Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal


Motivasiya və məhsuldarlıq



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

Motivasiya və məhsuldarlıq
Bir işi etməyə məcbur edilən fərd o işi həvəslə etməyə məcbur edilə
bilməz. Bir işi sevərək etmək daxildən gələn istəklə olur və bu istəyi yarat-
maq  üçün  fərdi  müxtəlif  üsullarla  motivasiya  etmək  lazımdır.
Məhsuldarlığın işçilər baxımından daşıdığı dəyər iki istiqamətli olaraq
araşdırıla bilər: birincisi, məhsuldarlıq artımı nəticəsində işçilərin əldə
edəcəkləri əlavə məvacib, ikincisi, işçilərdə meydana gələn məhsuldarlıq
artışının  onlarda  işdən  zövq  alma  duyğusuna  yol  açması  və  onların
motivasiyasını artırması.(8) Motivasiyası olmayan işçinin effektiv perfor-
mans göstərməsi və məhsuldar çalışması gözlənilməməlidir. İşçi bacarığına
uyğun bir iş etmirsə, bu vəziyyət onda məmnunsuzluq və narahatlıq yaradır.
Qabiliyyətlərinə uyğun olmayan, mənasız işlərlə məşğul olan istedadlı
işçidə bezginlik, həyatla olan əlaqələrində boşalma, fiziki-zehni gərilmə
kimi əlamətlər görülə bilər. 
Hər insanın sahib olduğu müəyyən bir potensial vardır. Əsas olan bu
potensialın menecerlər tərəfindən aşkar edilməsi və təşkilat məqsədlərini
reallaşdırmağa istiqamətləndirilməsidir. İşçilərin gördükləri işlər haqqında
məlumata sahib olmaları təşkilatda pərformansın yaxşılaşmasına səbəb olur
ki, bu da nəticədə məhsuldarlığın və keyfiyyətin artımına gətirib çıxarır.
Məhsuldarlıq artımı işçinin etdiyi işi həvəslə, yəni yüksək motivasiya ilə
etməsinə bağlı olaraq reallaşır. 
Təşkilatların əsas məqsədi səmərəliliyi və məhsuldarlığı artırmaqdır.
Buna nail olmaq istəyən təşkilatların əvvəlcə fərdlərin motivasiya və per-
formans  səviyyəsi  artırmaları  lazımdır.  Təşkilatlarda  məhsuldarlığın
artması üçün menecerlər lazımi səviyyədə rəqabəti dəstəkləməlidir. Çünki
rəqabət, işlərin edilmə sürətini artıran, işçiləri həvəsləndirən, onları daha
çox işləməyə itən bir vasitədir. İşçilər üçün rəqabət məhsuldarlığı artıran
və motivasiya yüksəldici bir ünsürdür. Bunun səbəbi də rəqabətin olduğu
bir şirkətdə işçilərin daha müvəffəqiyyətli olmaları və sonrasında ehtiram
görmə,  prestij  sahibi  olma  və  özünü  reallaşdırma  motivlərini  təmin
etmələridir  (5).  Hansı  iş  sahəsində  olursa  olsun,  bütün  təşkilatlarda
rəhbərlərin təməl siyasətlərindən biri işçilərin işlərini yüksək motivasiya
ilə etmələrini, bacarıq və məlumatlarını ən üst səviyyədə istifadə etmələrini
və ortaq məqsədi reallaşdıra biləcək səylərə istəklə qatılmalarını təmin
etməkdir.  İşçilərin  əhval-ruhiyyələrinin  yüksək  tutula  bilməsi  üçün
ünsiyyət kanallarının daima açıq saxlanılması vacibdir. 
İşçiyə önəm və dəyər vermək, diqqət yetirmək, müasir idarəetmədə
məh suldarlığın təməlini təşkil edir. İnsan düşüncələri və duyğuları ba xı -
mın dan mürəkkəb bir yaradılışdır. Onun bu mürəkkəb quruluşu fərqli göz -
lən tilərin ortaya çıxmasına səbəb olur. Təbii olaraq gözləntilərə təsir edən
135
İşçi məhsuldarlığının əldə edilməsində təşkilati
davranişda motivasiyanın rolu


ən vacib səbəb ehtiyacların aradan qaldırılmasıdır və bu səbəblə də hər bir
təşkilatların öncəliklərində insan amili başda gəlir. İşçilərin səlahiyyət və
öhdəliklərini artırmaq onların sərbəst bir iş şəraitində daha səmərəli və
məhsuldar işləməsini təmin edəcək. İşçilərin üzərində repressiv bir nəzarət
etmə mexanizminin olması, onların fikir və istəklərinin nəzərə alınmadığı
bir iş mühiti işçilərin məhsuldarlıqlarının azalmasına səbəb olur (7).
Motivasiya bütün insan davranışlarında məhsuldarlığı inkişaf etdirmə
səylərində  təməl  təşkil  etməkdə  və  işçilərinin  yüksək  məhsuldarlığa
istiqamətləndirilməsində  ən  effektiv  yol  olmaqda  davam  edir.  Moti-
vasiyaedici fəaliyyətlər insanlarda uzun müddətli inkişaf arzusu yaradır,
insanları maarifləndirir, məhsul və xidmət istehsalında daha yaxşı işləməyə
və  daha  yaxşı  yollar  tapmağa  təşviq  edir.  İşçi  qüvvəsinin  effektiv
istifadəsində əhəmiyyətli bir məqam olan motivasiya davranış formasının
tələb olunan istiqamətdə dəyişməsinə yol açan müsbət bir dəstəkdir. İnsan-
lar etdikləri işin, onları tamamladığı hissini verən, peşə biliklərini və kariy-
era  planlarını  zənginləşdirən  mühüm  bir  fəaliyyət  olduğunu  görmək
istəyirlər. Bu baxımdan motivasiya və məhsuldarlıq müəssisədəki inzibati
və fərdi inkişafın vahid bir parçası olaraq qiymətləndirilməlidir. 
Motivasiya və məhsuldarlıq arasındakı artan mütənasibliyin əsas
səbəbi fərdin təşkilat üçün istifadə etdiyi güc səviyyəsinin gənişləməsidir.
Çox  vaxt  işçilərdə  müxtəlif  səbəblərdən  ötrü  təşkilat  məqsədlərinə
yönəldilmədiklərinə görə istifadə edilməyən potensial mövcud olur. Moti-
vasiya fəaliyyəti bu nöqtədə fiziki və zehni səviyyəsinin daha çoxunu
təşkilatın xidmətinə verməsi üçün fərdə əsaslı səbəblər təqdim edir. Moti-
vasiya olunmuş işçi potensialının ən çox hissəsini təşkilat məqsəd və
mənfəətinə  istifadə  edən  fərddir.  İşçilərini  motivasiya  etməyi  bacaran
şirkətlərin  işçi  sayında  bir  artış  etmədən  daha  çox  enerji,  daha  çox
qabiliyyət və daha çox əməyə sahib olduqları görülə bilər. Məvacibləri bir-
birinə bərabər olan iki işçidən motivasiya səviyyəsi daha yüksək olan işçi
imkanlarının daha çoxunu istifadə edərək daha çox vaxt və güc sərf etməklə
digər işçiylə müqayisədə şirkətə daha çox mənfəət gətirir. Bu da birbaşa
əmək məhsuldarlığının artması deməkdir (6).
İşçiləri motivasiya etmək vasitəsilə məhsuldarlıq səviyyəsini artıran
şirkətlərdə əldə edilmiş məhsuldarlıq artışının təşkilata birbaşa töhfə vermiş
olan bu işçilərə hansı şəkildə təsir edecəyi və nə kimi faydalar gətirəcəyi
nöqtəsi olduqca əhəmiyyətlidir. Çünki, motivasiya prosesinin davam edə
bilməsi üçün işçilərdə əldə edilən məhsuldarlıq artışı sonrası yarana biləcək
bir sıra gözləntilərin qarşılanması zəruridir. Məhsuldarlıq artımı fərqli
şəkillərdə işçilərdə özünü biruzə verdiyi zaman işçilər daha yaxşı imkanlar
əldə etmiş olur, onların şirkətə bağlılığı və etibarı artırır və motivasiya yolu
Aytac Cəfərli
136


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə