Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə53/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

ilib. 1890-cı ildə əsaslı təmir olunub. Son illər istismara yarasız vəziyyətə
düşdüyündən 2009-2010-cu illərdə sinaqoq əsaslı təmir edilib. Sinaqoqun
əsaslı təmirinə yəhudi əsilli Zaxaryayev qardaşları maddi dəstək göstərib.
Qilkati adlanan bu sinaqoq qəsəbədə altı kublu tikilən yeganə sinaqoqdur.
Sinaqoqun yaranma tarixi maraqlıdır: Quba xanı Hüseynəli xanın dövründə
dağ yəhudiləri ondan xahiş edir ki, onlara yaşamaq üçün bir yer versin. O
da Qudyalçayın şərq sahilində, bu yeri dağ yəhudilərinə verir. Altı günə
yəhudilər gəlib bu yerə çatırlar. Və simvolik olaraq altı kublu bu sinaqoqu
tikirlər. Sinaqoqda gün ərzində üç dəfə ibadət olunur. Yəhudilərin səhər
ibadəti  saat  8-də  başlayır.  Günorta  ibadətinə  axşam  saat  8-də,  axşam
ibadətinə isə axşam saat 9-da gəlirlər. Bakıdakı dağ yəhudilərinin sinaqo-
qundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yox-
dur. “Qırmızı Qəsəbə”də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız
bayramlarda sinaqoqa gəlirlər. Sinaqoqun nəzdində peşə məktəbi də var.
Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinini öyrənirlər (7).
Xınalıq  kəndi: YUNESCO  tərəfindən  dünya  əhəmiyyətli  tarixi
abidələr  siyahısına  daxil  edilən  qəsəbəni  açıq  səma  altında  muzeyə
bənzədirlər. “Dağlarda ada” adlanan bu kənd rayon mərkəzindən 65 km-
lik məsafədədir. Dağ ətəyindən başlayaraq yamaclarla yuxarıya doğru
dırmaşan çay daşından tikilmiş evlər çoxmərtəbəli binanı xatırladır. Rəsul
Rza  “Xınalıq  kəndinin  xatirələri”  oçerkində  buradakı  evləri  üst-üstə
yığılmış qartal yuvalarına bənzədib. Xınalıq qoruq elan edildiyi üçün bu-
rada yeni inşaat işlərinə icazə yoxdur.
Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq
adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun ola -
raq verilmişdir. Xınalıq adı təxminənXIX əsrin 50-60-cı illərindən sonra
iş lənməyə başlanmışdır. Tədqiqatçıların fikrincə, oykonim "xeni" sözündən
və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "lıq" şəkilçisindən
dü zəlib. "Xenidən olanlar, xenililər" mənasındadır. Qədim zamanlardan in -
diyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya
"kədtid"),  öz  kəndlərini  isə  "Kətiş"  adlandırırlar.  Bu  da  çoxlu  sayda
"kətid"lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs"
deməkdir (6).
Xınalıq  barəsində  tarixi  tədqiqatlar  çox  azdır.  Tarixçilərin  ilkin
araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən
Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan
tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal
edirlər. Xınalıqın orta əsr yaşayış məntəqələri Qudyalçayın sol sahilində,
dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Qızılqaya yastanının cənub-
şərq yamacında, strateji baxımdan çox əlverişli məkanda salınmışdır və
151
Quba-Xaçmaz turizm regionunun təbii və tarixi-mədəni abidələri


hal-hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala divarlarının
qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar
tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən
giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurmuş. Xınalığın orta
əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir.
Atəşgah: Xınalıqdan 5 km məsafədə, 2600 metr yüksəklikdə yerləşən
Atəşgah, əslində yanar dağdır. Bu dağlıq ərazi təbii qaz ehtiyatlarıyla
zəngindir. Yerlilərin dediyinə görə, ətrafda bunun kimi yanan bir neçə dağ
daha var. Yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıllar
buraya yıxılmış qala görüntüsü verir. Bu daşların üstündə pikniyə gələnlər
artıq ibadət etmir, ət bişirir, sonra da çəmənlikdə uzanıb yüksəkliyin,
günəşin kefini yaşayırlar. Xınalıqdan Atəşgaha atla yarım saatda, piyada
2-3 saatda gəlmək olur. Atəşgahın yaranması ilə bağlı əfsanə var. Deyirlər
ki, soyuq günlərin birində sürüsünü otararaq buralara gələn çoban qızışmaq
üçün ocaq qalamaq niyyətinə düşür. Əlinə keçəni ortaya yığıb yandırmaq
istəyəndə buranı alov götürür, qorxusundan diz üstə çökən çoban Allaha
dua etməyə başlayır. O vaxtdan yanmağa başlayan atəş heç vaxt sönmür,
bu yer də müqəddəs hesab edilərək məbədə çevrilir(8).
Su qülləsi (1903): 1903-cü ildə inşa edilmiş Su anbarı qülləsi memari
qu  ruluşuyla diqqəti çəkir. Şirin sulu bulaqlarla zəngin olan Xaçmazdan bö -
yük su sıxıntısı yaşayan Abşeron yarımadasına və kapitalizmin sürətlə in ki -
şaf etdiyi, getdikcə böyüyən neft şəhəri Bakıya içməli su məhz buradan,
də miryolu vasitəsilə yollanırdı. Stansiyadakı Su qülləsi, su anbarı rolunu oy -
nayırdı. Buradan su sisternlərə doldurularaq dəmiryoluyla paytaxta yol lanırdı.
Şıxlar kəndi: Xaçmazın mərkəzindən təxminən 15 km uzaqlıqda
yerləşir. Kənddə orta əsrdən qalma iki tarixi abidə, qədim qəbiristanlıq
ərazisində yerləşən XVI əsrə aid məscid və XIII əsr Şeyx Mevlana Yusif
Babaya aid türbə var. Bura hər zaman yerli əhalinin ən çox üz tutduğu
ziyarətgahdır.
Şollar  su  kəməri: Uzunluğu  175  km  olan  kəmər  tarixi  abidələr
siyahısına daxildir. 1917-ci ildə istismara verilmiş məşhur su kəməri Xudat
yaxınlığındakı Şollar kəndindən çıxır. “Şahdağ”ın ətəyindəki bu mənbə
yeraltı  bulaq  suyu  olduğundan  onun  kimyəvi  vasitələrlə  təmizləməyə
ehtiyac qalmır. Çünki suda yoluxucu bakteriyalar yoxdur. İndiyədək həmin
xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki bu
kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Bərk gildən hazırlanan “Bakı-
Şollar” xəttində fəaliyyət göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də
olsun, hansısa qəza hadisəsi baş verməyib. Xudatda, geniş meşəlik ərazidə
yerləşən “Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur.
Buraya giriş qadağandır.
Namik Piroğlanov
152


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə