Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

Konkret  metodların  seçimi  aşağıdakı  faktorlar  hesaba  alınmaqla
göstərilmişdir:
- Tədqiqatçının məqsəd və resursları;
- Rəyi soruşulanların xarakteristikası;
- Tədqiqatçının verdiyi sualların xarakteristikası.
Tədqiqat  obyektlərinin  yekun  seçim  metodları  əsas  3  problemin
həllini nəzərdə tutur:
1) yığılmış informasiyaların cəmlənməsi;
2) seçmə metodunun tətbiqi;
3) seçim həcminin təyin olunması.
Marketinq məlumatlarının alınması metodlarına aiddir:
- ilkin  məlumatın  toplanmasına  əsaslanan  metodlar  (müşahidə,
sorğu, müsahibə, foks-qrup, eksperiment və s.);
- təkrar məlumatların tədqiqatına əsaslanan metodlar.
Təkrar məlumatlar tədqiqat üçün yaxşı başlanğıcdır və tədqiqatın
məqsəd və probleminin müəyyən edilməsinə kömək edir. Əksər hallarda
isə şirkət ilkin məlumatları toplamalıdır. 
İlkin tədqiqat metodlarının çox olması onların hansının daha əlverişli,
səmərəli və çevik olması barədə fikir ayrılıqlarına yol açır. Lakin böyük
əksəriyyətin də qəbul etdiyi kimi, müşahidə, sorğu və eksperiment üç əsas
tədqiqat yanaşmalarıdır (1,s.127).
Müşahidə - turxidmət təklif edən obyektlər, situasiyalar və hə rəkət -
lə rin müşahidəsi əsasında ilkin informasiyanın toplanması metodudur. Təd -
qi qat çı  bu  zaman  öyrənilən  obyektə  bilavasitə  aid  olan,  tədqiqat
ba xımından əhəmiyyət kəsb edən faktorları qəbul və qeyd edir. Müşahidə
me todu subyektiv qiymətləndirmədir və ya şüuraltı olaraq formalaşan,
mey dana gələn və inkişaf edən hadisələrin sistemli və məqsədli şəkildə
araş dılırması prosesinə verilən addır. Müşahidə - ilk olaraq faktlar ara sın -
da kı əlaqələrin qurulmasını təmin edən biliklər mənbəyidir. İkincisi, ya ra -
dı lan hipotezlərin sınanmasında, təsdiqlənməsində və ya rədd edilməsində
mü raciət olunan bir vasitədir. Məlumat toplama mərhələsində müşahidə
olu nan obyekt çox zaman diqqət mərkəzində olduğunun fərqində olmadığı
üçün bu metodla daha obyektiv məlumatlar əldə olunur. Bu metodda in -
formasiyanın alınması üsulunun əsas göstəriciləri:
- müəyyən tədqiqat məqsədlərinə uyğunluğu;
- planlı və sistemliliyi;
- ümumiləşdirilmiş fikirlər üçün əsaslı olması;
- etibarlılığa və dəqiqliyə daimi nəzarətin olması.
Metodun istifadə məqsədləri:
1) Başqa metodlarla alınmış məlumatların yoxlanması;
Nigar Hüseynova
108


2) Tədqiq olunan obyekt üçün əlavə məlumatların alınması;
3) Hipotezin  qurulması  üçün  verilmiş  informasiya  mənbəyindən
istifadə.
Metodun üstünlükləri:
1) Kəmiyyət göstəricilərini müəyyən etmə imkanları (məs, göstərilən
turist xidmətindən istifadə edənlərin sayı, satılan turpaketlərin sayı və
onların əsas biznes istiqamətində xüsusi əhəmiyyəti və s.);
2) Turist  xidmətlərində,  müxtəlif  qiymət  güzəştlərində,  satış
yerlərinin tərtibində keçirilən tədbirlərin səmərəliliyini təyinetmə imkanı.
Metodun çatışmayan cəhətləri:
1) Alınmış  nəticələrin  dərinləşdirilməsi  imkansızlığı,  turist
xidmətindən  istifadə  edənlərin  münasibət,  motiv  və  maraqlarının
açıqlanması imkanlarının mümkün olmaması;
2) Mümkün qeyri-reprezentativlik;
3) Alınmış məlumatın subyektiv təfsiri;
4) Öyrənilən şəraitə müşahidəçinin mümkün təsiri.
Sorğu metodu – yazılı və şifahi məlumat toplamaq üçün turizm mar -
ke tinqində istifadə olunan ən sadə və geniş yayılmış tədqiqat metodudur.
O, insanların mövqeyinin araşdırılması, ya da onlardan müəyyən tədqiqat
sua lı üçün arayışın alınmasına əsaslanır. Yazılı sorğuda iştirakçılar sorğu
və rəqləri alırlar. Eyni zamanda şifahi və telefon sorğuları da aparılır ki, bu
mü sahibə adlanır.
Bu  metodun  istifadəsində  əsas  məqsəd  birbaşa  verilən  suallar
vasitəsilə mehmanxana-turizm bazasında göstərilən xidmətə münasibət və
potensial turistlərin alıcılıq səviyyəsini müəyyən etməkdir.
Metodun üstünlükləri:
1) Həyata keçirilməsinin asanlığı: sorğunun keçirilməsi üçün yüksək
ixtisaslı mütəxəssislər tələb olunmur, texniki vasitələrdən istifadə olunmur;
2) Yüksək səviyyəli standartlaşma;
3) Cədvəlləşdirmə imkanı və statistik təhlilin aparılması;
4) Alınmış nəticələri konkret bazar seqmentlərinə tətbiq etməklə
təhlil etmə imkanları;
5) Ardıcıl dəqiqləşdirici sualların köməyilə dərin təhlil aparmağın
mümkünlüyü.
Metodun çatışmayan cəhətləri:
1. Müsahibə götürənin müsahibin cavablarına mümkün təsiri;
2. Sorğunun  hazırlanması  və  seçimin  işlənib-hazırlanması  mər -
hələsində yüksək peşəkar mütəxəssislərin cəlb olunmasının zəruriliyi;
3. Kifayət qədər böyük seçimlərlə bağlı yüksək xərclər.
Müsahibə növləri arasında dəqiqliyinə, məlumat çeşidliliyinə görə se -
109
Turizmdə marketinq tədqiqatı metodları


çi lənlərdən biri dərin müsahibədir. Dərin müsahibə – ixtisaslaşdırılmış sor -
ğu götürən müsahibinə ardıcıl olaraq müəyyən problemlərlə bağlı yoxlayıcı
sual lar verir. Mürəkkəb əmtəə qruplarının və ya istehlakçı tələblərinin xü -
su siyyətlərinin öyrənilməsində dərin müsahibə metodu daha effektli metod
kimi dəyərləndirilir.
Metodun məqsədləri bunlardır:
1. Mehmanxana-turizm  biznesi  xidmətinin  irəliçəkmə  metodları
haqqında informasiyanın toplanması;
2. Turist xidməti haqqında istehlakçının informasiya dərəcəsinin təyini;
3. Mehmanxana-turizm bazarında müxtəlif seqment iştirakçılarının
davranışının öyrənilməsi.
Metodun üstünlükləri:
1. Turist xidməti istehlakçılarının tələblərinin;
2. Tədqiqat zamanı toplanmış məlumatların daha yaxşı anlaşılması.
Metodun çatışmayan cəhətləri:
1. Mümkün qeyri-reprezentativlik;
2. Müsahibə götürənin respondentə mümkün təsiri;
3. Yüksək dərəcəli peşəkar müsahibə götürəni cəlb etmək zərurəti
olduqda çox xərcin tələb olunması.
Eksperiment – dərketmə metodudur. Onun köməyilə nəzarət olunan
və idarə edilən şəraitlərdə təbiət və cəmiyyət hadisələri tədqiq olunur.
Eksperimental  tədqiqat  dedikdə,  eynitipli  qruplar  arasında  ilkin
informasiyanın toplanması, onlara müxtəlif tapşırıqların verilməsi, nəticəyə
təsir  edə  biləcək  faktorlara  nəzarət  və  qrup  reaksiyalarında  fərqlərin
müqayisə edilməsi başa düşülür. Eksperimentlər iki cür aparılır: laborator
(süni şəraitdə) və çöl (real) şəraitdə. Laborator eksperimentin üstünlüyü az
vaxtda daha ucuz başa gəlməsidir. Çöl eksperimenti isə real şəraitlərdə,
bilavasitə turfirmada, mehmanxanalarda, istirahət evlərində, ofislərdə və
s. həyata keçirilir. Bu metodda tez-tez innovasiya yenilikləri tətbiq olunur. 
Metodun istifadə məqsədləri:
1. Yeni turməhsulun potensial satış həcminin təyin edilməsi;
2. Marketinq turizm kompleksinin ayrı-ayrı elementlərinin tətbiqində
səmərəliliyinin təyin edilməsi.
Eksperiment metodun mənfi cəhətləri:
1. Hesablama mərhələsində kənar faktorların çətinlik törətməsi;
2. Həyata keçirilməsində nəzərə çarpacaq maddi və vaxt itkisi.
Digər ilkin məlumat toplama metodlarından foks-qrup metodunu
misal çəkmək olar. Foks-qrup metodu – bu metod foks-qrup adlı araşdırılan
istehlakçılar qrupunun formalaşdırılması əsasında yaradılmışdır. Həmin
qruplar tərkibinin eyni mənşəli olması prinsipinə görə formalaşdırılır (məs,
cinsinə, yaşına, ailə vəziyyətinə, fəaliyyət sahəsinə və s.).
Nigar Hüseynova
110


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə