Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə31/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   27   28   29   30   31   32   33   34   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
30 
larından birisən. Ümidvaram ki, mən sənə münasibətdə baş-
qalarından pis hökmdar olmaram. Vəs-salam”.
10
 
 
İmam Mehdinin (ə) zühur əlamətləri ilə  
bağlı olan hədislərdə Azərbaycan 
 
Azərbaycan  adının  çəkildiyi  hədislərin  böyük  bir 
qismi  XII  İmam  Həzrət  Mehdi  Sahibəz-zamanın  (ə)  zühur 
əlamətləri  ilə  bağlıdır.  Məşhur  şiə  alimi,  “Mühəcüd-
dəavat”,  “Məlhuf”,  “Fəlahüs-sail”,  “Cəmalül-üsbu”,  “ət-
Təraif” kimi dəyərli əsərlərin müəllifi olan Seyid ibn Tavus 
İmam  Mehdinin  (ə)  zühur  əlamətləri  haqqında  rəvayətləri 
“əl-Məlahim  vəl-fitən” adlı kitabda toplamışdır.  Əsərin 56-
cı babında belə bir hədislə rastlaşırıq: 
 
 لوحكم نع هيبا نع دقاو نب ديز نب قلاخلا دبع انثدح ,ميعن انثدح
 نوجرخي ةجرخ :ناتجرخ كرتلل نوكي :لاق ملس و هيلع للها يلص يبنلا نع
.امهدعب كرت لا تارفلاب مهلويخ نوطبري ةيناثلا و ,ناجيبرذآ نم 
 
Nüeym,  Əbdül-xaliq  ibn  Zeyd  ibn  Vaqiddən,  o  öz 
atasından,  o  –  Məkhuldan,  o  isə  Peyğəmbərdən  (Allahın 
salavatı  və  salamı  Ona  olsun)  rəvayət  edib  ki,  o  Həzrət  (ə) 
buyurub:  “Türklərin  iki  dəfə  xürucu  (böyük  hərəkatı)  ola-
caq.  Bir  dəfə  onlar  Azərbaycandan  xüruc  edəcəklər.  İkinci 
dəfə  öz  atlarını  Fərat  çayının  suyu  ilə  sulayacaqlar.  Bu  iki 
hadisədən sonra türk olmayacaq”.
11
 
                                                 
10
 bax: Nəhcül-bəlağə, 5-ci məktub.
 
11
 Seyid ibn Tavus. Əl-Məlahim vəl-fitən. 56-cı bab, 68-ci hədis, səh. 99.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə