Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə44/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

Göründüyü kimi ölkəmizdə beynəlxalq sərgi və konfranslar XXI əsrin
əvvəllərindən  başlayaraq  geniş  vüsət  almışdır. Azərbaycan  həm  ənənəvi
işgüzar turizm , həm də MİCE tədbirlərin reallaşdırıldığı bir turizm marşrutu
kimi regionda öz layiqli yerini tutmuşdur. 
Ədəbiyyat
1. A.A.Hüseyn “Turizmin inkişafı dünya praktikası və
Azərbayan reallıqları”, Azərbaycan İqtisadi və
Sosial Araşdırmalar jurnalı, səh 6-8, Bakı 2015
2. Turizm və Qonaqpərvərlik tədqiqatları,Xüsusi Buraxılış B., 2014
3. Swarbrooke J., Horner S., “Business Travel and Tourism”, NY, 2001
4. www.bakutel.az
5. www.caspianoilgas.az
6. www.transcaspian.az
7. www.iteca.az
8. www.stat.gov.az
125
Azərbaycan biznes turizminin inkişaf istiqamətləri 


UOT-91:910.5
Bahar ƏSGƏROVA
Turizm və sosial-mədəni servis xidmətinin
təşkili ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti 
baharasgarova@gmail.com
Azərbaycan turizmində sosial-mədəni xidmətlərin
təkmilləşdirilməsi istiqamətləri
Improving the socio-cultural aspects of tourism 
services in Azerbaijan
Направления усовершенствования социально-культурных
услуг в туризме Азербайджана
Abstract: It is essential to know the socio-cultural impacts of tourism
on a destination in order to sustain the positive impacts and to minimize
the negative ones. In this study, it was aimed to determine disadvantages
in tourism and negative socio-cultural impacts. Findings of the study
showed that Azerbaijan tourism has not only historical sights, but also mod-
ern architecture.
Keywords: Socio-cultural effects of Tourism, Azerbaijan tourism per-
spective for future, hospitality, weakness for tourism industry, tourism op-
portunities.
Резюме: Важно знать, социально-культурные воздействия ту-
ризма на пункт назначения в целях поддержания положительного воз-
действия и свести к минимуму отрицательные. Это исследование
было направлено на определение недостатков в сфере туризма и не-
гативных последствийтуризма на социальную культуру. Результаты
исследования показали, что Азербайджан имеет не только историче-
ские достопримечательности, но и современную архитектуру для раз-
вития туризма.
Ключевые слова: Социально-культурный аспект воздействия
туризма, перспективы развития туризма в будущем в Азербайджане,
гостеприимство, слабые стороны виндустрии туризма, туристические
возможности страны.
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
126


Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti, zəngin yeraltı və yerüstü
sərvətləri hər bir tarixi dövr üçün aktual qiymətləndirilmişdir. Əvvəla,
Şərqlə Qərb arasında körpü rolunu oynaması, zəngin tranzit potensialına
malik olması, geostrateji mövqe Azərbaycanın istər-istəməz mühüm ticarət
məkanı, əlçatan ölkə və qovşaq olmasını şərtləşdirirdi.
Azərbaycan iqtisadiyyatının əsasını neft sektoru təşkil etsə də, artıq
uzun bir müddətdir ki, qeyri-neft sektoruna addım atmışıq. Belə ki, bildiy-
imiz kimi, Azərbaycan turizm və sosial-mədəni sahələri inkişaf etdirmək
üçün  mühüm  potensiala  malikdir.  Ölkəmizin  hər  bölgəsində  fərqli
təsirlərin, zəngin gözəlliklərin şahidi olmaq mümkündür. Ölkəmiz yalnız
qədim tarixi ilə deyil, həm də müasir və göz oxşayan infrastrukturu ilə də
fərqlənir. Bir sözlə, Azərbaycan həm coğrafi mövqeyi və iqlimi, həm də
sahib olduğu təbii sərvətləri baxımından böyük üstünlüyə malikdir (2).
Niyə məhz Azərbaycan? Ölkəmiz nə üçün turist axınının diqqət
mərkəzində olmalıdır? Bunun əsas xarakterik səbəbləri nədir? Bunun əsas
xüsusiyyətləri bunlardır:
- Əlverişli təbii-coğrafi şərait, şərqlə qərb arasında körpü;
- Tarixi qədim və zəngin mədəniyyətlə müasirliyin vəhdəti;
- Cəmiyyətdə hökm sürən tolerantlıq;
- Qonaqpərvərlik, humanistilik və s.
Bütün bunlara baxmayaraq Azərbaycanın turizm sektorunda mövcud
problemlər  mövcuddur  və  burada  sosial-mədəni  xidmətlərin
təkmilləşdirilməsi üzrə əsas istiqamətlər bunlardır:
1)  Ölkə  turizminin  ən  böyük  problemlərindən  biri  səriştəsiz
təqdimatıdır:
Azərbaycanın  zəngin  təbii-coğrafi  durumunun  layiqli  və  düzgün
şəkildə  tanıdılması  turizmdə  yüksəlişi  təmin  edən  əsas  amillərdəndir.
Müxtəlif beynəlxalq layihələrdə iştirak, ölkəmizin orada ev sahibliyi etməsi
müvəqqəti, dövri xarakter daşımamalıdır. Davamlılığı təmin etmək, turist
axınını kütləviləşdirmək vacibdir. Bunun üçün isə hər il Azərbaycanın tur-
izm imkanlarını dolğun şəkildə təqdim edəcək, turist maraqlarına xidmət
edəcək məlumatlandırıcı proqramlarının hazırlanması vacibdir. Sosial-
mədəni  sahələrdə  xüsusi  ilə  bunun  üçün  tədbirlər  həyata  keçirilməli,
müxtəlif informasiya mərkəzləri layihələr hazırlamalıdır. Artıq dövlətin
sosial və iqtisadi həyatının mühüm hissəsinə çevrilmiş turizm sektorunun
daha sürətli inkişafı, rəqabətqabiliyyətliliyi və yüksək gəlir əldə edilməsi
üçün plan hazırlanması olduqca zəruridir. Bu iş dövlət və özəl sektorun
birgə fəaliyyətini tələb edir. 
2) Kadr çatışmazlığı:
Turizm sektorunda ölkəmizin üzləşdiyi vacib problemlərdən biri də
127


məhz turizm və sosial-mədəni sektorda xidmət edən ixtisaslı mütəxəs sis -
lərin azlığı problemidir. Xüsusi ilə regionlarda turizm sektoru ilə əlaqəli
biliyi  olan  işçi  tapmaq  olduqca  çətindir.  Bu  sahələrlə  bağlı  təhsil
qurumlarının kifayət qədər olmaması problemin həllini çətinləşdirir. Bu
baxımdan turizm personalının mütəmadi olaraq kurslara göndərilməsi,
maarifləndirilməsi, vaxtaşırı treninqlərin keçirilməsi problemin həllinə təsir
göstərə bilər. Regionlarda da aktiv və daimi şəkildə təmin olunmasını təşkil
etmək lazımdır. 
3) Əyani vəsaitlərin azlığı:
Ölkəyə gələn turistlər Azərbaycanla tanış olmaq üçün kifayət qədər
əyani  vəsaitlərə  malik  deyillər.  Bu  problemin  həllində  əsas  vasitə  ilk
növbədə turist xəritələrinin təşkil olunması, səyahət ediləcək şəhər, rayon,
kənd haqqında ətraflı məlumatların verilməsi, yol ayırıcılarında infor-
masiya xarakterli işarələrin olması, müxtəlif dillərdə turist kitabçalarının,
broşurların çap olunaraq turistlərə paylanmasıdır (7).
4) Gəlmə turizmin inkişafında əngəllər:
Turizm sektorunun inkişafına əngəl törədən ən vacib problemlərdən
biri məhz qiymət siyasətidir. Azərbaycanda nəqliyyat xərcləri də daxil ol-
maqla  turistin  1  həftəlik  dincəlməsi  üçün  xərclər  qonşu  ölkələrlə
müqayisədə xeyli bahadır.Bundan əlavə viza alınmasının çətinləşməsi,
gömrükdə rəsmiyyətçilik və s. məsələlər də gəlmə turizmin inkişafında
ciddi əngəl törədir. Bu isə ölkənin daxili turizmin inkişafına ciddi əngəl
törədir. Bu problemin həlli üçün əsas vasitə məhz dövlət dəstəyinin daha
da artırılmasıdır. Turizm fəaliyyəti ilə məşğul olan müəssisələrə aşağı dəyər
vergisinin tətbiq olunması, turizm obyektlərinin xərclərinin azaldılması,
onlara güzəştli kreditlərin verilməsi burada dövlətin əsas tədbirlərindən
olmalıdır.
5) Turizm və sosial-mədəni xidmətlərinin zəif elektronlaşması:
Bu sektorlarda əsas problemlərdən biri də turizm xidmətlərinin zəif
elektronlaşmasıdır. Yerli və xaricdən ölkəyə səfər edən turist ilk öncə get-
diyi məkan barədə internetdən müəyyən elektron məlumatlar əldə etməyə
çalışır.  Ölkəmizdə  isə,  xüsusilə  regionlarda  fəaliyyət  göstərən
müəssisələrdə obyektlərin rəsmi internet səhifəsinin olmaması və ya uzun
müddət  yenilənməməsi  bu  problemlərin  yaranmasında  əsas  problem
doğurur.  Buna  görə  də  hər  bir  müəssisə  özünün  informasiya  bazasını
yaratmalı,  xidmətlər  barədə  ümumi  məlumatların  dərc  olunmasına
çalışmalı, obyektin yeri və ya region haqqında dolğun məlumat verməli,
öncədən xidmət haqqının ödənilmısini mümkünləşdirlməlidir.
6) Turizmin bir istiqamət üzrə cəmləşməsi:
Hər nə qədər alternativ turizm imkanları artsa da Azərbaycanda turizm
Bahar Əsgərova
128


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə