Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

fəaliyyət göstərmək və öz imicini qorumaq nöqteyi nəzərdən çox aktual
bir problemdir.
Ədəbiyyat 
1. Ozan Bahar, Dr.Metin Kozak “Turizm ekonomisi”
2. Howard Watson “ Hotel Renovation”
3. http://www.fizibiliteturkiye.com/
4. http://www.turizmguncel.com/ 
5. Nazmi Kozak “Otel Işletmeciliği” 
6. Richard H. Penner (2012). Hotel Design, Planning, and
Development.
89
Otellərdə yeniləmə işləri və onun perspektivləri


UOT-9:91:910.5
Nuridə FƏRHADOVA
Otelçilik ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti 
farhadova.nurida@gmail.com 
Dünyada animasiya anlayışı və onun inkişaf tarixi 
Azerbaijani national culture as basis of animation service
Понятие анимация в мире и история его развития
Abstract: The article is devoted to the concept animation in the world
and history of his development. The history of animation comes from dif-
ferent culture. National holidays, national games were the main part of an-
imation.
Keywords: tourism, world, animation, history, culture, national, hol-
iday, tradition, greeks.
Резюме: Статья посвящена понятие анимация в мире и история
его развития. История анимации прибывает из другой культуры. На-
циональные праздники, национальные игры были главной частью
анимации.
Ключевые слова: туризм, мир, анимация, история, культура, на-
циональная, праздник, традиция, грек. 
Cəmiyyət inkişaf etdikcə, yaşayış səviyyəsi yüksəldikcə insanların
həyat tərzində, sosial-mədəni tələbatlarında mühüm keyfiyyət dəyişiklikləri
yaranır. Yaxşı  yaşayan  və  öz  yaradıcı  əməyinin  məhsulunu  daha  çox
mənəvi  zənginləşməyə,  dünyagörüşünün  artırılması  və  digər
mədəniyyətlərlə tanışlığa sərf edən insanların sayının hər il artması turizm
adlanan fenomenin – yeni dünyanın yeddi möcüzəsindən birinin gücünü
ortaya qoymaqdadır. Artıq turizm bütün dünyada inkişaf edən bir sahə kimi
informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə birgə neft və avto-
mobil biznesindən sonra dünyada 3-cü və 4-cü yerləri tutmaqdadır.
İnsan  ehtiyaclarından  meydana  gələn  dəyişikliklərdən  biri  də
keçmişdə lüks qəbul edilən turizm ehtiyaclarının, zəruri ehtiyaclar halına
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
90


gəlməsidir.  Bu  səbəblə  insanlar  turizm  ilə  həyatlarında  dəyişiklik,
hərəkətlilik, cazibə, fərqlilik axtarmaqla, özlərini yeniləmək, çətinlikləri
atmaq, stresslərdən uzaq olmaq arzusundadırlar. Turistlərin əyləncəli bir
tətil keçirmələrinə mühit yaradan animasiya fəailiyyətləri ilə yerləşmə
müddətlərinin  uzadılmasından  ortaya  çıxan  turməhsulun  satışlarının
artırılması ilə gəlirlərin də artması mümkün olacaqdır. Bu səbəbə turizm
sənayesində  daha  çox  gəlir  əldə  etmək  üçün  animasiya  xidmətlərinin
inkişaf etdirilməsi mövzusunda lazimi addımların atılması qaçılmaz bir
zərurətdir.
Turizm  sənayesində  istifadə  edilən  animasiya  fəailiyətinin
məqsədlərini və bu istiqamətdə lazimi biliklər qazanmaq üçün bu fəailiyyət
sahəsini nəinki turizm sahəsində, ayrı bir sahə kimi də araşdırmamıza
ehtiyac var. Animasiya anlayışı dünya alimləri tərəfindən son yarım əsr
ərzində araşdırılmağa başlanmışdır. O, ki qaldı milli animasiya sahəsinə,
ümumiyyətlə bu sahə bizim üçün yenidir.
Animasiya, dilimizdə canlandırma mənasını daşımaqdadır. Animasiya
latın mənşəli sözdür, ((anima) – hava, külək, küləyin əsməsi, ruh, can) və
((animus) – ruh, can, qəlb, istək, hiss). Animasiya ümumi mənası ilə edilən
bütün canlandırmaları əhatə edir. “Animasiya” termini nəinki turizmdə
istifadə edilir, həm də kompüterdə edilən cizgi filmi, kukla teatrı və bənzər
canlandırmalar da animasiya olaraq adlandırılır. Müasir zamanda isə ani-
masiyadan televiziya və kino üçün də istifadə edilir.
Animasiya yalnız turizm müəssisələrində deyil, fərqli sahələrdə də
xüsusi  proqramların,  ssenarilərin  tərtib  olunması  ilə  məclislərin  idarə
edilməsi ilə qarşımıza çıxır. Konqress, sərgi, festival kimi təşkilatçıların
içərisində, bəzi açılış proqramlarında hətta xüsusi yığıncaqlarda animasiya
nümayişlərinə yer verilməkdədir. Dekorasiyalar, qiyafələr, aksessuarlar
fəailiyyətə  qatılanlara  edilən  makiyajlar  da  animasiya  fəailiyyətinin
əvəzolunmaz ünsürləri halına gəlmiş və ayrı bir sektor meydana gəlmişdir.
Bütün  sadaladıqlarımıza  aydınlıq  gətirmək  üçün  ardıcıl  olaraq
animasiyanın tarixindən başlayaraq növlərinə qədər bu sahəni araşdırmağa
başlayaq (1).
Qədim  Yunanların  əyləncələri. Animasiya  sahəsini  araşdıran
tədqiqatçılar kütləvi proqramlaşdırılmış animasiyaların başlanma tarixinin
təxminən 30 əsrə yaxın olduğunu söyləyirlər. Onlar Qədim Yunanıstanda
yaranmışdır və qeyri-adi gözəlliyi, kütləviliyi və möhtəşə təşkilatçılığı ilə
fərqlənirdi.
Qədim Yunanıstanda  sosial  və  dini  həyatın  əhəmiyyətli  elementi
olmuş  meyxanalar,  karvansaralar  yaranırdı. Artıq  o  qədim  vaxtlardan
karvansaraların  və  meyxanaların  sahibləri  öz  kirayənişinlərinin  asudə
91
Dünyada animasiya anlayışı və onun inkişaf tarixi 


vaxtının qayğısına qalırdılar. Qonaqların əyləncəsi üçün onlar musiqiçiləri,
rəqqasları və akrobatları dəvət edir, hər cür yarışları qaydaya salırdılar,
həmçinin heyvanlarların və quşların: pişiklər, itlər, xoruzlar, bildirçinlərin
döyüşlərini təşkil edirdilər. Qədim yunanlar idman yarışları və oyunları
çox sevirdilər. Əbəs yerə deyil ki, birinci möhtəşəm idman yarışları olan-
Olimpiya oyunları məhz orada yaranmışdır.
Kişilər  meyxanaların  sıx  ziyarətçisi  idilər,  ancaq  qadınlara  isə
qonaqları mahnılarla və rəqslərlə əyləndirməyə icazə verilirdi. Bunun üçün
getera adlandırılan qədim yunan qadınları xüsusi təhsili alırdılar: musiqi
alətlərində mahir ifa etməyi və kişi qonaqlıqlarının əyləncəsi üçün ağıllı,
maraqlı söhbətlərin aparılmasını öyrənirdilər. Adətən yerli əhalinin ən aşağı
təbəqələrindən olan gözəl qızlar və ya yadellilər getera olurdular.
Qədim yunanlar asudə vaxtın təşkilinə böyük diqqət ayırırdılar. Onlar
ənənəvi bayramları və yarışları xüsusi diqqətlə hazırlayırdı, hansılara ki,
bütün Yunanıstandan və ona tabe olan koloniyalardan insanlar yığışırdı.
Onlara hamını yerləşdirmək, diqqətlə fikirləşmək və proqramı hazırlamaq
lazım idi (4).
Nümunə olaraq Olimpiya Oyunlarını misal göstərmək olar. Olimpiya -
da  ya Yunanıstanın bütün hər tərəfindən məşhur idmançılar axışıb gəlirdilər.
Bir ay ərzində onlar məşq etməli və yarışlara hazırlanmalı idilər. Bunun üçün
stadionlar, gimnaziyalar (qaçış və atılmalar üçün meydan), palestralar (tul -
lanma və mübarizəyə hazırlıq üçün yer) və s. tikilmişdir. Orada yer ləş dir  mə
və qidalanma üçün yalnız idmançılar deyil, həm də tamaşaçıları dü şün  mək
lazım idi ki, buna görə idman tikintiləri və məbədlər yanında leo ni dayon
(hörmətli qonaqlar üçün mehmanxana) tikilirdi. Yarışlar dəqiq ar dıcıllıqda,
qabaqcadan fikirləşilmiş və təşkil edilmiş şəkildə həyata keçirilirdi.
Qədim yunanlarda çox müxtəlif bayramlar var idi. Ən böyük Afina
bayramları ənənəvi, ciddi tənzimlənmiş idi və bir neçə gün üzrə davam
edirdi.  Bayramlara  qabaqcadan  fikirləşilmiş,  yaxşı  təşkil  edilmiş  dini
mərasimlər, təntənəli yürüşlər, xorlar, musiqilər daxil edilirdi.
Qədim Yunanıstanda şərab allahı Dionisin şərəfinə təşkil edilmiş
bayram, onun barəsində əfsanələrin səhnələşdirilib nümayiş etdirilməsi ilə
qədim yunan teatrının əsası qoyuldu. Tədqiqatçılar qeyd edirlər ki, Dionissi
tamaşaları  adət  və  ənənələrlə  nizama  salınmış,  bir-biri  ilə  harmonik
uyğunlaşan “avaraçılıq günləri kimi yox, bayrametmə günləri kimi” nəzərə
alınan teatr tamaşaları idi. Bu həm bütün şəhərdən keçən təntənəli yürüş
və dini mərasimlər, iştirakçıların hər birinə özünü göstərmədə tam azadlıq
həvalə olunmaqla xalqın şənlikdə iştirakı üçün xüsusi məqamlar və musiqi,
dram,  xor  və  nəhayət  yalnız  sonluqda  dramatik  yarışlar  kimi  bir  sıra
yarışmalar idi.
Nuridə Fərhadova
92


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə