Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə80/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   76   77   78   79   80   81   82   83   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

258


Ümmi-Şərikin evi qonaqların üzünə 

açıq olmuşdur

Mühacirlər  tez-tez  ona  qonaq  düşürdülər.  Evi,  sanki,  xeyriyyə  

ocağı  idi.  

Fatimə  bint  Qeys  demişdir:

“(Həyat  yoldaşım  məni  boşadıqda)  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

mənə  dedi:  “Ümmi-Şərikin  evinə  get.”  

Ümmi-Şərik  ənsarın  varlı  qadınlarından  idi.  Allah  yolunda  çox  

xərcləyirdi.  Evinə  çoxlu  qonaqlar  gəlirdi.  (Peyğəmbərə)  de-

dim:  “Yaxşı,  gedərəm.”  (Daha  sonra  Peyğəmbər  fikrini  dəyişib  

dedi:)  “Yox,  getmə.  Çünki  Ümmi-Şərik  qonağı  çox  olan  qa-

dındır  (Başqa  bir  rəvayətdə  “İlk  mühacirlər  onun  evinə  qonaq  

düşürlər”)...”

1

.  


Əsma bint Əbubəkr kasıb kişiyə 

yaxşılıq etmişdir

Əsma  bint  Əbubəkr  ondan  kömək  istəyən  kasıb  kişinin  da-

dına  çatmaq  üçün  əlindən  gələni  etmişdir.  Rəvayət  olunur  ki,  

Əsma  deyib:

“Bir  kişi  yanıma  gəlib  dedi:  “Ey  Abdullahın  anası,  mən  

kasıb  kimsəyəm.  İstəyirəm  evinin  kölgəsində  alış-veriş  edim.”  

Ona  dedim:  “Mən  sənə  icazə  versəm  də,  Zübeyr  etiraz  edəcək.  

Sən  gəl  bunu  Zübeyr  evdə  olanda  istə.”  Zübeyr  evinə  qayıt-

dıqda  (kişi  gələrək)  dedi:  “Ey  Abdullahın  anası,  mən  kasıb  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

259


kimsəyəm.  İstəyirəm  evinin  kölgəsində  alış-veriş  edim.”  Ona  

dedim:  “Mədinədə  mənim  evimdən  başqa  ev  yoxdurmu?”  Zü-

beyr  sözə  qarışdı:  “Nə  üçün  satmaq  istəyən  kasıb  kimsəyə  ən-

gəl  olursan?”  (Bundan  sonra)  həmin  kişi  alıb-satmağa  başladı,  

qazancı  oldu...”

1

.



Qurani-Kərimdə  də  xeyirxahlığa  dair  gözəl  nümunələr  var-

dır.  Məsələn,  Allah  Təala  buyurur:

“(Musa)  Mədyən  kənarındakı  bir  quyuya  çatanda  onun  ba-

şında  (heyvanlarını  sulayan)  bir  dəstə  adam  və  onlardan  başqa  

(qoyunlarını  özgə  heyvanlara  qarışmasın  deyə)  geri  çəkən  iki  

qadın  (qız)  görüb  dedi:  “Sizə  nə  olub  (dərdiniz  nədir)?”  On-

lar:  “Çobanlar  (heyvanlarını)  sulayıb  getməmiş  biz  (qoyunla-

rımıza)  su  vermirik.  Atamız  da  ixtiyar  bir  qocadır  (buna  görə  

qoyunları  sulamağa  biz  gətiririk)”,  -  deyə  cavab  verdilər.

(Musa)  onlar  üçün  (yaxınlıqdakı  başqa  bir  quyudan  su  çə-

kib  qoyunlarını)  suladı,  sonra  da  kölgəyə  çəkilib  dedi:  “Ey  

Rəbbim!  Mən  Sənin  mənə  nazil  edəcəyin  xeyirə  möhtacam!”  

(Musa  yeddi  gün  idi  ki,  çöldəki  otlardan  başqa  yeməyə  bir  şey  

tapmırdı.  Buna  görə  də  Allahdan  yemək  üçün  bir  ruzi  dilədi)”  

(əl-Qəsəs,  23-24).  

Mənəvi  yaxşılıq  formaları  da  vardır.  Fəzilətli  şəxsləri  qiymət-

ləndirmək,  gözəl  günlərdə  təbrik  etmək,  xəstələri  ziyarət  etmək,  

çətinə  düşənlərə  təskinlik  vermək  –  bütün  bunlar  mənəvi  yax-

şılıq  formalarıdır.  Cəmiyyətin  fərdləri,  deməli,  qadın  və  kişilər  

ünsiyyətdə  olmalıdırlar  ki,  mənəvi  xeyirxahlıq  abı-havası  for-

malaşsın.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

260


“Fitnə  çıxmasın!”  bəhanəsi  ilə  bu  cür  xeyirxah  davranışları  

kənara  atmağın  faydası  vardırmı?!  Əgər  insanlara  Allah  qarşı-

sında  vəzifələrini  xatırladıb  fitnə  barədə  onları  xəbərdar  edirik-

sə, belə bir vəziyyətdə mənəvi xeyirxahlıq duyğularının nümayiş  

etdirilməsi  qəbahətdirmi?!  

Sünnədə  əksini  tapmış  bəzi  mənəvi  yaxşılıq  (xeyirxahlıq)  

faktlarına  nəzər  salaq:

a)  Təskinlik  və  başsağlığı.  Rəvayət  olunur  ki,  Ümmi-Sələmə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Əbu  Sələmə  vəfat  etdiyində  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

yanına  gedib  dedim:  “Ey  Allahın  rəsulu,  Əbu  

Sələmə  vəfat  etdi!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Belə  de:  “Allahım,  məni  və  onu  bağışla,  ondan  son-

ra  mənə  gözəl  aqibət  bəxş  et!”  Mən  də  onun  dediyini  dedim.  

Allah  mənə  ondan  daha  yaxşısını  (xeyirlisini)  –  Məhəmmədi  

əta  etdi”

1

.



b)  Qonaqların  gözəl  şəkildə  qarşılanması.  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  Xədicənin  bacısı  Halə  bint  Xüveylid  Peyğəmbə-

rin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  gəlmək  üçün  icazə  

istədi  və  bu,  Peyğəmbərə  (vaxtı  ilə)  Xədicənin  icazə  istəməsini  

xatırlatdı.  Bu  səbəbdən  Peyğəmbər  bərk  həyəcanlanıb  dedi:  

“Allahım,  bu  ki  Halədir!”

2

.



c)  Ehtiram  və  tərif.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

261


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

toydan  qayıdan  

qadın  və  uşaqları  gördükdə  dikəlib  dedi:  “Allah  şahid  olsun  

ki,  siz  ən  çox  sevdiyim  kimsələrsiniz.”  Və  dediklərini  üç  dəfə  

təkrarladı”

1

.



ç)  Sevgi  və  fəxarət.  Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  deyib:

“Hind  bint  Ütbə  (Peyğəmbərin  yanına)  gələrək  dedi:  “Ey  

Allahın  rəsulu,  (bundan  əvvəl)  yer  üzündə  sənin  nəslin  qədər  

Allahın  zəlil  etməsini  istədiyim  başqa  nəsil  yox  idi.  İndi  isə  yer  

üzündə  sənin  nəslin  qədər  Allahın  güclü  etməsini  istədiyim  

digər  nəsil  yoxdur.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Canımı  əlində  tutan  Allaha  and  olsun  ki,  bir  də  de...”

2

.

d)  Xəstəni  ziyarət.  Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  



deyib:

“(Bir  dəfə)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-


Saibin  (Ümmi-Müsəyyəb)  yanına  getmişdi.  (Əsdiyini  görüb)  

soruşdu:  “Sənə  nə  olub,  Ümmi-Saib,  tir-tir  əsirsən?”  Ümmi-

Saib  dedi:  “Qızdırmadır,  Allah  bəlasını  versin!”  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  “Qızdırmaya  söymə.  (Bil  

ki,)  körük  dəmirdəki  hisi-pası  necə  təmizləyirsə,  qızdırma  da  

adəm  oğullarının  günahlarını  elə  təmizləyir”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə