Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə74/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   70   71   72   73   74   75   76   77   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

240


lazımınca  əməl  edirdilər.  Allah  Təala  onlara  yüngülləşdirici  din  

göndərmişdi.  

Kişilər  bir  məsələdən  ötrü  qadınların  yanına  getmək  istə-

səydilər,  din  onlara  məhdudiyyət  qoymur,  onlarla  pərdə  ar-

xasından,  əri  yaxud  başqa  məhrəm  şəxs  vasitəsilə  danışmaq  

məcburiyyəti  gətirmirdi.  İslam  əxlaq  və  məhrəmliyi  qorumaq  

şərti  ilə  kişilərə  icazə  verib  ki,  qadınlarla  görüşə,  bu  və  ya  digər  

məsələni  müzakirə  edə  bilərlər.  Təbii  ki,  bunun  öz  ədəb-ərkanı  

vardır.  

Qadın şəxsiyyətinin inkişaf etdirilməsi

Sosial  həyatda  iştirak  imkan  verir  ki,  qadınlar  faydalı  sahələrə  

təmas  edib,  təcrübə  qazansınlar.  Onların  sosial  fəallığının  digər  

səbəblərindən  (təhsil,  xeyriyyə  işi,  cihad...)  danışdıqda  bu  

mövzu  bizə  bütün  tərəfl əri  ilə  aydın  olacaqdır.  Qapalı  həyat  

tərzi,  sosial  fəaliyyətdən  özünütəcrid  qadınları  bu  sahələr  və  

təcrübədən  məhrum  qoyur.  Ən  yaxşı  halda,  qadınlar  zəruri  

peşələrdən  uzaq  düşür,  ikinci,  üçüncü  dərəcəli  məşğuliyyət  

sahələri  ilə  kifayətlənirlər.  Bununla  da,  həyatı  “baş  müəllim”dən  

deyil,  “tələbə”lərin  birindən  öyrənirlər.  

Kişilərlə  ünsiyyətdə  olmaq  qadın  şəxsiyyətini  inkişaf  etdirən  

vasitələrdən  biridir.  Əməlisaleh  kişilərlə  ünsiyyət  onun  əmə-

lisalehliyini  artırır,  alimlərlə  görüşmək  bilik  dairəsini  genişlədir,  

ictimai-siyasi  fəallarla  görüşmək  isə  ictimai-siyasi  şüurunu  inki-

şaf  etdirir.  Əməlisaleh,  alim  və  fəal  qadınlarla  ünsiyyət  kişilərin  

də  təcrübəsini,  iman  və  fəallığını  artırır.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

241


Lakin  əməlisalehliyin,  elm  və  ictimai-siyasi  fəallığın  əsas  

təmsilçilərinin,  demək  olar  ki,  kişilərdən  ibarət  olduğu  cəmiy-

yətimizdə  qadınlar  nə  etsinlər,  kimə  üz  tutsunlar?!  Biz  əməlisa-

leh,  ziyalı  və  fəal  ailə  mühitlərində  böyüyüb  boya-başa  çatmış  

tək-tük  qadınların  olduğunu  istisna  etmirik.  Çıxış  yolu  budur  

ki,  belə  cəmiyyətlərdə  qadınlar  sosial  aktivlik  göstərib,  lazımi  

məşğuliyyət  sahələrində  iştirak  etməlidirlər.  Belə  mühitlərdə  

səmərəli  və  ciddi  görüşlər,  söhbətlər  təmin  edilməlidir.  Həm  

də  bu  görüş  və  söhbətlər  ibadət,  əxlaq,  təhsil,  düşüncə,  sosial-

siyasi  fəaliyyət  sahələrində  təşkil  olunmalıdır.  Peyğəmbərin  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  bu  cür  görüş  və  söhbətlər  

olmuşdur.  Peyğəmbər  məscidi  həm  kişilər,  həm  də  qadınlar  

üçün  ibadət  ocağı,  elm  yurdu,  mədəniyyət  mərkəzi  idi;  bura-

da  onlara  ictimai  şüur  aşılanırdı.  Müsəlman  qadın  Quran  və  

moizəyə  qulaq  asmaq,  elm  məclisində  iştirak  etmək,  başqa  

qadınlarla  tanış  olmaq  istəsəydi,  məscidə  gedirdi.  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  fəal,  mömin  və  bilikli  

idilər.  Allah  onları  vəhy  çatdıran  və  elm  öyrədən  şəxslə  –  Pey-

ğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

həmsöhbət  etmişdi.  

Nəticədə,  bilik  səviyyələri  artmışdı.  Onlar  böyük  səhabələrin,  

tabein  nəslinin  hədis,  təfsir  və  fiqh  öyrəndikləri  müəllimələr  

idilər.  

Dövrümüzün  alimləri  qadınlara  münasibətdə  Peyğəmbərin  

yolu  ilə  getməlidirlər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  dərs  demiş,  moizə  oxumuş,  bunu  heç  bir  səhabəsinə  

həvalə  etməmişdir.  İmam  Buxari  demişdir:  

“Bir  dəfə  məşhur  tabein  Ətadan  soruşurlar:  “Səncə,  (bay-

ram)  xütbəsini  bitirdikdən  sonra  qadınlara  öyüd-nəsihət  ver-



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

242


mək  imamların  haqqıdırmı?”  Əta  deyir:  “Bu,  onların  borcudur.  

Amma  onlara  nə  olub  ki,  bunu  etmirlər?!”

1

İndiki  dövrdə  qadınlar  səhabə  xanımların  yolu  ilə  getmə-



lidirlər.  Səhabə  xanımlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

yanına  gedir,  ondan  maraqlandıqları  məsələlər  barədə  

soruşurdular.  Onlar  təkcə  ataları  və  ərlərinə,  hətt a  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcələrinə  sual  vermir  həm  də  

Peyğəmbərə  üz  tuturdular.  Məsələn,  Sübey`ə  adlı  qadın  ana  

olduqdan  sonra  Əbu  əs-Sənabildən  evlənmək  haqqında  soruş-

muşdu.  Amma  onun  cavabı  ilə  kifayətlənməmiş,  gedib  eyni  

şeyi  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşmuşdu.  

İbn  Həcər  demişdir:

“Hədisdən  məlum  olur  ki,  Sübey`ə  fərasətli  və  dərrakəli  

qadın  idi.  O,  Əbu  əs-Sənabilin  cavabında  tərəddüd  etmiş,  

Şəriət  sahibindən  (Peyğəmbərdən)  bu  məsələni  izah  etməsini  

istəmişdir”

2

.  



Qadınlarımız  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcələrini  özlərinə  nümunə  götürməli,  elm  və  bilikdə  kişilərə  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  Qeyd  edək  ki,  Əta  bunu  Peyğəmbə-



rin  sünnəsinə  istinadən  demişdir.  Buxari  və  Müslim  rəvayət  etmilər  

ki,  Ətaya  istinadən  İbn  Cüreyh  demişdir:  “Cabir  ibn  Abdullah  deyib:  

“Ramazan  bayramı  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bayram  namazı  qıl-

dı.  Sonra  dua  edib,  xütbə  söylədi.  Sözünü  bitirib  minbərdən  endi  və  

qadınların  yanına  getdi.  Bilalın  əlinə  söykənərək  onlara  öyüd-nəsihət  ver-

di.  Bilal  paltarını  yerə  sərdi  ki,  qadınlar  sədəqələrini  onun  üzərinə  yığsın-

lar  (Hədisin  İbn  Abbas  versiyasında  isə  deyilir:  “Peyğəmbər  elə  güman  

etdi  ki,  qadınlar  xütbəni  eşidə  bilməyiblər.  Odur  ki  onlara  öyüd-nəsihət  

verdi,  sədəqə  çıxarmalarını  əmr  etdi)”  –  tərcüməçinin  qeydi.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  134.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə