Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə34/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   30   31   32   33   34   35   36   37   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
33 
Hədisin incələnməsi barədə bunları deyə bilərik: 
1. Hədisin sənədindəki Həsən ibn Əli ibn Əbu Həm-
zə (Bətaini nəsəbi ilə tanınır) və atası rical kitablarında qey-
ri-mötəbər  ravi  kimi  xarakterizə  edilirlər.  Məsələn,  məşhur 
rical  alimi  Nəcaşi  Həsən  ibn  Əlini  vaqifə  məzhəbinin  baş-
çılarından sayır.
14
 
Vaqifə məzhəbinə görə, Həzrət Musa Ka-
zım  (ə)  sonuncu  imamdır  və  qeybə  çəkilib,  ondan  sonra 
imam olmayacaq. Bu məzhəbdə İmam Rzaya (ə) və sonrakı 
imamlara  etiqad  yoxdur.  Vaqifə  məzhəbinin  qurucuları 
İmam  Kazımın  (ə)  bir  qrup  keçmiş  səhabəsi  idi.  İmam 
zindanda olarkən, bu adamlar onun adından şiələrdən xüms-
zəkat  pullarını  yığırdılar.  İmam  Kazım  (ə)  zindanda  şəhid 
olduqdan  sonra  onlar  pulları  İmam  Rzaya  (ə)  verməkdən 
imtina edib mənimsədilər. Deyilənlərə görə, adı çəkilən Hə-
sən ibn Əlinin atası Əli ibn Əbu Həmzə Bətaini bu yolla 30 
min dinar pulu mənimsəmişdi. 
Rical  elminin  məşhur  mənbələrindən  olan  “İxtiyarü 
mərifətir-rical”  kitabında  etibarlı  ravilərin  dilindən  Həsən 
ibn Əli ibn Əbu Həmzə Bətaini “kəzzab” (yalançı), “məlun” 
və  “rəcülün  su”  (pis  adam)  adlandırılır.  Həmin  kitabda 
İmam Musa Kazımın (ə) Əli ibn Əbu Həmzəyə belə buyur-
duğu  rəvayət  edilir:  “Ey  Əli!  Sən  və  dostların  uzunqulaq 
kimisiniz”.
15
 
 
Şeyx  Tusi  öz  “Rical”ında  Əli  ibn  Əbu  Həmzə  Bə-
tainini  İmam  Musa  Kazımın  (ə)  raviləri  sırasında
16
  yerləş-
dirərək, onun haqqında “vaqifi” ifadəsini işlədir. 
                                                 
14
 Ricali-Nəcaşi. səh. 36, 73-cü sıra sayı.
 
15
  İxtiyarü mərifətir-rical. səh. 338 və 456.
 
16
 5049-cu sıra sayı, səh. 339.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə