Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə83/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   79   80   81   82   83   84   85   86   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

269


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yeddi  döyüşdə  

iştirak  etdim.  Miniklərinin  arxasında  olur

1

,  onlara  yemək  bişi-



rir,  yaralıları  müalicə  edir,  xəstələrə  baxırdım”

2

.  



ç)  Xəstələrin  qayğısına  qalmaq.  Rəvayət  olunur  ki,  Həfsə  

bint  Sirin  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Bir  qadın  gələrək  Bəni-Xilf  qəbiləsinə  qonaq  düşdü.  Ya-

nına  getdim.  Mənə  danışdı  ki,  bacısının  (Ümmi-Ətiyyənin  –  



mütərcim)  əri  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

on  


iki  yürüşdə  iştirak  edib.  Bacısı  (Ümmi-Ətiyyə)  onunla  birlikdə  

altı  yürüşdə  olub.  Onu  da  dedi  ki:  “Xəstələrə  baxır,  yaralı-

ları  müalicə  edirdik.”  (Həfsə  deyir:)  “(Sonra)  Ümmi-Ətiyyə  

gəldiyində  bunu  ondan  soruşdum...”

3

.

Həfsə  bint  Sirin  rəvayət  edir  ki,  Ümmi-Ətiyyə  əl-Ənsariyyə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yeddi  yürüşdə  

iştirak  etdim.  Miniklərinin  arxasında  olur,  onlara  yemək  bişirir,  

yaralıları  müalicə  edir,  xəstələrə  baxırdım”

4

.

d)  Ölü  və  yaralıları  daşımaq.  Rübəyye  bint  Müəvviz  



(Allah  

ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

savaşlarda  işti-

rak  edirdik.  İnsanlara  su  verir,  xidmət  göstərir,  ölü  və  yaralıları  

Mədinəyə  daşıyırdıq”

5

.

Elə  qadınlar  var  idi  ki,  özlərini  müdafiə  etmək  üçün  xəncər  



gəzdirirdilər.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

1

 Yəni,  minikləri  və  yüklərinin  qayğısına  qalırdım.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

5

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

270


“Hüneyn  günündə  Ümmi-Süleym  əlində  xəncər  tutmuşdu.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Bu  nə  

xəncərdir?”  (Ümmi-Süleym  dedi:)  “Götürmüşəm  ki,  müşrik-

lərdən  kimsə  yaxınlaşsa,  qarnını  deşim.”  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

güldü...”.

1

  

Əgər  Ümmi-Süleym  ehtiyata  özü  ilə  xəncər  gəzdirmişdisə,  



“ət-Təbəqat  əl-kübra”  əsərində  İbn  Sə`din  yazdığına  görə,  Üm-

mi-Əmarə  Uhud  döyüşündə  qılıncı  ilə  Peyğəmbəri  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

müdafiə  etmişdir.  Ömər  ibn  əl-Xətt ab  



(Allah  

ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Uhud  günündə  

belə  dediyini  eşitmişəm:  “Hər  dəfə  sağıma  və  soluma  dön-

düyümdə  Ümmi-Əmarəni  qaarşımda  döyüşən  görürdüm”

2

.

Döyüşlərdə  iştirak  edən  qadınlara  da  qənimətlərdən  pay  dü-



şürdü.  İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onlarla  (qadınlar-

la)  savaşa  gedir,  ...qənimətdən  onlara  da  pay  verirdi...”

3

.



Elə  qadınlar  olmuşdur  ki,  dəniz  döyüşlərində  şəhid  düşməyi  

arzulamış,  Allah  da  onların  bu  arzusunu  yerinə  yetirmişdir.  

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Quba  torpaqlarına  

gedərkən  Ümmi-Həram  bint  Məlhanın  qonağı  olurdu.  Ümmi-

Həram  da  ona  yemək  verərdi.  (Həmin  vaxtlar)  Ümmi-Həram  

Übadə  ibn  əs-Samitin  zövcəsi  idi.  Bir  dəfə  Peyğəmbər  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  yanına  getdi,  o  da  Peyğəmbərə  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 İbn  Sə`d.  ət-Təbəqat  əl-kübra,  VIII  cild,  səh.  415.

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

271


(adəti  üzrə)  yemək  verdi.  Peyğəmbər  (yeməyi  yedikdən  sonra)  

yatdı.  Ayıldıqda  gülürdü.  (Ümmi-Həram  deyir:)  “Soruşdum:  

“Ey  Allahın  rəsulu,  nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  

ümmətimdən  bir  dəstə  insan  yaşıl  dənizdə  (Aralıq  dənizi)  

Allah  yolunda  yürüşə  çıxıb.”  Ümmi-Həram  dedi:  “Allaha  dua  

et  ki,  məni  də  onlardan  etsin!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

dua  edib  dedi:  “Allahım,  onu  onlardan  biri  et!”  ...

(Sonralar)  Müaviyənin  dövründə  Ümmi-Həram  əri  Übadə  

ibn  Samit  ilə  müsəlmanların  ilk  dəniz  yürüşündə  iştirak  etmiş-

di.  Yürüşdən  qayıtdıqda  Şamda  mənzil  salmışdılar.  Ona  minsin  

deyə  heyvan  (at...)  gətirdilər.  At  onu  üstündən  yerə  salmış,  o  

da  həlak  olmuşdu”.

1

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  kəlamı  Ümmi-

Həram  üçün  doğrudur:

“Kim  Allah  yolunda  miniyindən  yıxılıb  ölərsə,  şəhiddir”

2

.

Peşə fəaliyyəti



Peşə  üzrə  işləmək  qadın-kişi  əməkdaşlığının  əsas  motivlərin-

dən  biridir.  Peşə  fəaliyyəti  onun  üçündür  ki,  qadın  ya  kasıb  

ərinə  kömək  etsin,  ya  xeyriyyə  üçün  pul  toplasın,  ya  da  müasir  

cəmiyyətdə  qadınlara  “fərzi-kifayə”  sayılan  bəzi  işləri  (qadın  və  

qızlara  təhsil  vermək,  onları  müalicə  etmək...)  görsün.  Bu  za-

man  əksər  hallarda  kişilərlə  (qəyyumlar,  ərlər,  qohum-əqrəba)  

ünsiyyət  yaratmaq  lazım  gəlir.  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Təbəri  rəvayət  etmişdir.  İstinadı  “həsən”dir.  Bax:  İbn  Həcər.  Fəth  əl-Bari,  

VI  cild,  səh.  358.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə