|
![](/i/favi32.png) Qafqaz müSƏlmanlari idarəSİAzərbaycan və Əhli-beyt irsiAzerbaycanda-Ehlibeyt-irsiAzərbaycan və Əhli-beyt irsi
28
ları qalıb. Deyirlər ki, bu kəndlər Əshabür-Rəssin olub.
Deyirlər ki, onlar Calutun adamları olublar, Davud və Sü-
leyman (ə) onları öldürüblər”.
7
Şeyx Səduqun “Üyunü əxbarir-Riza” kitabında
8
rə-
vayət edilən bir hədisdə deyilir ki, Həzrət Əli (ə) məsciddə
zərbətlənməsindən üç gün əvvəl Bəni-Təmim qəbiləsindən
olan bir nəfərin Əshabür-Rəss barədə verdiyi suala cavab
olaraq, bu qövmün tarixçəsini danışmışdı. Kitabda üç səhi-
fədən artıq yer tutan bu geniş hədisdə Rəss qövmünün şərq
torpaqlarından axan, suyunun bolluğuna və şirinliyinə görə
tayı-bərabəri olmayan Rəss çayının sahilindəki 12 kənddə
yaşadığı xəbər verilir. Onlar “Şahdirəxt” adlı nəhəng sənubər
(küknar) ağacına pərəstiş edirdilər; bu ağacı vaxtilə Həzrət
Nuhun (ə) oğlu Yafəs əkmişdi. Rəss qövmünün kəndlərinin
adı belə idi: Aban, Azər, Dey, Bəhmən, İsfəndar, Fərvərdin,
Ordibehişt, Xordad, Mordad, Tir, Mehr və Şəhrivər
.
9
Allah-
Təala Bəni-İsrail qövmündən Yəhud ibn Yəqubun (ə) övlad-
larından bir peyğəmbəri onlara göndərdi. Lakin Əshabür-
Rəss peyğəmbərə tabe olmadı. Axırda peyğəmbərin duası ilə
onların müqəddəs saydıqları ağac qurudu. Onda Rəss sakin-
ləri qəzəblənib dərin quyu qazıdılar, peyğəmbəri quyuya atıb
öldürdülər. Bundan sonra Allah-Təala onlara şiddətli bəla
göndərib hamısını məhv etdi.
7
Biharül-ənvar. XIV, 155.
8
1-ci cild, səh.183-186, XVI bab.
9
Bunlar hicri-şəmsi təqvimin aylarının adı ilə eynidir.
|
|
|