Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

Şəkil. Qlobal siyasətdə sivilizasiyaların bir-biri ilə münasibətləri
Mənbə: Huntinqton S. The Clash of Civilizations and Remarking
of World Order. New York: Simon & Shuster, 1996, p. 245
Bir-birini inkar etməyən dəyərlərə malik olan cəmiyyətlər arasında
münaqişələr daha az baş verir və onların həlli tez bir zamanda mümkün
olur. Bundan fərqli olaraq, bir-birini inkar edən dəyərlərin ortaq mövqeyə
gəlməsi çox mürəkkəb haldır. Kəskin ziddiyyət təşkil edən dəyərlər kimi
Qərbin fərdiçilik, Şərqin isə kollektivçilik ənələrini misal göstərmək olar.
Dini  amillərin  təsiri  ilə  formalaşan  bu  dəyərlər  özünü  sosial
münasibətlərdə, iqtisadi inkişafda və bununla əlaqədar olaraq da həmin
cəmiyyətlərin beynəlxalq səviyyədə mövqelərinə də təsir göstərir.
Təzadlı və təzadsız fərqlərdən danışarkən, Fukuyamanın sosial kap-
ital nəzəriyyəsinə nəzər salmaq yerinə düşər. Sosial kapital dedikdə qrup
üzvləri arasında mövcud olan və onların bir-biri ilə əməkdaşlıq etməsinə
imkan verən qeyri-rəsmi dəyərlər və normaların zəruri toplusu nəzərdə tu-
tulur (6,98).Müəllifin fikrincə inkişafa qabil olan və bu baxımdan bir-birinə
yaxın olan cəmiyyətlər rəqabət aparmağı və uğur qazanmağı bacarırlar.
Yəni,  aralarında  təzadsız  fərqlər  olan  cəmiyyətlərdə  sosial  inamın
formalaşması aralarında təzadlı fərqlər olan cəmiyyətlərə nisbətən daha
çox mümkündür. Sosial inam olmayan bir şəraitdə əməkdaşlıq olmur,
əməkdaşlıq olmadıqda isə münaqişələrin yaranma ehtimalı daha güclü olur. 
Nəticə
Beləliklə,  müasir  zamanda  beynəlxalq  aləmdə  baş  verən
münaqişələrin mədəniyyətlərin, sivilizasiyaların arasında baş verdiyini
görmək  olar.  Müxəlif  cəmiyyətlər  arasında  mövcud  olan  mədəni
müxtəliflik onların bir-biri ilə münasibətləri zamanı ortaya çıxan fikir
ayrılığı və anlaşılmamazlıqlarla əlaqədar olaraq münaqişə yarada və onu
Nigar Adilova
162


inkişaf etdirə bilər. Mədəni qruplar irqi, etnik və milli eynilikdən yarandığı
kimi həmçinin, nəsillərin, siyasi və dini mənsubiyyətlərin bölünməsi və dil
fərqləri nəticəsində də formalaşır ki, onların arasında fərqlərin olması
labüddür. Bu fərqləri hər zaman düzgün və dərhal müəyyən etmək mümkün
olmur.  Bu  da  mədəniyyətlərin  çoxlaylı  olması  ilə  əlaqədardır.  Üzdə
görünən təbəqə alt qatdakı fərqləri gizlədə bilər. Lakin zamanla, şəraitlə
bu fərqlər üzə çıxaraq münaqişələrə səbəb ola bilir. Mədəni fərqlərdən
qayanaqlanan  münaqişələr  öz  xüsusiyyətləri  ilə  digər  münaqişələrdən
fərqlənir. Onlar uzunmüddətli, çox çətinliklə tənzimlənən və adətən həll
oluna bilməyən münaqişələrə çevrilirlər.
Müasir zamanda cəmiyyətlər arasında yalnız mədəni ümümiləş dir -
mə lər aparmaq dolğun olmayan yanlış nəticələrin əldə olunmasına gətirib
çıxara bilər. Bunun qarşısını almaq üçün beynəlxalq arenada baş verən
münaqişələrin əsas səbəbini məhz mədəni dəyərlərdə və müxtəliflikdə ax-
tarmaq  doğru  olardı.  Mədəni  müxtəlifliyin  sosial  münasibətlərdə  və
beynəlxalq siyasətdə rolu düzgün qiymətləndirilməlidir. Araşdırmanın bir
mühüm aspekti də ondan ibarətdir ki, mədəniyyətlər arasında mövcud olan
fərqlər münaqişələrin yaranmasına səbəb olursa da, onların həlli yollarının
da elə mədəniyyətin özündə axtarılması ideyasını ortaya çıxarır. 
Ədəbiyyat
1. Kərimova K. Müasir dünyanın nizamını pozan siyasi münaqişələr 
və onların səbəbləri. Available at:
http://www.sheki-ami.az/attachments/article
2. Məmmədov A. Müasir mərhələdə daxili etnik münaqişələrin
regional dinamikasının müqayisəli təhlili. Strateji təhlil.
Say 2(13) 2015, ss.105-114. 
3. Xəlilov S. Sivilizasiyalararası dialoq. Bakı: “Adiloğlu”, 2009. 
4. Fukuyama F. The End of History. The National Interest,
summer 1989.
5. Huntinqton S. The Clash of Civilizations and Remarking of World 
Order. New York: Simon & Shuster, 1996.
6. Harrison L., and Huntington S. (Eds.) Culture Matters. New York: 
Basic Books, 2000.
7. Le Bron M. Culture and Conflict. July 2003. Available at: 
http://www.beyondintractability.org/essay/culture-conflict.
8. Mitchell C. The Structure of International Conflict.
Palgrave Macmillan UK, 1981.
9. Williams A. Resolving Conflict in a Multicultural Environment.
MCS Conciliation Quarterly. Summer, 1994, pp. 2-6. 
163
Müasir dünyada mədəni müxtəliflik və beynəlxalq münaqişələr


UOT-39.391.3914
Fidan VƏLİZADƏ
Muzeyşünaslıq ixtisası üzrə magistr 
Azərbaycan Turizm və Menecment Universiteti
vlzdfdnrhll@gmail.com
Orta əsrlərdə Azərbaycanda kitabxanalar
Libraries in the Middle ages in Azerbaijan
Библиотеки в средние века в Aзербайджане
Abstract: The article from the Middle Ages libraries, talking about
their areas of activity.
Key words: The middle century, east, library, personal collections.
Резюме: В статье из библиотек Средневековья, говорить о своих
областях деятельности.
Ключевые слова: средневековый, восток, библиотека, персо-
нальные коллекции.
Orta əsr şərq əlyazma kitabları orta əsr kitabxanalarının kitab fondunu
təşkil edən bir elementdir. Bu kitabların yazılması, üzünün köçrülməsi,
xəttat,  rəssam  və  cilidçilik  texnologiyası,  kitabın  mütaliəsi  və  ya
mübadiləsinin təmin edən qurum əsasən kitabxanalardır (5, səh. 11).
Ən  qədim  kitabxanalar  ilk  dəfə  qədim  Şumerdə  yaranmışdı.
Qədimliyi  və  dəyəri  baxımından  belə  kitabxanalardan  biri  də  ,Assur
hökmdarı Aşşurbanipal tərəfindən eramızdan əvvəl 625-ci ildə qurulan”
Ninova” kitabxanası olmuşdur. Qədim dövrlərdə ilk kitabxanalar dövlət
idarələri və məbədlərdə yaranırdı.VIII əsrdə ilk olaraq İranlılar və Ərəblər
Çinlilərdən kağız istehsalını öyrənməyə başlamış və 794 cü ildə Bağdadda
yaradılan fabrikdə kağız istehsalı ilə məşğul olmuşlar. IX əsrdə artıq bir
çox  islam  şəhərlərində  “Elm  salonu”  adlandırılan  xalq  kitabxanaları
fəaliyyət göstərirdi. 
Eyni zamanda saraylarda,mədrəsələrdə,evlərdə və başqa yerlərdə
yazılan kitablar bu yerlərdə də,qorunub saxlanılmaqla zamanda səyahət
edərək  günümüzə  gəlib  çatmışdır.Kitabxanaların  müxtəlif  yerlərdə
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
164


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə