Beşinci fəsil.
Qadınlardan bəhs edən bəzi səhih hədislərin...
229
bu cür izah qadınları təhqirdir, bir çox dini mətnə ziddir. O
dini mətnlərə ki, səhabə qadınların belə mənfi xarakterdən
uzaq olduqlarını göstərmişdir. Həmçinin bu izah analarımızın,
bacı və zövcələrimizin real vəziyyəti ilə ziddiyyət əmələ gətirir.
Əgər belədirsə, onda nə üçün biz “əyri” kimsələrə uşaqlarımızın
tərbiyəsini həvalə edirik?!
3) Hədisdə işarə olunub ki, kişilər həmin əyriliyin qadın-
larda yaratdığı müəyyən davranışlara səbir göstərməlidirlər. “...
düzəltməyə cəhd göstərsən, qırarsan” sözü buna dəlalət edir.
Kişilər başa düşməlidirlər ki, qadınlar onları hövsələdən çı-
xarmaq üçün bu davranışları qəsdən nümayiş etdirmirlər. Qa-
dınlar bu cürdür, tez və bərk təsirlənmə onların təbiətində
vardır. Odur ki kişilər səbir göstərib təmkinli olmalı, təqsirdən
keçməyi və dözüm nümayiş etdirməyi bacarmalıdırlar. Kişilər
bilməlidirlər ki, qadınlardakı bu xasiyyət (tez təsirlənmə)
əsas vəzifələrini (hamiləlik, südvermə, uşaqlarabaxma) yerinə
yetirmələrinə müsbət təsir göstərə bilər. Çünki bu zaman həs-
sas emosionallığa ehtiyac vardır. Kişilər onu da bilməlidirlər
ki, qadınların tez təsirlənmədən irəli gələn bütün səhvlərini
onları danlayaraq düzəltməyə çalışsalar, istənilən nəticə hasil
olmayacaqdır: ər və arvad arasında uçurum dərinləşəcək, ni-
faq böyüyəcək, axırda iş boşanma ilə bitəcəkdir. Kişilər bir
şeyi də nəzərdən qaçırmamalıdırlar ki, qadınlar onlardakı bu
eybi ört-basdır edəcək üstün keyfiyyət və müsbət məziyyətlərə
də sahibdirlər. Bir qadın xoşagəlməz hərəkət etdiyində bunun
“əlac”ını Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
aşağıdakı
müdrik kəlamında tapırıq:
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
230
“Mömin kişi mömin qadına nifrət etməz (xor baxmaz). Əgər
onun bir xasiyyətindən xoşu gəlmirsə, başqa xasiyyətindən xoş-
lansın!”
1
4) Qadınlarla mehriban rəft ar etmək lazımdır. Hədisdə de-
yilənlər bunu təsdiqləyir: “Elə isə qadınlarla yaxşı keçinməyi
tövsiyə edin!”
Təyyibi demişdir:
“Onun (Peyğəmbərin – mütərcim) “istəvsu” sözündəki “sin”
tələb bildirir və “Özünüzdən ya da başqalarından onlarla (yaxşı
keçinməyi) tövsiyə kimi tələb edin!” deməkdir”.
Bu sözün mənasını “Onlarla bağlı vəsiyyətimi yaxşı dinləyin,
onlarla mehriban keçinin, onların yaxınlarına yaxşılıq edin!”
– deyə izah edənlər də vardır.
Hafiz ibn Həcər demişdir:
“Bu, (sonuncu izah) mənə görə, daha əsaslıdır, Təyyibinin
dediklərinə zidd deyildir”
2
.
“Dini və ağlında çatışmazlıq olanlar” hədisi barədə danışarkən
qeyd etmişdik ki, bu çatışmazlığın nədə və hansı dərəcədə ol-
duğunu müəyyənləşdirmək üçün monitorinq tipli elmi araşdır-
malar aparmaq lazımdır. Həmçinin belə araşdırmalar qadındakı
“əyriliy”in nədə və hansı səviyyədə olduğunu müəyyən etmək
üçün aparılmalıdır.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VII cild, səh. 177.
Birinci fəsil
PEYĞƏMBƏRİN ZAMANINDA
MÜSƏLMAN QADINLARIN SOSİAL
FƏALİYYƏT SƏBƏBLƏRİ
Qeyd edək ki, Peyğəmbər dövründə müsəlman qadınların
sosial həyatda nə üçün fəal olduqlarına dair məlumatlara hədis
və ayələrdə rast gəlmirik. Lakin müxtəlif sahələrdə qadınların
iştirakı və fəallığı (qaynayıb-qarışma) faktlarından bəhs edən
ayə və hədislərdə bu haqda dolayı məlumat vardır. Biz dini
mətnlərə əsasən aşağıda ən mühüm səbəbləri göstərmişik:
Yaşayışı asanlaşdırma
Davamlı aktiv və doğru həyat tərzini qoruyub saxlamaq üçün
asanlaşdırmaya ehtiyac vardır. Belə olan halda həyat mürəkkəb
və çətin məzmundan sıyrılır, möminlər üçün rahat hala gəlir.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
iki şeyi seçmək
qarşısında qalsaydı, ən asanını seçərdi. Təbii ki, həmin şey
günah əməl deyildisə. Yox, əgər günah əməl olsaydı, dərhal
ondan kənar durardı”
1
.
Qadınlar sual yarandıqda və ya bir şeyə ehtiyac hiss etdiklə-
rində Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
müraciət edir-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...
233
dilər. Onlar ərlərini və ya başqa məhrəm şəxsləri vasitəçi seç-
mirdilər. Çünki elə suallar yaranırdı ki, kişilər ya cavab verə bil-
mir, ya gec cavab verir, ya da cavab verməkdən imtina edirdilər.
Elə də olurdu ki, kişilər sualı düzgün başa düşmədiklərindən
Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
səhv çatdırır, cavab
da fərqli olurdu. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
cavabını olduğu kimi çatdırmayanlar da tapılırdı. Bu səbəbdən
qadınlar suallarını Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
birbaşa verməyi üstün tuturdular. Sual sahibinin sualına doğru
cavab tapmaq üçün aidiyyəti şəxslə birbaşa ünsiyyətdə olmağı
ən asan və ən düz üsuldur. Bəzi misallar gətirək:
Rəvayət olunur ki, Büreydə deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanında idim.
Bu ərəfədə bir qadın gələrək dedi: “(Ey Allahın rəsulu!) anama
bir cariyə sədəqə vermişdim. Amma anam vəfat etdi. (İndi nə
edim?)” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu:
“Buna görə sənə savab yazılıb. Vərəsəlik isə onu (cariyəni –
mütərcim) sənə qaytarıb...”
1
.
İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) cüheynəli bir qadın Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
yanına gələrək dedi: “Anam həcc etməyi
əhd demişdi. Amma həcc etmədən vəfat etdi. Onun yerinə
həcc edə bilərəmmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bəli, onun yerinə həcc edə bilərsən”
2
.
Rəvayət olunur ki, Übeydullah ibn Ütbə deyib:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dostları ilə paylaş: |