Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

Son onillikdə də dünyada xarici turistlərin səfərlərinin orta illik artımı
4.3%, daxil olan valyutanın orta illik artımı 12% təşkil etmişdir. 1950-ci
ildən  1995-ci  ilə  qədər,  il  ərzində  xarici  turistlərin  miqdarı  (ÜTT-nın
məlumatlarına  əsasən)  25  mln-dan  560  mln-a  qədər,  yəni  22.6  dəfə
artmışdır. Mütəxəssislərin esablamalarına görə 2020-ci ildə dünyada turist
səfərlərinin sayı təqribən 1602 mln-a çatacaq. 1995-ci ildə beynəlxalq
turizmdən gələn gəlir 399 mlrd $, 1998-ci ildə - 444.7 mlrd $, 2000-ci ildə
476 mlrd $ təşkil etmişdi. 2020-ci ildə isə 2000 mlrd $ həcmində gözlənilir.
Bu proqnoz beynəlxalq turizmə aiddir (2, s. 110). 
Turizmin gəlirləri dövlət gəlirlərinin, əhаli və sаhibkаr gəlirlərinin
tər  kib hissəsidir, rеgiоnаl iqtisаdi siyаsətin fоrmаlаşmа fаktоrudur, аmilidir.
Оnа görə də hər bir ölkənin turizm sаhəsi оnun iqtisаdi, sоsiаl pоtеnsiаlının
fоr mаlаşmаsınа və idаrə оlunmаsınа təsir еdir.Turizmin inkişafı hər bir öl -
kə nin iqtisadi strategiyasının tərkib hissəsi olduğuna görə onun for  ma laş -
ma sı, dinamikası, strukturur həmin ölkənin müvafiq strukturları ilə bağlıdır
(3, s. 117). Turizmin inkişafı bir sıra ölkələrdə strateji hədəflər rolunu oy -
na yır və bu rol turizmin ÜDM-də xüsusi çəkisi ilə ölçülür. Belə ki, turizm
gə lirlərinin ÜDM-də nisbəti, turizmdə olan resursların istehlak resurslarına
olan nisbəti ölkənin resurs potensialının formalaşmasında turizmin rolunu
qiy mətləndirir. Ayrı-ayrı ölkələrdə 30%-40% qədər yüksələ bilir. Turizmin
iqtisаdi sоsiаl rоlu strаtеji prоblеmlərin həlli üçün prоqnоzlаr vеrməyə
şərаit yаrаdır. Turizmin prоqnоzlаrı sаhələrin və rеgiоnlаrın iqtisаdiyyаtını
müəyyənləşdirir.  О,  rеgiоndаkı  turizm  pоtеnsiаlını  yüksəldir,  həmin
rеgiоnlаrdа infrаstrukturа lаyihələri əsаslı vəsаit qоyuluşu, invеstisiyа
prоqrаmlаrı və bir sırа хаrici ölkələrin krеdit rеsurslаrı cəlb оlunur. Turizm
ümumi iqtisаdiyyаtın inkişаfını təmin еtmək üçün əhаlinin məşğulluğunu,
istirаhətini təşkil еtmək yоludur. Оnа görə də biz turizmin iqtisаdi və sоsiаl
rоlunu kоmplеks sistеmli göstəricilər ilə qiymətləndiririk. ÜDM-dа tur-
izmin  yеri,  хüsusi  çəkisi,  əhаlinin  məşğulluğundа  rоlu,  miqrаsiyа
prоsеslərində rоlu, təbii sərvətlərin, pul vəsаitlərinin iqtisаdi dövriyyəyə
cəlb оlunmаsı dərəcəsi turizmin rоlunu müəyyənləşdirən göstəricilərdir.
Ölkənin iqtisadiyyatı ilə turizm bir-biri ilə qarşılıqlı sıx əlaqədədir.
Ümumiqtisadi faktorlar turizmə mənfi və müsbət təsirlər göstərir. Müsbət
təsirlər aşağıdakılardır:
– real gəlirlərin artımı. Real gəlirlərinin artması ilə istehlakçıların
sərəncamında daha çox pul olur, müvafiq olaraq, turizmə tələb də artmış olur;
– gəlirlərin daha geniş formada bölgüsü. Cəmiyyətdə gəlir nə qədər
geniş formada bölünürsə, bir o qədər daha çox insanlar turizm məhsullarını
ala biləcəklər;
– valyutanın sabit vəziyyəti. Əgər valyutanın kursu stabildirsə, onda
Aynur Abbasova
114


əhali onu böyük miqdarda ala biləcək. Belə vəziyyətdə isə öz istirahətini
planlaşdırmaq asandır.
Turizmə mənfi təsirlər isə aşağıdakılardır:
– iqtisadi böhranın təsirləri;
– işsizliyin artımı, əmək haqqının azaldılması və s. ;
–  valyuta  ilə  qeyri-stabil  vəziyyət.  Əgər  xarici  valyutanın  kursu
yuxarıdırsa, onda əhali onu az alacaq. Bu o deməkdir ki, əhalinin xarici
ölkələrə səfərə baha başa gələcək.
Turizm inkişaf etdiyi regionun iqtisadiyyatına böyük təsir göstərir.
Turizmin cəmiyyətə göstərdiyi 3 əsas təsirləri fərqləndirmək olar: iqtisadi,
sosial və humanitar.
Turizmin iqtisadi təsirləri. İqtisadi təsir kimi turizmə 2 tərəfli baxılır:
– iqtisadi kompleks kimi. Yüksək dərəcədə qlobal iqtisadi əlaqələrin,
proses və münasibətlərin inkişafı kimi izah olunur;
– iqtisadi artımın vacib katalizatoru kimi.
Müasir dünyada turizm:
– sənaye formasıdır;
– xidmət kimi çıxış edir, hansı ki, nə saxlanıla, nə də nəql oluna
bilməz;
–  yüksək  səviyyədə  effektivlik  və  investisiyaların  sürətli  geri
qayıtması
(ROI); 
– yeni sahələrin iqtisadi inkişafının qabaqcılı kimi hesab olunur;
– təbiətin və mədəni irsin qorunmasının effektiv vasitəsi kimi çıxış edir;
–  demək  olar  ki,  iqtisadiyyatın  bütün  sahələri  və  insanın  bütün
fəaliyyət növləri ilə uyğundur.
Məlumdur ki, inkişaf etmiş ölkələrdə xarici turizmdən gələn gəlir
qara və əlvan metalların beynəlxalq ticarətindən əldə olunan gəlirdən 2
dəfə  daha  artıqdır.  Turizmdən  əldə  olunan  gəlirlər  turislərin  xərcləri
nəticəsində meydana gəlir, hansılar ki, ziyarətçilərin səfər zamanı edilən
ümumi istehlak xərcləri kimi müəyyən olunur. 
Turist xərclərinə daxildir:
– kompleks səyahət;
– istirahət və turlara xidmət paketləri;
– yerləşdirilmə;
– qidalanma və içkilər;
– nəqliyyat;
– rekreasiya, mədəni və idman fəaliyyət növləri;
– səyahətlərin ayrılmaz hissəsi olan istehlak məhsulları;
– tibbi xidmət və s.
115
Turizm iqtisadi inkişafın, sosial tərəqqinin tərkib hissəsidir


Yuxarıda sadalanan turist xərcləri iqtisadiyyata birbaşa təsir göstərir,
yəni turizmin iqtisadi fəaliyyəti milli gəlirin formalaşmasında töhfə verir.
Bütövlükdə, ölkənin iqtisadiyyatına və cəmiyyətə turizmin təsir sahələri
aşağıdakılardır:
Biznes sferası. Turizm müəssisəsinin yaradılması üstünlük gətirir,
çünki o, müştərilərə öz məhsul və xidmətlərini, işçi və xidmətçilərə əmək
haqqı və digər ödənişləri, səhmdarlara gəlir, dövlətə vergi və ödənişlər
təklif edir.
İstehlakçı və gəlir sferaları. Turizm istehlakçı tələbinin yeni forma -
sı nın yaradır. Müxtəlif məhsul və xidmətlərə turistlərin tələbi yerli sə na -
ye nin  inkişafına  kömək  edir.  Bunun  sayəsində  istehlak  məhsullarının
istehsalı inkişaf edir və əhalinin yaşayış səviyyəsi artır.
Turizmin sayəsində yerli biznes inkişaf edir, o cümlədən:
– mədəniyyət və əyləncə (muzeylər, sərgilər, memorial komplekslər
və abidələr, şou-biznes, kino biznesi), hansılar ki, öz növbəsində, vergi-
tutma vaistəsilə regiona və yerli əhaliyə fayda verir;
– nəqliyyat şirkətləri və firmaları (ictimai nəqliyyat, avtomobillərin
icarəsi,  ekskursiyalar  üçün  avtobuslardan  istifadə,  yerli  aviaşirkətlər,
əsasən, turizmdən əldə olunan gəlirlərə diqqət edirlər) ;
–  suvenir  hazırlayan  xüsusi  turist  avadanlıqları,  xalq  sənətkarlıq
nümunələri istehsal edən müəssisələr (bu cür müəssisələrin məhsulları
bütün dünyada əhəmiyyətli dərəcədə turistlərə yönəlib).
– valyuta sferası. Turizm xarici valyutanın əhəhmiyyətli məbləğinin
axınına kömək edir. Bundan başqa xarici valyutanın mənfəəti təkcə turist
paketinə  görə  ödənişə  görə  deyil,  turitlərin  gündəlik  xərcləri,  əlavə
xidmətlər üçün ödənişə görə və s. turizm mərkəzlərində pulların dəyişmə
məntəqələrində pul dəyişməsi şəklində formalaşır.
– istehsalat infrastrukturu. Turizm istirahətin strukturunu yaradır,
hansı ki, təkcə turistlər üçün deyil, həm də yerli əhali üçün istifadə edilə
bilər.  Yeni  turist  mərkəzlərinin  meydana  gəlməsi  xidməti,  məhsul  və
əyləncə müəssisələrinin meydana gəlməsi ilə, yol və çimərliklərinin tikin-
tisi ilə müşayitə olunur, bu da ətraf infrstruktura müsbət təsir göstərir,
həmçinin istehlak bazarına və digər biznes fəaliyyəti sferalarına da müsbət
təsir göstərir. İnkişaf etmiş turist infrastrukturur bu və ya digər regionda
yerli əhalinin həyat səviyyəsinin göstəricisidir. 
Turistlərin qaldıqları yerdə xəcrlənən pullar, eyni zamanda qaldıqları
ölkə (region) üçün gəlirlər formalaşdırır. Bu gəlir zəncirvari reaksiyaya
səbəb olur: 
xərclər gəlirlər xərclər gəlirlər və s. Vəsaitlərin birinci dövriyyəsindən
qazanılan  və  əldə  olunan  gəlir  şəklində  olan  hər  bir  manat  yenidən
Aynur Abbasova
116


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə