Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Yol ayrıclarının ümumi keçilmə qaydaları. Nizamlanmayan yol ayrıclarından keçilmə qaydaları



Yüklə 1,28 Mb.
səhifə27/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
YHQ və HT - Mühazirə

Yol ayrıclarının ümumi keçilmə qaydaları. Nizamlanmayan yol ayrıclarından keçilmə qaydaları


Yol ayrıcları küçə-yol şəbəkəsinin ən yüksək potensial təhlükəliliyə malik elementi hesab olunurlar. Şəhərlərdə baş vermiş YNH-nin 40%-ə qədəri onların payına düşür. Bu, hər şeydən əvvəl yol ayrıclarının keçilməsinin mürəkkəbliyi ilə bağlıdır. Sürücünün iş günü ərzində qarşılaşdığı ən çətin vəziyyətlər yol ayrıclarında baş verir. Belə ki, yol ayrıcını keçmək istəyən sürücü diqqətini bir yox, bir neçə obyektə yönəltməli olduğundan, onun işi çətinləşir. Bu əməliyyatı təhlükəsiz başa vurmaq üçün müxtəlif nəqliyyat vəziyyətləri analiz və sintez edilərək, düzgün qərar qəbul edilməlidir. Vaxt məhdudluğu şəraitində qərarların qəbulu və onların icra edilməsi sürəti sürücünün operativ təfəkküründən asılıdır. Məhdud psixofizioloji keyfiyyətlərə malik olan və peşəkarlığı yüksək olmayan sürücülər standart olmayan vəziyyətlərdə özlərini itirərək, yanlış qərarlar qəbul edirlər ki, bu da son nəticədə təhlükəli mübahisəli vəziyyətlərin yaranmasına səbəb olur.
Yol ayrıcları nizamlanan və nizamlanmayan yol ayrıcları olmaqla iki böyük qrupa bölünürlər. Hərəkətin növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yol ayrıcı nizamlanan hesab edilir. Bütün digər yol ayrıcları, o cümlədən üstünlük nişanları tətbiq olunmuş yol ayrıcları nizamlanmayan hesab olunurlar. Svetoforları söndürülmüş və sarı işıq rejimində işləyən yol ayrıcları da nizamlanmayan hesab olunurlar.
Svetoforlar və nizamlayıcıların işlədiyi yol ayrıclarında üstünlük nişanları təsir gücünə malik deyillər. Bundan başqa svetoforu işləməyən və ya sarı döyünən işıq rejimində işləyən yol ayrıcları da nizamlanmayan yol ayrıcları hesab olunur və onlarda hərəkət üstünlüyü yol nişanları ilə müəyyən edilir.
Tunel, estakada ilə müxtəlif səviyyədə kəsişən nəqliyyat açılmaları və ətraf ərazilərdən küçələrə gi-
rişlər yol ayrıcı hesab olunmur- lar.
Yol ayrıclarındakı əksər vəziyyətlərdə bir ümumi prin- sip daimi olaraq qüvvədə olur. Məsələn, sağa və ya sola dö- nən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə
olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Velosiped yolları ilə mopedlərin və səkilər olmadıqda piyadaların hərəkətinə icazə verilir.
Qeyd etmək yerinə düşər ki, mopedlər, səkilər və piyada yolları olmadıqda piyadalar da velosiped yolları ilə hərəkət edə bilərlər.
Bu prinsipdə aşağıdakı istisnalar da mövcuddur:

  • eyni hərəkət hüququna malik olan tramvaylar relssiz NV-lərə nisbətən hərəkət üstünlüyünə malikdirlər (məsələn, eyni səviyyəli yolların kəsişməsində və eyni zamanda əlavə bölməsi olmayan svetoforun yaşıl işığında sola dönən tramvay qarşıdan düzünə hərəkət edən relssiz NV- yə nisbətən hərəkət ystynlüyünə malik olur);

  • sola dönmələr svetoforun əlavə bölməsi ilə nizamlandıqda və üstünlük nişanları olduqda keçmə növbəliliyi dəyişir. Əsas qırmızı və sarı işıqları da yandırılmış svetoforun əlavə bölməsinin yaşıl işığı ilə sola dönən tramvay digər istiqamətlərdən hərəkət edən bütün NV-lərə yol verməlidir. 2.4 «Yol verin» nişanı tramvaylara da şamil olunur.

  • yol ayrıclarında baş yol istiqamətini dəyişdikdə həmin istiqamət-

də hərəkət edən bütün NV - lər hərəkət üstünlüyünə malikdirlər.


Tramvay yolları ilə hərəkət edən və onları kəsən NV sürücüləri istənilən hal- da tramvaylara yol verməlidir. Tramvay sürücüləri o zaman hərəkətə başlamalı və ya hərəkətini davam etdirməlidirlər ki, digər NV sürücülərinin onlara yol verdiklərinə əmin olsunlar.
Əgər yol ayrıcında və ya hərə- kət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayan- mağa məcbur edərək digər NV-lə- rin hərəkəti üçün maneə yaradar- sa, sürücjünün belə yol ayrıcına və ya kəsişmə yerlərinə girməsi qada- ğandır.
Yanıb - sönən sarı siqnal ol-
duqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yol ayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yol ayrıclarını keçmə qaydalarını və yol ayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.
Nizamlanmayan yol ayrıclarında hərəkət intensivliyinin qiymətinin az olmasına rəğmən, onların keçilməsi çətin olub, sürücüdən yüksək diqqət tələb
edir. Belə yol ayrıclarını keçdikdə üstünlüyün hansı istiqamətdə olduğunu müəyyən etmək və keçmə növbəliliyinə əməl edilməsi (2.1-2.5 nişanları ilə müəyyən olunur) əsas məsələdir. Nizamlanmayan yol ayrıclarında ikinci dərəcjəli yol dedikdə kəsişən digər yola nisbətən aşağı keyfiyyətli örtüyü olan yol başa düşülür. Deməli, torpaq yoldan ixtiyari digər örtüklü yola çıxan sürücü özünü ikinci dərəcəli yolda hesab etməlidir (nişanlarla yolun əhəmiyyətinin göstərildiyi hallar istisna olmaqla). Bəzən elə hallara da rast gəlinir ki, yol ayrıcı qarşısında torpaq yol 2.1 «Baş yol» nişanı ilə işarələnir. Belə olan halda nişanların göstərişləri əsas götürülməlidir.
Kəsişən küçənin örtüyünü çirkləndirməmək üçün qrunt yollarının kəsişməyə 50-200m qalmış hissəsi təkmilləşdirilmiş örtüklə örtülməlidir. Əgər sürücü yolda örtüyün olub-olmamasını müəyyən edə bilmirsə (günün qaranlıq vaxtlarında, çirk, qar olması və başqa səbəblərə görə) və üstünlük nişanları tətbiq olunmamışdırsa, o, özünün ikinci dərəcjəli yolda olduğunu qəbul etməlidir.
Eyni səviyyəli kəsişmələr örtüklü və örtüksüz yolların kəsişmələri ola bilər. Belə kəsişmələr 1.6 «Eyni əhəmiyyətli yolların kəsişməsi» nişanı ilə də işarələnirlər. Bu yol ayrıclarında hərəkət üstünlüyü məşhur «sağdan maneənin olmaması» prinsipi ilə müəyyən edilir. Qeyd etmək

lazımdır ki, hərəkət istiqamətindən asılı olmayaraq belə yol ayrıclarında da tramvaylar hərəkət üstünlüyünə malik olurlar. Yol ayrıcından keçmənin ixtiyari mərhələsində «sağdan maneənin olmaması» prinsipi əsas götürülməlidir.


Müxtəlif əhəmiyyətli yolların kəsişməsində ikinci dərəcəli yolda olan NV sürücüsü sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, baş yolda hərəkət edən NV-yə yol verməlidir.

Yol ayrıcında baş yolun istiqamətinin dəyişdiyi hallarda (2.1, 2.4 və 2.5 nişanlarının altında 7.13 lövhəciyi ilə göstərilir və lövhəcikdəki qalın xətt baş yolun istiqamətini göstərir) baş yoldakı sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutma- lıdırlar.



Eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz NV-nin sürücüsü sağdan yaxınlaşan NV-yə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdır. Belə yol ayrıcında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq,


relssiz NV-lər qarşısında üstünlüyə malikdir.
Relssiz NV-nin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sa- ğa hərəkət edən NV-lərə yol vermə- lidir. Tramvay sürücüləri də öz ara- larında bu qaydanı əsas tutmalıdırlar.
Nizamlanmayan yol ayrıclarının xüsusi növlərindən biri də 4.3 «Dairəvi hərəkət» nişanı tətbiq olunmuş dairəvi hərəkət açılmalarıdır. Belə nəqliyyat açılmaları bəzən öz-özünə nizamlanan adlanırlar. Belə kəsişmələrdə də hərəkət ümumi prinsiplərlə idarə olunur.
Dairəvi kəsişmənin girişlərində “Dairəvi hərə- kət” nişanları tətbiq olun- muşdursa, dairədəki NV- lər hərəkət üstünlüyünə malikdirlər.
Dairəvi nəqliyyat açıl- malarının girişləri qarşısın- da mərkəzi adacıqda 1.31.1
«Döngənin istiqaməti» yol nişanları tətbiq etməklə, xüsusən də gecə vaxtların- da, hərəkətin təhlükəsizliyi səviyyəsini yüksəltmək olar.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə