Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

Foks-qrupun optimal tərkibi 8-dən 12-yə qədər dəyişir. 12 nəfərdən
artıq  olduqda  məhsuldar  müzakirələr  aparma  çətinləşdiyi  üçün  qrup
yarımqruplara bölünə bilər. İştirakçıların sayı az olduqda qrupun səmərəli
işi  üçün  lazım  olan  dinamika  yaradılmır  və  rəhbər  qrupun  işinin
aktivləşməsi üçün var gücünü sərf edir. İştirakçıların seçilməsi hər şeydən
əvvəl aparılan tədqiqatın məqsədinə görə həyata keçirilir.
Foks-qrupun işinin uğuru qrup rəhbərinin işinin səmərəliliyindən çox
asılıdır. Foks-qrupun nəticələri kəmiyyət tədqiqatlarının keçirilməsi üçün
zəmin yaradır.
Adətən qrupun işini sonradan müzakirə etmək və həmçinin qrupda
toplanmış istehlakçı üstünlüklərinin və tendensiyalarının təhlili üçün au-
diovideo texniki vasitələrindən istifadə olunur.
Metodun istifadə məqsədləri:
1. Turist xidməti istehlakçılarının tələbləri, qavraması, motivləri,
öyrənilən turməhsula, mehmanxana xidmətinə, təqdim olunan güzəştlərə,
hərəkət metodlarına münasibətləri ilə tanışlıq;
2. Kəmiyyət tədqiqatları zamanı toplanmış məlumatların daha yaxşı
anlaşılması;
3. Müəyyən reklam növlərinə emosional və davranış reaksiyalarının
öyrənilməsi;
4. İstehlakçıların danışıq lüğətlərinin öyrənilməsi.
Metodun üstünlükləri:
1. Qrup iştirakçısı üçün öz fikrini sərbəst və düzgün ifadə etmək, təzə
ideyaları mənimsəmək imkanı;
2. Müzakirənin məqsəd və vəzifələrinin formalaşdırılmasında sifariş -
çi iştirak etməklə yanaşı fokus-qrupun işini müşahidə etmək imkanına da
ma likdir;
3. Verilmiş metodun istifadə istiqamətləri müxtəlifdir.
Metodun çatışmayan cəhətləri:
1. Mümkün qeri-reprezentativlik;
2. Alınmış məlumatın subyektiv təfsiri;
3. Qrupun bir üzvü üçün xərclənən vəsaitin çoxluğu.
Ədəbiyyat
1. Kotler P., Bowen J.T., Makens J.C. Marketing for Hospitality and 
Tourism-Fifth edition. Prentice Hall., 2009
2. Бутко И.И., Ситников В.А, Ситников Е.А., Маркетинг в
туризме. Учебное пособие. М., 2013
3. Дурович А.П., Маркетинг в туризме. Учебное пособие.
Минск, 2006
4. Кнышова Е.Н. Маркетинг туризма. М., 2010
111
Turizmdə marketinq tədqiqatı metodları


UOT-83:331:5.658. 
Aynur ABBASOVA
Marketinq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
aynur_abbasova_91@mail.ru
Turizm iqtisadi inkişafın, sosial tərəqqinin tərkib hissəsidir
Tourism is a part of economic development and social progress
Туризм часть экономического развития и
социального прогресса
Abstract: The article is devoted to the investigation of the role of
tourism in economic development. In this article investigated the role of
tourism in the world economy, economic importance of tourism, positive
and negative effects of general economic factors on tourism, social and
human impacts of tourism, tourism expenditure, impacts of tourism on the
economy and society, the areas developed by toursim
Keywords: tourism, the essence of tourism, the role of tourism in the
world economy, the positive and negative effects on tourism, economic,
social and humanitarian impacts of tourism, tourism expenditure, the ef-
fects of tourism on the economy and society, developed areas by tourism.
Резюме: Статья посвящена исследованию роли туризма в эконо-
мическом развитии. В этой статье изучена роль туризма в мировой
экономике, экономическое значение туризма, положительные и отри-
цательные последствия общих экономических факторов по туризму,
социальные и гуманитарные последствия туризма, расходы туризма,
последствия туризма по экономике и обществу, развитие районов ту-
ризмом
Ключевые слова: туризм, сущность туризма, роль туризма в ми-
ровой экономике, положительные и отрицательные эффекты по ту-
ризму,  экономические,  социальные  и  гуманитарные  последствия
туризма, расходы туризма, последствия туризма по экономике и об-
ществу, развитие районов туризмом.
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
112


Turizm nə deməkdir? Turizm - çoxmənalı bir sözdür. Bu sözün ilk
sadə anlayışı – istirahət və səyahət deməkdir. Turizm - fransız sözüdür və
onun mənası gəzinti, istirahət və əyləncə deməkdir. Lakin bu sözün başqa
mənaları da var. Məsələn, turizm – insanın istirahət etdiyi zaman bütün
mürəkkəb prosesləri öyrənən və onları müəyyən istiqamətə yönəldən və
tənzimləyən bir amildir. Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir
sahəsi kimi qiymətləndirirlər. Turizm sözünün törəməsi - «turistika» sözü
– turizmin inkişafını öyrənən yeni meydana gəlmiş bir elmdir. Turizmin
başqa  bir  mənası  isə  -  turistlərə  göstərilən  xidmət  sahəsidir.  Turizm
cəmiyyətin inkişafı ilə fоrmalaşıb, istirahət tələbatını ödəmək və əmtəə,
хidmət tələbatını ödəməklə gеnişlənən tələbat növünə daхildir. Müаsir
şərаitdə BMT-nin tərifinə görə turizm sаğlаmlığın bərpаsı, istirаhət, fiziki
cəhətdən insаnın inkişаfı ilə bаğlı səyаhət kimi bаşа düşülür (2, s. 23).
İnsanların çoxu baxımından turizm istirahət, yeni təəssüratlarla, zövq
almaqla bağlıdır. O, kəşfedilməmiş yerləri, təbiət abidələrini, tarix və
mədəniyyətləri,  müxtəlif  xalqların  adət  və  ənənələrini  aşkarlamaq  və
öyrənmək meyli ilə güclü şəkildə insanların həyatına daxil olmuşdu (4, s.
4). Turizm, əsasən, sosial-iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf
etməyə başlamışdır. Bu dövrə qədər isə
turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata düş mə -
dən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» demişlər.Turizm
dün ya iqtisadiyyatında ən gəlirli sahələrdən biridir. Araşdırmalar göstərir
ki, dünyada turizm inkişaf edən ölkələr hər il bu sahədən 735 milyard dollar
gə lir götürür. Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal for ma la -
rın dan biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və
kul  turoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Tu rizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi
əla qələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı mü -
na sibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sa -
hə dir. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar
sə viyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq
ma liyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diq qət -
lə rini artırırlar. Turizm sektorunda 250 milyondan çox insan işləyir, yəni
dün yada hər 10 işçidən biri bu sektorda fəaliyyət göstərir. Ümumi in ves ti -
si yanın 7%-i, dünya istehlak xərclərinin 11%-i, vergi gəlirlərinin 5%-i və
dün ya ticarət xidmətlərinin üçdə biri onun payına düşür. Turizm xalqların
bir-birinə yaxınlaşmasında, iqtisadi və mədəni əlaqələrin yaradılmasında
və qarşılıqlı anlaşmada turizmin əvəzsiz rolu var. Ona görə də turizmin
inkişafı zəmanəmizin vacib məsələlərindən biridir. Hazırda turizm sənayesi
beynəlxalq xidmət ticarətinin dinamik inkişaf edən formalarından biridir.
113
Turizm iqtisadi inkişafın, sosial tərəqqinin tərkib hissəsidir


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə