Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə32/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   28   29   30   31   32   33   34   35   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
31 
Bu  hədisin  mötəbərliyi  bir  neçə  cəhətdən  şübhə 
altındadır. Əvvəla, hədisin sənədində yer alan bütün ravilər 
–  Nüeymdən  Məkhula  kimi  məchuldur  (naməlumdur). 
İkincisi, Seyid ibn Tavusu Həzrət Məhəmməd Peyğəmbərin 
(s)  zamanından  600  ildən  artıq  vaxt  kəsimi  ayırır.  Hədisin 
sənədində  isə  Peyğəmbərə  (s)  kimi  cəmi  dörd  ravinin  adı 
çəkilir. 600 illik bir dövr üçün dörd ravi inanılmaz dərəcədə 
azdır.  Deməli,  hədisin  sənədində  silsilənin  bir  neçə  halqası 
“itib”.  Bu  cür  hədisləri  mürsəl  adlandırırlar  və  onların  eti-
bar  dərəcəsi  aşağıdır.  Nəhayət,  üçüncüsü,  bu  hədisi  birmə-
nalı olaraq on ikinci İmamın (ə) zühuruna aid etmək düzgün 
deyil;  çünki  buna  hər  hansı  aşkar  dəlil  yoxdur.  Məsələn, 
türklərin  atlarının  Fərat  çayından  su  içməsi  Abbasilər 
xilafətindəki  “türklər dövrü”  və  ya “Samirə (Samərra) döv-
rü” ilə də  bağlı  ola bilər.  Məlumdur  ki, miladi  IX  əsrin bi-
rinci  rübündən  başlayaraq  bir  neçə  onillik  boyunca  Ab-
basilər  sarayında,  xüsusilə,  orduda  türklərin  təsiri  artmışdı. 
Hətta  türk  əyanlar  bir  xəlifəni  devirib  başqasını  taxta 
otuzdurmaq  gücünə  sahib idilər.  Hədisin  sonundakı “bu iki 
hadisədən  sonra türk olmayacaq” ifadəsini  ya  bundan  sonra 
türklərin  bir  daha  Fərat  sahillərinə  kimi  irəliləməsinin 
qeyri-mümkünlüyü,  ya  da  onların  xürucunun  (hərəkatının) 
bir daha baş tutmaması kimi mənalandırırlar. 
Azərbaycanla  bağlı  olan  və  kitablarda  on  ikinci 
İmamın  (ə)  zühuru  ilə  əlaqələndirilən  başqa  bir  hədis  hicri 
IV  əsrdə  yaşamış  məşhur  şiə  alimi  Nömaninin  “əl-Ğeybə” 
kitabında  verilib.  Əsərin  XI  babının  (“Şiələrə  səbr  etmək, 
kifayətlənmək, fərəci gözləmək, Allahın əmrini və tədbirini 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə