Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu


Dayanma və durma. İşıq siqnallarından istifadə qaydaları



Yüklə 1,28 Mb.
səhifə25/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   40
YHQ və HT - Mühazirə

Dayanma və durma. İşıq siqnallarından istifadə qaydaları


Qaydalara görə NV-nin dayanması - adamların minib-düşməsi, yaxud yük- lərin yüklənib-boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir.


Aşağıdakı hallarda NV durmuş hesab olunur:

  • digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını al- maq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən baş- qa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə;

  • onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığıl- ması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa;

Göründüyü kimi yol kənarında dayanmış NV-yə yaxınlaşan şəxsin onun dayanması və ya durmasını düzgün qiymətləndirməsi o qədər də asan məsələ de- yildir. Xüsusən də vaxt məhdudiyyəti mücərrəd şəkildə ifadə olunmuşdur.
Məcburi dayanmalar NV-də hər hansı bir nasazlıq olduqda, yüklərin yarat- dığı təhlükə və sürücülərin vəziyyəti ilə əlaqədar olan dayanmalardır.
Tətbiq olunmuş texniki vasitələrdə başqa göstəriş nəzərədə tutulmamışdır- sa, NV-lərin yolun sağ tərəfində çiyində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayan-
masına və durmasına icazə verilir. Yan qoşqusu olmayan motosikletlər, moped- lər və velosipedlər yolun hərəkət hissəsi- nin kənarında iki cərgədə dayana və dura bilərlər.
Yaşayış məntəqələrində yolun sol tə- rəfində dayanmağa və durmağa, tramvay

yolunun olması səbəbindən, sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya bir- tərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5t-dan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük- ləmə-boşaltma işləri zamanı) icazə verilir. Minik avtomobilləri, motosiklet, mo-


ped və velosipedlərin yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmasına o halda icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmurlar.
Əgər çiyinlər yoxdursa və ya müəyyən səbəblərdən onlarda dayanma və durma mümkün deyildirsə, dayanma və durmanın qadağan edildiyi yerlər istisna olunmaqla, NV-ni hərəkət hissəsinin kənarında digər NV-lərin hərəkətinə mane olmamaq şərtilə saxlamaq olar. 5.22 «Yaşayış məntəqəsinin başlanğıcı» nişanı ilə işarələnmiş iki zolaqlı və ikitərəfli hərəkətli, bütöv oxboyu xətti olmayan yol sahələrində NV-lərin yolun həm sağında, həm də solunda durmasına icazə verilir. Yaşayış məntəqələrində birtərəfli yollarda da NV-lərin yolun solunda dayanma və durmasına icazə verilir (maksimum kütləsi 3,5 t-dan yüksək olan NV-lər an- caq yükləmə-boşaltma işləri zamanı solda dayana və dura bilərlər). Bu yerdə yaddan çıxarmaq olmaz ki, belə qayda 5.24 «Yaşaış məntəqəsi» nişanı ilə işarə- lənmiş yol sahələrinə aid edilmir. Belə sahələrdə icazə verilən hərəkət sürəti yük- sək olduğundan, sola çıxmaqla NV-lərin yolun solunda dayanması və durması təhlükəlidir (bu zaman qarşıdan gələn NV-yə yol verilməlidir).
NV-ləri hərəkət hissəsinin kənarına paralel surətdə bir cərgədə qoymaq olar (onların digər formada qoyulmasına icazə verilən yerlər istisna olunmaqla). Yan- qoşqusuz ikitəkərli NV-lərin iki cərgədə dayanma və durmasına icazə verilir. Sə- kilər boyu onlara paralel surətdə hərəkət hissəsində ancaq minik avtomobilləri- nin, motosikletlərin, mopedlərin və velosipedlərin bir cərgədə (nişanlar və nişan- lama xətləri ilə digər şəkildə dayanma və durmalar istisna olmaqla) dayanma və durmasına o halda icazə verilir ki, bu, piyadaların hərəkətinə mane olmasın.
Yaşayış məntəqələrindən kənarda buraxılabilən sürət həddi yüksək olduğun- dan, uzun müddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir.
Qaydalarda tramvay yollarında, onların yaxınlığında, əgər bu, tramvayın hə- rəkətinə maneə yaradarsa, dayanmaq qadağan olunur.

Dəmir yol keçidində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər hə- min istiqamətdə 3-dən az hərəkət zolağı varsa) və onların altında dayanmaq qa- dağan edilir. Bundan başqa YHQ-da 1.1, 1.3 və 1.11 üfiqi nişanlama xətləri ilə dayanmış NV arasında məsafə 3,0 m- dən az olan yerlərdə, piyada keçidlərində


və onlara 5 m-dən az yaxınlıqda, hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında hər hansı bir istiqamət- də yolun görünmə sahəsi 100m-dən az olduqda da dayanmaq qadağan olunur.


Hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5m-dən az yaxınlıqda, dayanacaq meydançasında, meydança olmadıqda marşrut NV-lərinin və ya taksilərin dayanma yeri göstəricisinə (əgər bu, onların hərəkə- tinə mane olursa) 15m-dən az yaxınlıqda (1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan 3 tərəfli yol ayrıclarındakı yan keçidinin qarşı tərəfində dayanma hal- ları istisna olmaqla) dayanmaq qadağan edilir.


Hərəkət hissələrinin sərhədləri yol ayrıclarının sərhədləri ilə üst-üstə düşmə-

diyindən, enli ayırıcı zolağı olan yol ayrıclarında və dairəvi hərəkətli nəqliyyat açılmalarında NV-lərin dayanmasına ancaq o halda icazə verilir ki, kəsişən hərə- kət hissələrinin sərhəddindən onlara qədər olan məsafə 5m-dən az olmasın. T- şəkilli yol ayrıclarında oxboyu bütöv xətt və ya ayırıcı zolaq olduqda bilavasitə hərəkət hissələrinin kəsişməsi qarşısında dayanmaq olar. Bu halda da bütöv xəttə qədər olan məsafə 3m-dən az olmamalıdır.


Qeyd edək ki, dayanacaq meydançaları sarı rəngli sınıq xətlə və ya yol nişanı ilə də işarələnə bilər. Belə yerlərə yaxınlaşan NV sürücüləri arxa görünüş güzgüsündə yaxınlaşan marşrut NV-sini görməzsə, lazım gələn hallarda dayana bilər.
NV svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücü- lərin bunları görməsinə mane olduğu və ya başqa NV-lərin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yarat- dığı yerlərdə, nizamlama vasitələrində başqa göstəriş nəzərədə tutulmamışdırsa, səkilərdə, 3.27 yol nişanının təsir zonalarında dayanmaq qadağandır.
Duracağa qoyulmuş NV-nin mühərriki söndürülməli, duracaq tormoz sis- temi qoşulmalı, təkərləri səkiyə və
ya yolun qırağındakı başqa maneəyə tərəf çevrilməli və qapıları kilidlən- məlidir. İcazə verilən maksimum küt- ləsi 3,5t-dan çox olan NV-ni yoxuş- da və ya enişdə duracağa qoyduqda, onun öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoy- malıdır.
NV-lərin dayanmanın qadağan
edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda yolların hərəkət hissəsində,
5.1 «Avtomagistral» nişanı ilə işarələnmiş yerlərdə, dəmir yol keçidlərinə 50 m- dən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında və 3.28 yol nişanının təsir zonalarında durması da qadağan edilir.
Dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü NV-nin həmin yerlərdən aparılması üçün mümkün olan bü- tün tədbirləri görməlidir. Əgər bu mümkün olmazsa, qəza işıq siqnalları yandırılsa belə qəza dayanacağı nişanı tətbiq olunmalıdır.
Çünki, müəyyən şəraitlərdə (günəşli ha- vada, intensiv hərəkətdə və s.) işıq siqnalları vaxtında qavranılmaya bilər.
NV-nin qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.
Hərəkət intensivliyinin az olmasına baxmayaraq, baş vermiş yol-nəqliyyat hadisələrinin əksəriyyəti gecə vaxtının payına düşür. Qaranlıq düşdükcə yolun və ətrafdakı əşyaların görünməsi pisləşdiyindən, müşahidəlilik qabiliyyəti azaldığın- dan, gözlər tez yorulduğundan və qarşıdan gələn NV-nin fara işıqları ilə qamaş- dırıldığından, sürücü yuxulamağa başlayır və belə hadisələrin nəticələri çox ağır olur. Ona görə də gecə vaxtı hərəkətdə sürücü xüsusilə diqqətli olmalıdır.
Gündüz vaxtı insan gözü müxtəlif əşyaların və mühitin kiçik parlaqlıq də- yişmələrinə həssas olmasına baxmayaraq, süni işıqlandırmada bu mümkün ol- mur. Ona görə də rəng və rəng çaları duyumu pisləşir və bütün əşyalar gümüşü- boz rəngdə görünürlər. Fara işıqları ancaq NV-nin qarşısındakı dar bir sahəni işıqlandırdığından, bu sahədən kənardakı əşyaların sürücü tərəfindən qavranması məhdudlaşır. Əyrixətli sahələrdə bu xüsusiyyət daha qabarıq şəkildə meydana çı- xır.
Gecə vaxtı hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və sürücülərin işinin asanlaşdırılması üçün müasir avtomobillər fara işıqları, bu və ya digər istiqamətə dönmə işıq göstəriciləri, səs siqnalları və s. kimi təkmil işıq sistemi və cihazları ilə təchiz olunmuşlar.
Yüksək effektivliyə malik müxtəlif səs və işıq siqnallarının olmasına bax- mayaraq, NV sürücüləri gecə vaxtı kiçik sürətlə hərəkət etməli və YNH - nin qar- şısını almaq üçün bütün digər zəruri tədbirlər görməlidirlər.
Sutkanın qaranlıq vaxtı, məhdudiyyətli görmə şəraitində, habelə tunellərdə və digər hərəkətdə olan NV-lərdə və qoşqularda təchizatından asılı olaraq NV- lərin faralarının yaxın və uzaq işıqları, arxa qabarit işıqları və qoşqularda qabarit işıqları yandırılır.
İşıqları və qabarit fənərləri olmayan, yolun hərəkət hissəsi və ya çiyinində dayanmış NV-lər gecə vaxtı xüsusilə təhlükəli olduqlarından, onlar tez bir za- manda yoldan kənarlaşdırılmalıdırlar. Bu mümkün olmadıqda isə qəza dayanma- sı nişanı və ya qırmızı yanıb sönən işıqlı fənərlərdən istifadə olunmaqla, təhlükə- sizlik tədbirləri görülməlidir.
Yaşayış məntəqələrində yol lazımi səviyyədə, yaşayış məntəqələrindən kə- narda isə yolun hərəkət hissəsi yol boyu işıqlandırılmışdırsa, həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə və sürücünün gözlərini qamaşdırmamaq məqsədilə qarşıdan gələn NV-yə azı 150m qalmış uzaq işıq ya- xın işığa keçirilməlidir.

Gözü qamaşdırılan sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla NV-ni dayandırmalıdır.


Motosiklet, moped, uşaq dəstələri daşıyan avtobus, mikroavtobus, mütəşək- kil nəqliyyat dəstəsində hərəkət edən, digər NV-ləri yedəyə alan, təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan, xüsusi olaraq ayrılmış zolaqla NV-lərin axı- nına qarşı hərəkət edən ümumi istifadədə olan NV-lərin sürücüləri tərəfindən hə- rəkət edən NV-ni göstərmək məqsədilə duman faraları da yandırılmalıdır.
Dumanlı havada uzaq işıq faralarından istifadə olunması görmə məsafəsini daha da azaldır və yolun görünməsini pisləşdirir.

Duman faralarından məhdud görünmə şəraitində həm ayrıca, həm də farala- rın yaxın və uzaq işıqları ilə birlikdə, həmçinin, sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində faraların yaxın və ya uzaq işıqları ilə birlikdə isti- fadə oluna bilər.


Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdu- diyyətli görünmə şəraitində dayanarkən və durarkən NV-də və avtoqatarda qaba- rit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, NV yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir.
Qatı dumanda, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəra- itlərdə faranın yaxın işıqları, duman faraları və ya dumana qarşı fənərlər yandırıla bilər.
Yuxarıda göstərilən hallar istisna olmaqla, NV-lər işıq və səs siqnalları sön- dürülmüş vəziyyətdə işıqlandırılmış yollarda kifayət qədər məsafədən aydın göründükdə, yolun hərəkət hissəsinin
kənarından aralı saxlandıqda, akkum- lyatorla təchiz olunmuş motosiklet ya- şayış məntəqələrində hərəkət gərgin- liyi az olan küçələrdə dayanacaqda dayana bilər.
Yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan NV gəlmədikdə pro-
jektor-faradan və axtarıcı faradan istifadə etməyə icazə verilir. Yaşayış məntəqə- lərində belə faralardan ancaq operativ və xüsusi xidmət NV-lərinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Qeyd etmək lazımdır ki, belə projektorların işığı 150-200m məsafəyə yayılır və onlar adətən, şəhərlərarası işləyən avtobuslarda kuzovun yuxarı hissəsində ortada qoyulur. Axtarıcı faralar isə təcili yardım, polis, yanğınsöndürən, qəza xidməti və s. NV-lərində tətbiq olu- nurlar.
Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Onları STOP-siqnallara qoşmaq qadağandır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə