Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə56/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

si vilizasiyasının əsas dövləti olan ABŞ-ın digər sivilizasiyalar regionu olan
Ya xın Şərqə marağı 2001-ci il 11 sentyabr terror aktlarından sonra daha da
art mışdır və yeni istiqamət götürmüşdür. Bu istiqamət daha çox terror təş -
ki latlarına qarşı mübarizədən ibarət idi. Çox təəsüf ki, müasir dövrdə terror
və İslam məfhumları çox zaman əlaqəli kimi gündəmə gətirilir. Bu da İslam
ami linin beynəlxalq müstəvidə aktuallığı ilə birbaşa bağlıdır. Belə ki, müa -
sir dünyada bütün dünya əhalisinin dörddə birini təşkil edən 1,5 mlrd mü -
səl man  yaşayır.  (2).  Bu  göstərici  Qərb  dünyasının  narahat  edən  bir
me yardır. Çünki Qərb dünyasında İslam dini digər dinlərdən fərqli olaraq
dö yüşçü bir din kimi tanınır. Buna istinad kimi, Hantinqton belə qeyd edir:
“İslam  “döyüşən  bəduin  tayfaları  arasında  meydana  gəlmişdi”  və  bu
“dəliqanlı” (violent) mənşə İslamın təməlində öz möhürünü vurmuşdur”
(5, s. 263).
Müasir  zamanda  beynəlxalq  münasibətlərdə  əsas  faktor  dünyəvi
amillər deyil, mənəvi dəyərlərdir. Mənəvi dəyərlər insanları idarə edir və
hərəkətə gətirir. Bütün bunlar mədəni münaqişələrin – etnik, dini, siviliza-
siyalar arası münaqişələrin meydana gəlməsinə səbəb olur. 
Mədəni amillərin beynəlxalq münaqişələrin
formalaşmasında rolu
Göründüyü  kimi,  müasir  dövrdə  beynəlxalq  münaqişələrin  əsas
təkanvericisi kimi mədəni amilləri araşdırmaq maraqlı məqamları üzə
çıxara bilər. Bəs mədəni amillər münaqişəyə necə səbəb olur?
Münaqişə  hər  hansı  bir  məsələyə  baxışda  maraqların  üst-üstə
düşməməsindən  və  nəticədə  toqquşmasından  meydana  gəlir.  Fərqli
düşüncələr  isə  şüurdan  mədəni  dəyərlərdən  qaynaqlanır.  Münaqişənin
kökündə məhz bir-birinə uyğun olmayan müxtəlifliklər durur. Mədəni
müxtəlifliklər də məhz bu baxımdan münaqişəyə səbəb olacaq ən vacib
amillərdən biri hesab oluna bilər.
Əsasən vahid mədəniyyətin mövcud olduğu bir qrupda mübahisələr
də daha az olur. Münaqişələrə mədəni fərqlər səbəb ola bilər ki, onlar da
digərləri  ilə  münasibətlər  zamanı  üzə  çıxır.  Konfliktlərin  yaranması
münasibətlərin necə qurulmasından asılıdır. Edvar Hall əlaqələr zamanı iki
cür  yanaşmanı  müqayisə  edir.  Bunlar  “yuxarı  kontekstdə”  və  “aşağı
kontekstdə”  aparılan  danışıqlardır  (7).  “Yuxarı  kontekstdə”  aparılan
danışıqlar zamanı mövzu ətrafında ümumən danışılır. Bu cür münasibət
çox zaman əlaqələrin saxlanmasına yönəlsə də, istəklər tam dəqiq ifadə
edilmədiyindən münaqişəyə də səbəb ola bilər. “Aşağı kontekstdə“ isə
fikirlər əksinə, birbaşa qarşı tərəfə çatdırılır. Bu hal daha çox konflikt
159
Müasir dünyada mədəni müxtəliflik və beynəlxalq münaqişələr


yaratsa da, eyni zamanda konfliktin qarşısını da ala bilər. Çünki tərəflər nə
istədiklərini  bir-birinə  aydın  ifadə  edirlər.  Sivilizasiyalar  arasında  bu
baxımdan fərq ondadır ki, Qərb danışıqlar zamanı “aşağı kontekstə” önəm
verir, Şərq isə münasibətləri “yüksək kontekstdə” qurmağa üstünlük verir.
Beynəlxalq müstəvidə baş verən münaqişələri mədəni münaqişələr
hesab ediriksə, onların əsas əlamətlərini də qeyd etməliyik. Andrea Vil-
liams  öz  “Resolving  Conflicts  in  a  Multicultural  Enviroment”  adlı
məqaləsində mədəni konfliktlərin əsasının qoyulmasını kimliyin müəyyən
olunduğu “mədəni dəyərlərin toqquşması“ meyarı ilə izah edir. O, mədəni
konfliktlərin göstəricilərini belə təsvir edir: 1) Adətən bu konfliktlərin
mürəkkəb dinamikası olur. 2) Digər münaqişələrə də xas olan məzmun və
nisbilik meyarlarının müəyyən olunması münaqişəni həll edə bilmirsə,
deməli onun kökündə mədəni müxtəliflik dayanır. 3) Narazılığa səbəb olan
məsələ  az  əhəmiyyətli  olsa  da,  başlayan  münaqişə  güclü  təəssürat  və
emosiyalarla müşayiət olunur (9).
Mədəni münaqişələri daha geniş anlamda “Sivilizasiyaların toq quş -
ması” kontekstində izah edən Semyuel Hantinqton eyni adlı əsərində
göstərir ki, beynəlxalq arenada mədəni dəyərlər baxımından fərqlənən 8
sivilizasiya mövcuddur. Bu sivilizasiyaların bir-biri ilə münasibətlərində
ziddiyyətlər qabarıq şəkildə üzə çıxır. Qərb sivilizasiyanın isə özünü digər
sivilizasiyalardan  daha  üstün  sayaraq  öz  dəyərlərini  digərlərinə  də
aşılamaq istəyi münasibətlərdəki problemləri daha da dərinləşdirir və
toqquşmalara səbəb olur. Burada göstərilir ki, İslam sivilizasiyası Qərb
gücünün  möhkəmlənməsindən  və  bu  gücün  İslam  dəyərlərinə  mənfi
təsirindən narahatdır. Qərb cəmiyyəti üçün isə İslamın bir sıra qayda-
qanunları, dəyərləri anlaşılmazdır və qəbul edilməzdir. İslam və Qərb
arasındakı ziddiyyətlərdən başqa Şərqi Asiya və Qərb mədəniyyətləri
arasındakı  fərqlərin  də  toqquşmaya  səbəb  olması  münasibətlərin
gərginliyində  özünü  göstərir.  Çin  dəyərlərində  kollektivçilik,
iyerarxiyalılıq prinsipləri üstün tutulur. Onlarda idarəçilik, iqtisadi inkişafa
yanaşma, sosial münasibətlər, işgüzar danışıqların aparılması ənənələri
Qərb dəyərlərindən tamamilə fərqlidir. Bir çinli məmurun təbirincə desək,
Çinlə  ABŞ  arasında  uzunmüddət  davam  edən  münaqişələr  onların
müxtəlif  ideologiyaya,  sosial-sistemlərə,  xarici  siyasətə  malik
olmalarından irəli gəlir (5, s. 223).
Qərb və Pravoslav sivilizasiyaları arasında da maraqların toqquşması
beynəlxalq  siyasətdə  özünü  açıq  şəkildə  göstərməkdədir.  Pravoslav
sivilizasiyasının əsas təmsilçisi olan Rusiya ilə Qərb dövlətləri arasında
tarixən hər hansı məsələ ilə bağlı ümumi razılığa gəlmək çətin proses
olmuşdur.  Müasir  dövrdə  də  bu  cür  münasibətlər  davam  etməkdədir.
Nigar Adilova
160


Pravoslav və Qərb sivilizasiyalarının hər ikisində xristianlıq hakim din
olsa da, onların hər biri xristianlığın ayrı-ayrı məzhəblərinə bağlıdırlar.
Həm də mədəniyyətlər arasında (geniş konteksdə) fərqlər yalnız dini inamı
əhatə etmir. Burada tarixi təcrübənin, etnikliyin, təbii-coğrafi şəraitlə
əlaqədar formalaşmış həyat və düşüncə tərzinin çox böyük rolu vardır.
Mədəni müxtəliflik: mədəni dəyərlər arasında
təzadlı və təzadsız fərqlər
Mədəni  müxtəliflik  beynəlxalq  münaqişələrə  səbəb  ola  bilirsə,
müxtəlif cəmiyyətlərin mədəniyyətləri arasındakı fərqlər və bu fərqlərin
xüsusiyyətlərinin araşdırılması mühüm bir məqamdır. Mədəni fərqlərin
mövcudluğu mədəniyyətlərin yaranma və inkişaf şəraitləri ilə sıx əlaqəlidir. 
Sivilizasiyaların əsas rəmzləri olan mədəni dəyərlər Yer üzərindəki
xalqları bir-birindən fərqləndirən və özünəməxsus edən ən başlıca amildir.
Mədəni  dəyərlərin  fərqlərinin  yaranma  səbəblərinə  nəzər  saldıqda  isə
bunun müxtəlif amillərlə bağlı olduğu aydın olur. Mədəniyyəti geniş an-
lamda,  sivilizasiya  məfhumunda  araşdıran Arnold Toynbi  “Çağırış  və
cavab” nəzəriyyəsində onların yaranması və bir-birini əvəz etməsini ayrı-
ayrı dövrlərlə, imperiyalarla, coğrafi, dini və hətta etnik-milli amillərlə
əlaqələndirir (3, s. 7). O, lokal sivilizasiya anlayışını irəli sürür ki, burada
mədəniyyətlərin  formalaşmasının  yerli  amillərlə  bağlı  olduğu  nəzərə
çatdırılır. Fərqli cəmiyyətlərin meydana gəlməsində təbii coğrafi şəraitlərin
müxtəlifliyi  ilə  yanaşı,  istila,  asılılıq  və  assimilyasiya  kimi  müxtəlif
təsirlərin  də  mühüm  rolu  olmuşdur.  Xalqlar  həmçinin  qonşu
mədəniyyətlərin  dəyərlərindən  də  bəhrələnərək  uzun  illər  boyu
özünəməxsus  mədəni  dəyərlər  sistemini  formalaşdırmışlar.  Müxtəlif
mədəniyyətlərə məxsus xalqların nümayəndələrinin həyata baxış formaları
onları ya bir-birinə yaxınlaşdırmış, ya da bir-birindən uzaqlaşdırmışdır.
Mövqelərin bu iki istiqamətdə yönəlməsini daha düzgün anlamaq üçün
mədəni müxtəliflikləri yaradan fərqlərə nəzər salmaq lazımdır. Bu zaman
onların iki cür olduğu nəzərə çarpır: bir-birini inkar edən (təzadlı fərqlər)
və bir-birini inkar etməyən (təzadsız fərqlər). Beynəlxalq münasibətlər də
sivilizasiyaların bu iki istiqamət üzrə əlaqələrindən ibarətdir. Hantinqtonun
yuxarıda  göstərilən  əsərində  verilən  sxemdə  sivilizasiyaların  qlobal
siyasətdə bir-birləri ilə münasibətləri göstərilmişdir ki, bu da təzadlı və
təzadsız  fərqlərlə  əlaqəlidir  (bax  şəkil).  Dəyərlərdəki  fərqlərin  bu  cür
bölünməsi dini baxışlarda daha aydın müəyyən oluna bilər.
161
Müasir dünyada mədəni müxtəliflik və beynəlxalq münaqişələr


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə