dartılır,  (aşağılarım  görünürdü).  Həmin  məhəllədən  

bir  qadın  (camaata)  dedi:  “Quran  oxuyanınızın  arxasını  bizdən  

gizlətməyəcəksinizmi?!”

1

  (Əmrin  atası  deyir:)  “(Adamlar  par-



ça)  alıb  (ondan)  mənə  uzun  köynək  biçdilər.  Həmin  köynəyə  

sevindiyim  qədər  heç  nəyə  sevinməmişdim”

2

.  


Böyük  səhabə  Əbu  Dərdanın  xanımı  Ümmi-Dərda  xəlifə  Əb-

dülməlik  ibn  Mərvanı  pis  hərəkətlərdən  çəkindirmişdir.

Zeyd  ibn  Əsləm  rəvayət  edir  ki,  Əbdülməlik  ibn  Mərvan  

Ümmi-Dərdaya  bəzi  ev  əşyaları  göndəribmiş.  Bir  gecə  Əbdül-

məlik  yuxudan  ayılıb,  xidmətçisini  çağırır.  Xidmətçi  bir  az  gec  

gəldiyindən  Əbdülməlik  ona  lənət  yağdırır.  Səhəri  günü  Ümmi-

Dərda  (gələrək)  ona  deyir:  “Eşitmişəm  ki,  dünən  xidmətçinə  

lənət  oxumuşsan.  Hələ  də  yadımdadır,  Əbu  Dərda  mənə  de-

mişdi  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  

“Lənətbazlara  qiyamət  günü  heç  kəs  şahidlik  və  havadarlıq  

etməyəcəkdir...”

3

.  


1

 Yəni,  paltarı  qısa  olduğundan  səcdədə  onun  ayıb  yerləri  arxadan  görünür.  

Uzun  paltar  alın  ki,  biz  onun  ayıb  yerlərini  görməyək  –  tərcüməçinin  

qeydi.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

265


Allahın dininə çağırış – dəvət

Sünnədən  bəzi  nümunələr  gətirək:

Rəvayət  olunur  ki,  İmran  ibn  əl-Hüseyn  deyib:

“Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səfərə  çıxmış-

dıq...  İnsanlar  susuzluqdan  gileyləndilər.  Peyğəmbər  (münasib  

yerdə)  mənzil  saldı.  Sonra  adamlardan  birini  və  Əlini  çağırıb  

dedi:  “Gedin  su  axtarın.”  Onlar  da  getdilər.  (Yolda)  bir  qadına  

rast  gəldilər.  Qadın  dəvəsinin  belində,  iki  su  tuluğunun  arasın-

da  oturmuşdu...  Ona  dedilər:  “Gəl  gedək.”...  Qadını  tuluqlar-

la  birlikdə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  


gətirdilər...  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

tuluqların  

ağzını  açdı...  Oradakılara:  “Gəlin,  (miniklərinizə)  su  verin,  özü-

nüz  də  için!”  –  deyə  çar  çəkildi...  Bu  əsnada  qadın  kənardan  

(onların)  sudan  necə  istifadə  etdiklərinə  baxırdı.  (Tuluqlardan)  

su  götürməyi  dayandırmışdıq.  Allaha  and  olsun,  bizə  elə  gəlirdi  

ki,  tuluqlar  heç  boşalmayıb.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

dedi:  “Onun  (qadın)  üçün  bir  şey  toplayın!”  Qadın  

üçün  “əcvə”  (əzilmiş  xurma),  un  və  “süveyq”  yığdılar.  Beləliklə,  

çoxlu  yeyəcək  toplandı.  Sonra  yığılmışları  bir  paltara  büküb,  

qadının  dəvəsinə  və  qucağına  yüklədilər.  Peyğəmbər  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

qadına  dedi:  “Görürsən  ki,  suyundan  

nə  isə  əskiltmədik.  Bizi  içirdən  –  Allahdır!”  Qadın  ailəsinin  

yanına  qayıtdı.  Gec  gəldiyi  üçün  soruşdular:  “Səni  nə  yubandı-

rıb?”  Dedi:  “Məətt əl  qalası  şeydir:  iki  nəfər  yamına  gəlib  məni  

“sabii”


1

  deyilən  bu  adamın  yanına  apardılar.  O  da  bunları  və  

1

 Məkkəlilər  tək  Allaha  ibadətə  çağıran  Peyğəmbəri  və  səhabələrini  Suriyada  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə