Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

турных ценностей общества начинают делить себя на «своих» и
«чужих». Сле довательно, современные международные отношения
начинают поз наваться как отношения между культурами, а в более
смысле цивилизациями. В зависимости от глубины культурных раз-
личий эти отношения могут носить конфликтный либо же коопера-
тивный характер. И, разумеется, понимание, а также возможности
урегулирования  международной  конфликтности  сегодня,  прежде
всего, предполагают исследование и правильную оценку соответ-
ствующего влияния культурных факторов, и культурного разнооб-
разия.
Ключевые слова: международные отношения, конфликт, куль-
турное разнообразие, цивилизация, культура 
Giriş
Müasir dünyamız çox münaqişəli bir məkandır. Dünyanı daha sabit
bir aləmə çevirmək üçün müxtəlif quruluşlar, sistemlər, siyasi ideologiyalar
irəli sürülmüşdü. Liberal-demokratlar bu ideyalar uğrunda iki əsr boyunca
mübarizə aparmışlar. Onlar Soyuq Müharibənin bitməsi ilə öz arzuladıqları
harmonik,  münaqişəsiz  dünyanın  qurulacağına  inanırdılar.  Lakin,
göründüyü kimi, bu istəklərə nail olmaq hələ mümkün olmamışdır. 
Siyasi  ideologiyalar  arasında  mübarizə  bitdikdən  sonrakı  dövrdə
mövcud olan münaqişələr ya əvvəl mövcud olmuş münaqişələrin davamı,
ya da yeni yaranan münaqişələrdir. Lakin yeni yaranan münaqişələrin bir
çoxlarına nəzər saldıqda onların da tarixdən qaynaqlandığını görmək olar.
Bunun səbəblərini nə ilə əlaqədardır? Nə üçün Frensis Fukuyamanın dediyi
kimi  ən  düzgün  quruluş  olan  kapitalizmin,  ən  ədalətli  hesab  olunan
demokratik dəyərlərin yayıldığı şəraitdə qlobal münaqişələrdən qaçmaq
mümkün olmur? 
Qloballaşan  dünyamızda  müxtəlif  mədəniyyətlərin  bir-biri  ilə
münasibətlər  qurmasına  daha  çox  zəmin  yaranır.  Dünyanın  qlobal
məsələlərini  bir  yerdə  həll  etməyə  can  atdıqda  cəmiyyətlər  arasında
tarixən mövcud olmuş mədəni fərqlər daha qabarıq şəkildə üzə çıxır.
Münaqişələrin səbəbini bu mədəni amillərdə axtarmaq hansı nəticələri
üzə çıxara bilər? Beynəlxalq münasibətlərdə mövcud olan konfliktərin
mədəni aspektlərini öyrənmək, mədəni müxtəlifliyin münaqişəyə səbəb
olma istiqamətlərini araşdırmaq, bu fərqlərin nədən qaynaqlandığını izah
etmək məqalədə qarşıya qoyulmuş əsas məqsədlərdir. Bu məqsədlərə nail
olmaq üçün ilk öncə beynəlxalq münasibətlərdə münaqişə probleminini
təhlil edək.
Nigar Adilova
156


Müasir beynəlxalq münasibətlərdə münaqişələr
Münaqişələr hər zaman olduğu kimi müasir dövrdə də beynəlxalq
nizamı pozan əsas amil kimi qəbul edilə bilər. Tarix boyu münaqişələrin
baş  vermə  səbəbləri  müxtəlif  amillərlə  əlaqələndirilmişdir.  Bəziləri
münaqişələrin başvermə səbəblərindən biri kimi maddi tələblər və yüksək
mövqe tutmaq istəklərini önə çəkərək iqtisadi amilləri əsas götürürlər.
Münaqişələrin insan təbiətinin məhsulu olduğu fikri də tutarlı izahlardan
biri olmuşdur. İnsan öz maraqlarını təmin etmək və onun üçün doğru olan
haqlarını qorumaq üçün daim mübarizə aparır. Bu zaman maddi maraqlarla
yanaşı mənəvi maraqlar da üzə çıxır ki, bunu da dəyərlər adlandırmaq olar.
Bu mübarizədə yüksək amallar üçün münaqişə də qaçılmazdır. 
Dövlətlərin əsasını insanlar, beynəlxalq sistemin əsasını isə dövlətlər
təşkil etdiyi üçün münaqişə halı onlar üçün də xarakterikdir. Kristofer
Mitçel  “Beynəlxalq  münaqişələrin  strukturu”  adlı  məşhur  əsərində
münaqişələri iki yerə maraq və dəyər münaqişələrinə bölür (8, s. 37).
Maraq münaqişələrində tərəflərin uğrunda mübarizə apardıqları vəziyyət
haqqında  mövqeləri  birdir,  onlar  yalnız  üstünlük  uğrunda  mübarizə
aparırlar.  Dəyər  münaqişələrində  isə  tərəflərin  nail  olmaq  istədikləri
vəziyyət, gələcək düzən haqqında mövqeləri tamamilə fərqlidir. Bu, tarixi
təcrübədən, dini dəyərlərdən qaynaqlanır. Belə dəyərləri dəyişmək çox
çətindir, hətta qeyri-mümkündür. Odur ki, dəyər münaqişələri çox uzun
müddət davam edir və çox zaman onların tam həllinə nail olmaq olmur. 
Tarixin müxtəlif dövrlərində baş qaldırmış münaqişələr müxtəlif
mərhələlərdən keçmişdir. Könül Kərimova “Müasir dünyanın nizamını
pozan siyasi münaqişələr və onların səbəbləri ”adlı məqaləsində Vestfal
barışığından müasir dövrümüzədək keçən bu münaqişə mərhələlərini belə
təsvir  edir:  1)  krallar,  imperatorlar,  monarxlar  arasında  baş  qaldırmış
münaqişələr;  2)  xalqlararası  münaqişələr;  3)  ideoloji  müharibələr;  4)
sivilizasiyalararası toqquşmalar (1, s. 4).
Sonuncu  göründüyü  kimi  geniş  anlamda  mədəniyyətlərin
münaqişəsidir.  Onun  başlanma  səbəbi  Soyuq  müharibənin  bitməsi  ilə
beynəlxalq aləmin yeni məcraya düşməsi idi. Fukuyama 1989-cu ildə
yazdığı “Tarixin sonu” adlı çox məşhur əsərində hesab edirdi ki, ”dünya
tarixi  sona  çatmışdır,  ideologiyalar  arasındakı  münaqişədə  liberal
demokratlar qələbə çalmışdır, harmonik dünyanın qurulması üçün şərait
yaranmışdır”(4). Lakin beynəlxalq aləmdə hadisələr bu istiqamətdə inkişaf
etmədi. İdeoloji müharibədən sonrakı dövrdə insanlar yenə özlərini bir-
birlərindən fərqləndirməyə başladılar. Onlar dinlərinə, adət-ənələrinə, tarixi
təcrübələrinə bağlı olduqlarını anladılar. Mədəni köklərini dəqiq müəyyən
157
Müasir dünyada mədəni müxtəliflik və beynəlxalq münaqişələr


edən dövlətlər bu dəyərlərə söykənərək özləri ilə eyni dəyərlərə sahib olan-
larla əlaqələr yaratmaq və ya mövcud bağlılığı daha da möhkəmləndirmək
istiqamətini götürdülər. Digər mədəniyyətlərə mənsub olanlar isə onlar
üçün yada və hətta düşmənə çevrildi. Buna misal olaraq, Semyuel Hanti-
nqton  öz  “Sivilizasiyaların  toqquşması”  əsərində  1992-ci  ildə Yuqas -
laviyanın  dağılması  ilə  Bosniya,  Serbiya,  Xorvatiyada  baş  verən
münaqişəni göstərir. Baxmayaq ki, onlar uzun illər Sovet idarəçiliyi altında
çox mehriban münasibətlər saxlamışdılar, münaqişədən qaçmaq mümkün
olmadı. Müstəqillik əldə etmiş Bosniya çox etnoslu dövlət olsa da, orada
İslam dəyərlərinə daha çox önəm verilməsi qeyri-müsəlmanları narahat
etməyə başladı və bu üç xalq arasında demək olar ki, qlobal xarakter almış
münaqişələr baş qaldırdı. Bu münaqişələrdə müsəlman dövlətləri --- İran,
Səudiyyə Ərəbistanı, Türkiyə Bosniya müsəlmanlarını, pravoslav Rusiya
serbləri, Qərb isə katolik xorvatları dəstəklədi (5, s. 269).
Müasir dövrdə beynəlxalq arenada münaqişənin müxtəlif növləri baş
qaldırır.  Etnik,  vətəndaş,  terror  təşkilatlarının  ilə  bağlı  olan  və  s.
münaqişələrin  heç  biri  beynəlxalq  aləmin  nəzərindən  yayınmır,  bu
münaqişələr də beynəlxalq səciyyəli münaqişələr kimi qiymətləndirilir. 
Zamanımızda etnik münaqişələrin geniş vüsət aldığı regionlar kimi
İraq, Suriya, Əfqanıstan, Türkiyə, Cənubi və Şimali Qafqaz və s. göstərilə
bilər. Bu regionlarda baş verən münaqişələr daxili münaqişə çərçivəsindən
çıxaraq  beynəlxalq  xarakter  almışdır.  Bunu  da  Hantinqtonun  təhlilinə
əsaslanaraq, sivilizasiyaların strukturu və konsentrik dairələr sistemi ilə
əlaqələndirmək olar. Belə ki, hər bir sivilizasiyanın mərkəz dövləti və ya
dövlətləri (core state) vardır ki, onlar sivilizasiyanın ən güclü və mədəni
dəyərlər baxımından əsas elementi sayılır. Üzv dövlət isə özünü tamamilə
hər hansı bir sivilizasiyaya mənsub hesab edən dövlətdir. Bundan başqa
hər hansı bir sivilizasiyaya mənsub olan, ancaq başqa bir sivilizasiyanın
tərkibində yaşayan nümayəndələr də vardır (5, s. 155). Bir üzv dövlətdə
və sivilizasiyanın digər cəmiyyətlərdə yaşayan üzvləri ilə münaqişə prob-
lemi yaranarsa, ikinci və üçüncü üzv dövlətlər, sonda isə mərkəz dövlətlər
onların köməyinə gələrək digər sivilizasiyalarla “toqquşurlar”. Bununla da
daxili bir məsələ qlobal xarakter ala bilir.
Yaxın Şərqdə baş verən hadisələr özündə çox mühüm məqamları əks
et dirir. Buranın uzun müddət münaqişə zonası olmasının əsas amili kimi
mə dəni müxtəliflik göstərilə bilər. Fələstin-İsrail münaqişəsi, ABŞ-İraq
mü haribəsi, müasir dövrdə isə Suriya probleminin aktuallaşması müxtəlif
si vilizasiyaların toqquşması kontekstindən izah edilsə daha doğru səbəb-
nə ticə əlaqələri müəyyən oluna bilər. Hantinqton məhz Yaxın Şərq regio-
nunun  sivilizasiyaların  toqquşma  sərhəddi  olmasını  qeyd  edir.  Qərb
Nigar Adilova
158


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə