Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə26/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   22   23   24   25   26   27   28   29   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
25 
ərəb  dilində  “kiçik  yadigar,  zəif  təsir”  mənası  ifadə  etdiyini 
əsas  tutaraq  bildirmişlər  ki,  Rəss  əhli  özündən  sonra  tarixdə 
böyük  bir  irs  qoymadığına  və  izsiz-soraqsız  məhv  olduğuna 
görə  ona  bu  ad  verilib.  Digərləri  “rəss”  sözünün  “quyu” 
demək  olduğunu  ön  plana  çəkərək  ehtimal  etmişlər  ki,  Rəss 
qövmünün bol sulu, dərin quyuları vardı. Başqa bir qrup isə 
onların  öz  peyğəmbərlərini  quyuya  atıb  öldürdüklərini  söy-
ləmişlər.  Bəzi  təfsirçilərin  fikrincə  isə,  “Rəss”  sözü  Ərəs, 
yəni  Araz  çayının  adından  götürülüb;  çünki  bu  qövm  Araz 
çayının sahilində yaşayırmış. Bizim üçün maraqlı ola biləcək 
nəzəriyyə  də  məhz  sonuncudur.  Bu  və  digər  nəzəriyyələr 
haqqında  “Biharül-ənvar”da 
(XIV,  148-160)
  və  “Təfsire-nü-
munə”də məlumat verilir 
(XV, 91-95).
 
Əllamə  Məclisi  “Biharül-ənvar”  kitabında  “Nübüv-
vət”  (peyğəmbərlik)  bölümündə  13-cü  babı  “Əshabür-Rəss 
və Hənzələnin əhvalatı” adlandırıb.
4
 
Bu babda 7 hədis verilib. Həmin hədislər Şeyx Sədu-
qun “İləlüş-şərayi”, “Üyunü əxbarir-Riza”, “Məanil-əxbar”, 
“Səvabül-əmal”,  Küleyninin  “əl-Kafi”,  Əli  ibn  İbrahim 
Qumminin “Təfsir”, Təbrisinin “Məcməül-bəyan”, Kəracik-
inin “Kənzül-fəvaid”,  Sələbinin  “Əraisül-məcalis  fi qisəsil-
ənbiya”  kitablarından  nəql  edilir.  Əllamə  Məclisi  yeri  gəl-
dikcə  bu  hədislərə  şərhlər  də  verir,  adıçəkilən  yer  adlarına 
və çətin anlaşılan ifadələrə aydınlıq gətirir. 
“Biharül-ənvar”da verilmiş hədislərdə və onların şər-
hində Əshabür-Rəssin məhz Azərbaycan ərazisində yaşadığı 
barədə  qeydlərə  dönə-dönə  rast  gəlirik.  Məsələn,  “Təfsiri-
Qummi”yə istinadən yazılıb: 
                                                 
4
 Biharül-ənvar. XIV, 148-160.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə