Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə23/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   19   20   21   22   23   24   25   26   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

 
 


Azərbaycan və Əhli-beyt irsi 
 
 
22 
 
AZƏRBAYCAN HƏDİSLƏRDƏ 
 
Natiq RƏHİMOV, 
tədqiqatçı-jurnalist 
 
Hər  şeydən  öncə  qeyd  etməliyik  ki,  Qurani-Kərim-
dən sonra İslamın əsas mənbəyi sayılan hədislərdə Azərbay-
canla  bağlı  məlumatlar  o  qədər  də  çox  deyil.  İslam  xila-
fətinin bəzi bölgələri ilə müqayisədə Azərbaycanın və Azər-
baycana aid olan məntəqələrin adı hədislərdə çox az çəkilir. 
Bunun  bir  səbəbini  Azərbaycanın  xilafət  mərkəzlərindən  – 
Mədinə,  Kufə,  Dəməşq  və  Bağdad  şəhərlərindən  kifayət 
qədər  uzaqda  yerləşməsi  ilə  izah  etmək  mümkündürsə  də, 
zənnimizcə,  əsas  səbəbi  Azərbaycan  əhalisinin  və  bu  tor-
paqlarda  hakimiyyət  sürən  müsəlman  valilərin  siyasi  məsə-
lələrə  və  intriqalara  az  qoşulmasında  axtarmaq  lazımdır. 
Hər halda, Məkkə, Mədinə, Kufə, Şam, Xorasan, Yəmən ki-
mi bölgələrlə müqayisədə Azərbaycanın adı hədislərdə daha 
az hallanır. 
Bununla  belə,  İslam  tarixinin  bəzi  mühüm  nöqtələ-
rində  Azərbaycanla  bağlı  müəyyən  məqamlara  rast  gəlirik. 
Məsələn,  məhz  Azərbaycanın  fəthində  iştirak  edən  səhabə-
lərin  fərqli  qiraətlərlə  Quran  oxumaları  barədə  üçüncü 
xəlifə Osman ibn  Affana  şikayət edildikdən sonra  İslam di-
ninin ana mənbəyi sayılan Qurani-Kərimi indiki ardıcıllıqla 
toplamaq  zərurəti  yaranmış  və  bunun  nəticəsi  olaraq  vahid 
Quran nüsxəsi meydana çıxmışdı. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə