Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə36/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

Bildiyimiz kimi Animasiya aktiv fəaliyyətdir və müxtəlif çeşidləri
var. Bunlardan daha çox gənclərə xitab edən idman animasiyalarıdır ki, bu
fəaliyyətlərə aşağıdakılar aiddir:
– Su xizəyi, su yarışları, çimərlik oyunları, və s .
– Tennis,
– Golf,
– İdman sahələri,
– Hovuzlar,
– Dəniz müalicəsi mərkəzləri,
– Bowling, bilyard salonları,
– Gimnastika salonları,
– Fitness mərkəzləri,
– Paraşütçülük,
– Ata minmə mərkəzləri və s. 
Mədəni animasiya fəaliyyətləri - Daha yetkin və ya daha yaşlı turist
kütləsinə xitab edir. Hərəkətli və ya hərəkətsiz mədəniyyət fəaliyyətlərinin
hər istiqamətini əhatə etməlidir.
– Konsertlər, müasir və ya klassik musiqi festivalı,
– Rəqs, balet nümayişləri,
– Teatr, kino fəaliyyətləri,
– Festival proqramları,
– Küçə orkestrlər,
– Konfranslar,
– Sərgi və qalereyalar,
– Muzeylər,
– Konqres mərkəzləri,
– Açıq hava teatrı və s.
İstirahət xarakterli animasiya fəaliyyətləri - hər kəsin müraciət etdiyi
fəaliyyətlərdir. Davamlı olmalı, mövsüm boyunca fəal olmalı və bütün
maraqlı şəxslərə faydalı olmalıdır.
– Hovuzlu park,
– Diskoteka və gecə klubu,
– Casino,
– Kino,
– Şahmat salonları,
– Uşaqlar üçün mini klub,
– Moda dəfilələri,
– Ekskursiyalar,
– Sirklər,
– Milli və beynəlxalq bayramların qeyd olunması və s.
101
Animasiya fəaliyyətlərinin xüsüsiyyətləri


Animasiya proqramının təşkili zamanı diqqət edilməsi lazım olan
məqamlar:
• Turizm psixologiyası baxımından turistin fərdi xüsusiyyətləri, tur-
izm sosiologiyası baxımından qrup xüsusiyyətləri, turistin yerləşdirmə
müddəti və ehtiyacları diqqətə alınmalıdır.
• Proqramlar təşviq edici olmalıdır,
• Keçmiş təcrübələrdən istifadə edilməlidir.
• Xüsusi günlər, hadisələr, tədbirlər, mərasimlər qiymətləndirilərək
fərqli qruplar arasında əməkdaşlıq bərpa olunmalıdır.
• Turistlərin qabiliyyətlərini inkişaf etdirmələrinə imkan verilməlidir 
• Fəal iştirak nəticələrinin qiymətləndirilməsi də aparılmalıdır. (A.
HAZAR)
Animasiya  fəaliyyətlərinin  həyata  keçirilməsində  öndə  duran
vəzifələrdən biri də yüksək peşəkarlığa sahib olan animatorların seçimidir.
Animator animasiya proqramlarını canlandıran şəxs olmaqla üzərinə böyük
məsuliyyət götürür. Təbii ki, turizm məhsuluna və ya mehmanxanalara aid
fərqli animasiyalar üçün qabaqcadan personal yetişdirilməli, bacarıqlı an-
imatorlar seçilməlidir. Çünki bu xidməti göstərəcək şəxslərin təşəbbüskar
olmaqla yanaşı idarəetmə qabiliyyətinə, qrupu ələ ala bilmək bacarığına
malik olmaları mühüm əhəmiyyət kəsb edir.Həm də əyləncə və ya turizm
animatorları digər qrup liderlərindən, məsələn idman məşqçiləri və ya spa
animatorlarından fərqlənməlidir. Bundan əlavə bütün Animator heyətinin
• Qonaqlara maraq göstərmək və xidmət etmək,
• Qonaqların marağını davamlı təmin etmək,
• Onların təhlükəsizlik şəraitində tətillərini xoş keçirmələrini təmin
etmək kimi ortaq vəzifələri vardır.
Hazırki  dövrdə  animasiya  resort  mehmanxanalarda  qonaq
məmnuniyyətinin artırılmasında ən mühüm departamentlərdən biri kimi
qiymətləndirilir.  İnsanlar  gün  boyu  stresdən  uzaq,  əyləncəli  zaman
keçirmək istəyirlər. Onların bu tələbatlarını ödəmək üçün isə animasiya
xidmətləri göstərilir.
Animasiya otellərdə qonaqların gündəlik həyatlarında qarşılaşdıqları
fizioloji,  mədəni,  psixoloji  və  sosioloji  təsirlərin  nəticələrindən  xilas
olmalarını təmin edən, rahatlatıcı, əyləncəli, sakitləşdirici və energetik
fəaliyyətləri əhatə edir.
Animasiya xidmətləri qonaqların rəğbətini qazanması üçün faydalı,
maraqlı və asan əldə edilə bilən xüsusiyyətə malik olmalıdır. Animasiya
eyni zamanda insanın sağlamlıq gücünü artırır və həyata pozitiv baxmasını
təmin edir. Adət və ənənələri, ənənəvi həyat tərzlərini nümayiş etdirən
animasiyanın mədəniyyətə böyük töhfələri vardır. Mədəni dəyərlərin qon-
İlkin Şərifzadə
102


aqlarla  birlikdə  bölüşdürülməsi  nəticəsində  isə  sosial  həmrəylik
yaradılmasına nail oluruq.
Ədəbiyyat
1. Glinia, E., Lytras, P., & Maras, D. (2004). Animation: guests’
entertainment and sporting activities. Athens
2. Laloumis, D. (2000). Hotel animation and sports. Athens:
Stamoulis Publications.
3. Lytras, P. (2002). Leisure society: holiday’s leisure time. (2nd ed.).
4. ECE, E. Erdem; Animasyon Notları, Antalya,1987.
5. Atilla Hazar. Turizmde Rekreasyon ve Animas yon, Detay Yay., 
Ankara, 2003.
103
Animasiya fəaliyyətlərinin xüsüsiyyətləri


UOT-9:91:910.5 
Nigar HÜSEYNOVA
Səyahət agentliyi və turoperatorluq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
nigaraidas@gmail.com 
Turizmdə marketinq tədqiqatı metodları
Tourism marketing research methods
Методы маркетингового исследования в туризме
Abstract: The article is devoted to methods of marketing research in
tourism. This article examined the purpose and methods of marketing in-
vestigations. The article examined three basic methods as the - observation,
experiment and survey and in addition some additional methods of mar-
keting research. The shows are the advantages and disadvantages of each
method.
Keywords: tourist product, marketing research, research approaches,
observational research, experimental research, survey research. 
Резюме: Статья посвящена методам маркетинговых исследова-
ний в туризме. В этой статье изучены цели и методы маркетинговых
исследований. В статье изучены три основных метода как – наблюде-
ние, эксперимент и опрос, кроме этого некоторые дополнительные
методы маркетинговых исследований. Указаны достоинства и недо-
статки каждого метода. 
Ключевые слова: туристский продукт, маркетинговые исследо-
вания, исследовательские подходы, наблюдательное исследования,
экспериментальные исследования, обзоры исследований.
Bazarda turfirmanın marketinq fəaliyyəti turməhsulun həyat dövrünə
uyğun olaraq həyata keçirilir və ayrı-ayrı hissələrə bölünür:
- Turizm bazarı üçün yeni məhsul ideyasının formalaşdırılması;
- Müəyyən  struktur  xüsusiyyətlərə  malik  yeni  məhsulun
yaradılmasının başlanğıcı və onun bazarda sınaqdan keçirilməsi;
- Turizm  bazarına  çıxarıldıqdan  sonra  yeni  məhsulun  müşayiət
olunması.
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
104


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə