Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə35/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   31   32   33   34   35   36   37   38   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
34 
2. Ümumilikdə bu hədisdə Azərbaycanla bağlı məqa-
mın müsbət məna daşıdığını iddia etmək çətindir. Qarşısın-
da  heç  nə  dayana  bilməyən  Azərbaycan  və  ya  Azərbay-
candan çıxan alov hər nədirsə, hədisdə ona qoşulmamaq və 
İmam  Mehdinin  (ə)  zühurunu  gözləmək  tövsiyə  olunur. 
Tədqiqatçılar belə bir ehtimal irəli sürmüşlər ki, əgər hədisi 
səhih  qəbul  etsək  belə,  burada  yenə  Abbasilər  dövründəki 
türk təsirindən danışılır. Hər halda, hədisdən görünən budur 
ki,  Azərbaycanla  bağlı  məqam  Mehdinin  (ə)  zühuru  ilə 
bağlı deyil; şiələrin vəzifəsi səbrlə o həzrətin zühurunu göz-
ləməkdir. 
Nömaninin  “əl-Ğeybə”  kitabında
17
    Azərbaycanla 
bağlı daha bir rəvayət də gözə çarpır: 
 
 َلاَق ُّيِرَوَنيِّدلا ٍدَّمَحُم ُنْب ُدَمْحَأ اَنَثَّدَح َلاَق ٍديِعَس ِنْب ِدَّمَحُم ُنْب ُدَمْحَأ اَنَرَبْخَأ
   يِنَثَّدَح ْتَلاَق ٍسْوَأ ُتْنِب ُةَريِمَع اَنَتْثَّدَح َلاَق ُّيِفوُكْلا ِنَسَحْلا ُنْب ُّيِلَع اَنَثَّدَح
 ُهَّنَأ ِراَبْحَأْلا ِبْعَك ْنَع َةَرْمَض ِنْب ِهَّللا ِدْبَع ْنَع ِنَمْحَّرلا ِدْبَع ُنْب ُنْيَصُحْلا يِّدَج
 ُلَتْقُي ٌبْرَح َكْلِت َناَجيِبْرَذآ َو ٍةَّيِنيِمْرَأ ٍناَيْتِف َعَم ِساَّبَعْلا ِدْلُو ِبْرَح َو ... لاَق
 َكْلِت ٌدوُس ٌتاَياَر ِهْيَلَع ُقِفْخَت ىَّلَحُم ٍفْيَس ىَلَع ُضِبْقَي ٌّلُك ٌفوُلُأ َو ٌفوُلُأ اَهيِف
ُرَبْغَأْلا ُنوُعاَّطلا َو ُرَمْحَأْلا ُتْوَمْلا اَهُبوُشَي ٌبْرَح 
 
İmam  Mehdinin  (ə)  zühurundan  əvvəl  baş  verəcək 
hadisələri işıqlandıran hədisin bu hissəsində deyilir: “Abbas 
oğullarının  Ərməniyyə  və  Azərbaycan  cavanları  ilə  döyüşü 
(baş  verəcək).  Bu  döyüşdə  minlərlə  adam  öləcək,  hər  kəs 
bəzəkli qılıncını  sıyırıb döyüşəcək.  Qara  bayraqlar  dalğala-
nacaq.  Bu  döyüş  al-qırmızı  ölümlə  və  dəhşətli  taunla  qa-
rışacaq”. 
                                                 
17
 X bab, hədis 4, səh. 148-149.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə