Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə37/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

Turizm məhsulları bazarının hərtərəfli tədqiqi turoperatora ona görə
vacibdir ki, marketinqin nəticələrinə əsasən strategiyanı işləsin, bazarda
həyata keçiriləcək dəqiq, əsaslandırılmış qərarlar qəbul etsin. Marketinq
tədqiqatının metodoloji əsasını alətlər toplusu, informasiyanın işlənməsi
və təhlili təşkil edir. Onlardan ən vacibləri metod və modellərdir. Metod
dedikdə marketinq tədqiqatının az və ya çox dərəcədə formalaşdırılmış
vasitə və üsulları başa düşülür.
Metodlar digər elm sahələrindən (sosiologiya, psixologiya, estetika,
əmtəəşünaslıq və s.) uyğunlaşdırılaraq marketinq tədqiqatında tətbiq ol-
unur. Marketinq metod və modelləri sırasında məxsusi olaraq göstərilir:
Porterin beş növ rəqabət modeli, məhsulun həyat dövrü modeli, seqmen-
tasiya, mövqeləşmə, SWOT – təhlili və başqa tədqiqat alətləri.
Marketinq tədqiqatını bu cür ayırmaq olar:
1. Marketinq yoxlaması – hansı ki, onun gedişatında bazar pa ra metr -
ləri əmələ gəlir, turizm məhsullarının satış qiymətinin səviyyəsi həyata ke -
çirilir və məxsusi olaraq yoxlamaların səmərəliliyi müəyyən edilir;
2. Marketinq  təhlili  –  o,  turizm  bazarı  haqqında  informasiyanın
toplanması prosesinə əsaslanır və toplanmış informasiyalar arasında ən
mötəbər nəticələrin alınmasına gətirib çıxarır (2, s. 167).
Məhz marketinq təhlillərinin nəticələri strategiyanın işlənib ha zır lan -
ma sı üçün çox zəruridir. Kütləvi tələbat malları istehsalı sferası üçün mar -
ke tinq araşdırma metodları çoxsaylıdır və inkişaf etmişdir. İlk növbədə
on lara statistik metodlar aiddir ki, bunlar da əmtəə dövriyyəsi prosesinin
tam, orta, nisbi həcmini anlamağa imkan verir. Bu metod həmçinin qrup -
laş dırmanı həyata keçirməyə, indekslər tapmağa, müxtəlif metodlarla bazar
şə raitini təhlil etməyə şərait yaradır. O cümlədən, dəyişən korrelyasion-
req  res  sion və çoxşaxəli təhlil metodlarından da geniş istifadə olunur. Sa -
da lanan metodlardan çoxu hazır məhsul bazarının təhlilində tətbiq olunur. 
Beləliklə, marketinq tədqiqatı metodologiyası elmin müxtəlif sahələri
arasındakı əməkdaşlığa əsaslanır. Otaq və çöl tədqiqatları zamanı istifadə
olunan informasiyanın işlənib təhlil olunmasında tətbiq olunan metodlar
toplusunun çoxluğunda əks olunur. 
Təkrar informasiyanın istifadəsinə əsaslanan otaq araşdırmalarında
sənədlərlə iş metodu tətbiq olunur. Otaq tədqiqatlarında üç təhlil növündən
istifadə olunur: ənənəvi (klassik) təhlil, məqsədli –informasiya təhlili və
kontent-təhlil.
Məhsul istehsalı marketinqində istifadə olunan turizm bazarının təhlili
üçün işlədilən digər metodlar praktik cəhətdən az tədqiq olunmuşdur.
Turfirmanın  marketinq  fəaliyyətinin  hər  bir  mərhələsi  aşağıdakı
istiqamətlərdə analitik-informasiya təminatına ehtiyac duyur:
105
Turizmdə marketinq tədqiqatı metodları


a) İdeya məhsulun yaradılması üçün zəruri məlumatın toplanması,
iş lən  məsi,  sistemə  salınması  və  qorunması,  onun  həyat  dövriyyəsinin
nizamlanması;
b) Hazır məhsul bazarının seqmentasiyası (tur iştirakçılarının poten-
sial müştərilərinin sosial əlamətinə görə qruplaşması);
c) Hazır məhsul bazarının həcminin hesablanması, yeni məhsula olan
tələbin xarakteristikası və proqnozlaşdırılması, bazarın elastikliyinin təhlili;
d) Satış bazarının ərazi analizi, bazarın turfirmalar arasında bö lün -
mə sinin  təhlili,  bazarda  yeni  məhsulun  mövqeyi,  rəqib  turfirmaların
imkanlarının qiymətləndirilməsi;
e) Bazardakı situasiyanın qiymətləndirilməsi – konyuktura vəziyyətin
təh lili və qiymətləndirilməsi, yeni məhsul istehlakçılarının reaksiyasının
üzə çıxarılması, müəyyənləşdirilməsi, qiymətin formalaşması və nizam -
lan ması üçün məlumatın toplanması;
f) Bazarda  turməhsulun  irəliləməsində  və  realizasiyasında  xüsusi
potensialın və yeni məhsulun rəqabət qabiliyyətliliyinin qiymətlən diril məsi.
g) Turoperatorun marketinq fəaliyyətinə bazarın reaksiyası.
Beləliklə,  yeni  məhsulun  formalaşdırılması  prosesi  kifayət  qədər
mürəkkəb prosesdir, bazarda müxtəlif tədqiqatların aparılmasını, turməhsul
istehsalının  mümkünlüyünü  araşdırmağı,  rəqabət  mühitinin  təhlilini,
texnoloji tədqiqatları və s. tələb edir.
Mehmanxana – turist kompleksinin (bundan sonra MTK) təşkilinin
idarə olunmasında marketinq yanaşması aşağıdakı metodiki vasitələrin
köməyi ilə həyata keçirilir:
1. Vəziyyətin təhlili – mehmanxana-turist sferasının təşkilində ətraf
mü hi tin yanaşmasıdır. Təhlilin məqsədi turizm bazarının tələbatı nöqteyi-
nə z ərindən mehmanxana-turist kompleksinin təşkilati vəziyyətinin aşkar
edil məsi, xarici mühitin və daxili sistem vəziyyətinin təsirinin he sab lan -
ma sını nəzərə almaqla şəraiti dəyişmək imkanının təyin edilməsidir. Və -
ziy yətin təhlili metodlarına MTK təşkilatlarının təftişi, texniki-iqtisadi
sə viyyəsinin qiymətləndirilməsi (o cümlədən filialları, bölmələri və işçi
yer ləri) və s. aiddir;
2) Marketinq sintezi – mehmanxana-turizm bazarının quruluşunu
nəzərə alan və təşkilatın yaşamasını təmin edən MTK təşkilatının strateji
inkişaf məqsədlərinin qiymətləndirilməsi və formalaşdırılmasıdır. Market-
inq sintezi təşkilatın əqli hücum, qərarlar ağacının qurulması, modelləşmə,
məntiqi sxemlər və bal sistemlərindən istifadə, həmçinin optimal hesabat-
lardan istifadə metodları ilə həyata keçirilir;
3) Strateji planlaşdırma – alternativ strategiyaların təhlili əsasında pers -
 pektiv inkişaf taktikasının işlənib hazırlanması haqqında qərarın qəbul edil -
Nigar Hüseynova
106


 məsi və daha yaxşı strategiyanın seçilməsidir. Bu mərhələdə əməliy ya tın
tədqiq edilməsi, məqsədli proqram, balans, evristik (yeni nəzəri təd qi qatların
məntiqi və metodik üsullar sistemi) və s. metodlardan istifadə olunur;
4) Taktiki planlaşdırma – şəxsi məsuliyyətin konkretləşməsi ilə ope -
ra tiv planın işlənməsini, hərəkət taktikasını əsaslandırma məqsədilə oper-
ativ plan tədbirlərinin reallaşdırma vaxtını və yerini nəzərdə tutur. Strateji
plan laşdırmada nəzərdə tutulan metodlardan taktiki planlaşdırmada da is -
ti fadə olunur;
5)  Marketinq  nəzarəti  –  nəzərdə  tutulmuş  tədbirlərin  realizasiya
müddətinin və şəraitinin həyata keçirilməsindəki kənara çıxmaları aşkar
etmək  məqsədilə  həyata  keçirilən  strateji  və  taktiki  planların  yerinə
yetirilməsinə nəzarətdir(4, s. 250).
İstifadə olunun metodlar nəzarətin növündən asılı olaraq fərqlənir:
- İllik planın yerinə yetirilməsinə nəzarət bunları nəzərdə tutur: satış
im  kanlarının təhlili; mehmanxana-turist xidmətləri bazarının ümumi ba -
zar dakı payı; satış və marketinq sərfiyyatı arasındakı uyğunluq; müş təri -
lə rin münasibəti;
Gəlirə nəzarət: göstərilən turist xidmətlərinin səmərəliliyinin təşkil
olunmasını;
Strateji nəzarət: marketinq fəaliyyətinin təftiş olunmasını.
Elmi ədəbiyyatda müxtəlif prinsiplərə bölünməklə böyük bir metodlar
top lusundan istifadə olunur. Marketinq altsistemini təhlil edərək MTK təş -
ki latının funksional altsistem blokunda aşağıdakı əsas metod qrupları gös -
tə ril mişdir:
1. Marketinq tədqiqatı metodları (vacib məlumatların toplanması,
onların təhlili, modelləşdirmə, proqnozlaşdırma, düzəliş);
2. Qiymət siyasətinin keçirilmə metodları;
3. Turist mal və xidmətlərinin növlərinin çoxaldılması və hərəkət
metodları, reklam, brendləşmə;
4. Turizm-mehmanxana biznesinin bazara çıxış metodları;
5. Sənaye casusluğu;
6. Bazarda satış üzrə mövcud mövqenin təhlili metodları;
7. Ümumi gəlirin təhlili (4, s. 251).
Turizm  marketinqinin  funksional  altsistemində  mühüm  metodlar
arasında marketinq tədqiqatı metodu xüsusilə fərqlənir. 
Turizm marketinqində tədqiqat metodları istənilən bazar şəraitində,
onun istənilən tərkib komponentlərinin, ən müxtəlif faktorlarla əla qə lən -
di rilmiş sistemlilik və komplekslilik zərurəti və vacibliyi ilə şərt lən diril -
miş dir.  Tədqiqat  araşdırma  suallarının  hər  biri  fərqli  bir  araşdırma
stra tegiyası, zaman və maliyyə qaynaqları tələb edir. 
107
Turizmdə marketinq tədqiqatı metodları


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə