Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

qədər  uzanırdı.  Alban  tarixçisi  Moisey  Kalankatlı  Sasani  padşahı
Yezdəgirdin dövründə 438-457-ci illərdə tikildiyini və Sasanilərin cənubda
ilk müdafiə qalası olduğunu qeyd edib. 452-ci ildə Alban xanları Sasanilər
əleyhinə üsyan qaldırdılar. Bu üsyandan sonra Sasanilər xanların hücumu-
nun qarşısını almaq məqsədilə buradan 27 km şimalda yeni bir müdafiə
divarı - Gilgilçay müdafiə istehkamını tikdirdilər.
Gil-gilçay səddi: Siyəzən rayonu ərazisində yerləşən çox hissəsi
dağılan bu səddin 1931-1932 və 1963-1964-cü illərdə təqribən 60 km-lik
hissəsi tədqiq olunub. Əsasən torpağın altında qalıb. Ərdəbil qaynaqlarında
“Sur ət-Tin” (“Gil divar”) adlandırılan səddin əsasının Sasani hökmdarı
Qubad  (488-531)  zamanında  qoyulduğu  bildirilir.  Gilgilçayın  Xəzərə
töküldüyü yerdən başlayan səddin divarları Babadağa doğru 60 km-ə qədər
uzanır. A.Bakıxanov  “Gülüstani-İrəm”  əsərində  qeyd  edir  ki,  bu  sədd
dənizdən  başlayıb  Çıraqqalaya  bitişir.  Oradan  da  üzərində  böyük  bir
xarabası olan Anta dağından keçərək Qonaqkəndin üstündən Babadağa
doğru gedir.
Çıraqqala: Şabranın simvoludur. Rayonun hər tərəfindən görsənir.
Azərbaycanda buna bənzər başqa abidə yoxdur. Mərkəzdən təxminən 20-
25 km aralıda, sıldırım qayanın zirvəsində yerləşir. Çıraqqalanın 5-6-cı
əsrlərdə tikildiyi, 18-ci əsrə qədər müdafiə və kəşfiyyat məqsədilə istifadə
edildiyi ehtimal olunur. Vaxtilə qaladan dənizə yeraltı gizli tunellər qazılıb.
Çıraqqaladan  düşmən  ordularının  gəlişi  ilə  yaranan  təhlükəni  tonqal
vasitəsi ilə Azərbaycanın diqər qala və məntəqələrinə çatdırıblar. Çıraqqala
əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edib. Xəzər
dənizindən Böyük Qafqazın ətəklərinə qədər uzanan müdafiə səddinin üç
böyük qalasından biri, eləcə də Gilgilçay səddinin baş qarovulxanası olub.
Siyəzəndəki Gilgilçay səddi və Beşbarmaq qalası, Dəvəçidəki Çıraqqala
və  Dağıstan  ərazisindəki  Dərbənd  qalası  Qafqaz Albaniyasının  şimal
sərhədlərini qoruyan bütöv bir müdafiə kompleksini təşkil edib. Zaman
keçdikcədə səddin böyük bir hissəsi uçub dağılıb. İndiyə qədər salamat
qala bilən Çıraqqala 2003-cü ildən qoruq elan edilib.
Şabran xarabalığı: Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında
qədim şəhərin xarabalıqları var. Şabran çayının hər iki sahilində, 1979-
1989-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində, 450 kvadrat km
sahədə qədim Şabran şəhərinin qalıqları aşkar edilib. Vaxtı ilə Avropa ilə
Asiya arasında, Xəzər dənizinin sahili ilə gedən karvan yolunda salınmış
tarixi şəhər indi qoruq-muzeydir(10).
Səkinə xanım məscidi (XIX əsr): Ən böyük özəlliyi bir xanımın
adını daşımasıdır. Məscidi Səkinə xanım əri Abbasqulu ağa Bakıxanovun
xatirəsini  əbədiləşdirmək  üçün  tikdirib.  1847-1854-cü  illərdə  bişmiş
149
Quba-Xaçmaz turizm regionunun təbii və tarixi-mədəni abidələri


kərpicdən inşa olunmuş dördbucaqlı formalı, tək otaqlı, 27 metr hündür-
lüyü olan məscid binası Quba şəhərinin mərkəzində yerləşir.
Pirəkəkil baba piri: Qubanın ən məşhur pirlərindən olan bu pirdə
Pirəkəkil babadan uşaq istəyən xanımlar niyyət edib buradakı uzunluğu
15-20 metr olan dar tuneldən keçməlidirlər. Tuneli keçməyi bacaranların
diləkləri baş tutur. İlan, kərtənkələ, başqa həşəratlarla dolu bu dar keçiddə
bəziləri ilişib qalır. O zaman kənardakılar zəncirləmə şəkildə yerdən uza-
naraq içəridəkini dartıb çıxarırlar.
Quba-Qəçreş-Minarə: Qubanın  ən  populyar  istirahət  zonasıdır.
Qəçreş sözünün mənası “gəl otur” deməkdir. Bu adı “Gün dəyməyən yer”
kimi də yozurlar. Rayonun şimalında yerləşdiyinə görə Qəçreşi kuzey də
adlandırırlar. Bu geniş ərazidə ağaclar elə sıx düzülüb ki, gün işığı yerə
dəymir və yayda çox soyuq olur. Qışda isə başdan-ayağa soyunan ağaclar
qar içində qalır. Burada yerləşən təbii daşdan Minarə formasında qaya
turistlərdə böyük maraq doğurur. Belə ki, çayın üzərində yerləşən qayanın
içərisindən lap yuxar hissəsinə daş piləkənlərlə qalxmaq mümkündür.
Cümə  Məscidi  (XIX  əsr): Zəngin  memarlıq  üslubunda  tikilmiş
Cümə məscidi 1802-ci ildə Qazi Ismayil əfəndinin maddi yardımı ilə Quba
şəhərində  inşa  edilib.  Bu  məscid  təkcə  Qubada  deyil,  şimal-şərqi
Azərbaycanda  ən  qədim  dini  mərkəzlərdən  biridir.  Məscid  ve  onun
nəzdindəki mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə
fəaliyyəti qadağan edilən məscidin 1933-cu ildə mədrəsə və minarəsi
dağıdılıb. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, Türkiyənin
dini işlər idarəsinin yardımı ilə burada hündürlüyü 50 metr olan minarə
yenidən inşa edilib.
Günbəzli  hamam  (XIX  əsr):  Qırmızı  kərpicdən  inşa  edilib.
Dördbucaqlı quruluşa sahib olan tikiliyə Çuxur hamam da deyirlər. 6 otaq,
2 qapı və 6 pəncərədən ibarətdir. 1985-ci ilə kimi əhalinin istifadə olunan
hamam indi yalnız tarixi abidə kimi yerləşdiyi küçəni bəzəyir. Hamamda
məşhur fransız yazıçısı Aleksandr Düma çimib. 150 il sonra onun nəticəsi
ulu babasının gəzdiyi yerləri yenidən ziyarət edib.
Tağlı körpü (XIX əsr): Bu körpüyə Qudyalçay körpüsü də deyirlər.
XVII-XIX əsrlərdə Quba qəzasında mövcud olan 7 körpüdən bu günə gəlib
çıxan tək körpüdür. Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-
cü ildə rus çarı 3-cü Aleksandrın layihəsi ilə rusların Qafqazda öz hərbi
dayaqlarını möhkəmləndirmək məqsədilə tikilib. Bu gün yalnız piyadaların
istifadə etdiyi Tağlı körpüdən şəhərə romantik mənzərə açılır.
“Şeş Qəmbər” sinaqoqu: Quba rayonunun “Qırmızı Qəsəbə” adlı
ərazisində on üç sinaqoqdan yalnız səkkizi qorunub saxlanıb. Qəsəbə
icması öz gücüylə bu sinaqoqu restavrasiya edib. Sinaqoq 1810-cu ildə tik-
Namik Piroğlanov
150


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə