Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

arasında əhəmiyyəti yer tutur. Azərbaycanın Avropa və Asiya arasında strateji
əhəmiyyətli coğrafi ərazidə yerləşməsi, ölkənin təbii-mədəni sərvətləri, zəngin
tarixi və mədəni irsi ölkəmizdə bir çox turizm fəaliyyətlərinin təşkili üçün
əlverişli imkanlar yaradır. Ölkə turizminin inkişafında üç əsas məqsəd üzrə
səyahətlər hazırda daha çox diqqət çəkir ki bu məqsədlər daxilində həyata
keçirilən  səfərlər  ümumi  turist  səfərlərinin  95%-ndən  çoxunu  təşkil  edir.
İşgüzar yönümlü turizm səyahətləri də Azərbaycan turizminin təməlini təşkil
edən səyahət məqsədlərinə daxildir. 
2014-cü ilin statistikasına görə həmin ölkəmizə 670 milyon 500 min
əcnəbi turist işgüzar məqsədlərlə səyahət etmişdir ki bu da ümumi turist
səfərlərinin 31.04%-ni təşkil etmişdir (13). Digər tərəfdən istirahət məqsədli
turist  səfərləri  də  Azərbaycan  turizmində  artıq  öz  sözünü  deməyə
başlamışdır. Beynəlxalq turist səfərlərində istirahət yönümlü səfərlərin 32%-
dən çox bir paya sahib olması Azərbaycanın həm işgüzar yönümlü, həm də
istirahət yönümlü turizm bazarında aktivliyinin göstəricisidir. Bəs reallıqda
bu turizm növlərindən hansı ölkəmiz üçün daha faydalı hesab edilə bilər
sualına dəqiq cavab vermək çətindir, çünki turizm sənayesi xarici mühit
faktorlarından olduqca asılı olan xidmət sənayesidir. Turizm sənayesində
dünyada baş verən ictimai-sosial, iqtisadi, hərbi proseslərin təsiri demək
olar ki həmin an hiss edilir, bununla da yeni turizm tendensiyaları yaranır,
bəzi turizm fəaliyyətləri isə tamamilə və ya regional olaraq aktuallığını itirir.
Bunu nəzərə alaraq turizmin hərtərəfli inkişafı bütün turizm marşrutları
üçün  daha  çox  iqtisadi  mənfəət  hesab  edilməklə  yanaşı  gələcəyə  olan
təminat qismində də çıxış edir. 
İqtisadi baxımdan məsələyə yanaşsaq Azərbaycanın biznes turizmindən
daha çox gəlir əldə etdiyini etiraf etməliyik. Artıq qeyd etdiyimiz kimi işgüzar
məqsədli səyahət edən turist digər ənənəvi (istirahət məqsədli səyahət edən)
turistdən 3 dəfə artıq pul xərcləyir. Azərbaycan nümunəsində bunu sübut etmək
üçün Azərbaycanın turizm gəlirləri və Gürcüstanın turizm gəlirlərini müqayisə
etmək kifayətədir. Dünya Bankının verdiyi məlumata görə 2013-cü ildə Gür-
cüstan 5,392,000 xarici turist, Azərbaycan isə 2,130,000 xarici turist qəbul
etmişdir. Lakin turizmdən əldə edilən gəlirlərə baxsaq Gürcüstanın həmin il
1,916,000,000 dollar, Azərbaycanın isə 2,618,000,000-dollar gəlir əldə etdiyini
görürük. Bu rəqəmlər əsasında adambaşına xərclənən vəsaiti hesabladıqda orta
hesabla Gürcüstanda hər bir turistin 355.3 dollar, Azərbaycanda isə 1229 dollar
xərclədiyini görürük.
Azərbaycanda ənənəvi işgüzar səyahətlər. MİCE turizm istiqamətində
inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda biznes turizminin inkişafı
1994-cu  ildə  Əsrin  Müqaviləsinin  imzalanması  nəticəsində  transmilli
şirkətlərin Azərbaycanda  işgüzar  maraqların  yaranması  ilə  başlanmışdır.
Tezliklə, sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyulması ilə ölkəmizə
Vəfadar Rizvanlı
120


regiona əsas iqtisadi mərkəzlərdən birinə çevrilmişdir. Hazırda, Bakı şəhəri
Cənubi Qafqaz regionunun qeyri-rəsmi iqtisadi paytaxtı rolunu oynayır. Məhz
elə bu səbəbdən paytaxtımızda bir çox beynəlxalq şirkətlərin regional ofisləri
fəaliyyət  göstərir.  Hazırda  ölkəmizdə  xarici  vətəndaşların  işgüzar
fəaliyyətlərinin ən rahat formada təşkil edilməsi üçün imkanlar yaradılmışdır.
Ölkəmizin apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsi olaraq Bakıda
bir çox ölkələrin diplomatik nümayəndəlikəri fəaliyyət göstərir. Statistika
Komitəsi tərəfindən 2014-cü ildə yayılmış məlumata görə Azərbaycanda 5042
hüquqi şəxs qeydiyatdan keçib ki, bunların da 4097-si xüsusi mülkiyyətə,
945-i isə dövlət mülkiyyətinə aid olub. Xüsusi mülkiyyətə malik hüquqi
şəxslərdən 279-u tam xarici investisiya əsasında, 71-i isə həm xarici, həm
yerli investisiya əsasında formalaşdırılmış şirkətlər olmuşdur (1). 
2015-ci ilin sentyabr ayının birinə olan statistikaya görə Dövlət Sosial
Müdafiə Nazirliyinin Fərdi Uçot sistemində 26175 nəfər əcnəbi vətəndaş
Azərbaycanda yerli və xarici şirkətlərdə çalışır ki onların 87% kişilər yerdə
qalanıisə qadınlardır. Azərbaycanda çalışan əcnəbi vətəndaşlar ümumilikdə
116  ölkəndən  ölkəmizə  qazanc  dalınca  gəlmiş  şəxslərdir. Azərbaycanda
çalışan  əcnəbi  vətəndaşların  təmsil  etdikləri  ölkələr  üzrə  faiz  bölgüsü
aşağıdakı kimidir.
Ənənəvi işgüzar səfərlər və ölkəmizdə müşahidə edilən iqtisadi artım
Azərbaycanda neft və qaz sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətlərin
fəaliyyəti ilə sıx bağlıdır. Neft və qaz resurslarının azalması və ya bitməsi
nəticəsində  Azərbaycanda  bu  şirkətlərin  fəaliyyətlərinin  dayanacağı  və
nəticədə biznes turizm səfərlərində kəskin azalma olacağı gözləniləndir. Bu
baxımdan  daha  davamlı  inkişafa  nail  olunması  üçün  ölkəmizdə  ənənəvi
işgüzar turizmlə yanaşı biznes turizminin digər bir istiqaməti olan işgüzar
toplantı sənayesinin-MİCE sənayesinin genişlənməsi məqsədəuyğun hesab
edilir. 
AZƏRBAYCANDA ÇALIŞAN ƏCNƏBİ VƏTƏNDAŞLARIN
ÖLKƏLƏR ÜZRƏ FAİZ NİSBƏTİ
Mənbə: stat.gov.az
121
Azərbaycan biznes turizminin inkişaf istiqamətləri 


MİCE  turizm  sənayesi –  Azərbaycan  ənənəvi  işgüzar  səyahətlər
aləmində  aktivliyi  və  ölkəmizin  turizm  imkanlarının  zənginliyi  MİCE
tədbirlərinin təşkil edilməsi üçün də ideal zəmin yaratmışdır. Ənənəvi işgüzar
turizm sırf iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik amilləri ilə əlaqədar olaraq
təbii  formada  inkişaf  etsə  də  MİCE  turizminin  inkişafı  bu  sahədə
planlaşdırılmış fəaliyyətlərin aparılmasını zəruri edir. 10 İyun 2013-cü ildə
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqreslər
Bürosunun təqdimat mərasimi keçirilmiş, müxtəlif mehmanxanalar və tuizm
şirkətləri  arasında  Büronun  yaradılması  ilə  bağlı  niyyət  protokolu
imzalanmışdır (11). Konqreslər bürosu qazanc məqsədi güdməyən qeyri-kom-
mersiya  təşkilatı  olaraq  elə  həmin  il  fəaliyyətə  başladı.  Təşkilatın
yaradılmasında əsas məqsəd işgüzar turizmin inkişafı üçün milli strategiyanın
hazırlanması və həyata keçirilməsi olmuşdur. Bu məqsədə nail olunması üçün
Azərbaycan Konqreslər Bürosu peşəkar kollektiv formalaşdırmış və bir sıra
texnoloji  yeniliklərin  tətbiqi  ilə  ölkədə  tədbir  təşkilatçıları  üçün  münbit
resurslar yaratmışdır. Büronun əsas fəaliyyətləri tədbir təşkilatçılarına pulsuz
məsləhət və təşkilati işlərdə dəstək vermək, toplantı sənayesində əməkdaşlıq
edən tərəfdaşların maraqlarını ifadə etmək və dünyada Azərbaycanın MİCE
turizm  marşrtutu  olaraq  mövqeyini  möhkəmləndirməkdən  ibarətdir.
Azərbaycanın MİCE turizm marşrutu kimi inkişaf etdirilməsi 2020-ci ilin
Perspektivləri” milli strategiyasının bir hissəsidir. XX əsrin əvvəllərindən
başlayaraq  ölkəmizdə  çox  sayda  beynəlxalq  tədbir  təşkil  edilmişdir.
Azərbaycanın MİCE turizm marşrutu kimi inkişaf etdirilməsi 2020-ci ilin
Perspektivləri” milli strategiyasının bir hissəsidir. XX əsrin əvvəllərindən
başlayaraq ölkəmizdə çox sayda beynəlxalq tədbir təşkil edilmişdir. 2016-cı
ildə ölkəmizdə təşkil edilməsi planlaşdırılan bəzi beynəlxalq MİCE tədbirlərlə
tanış olaq.
Azərbaycan Beynəlxalq Turizm Sərgisi (AİTF) – Artıq qeyd edildiyi
kimi 2002-ci ildən etibarən Azərbaycan hər il AİTF sərgisinə ev sahibliyi edir.
Sərgi artıq beynəlxalq aləmdə nüfuzlu tədbirlər siyahısına daxil edilərək
Beynəlxalq Sərgilər Assosasiyasında qeydiyyatdan keçmişdir. AİTF Cənubi
Qafqaz regionunda ən böyük turizm sərgisi hesab edilir. 2015-ci ildə sərgiyə
aşağıdakı sahələr üzrə 42 ölkədən 371 turizm şirkət və təşkilatı iştirak etmişdir
– Hava yolları şirkətləri, nəqliyyat şirkətləri
– Turizm agentliklər və tur operatorlar
– Milli turizm təşkilatları
– Mehmanxanalar və digər qonaqlama müəssisələri
– İstirahət və sağlamlıq mərkəzləri 
– Maarifləndirici turizm sahəsində fəaliyyət göstərən şirkətlər
– Turizm  sahəsində  istifadə  eilən  komputer  sistemlerinin  istehsalçı
şirkətləri və patent sahibləri
Vəfadar Rizvanlı
122


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə