Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə78/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   74   75   76   77   78   79   80   81   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

252


Ənəs  ibn  Malik  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

demişdir:

“Elm  öyrənmək  hər  bir  müsəlmana  vacibdir”

1

.



Rəvayət  olunur  ki,  Əbu  Dərda  deyib:

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Kim  

elm  öyrənmək  üçün  səfərə  çıxarsa,  Allah  onun  yolunu  Cənnət  

yollarından  biri  qılar.  Mələklər  də  elm  öyrənənin  etdiyindən  

razı  qalaraq  qanadlarını  onun  üzərinə  çəkərlər”

2

.



Görəsən,  ağıl  və  könüllərə  işıq  saçan  elmi  öyrənmək,  qəlb-

ləri  ayıldan  təsirli  öyüd-nəsihəti  dinləmək  üçün  alimlərlə  görüş-

məkdən  qeyri  ikinci  yol  vardırmı?!  Bu  səbəbdən  səhabə  xanım-

lar  ən  qiymətli  mənbədən  elm  öyrənsinlər  deyə  Peyğəmbərlə      



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

görüşməyə  ciddi-cəhdlə  can  atır-

dılar.  Səhabələr  və  tabein  mənsubları  da  eyni  məqsədlə  Pey-

ğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımlarına  müraciət  

edirdilər.  Çünki  bu  xanımlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

vəfatından  sonra  elm  mənbəyi  hesab  olunurdular.  

Madam  ki  Peyğəmbərin  dövrü  yaxşı  nümunə  dövrüdür,  gərək  

bu  ənənənə  əbədi  olaraq  davam  etsin!  

Kişi  və  qadınlar  ən  zəngin  mənbələrdən  elm  öyrənməyə  can  

atmalıdırlar.  Bu  zaman  həmin  zəngin  mənbələrin  kişi  və  ya  

qadında  ifadə  olunmağının  heç  təfavütü  yoxdur.  Müəllimin  kişi  

(qadın)  olmağı  qadınların  (kişilərin)  elm  öyrənmələrinə  mane  

olmamalıdır.  

1

 Hədisi  Beyhəqi  rəvayət  etmişdir.  Bax:  Səhih  əl-came  əs-səğir,  hədis  №  



3808.

2

 Hədisi  İmam  Əhməd  rəvayət  etmişdir.  Bax:  Səhih  əl-came  əs-səğir,  hədis  



№  6173.


Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

253


Qadınlar Peyğəmbərdən ayrıca dərs 

(moizə) tələb etmişlər

Əbu  Səid  əl-Xudri  demişdir:

“(Bir  dəfə)  bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Kişilər  sənin  söhbətlərinə  çox  qulaq  

asırlar  (başqa  bir  rəvayətdə:  kişilər  bizi  (bu  işdə)  keçiblər).  Biz  

qadınlara  da  bir  gün  ayır.  Həmin  gün  gələrik,  sən  də  bizə  Al-

lahın  sənə  öyrətdiyini  öyrədəsən.”  Peyğəmbər  dedi:  “Filan  gün  

filan  yerdə  gəlin.”  Onlar  da  gəldilər.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

onlara  Allahın  ona  öyrətdiyindən  öyrətdi...”

1

.  


Qadınların  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ay-


rıca  dərs  tələb  etmələri  eyni  yerdə  kişilərlə  dərs  öyrənmək  

istəmədiklərindən  irəli  gəlmirdi;  əksinə,  ondan  irəli  gəlirdi  ki,  

onlar  məsciddə  daha  çox  vaxtın  və  daha  geniş  yerin  onla-

ra  ayrılmasını  istəyirdilər.  Qadınlar  ayrıca  dərs  öyrəndikdən  

sonra  da  məsciddə  kişilərlə  bayram  namazlarını  qılmış,  xütbə  

dinləmişdilər.  



Qadınlar dini məsələlərdə 

kişilərlə söhbət etmişlər

Rəvayət  olunur  ki,  Ümmi-Fəzl  bint  əl-Haris  deyib:

“Ərəfə  günü  idi.  Yanımda  bəzi  şəxslər  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

oruc  tutub-tutmadığı  haqda  şəkk-

şübhəyə  düşmüşdülər.  Bəziləri  deyirdi  ki,  Peyğəmbər  oruc  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

254


tutub,  bəziləri  isə:  “Tutmayıb!”  –  deyə  əksini  iddia  edirdi.  

(Mən  də  mübahisələrə  son  qoymaq  üçün)  ona  bir  qabda  süd  

göndərdim.  Dəvəsinin  yanında  dayanmışdı.  (Südü  alıb)  içdi”

1

.  



Hafiz  ibn  Həcər  demişdir:

“Hədisdə  faydalı  məqamlar  vardır...  (Bunlardan  biri  də)  qa-

dınlarla  kişilərin  elmi  müzakirə  aparmalarıdır”

2

.  



Rəvayət  olunur  ki,  Abdullah  ibn  Məsud  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“Allah  bədənlərinə  döymə  vuran  və  vurduran,  üzdəki  tükləri  

yonan,  gözəllik  üçün  dişlərinin  seyrəkləşdirən  və  Allahın  ya-

ratdığını  dəyişən  qadınlara  lənət  edib.”  Bu  sözlər  Bəni-Əsəd  

qəbiləsindən  Ümmi-Yaqub  adlı  bir  qadının  qulağına  çatdı.  Üm-

mi-Yaqub  Quran  oxuyan  qadın  idi.  Abdullah  ibn  Məsudun  

yanına  gələrək  dedi:  “Eşitmişəm  ki,  sən  filan-filan  qadınlara  

lənət  oxuyursan?”  İbn  Məsud  dedi:  “Mən  Peyğəmbərin  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

lənət  oxuduğu  kimsələrə  və  Allahın  

kitabında  göstərilənlərə  lənət  oxuyuram.”  Qadın  dedi:  “Mən  

iki  qapaq  arasında  olanları  (Quranı)  oxumuşam,  ancaq  sənin  

dediyini  orada  görməmişəm.”  İbn  Məsud  dedi:  “Əgər  onu  oxu-

saydın,  görərdin.  Oxumayıbsanmı  ki,  Allah  Təala  deyib:  “...

Peyğəmbər  sizə  nə  verirsə,  onu  götürün;  nəyi  qadağan  edirsə,  

ondan  əl  çəkin.  Allahdan  qorxun.  Həqiqətən,  Allahın  cəzası  çox  

şiddətlidir”

3

.  Qadın  dedi:  “Bəli,  oxumuşam.”  İbn  Məsud  dedi:  



“Şübhə  yoxdur  ki.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  qadağan  edib.”  Qadın  dedi:  “Mən  sənin  ailəndəkilərin  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  V  cild,  səh.  142.

3

 “əl-Həşr”  surəsi,  7-ci  ayə.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə