Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

yaradılması onların mahiyyətinə, təsnifatına, məzmununa miqdarına və s
yönlərinə təsir etmişdir.Göründüyü kimi keyfiyyət sənətkarın əlindədirsə ,
“sənətkar”  istər  sarayda  istərsə  də,evində  yenə  həmin  “sənətkar”
olur(yaradacağı əl işi üçün) sadəcə buradakı nüans yazıları vərəqə yazırsa
vərəqin keyfiyyəti və sonradan saxlanacağı şəraitdən də,asılı olacaqdır.
Kitabxanalar  yarandıqları  yerlərdən  asılı  olaraq  müəyyən  bir
auditoriyanı əhatə edir.Bu məqsədlə aydın olur ki,mədrəsələrdə yazılan və
saxlanılan kitablar geniş kütlənin istifadəsi üçün nəzərdə tutulmuşdur.Eyni
zamanda şəxşi kitabxana -lar da, mövcuddur və adından da göründüyü kimi
“şəxsi kitabxanalar” onu yarada -nın maraq dairəsini əhatə edir.Orta əsrlərə
kitabların sayəsində səyahət edəsi olsaq kitabxanarın şərqdə hansı inkişaf
yolunu keçdiyini görə bilərik.
Əbu-İ-Vəfa İbn Sələməyə məxsus kitabxana VIII-IX əsrləri əhatə
edir.Bu  kitabxana  haqqında  məlumat  bizlərə  Xətib  Təbrizi  tərəfindən
verilmişdir(Xətib Təbrizi yeganə şəxsiyyətdir ki, mənbələrdə onun bir alim
kimi böyük xidmətləri ilə yanaşı, görkəmli kitabsevər,kitabxana xadimi
kimi  də  adı  çəkilir.).Əbu-İ-Sələməyə  məxsus  olan  kitablardan  Əbu
Təmmam beş şerlər məcmuəsi tərtib etmişdir.Elə bu zəngin kitabxana
sayəsində  Əbu Təmmam  tərəfindən  yaradılmış  “Əl-Həmasə”və  başqa
əsərlər ondan sonra yaşamış şəxslər üçün ona qədər(Əbu Təmmam ) olan
Ərəb  ədəbiyyatını  öyrənməyə  kömək  etməklə  şairə  böyük  şöhrət
gətirmişdir (4).
Şəxsi kitabxanalar dövrün ictimai-siyasi həyatında böyük rol oynaya
bilmirdi. Sosial xarakterinə görə onlar öz mövqelərini məktəb və mədrəsə
kitabxanalarına verməli olurdular. 
IX-X əsrlərdə Azərbaycanda Bakı , Gəncə, Şamaxı, Bərdə, Şabran,
Beyləqan, Naxçıvan, Ərdəbil, Təbriz, Marağa və Urmiya kimi sənətkarlıq,
ticarət və mədəniyyət mərkəzi olan mühüm şəhərlərdə mədəniyyət xeyli
inkişaf etmiş, mədrəsələr yaranmışdı. Doğrudur, məktəb və mədrəsələrdə
əsasən islam dini tədris olunur və kitabxanaların fondunda dini ədəbiyyat
çoxluq təşkil edirdi. Lakin bir sıra mədrəsələrdə riyaziyyat, həndəsə, as-
tronomiya, tibb və fəlsəfə dərslərinin keçilməsi faktı məlumdur. Bütün bun-
lar öz müsbət təsirini verməkdə idi (5, səh.14).
Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  IX-XI  əsrlərdə Azərbaycanda
mövcud olan kitab məhsulunun ümumi həcmi barəsində mənbələrdə heç
bir məlumatı əldə edə bilmirik.
Şamaxı dövrünün mədəni mərkəzi olduğunu burada yaradılan elm
ocaqları,kitabxanaları  ilə  sübüt  edir  .Azərbaycan  ədəbiyyatı  tarixində
görkəmli  şəxslər  yetişdirmiş  Şirvan  ədəbi  mühitində  (Xaqani,  Fələki,
Zülfüqar,  Şirvani,  İzzəddin  Şirvani  və  s)  yaradılmış  “Dər  əl-ədəb”
165
Orta əsrlərdə Azərbaycanda kitabxanalar


(“Ədəbiyyat  evi”)  akademiyasının  və  Şirvan  sarayda  yaradılan  ədəbi
məclisin  rolu  böyük  olmuşdur.  (məclisin  rəhbəri  –  “məlik  əş-şüəra
vəzifəsindəki Əbü-İ-Üla Gəncəvi).
Digər ən zəngin kitabxanalardan biri də,Xaqani Şirvaninin əmisi
Kafiəddin Ömər Osman oğluna (təbib,filosof) məxsus olmuşdur. Dövrün
tələbini nəzərə alsaq XIII əsrin ortalarına qədər ərəb dilində yazılan kitablar
ümumi kitab məhsulunun əksəriyyətini təşkil edirdi.
Dövrünün  zəngin  kitabxanaları  yalnız  təbii  yolla  deyil,eləcə  də
düşmən qarəti nəticəsində talan olunaraq məhv edilməklə zəngin irsin
hissə-hissə müxtəlif yerlərə aparılması Azərbaycan mədəniyyətinə (kitab
mədəniyyətinə)ağır zərbələr vurmuşdur.
Gəncə  Şəhərinin  yetişdirdiyi  dühaları  (Nizami  Gəncəvi,Məshəti
Gəncəvi.Qivami Mütərrizi Gəncəvi və s)nəzərə alsaq Gəncə şəhərində də
zəngin kitab irsinin toplanıldığı görmək olar.Orta əsrlərdə Gəncədə “Dər-
əl-  kutub”  (“Kitablar  evi”)  adlı  kitabxana  olmuşdur.(kitabxananın
xəzinadarı  Həddad  ibn  Bəkran  Əbu-İ-Fadl  ən-Naxçivani  )  Nəsrəddin
Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanası(1259) və onun nəzdindəki
kitabxana zənginliyi ilə şeçilir.Nəsirəddin Tusinin özü də,tələbələri də,bu
kitabxananın zənginləşməsi üçün səfər etdikləri yerlərdən çoxlu kitablar
kitabxana üçün gətirmişlər.Tarixçi Rəşidəddinin yazdıqlarına əsasən bu
rəsədxanada  100  nəfərdən  çox  alim  və  başqa  şəxslər  çalışmışdır.
Fəaliyyətdə olduğu 15 il müddətində rəsədxana yalnız Şərqdə deyil, həmdə
qərbdə özünə şöhrət qazanmışdır. 400.000 kitabın olduğu şöylənilən bu
kitabxanadakı kitablar müxtəlif elm sahələrini əhatə etməklə insanların
maarif-lənməsinə xidmət etmişdir. 
Nəsirəddin  Tusinin  ilahiyyata,  fəlsəfəyə,  siyasət  və  etikaya  dair
traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imami-
lik (imamət) təriqətinə mənsub mütəfəkkirin "İmamətə dair traktat" ("Risab
fı-1-imamə")  və  bir  sıra  başqa  əsərlərində  təkcə  12  şiə  imamı  deyil,
ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir.
Nəsirəddin Tusi "Cəbr və qədr" traktatında insanın iradə azadlığını məqbul
saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən
şiələr də, sünnilər də bəhrələnmişlər (10).
25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və
öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiələrinin 7-ci imamı
Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının
ayaq  tərəfində  dəfn  olunmuşdur.  Nəsirəddin Tusi  hicri  tarixi  ilə  47  il
hakimiyyətdə  olmuş  xəlifə  Nasir  li-Dinillah  üçün  hazırlanmış,  lakin
müəyyən  səbəblərə  görə  boş  saxlanmış  sərdabədə  dəfn  olunmuşdur.
(Qəribədir  ki,  sərdabə  17  fevral  1201-ci  (11  cumadəl  ulə  597)  ildə
Fidan Vəlizadə
166


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə