Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

Dionissin hər il keçirilən dörd bayramının adını qeyd edə bilərik.
Dekabrın  sonu, Yanvarın  əvvəlində  keçirilən  Kiçik  Dionissilər  cavan
şərabın ilk sınamasına aid edilmişdir. Bu günlərdə şən mahnı və oyunlarla,
zarafat  və  oyunlarla,  paltar  dəyişmələrlə,  maskarad  yürüşlərlə  və  s.
müşaiyət olunan mərasimlər təşkil olunurdu.
Dionissin ikinci bayramı – Liney (Fevralın sonu, yanvarın əvvəli)
xarakterik cəhətdə birinci ilə uyğunlaşır, amma xeyli təntənəli keçirilirdi.
Afinanın özündə keçirilir və bir neçə gün davam edirdi. Liney onunla
xarakterik  idi  ki,  burada  xalq  bayramının  tərkib  hissəsi  olan  teatr
yarışmaları ilk dəfə keçirilmişdir.
Dionissin üçüncü bayramı – Anfesteriy (fevral-mart) 3 gün davam
edirdi.  Birinci  gün  uşaqlara  həsr  olunurdu:  səhərdən  hamı  meydana
tələsirdi, harada ki həmin gün oyuncaqlar bazarı açılırdı. Bütün uşaqlar
oyuncaq alırdılar və şəhər uşaqların gur gülüşü, oyunları, sevincləri ilə
əhatə olunurdu. Bayramın ikinci günündə şəhərlilər mifdən götürülmüş
personajlar ilə ( satiralar, nimfalar, şərab pəriləri) improvizasiya edilmiş
maskaradlar təşkil etməklə Afinanı gəzirdilər. Bayramın axırıncı günü
tamamilə başqa bir xüsusiyyət təşkil edirdi: Belə ki, o ölülərə həsr ol-
unurdu.
Dördüncü bayram “ Möhtəşəm Dionissi” ən əsası idi. Bu şən günlərdə
kredit  verənlərin  borclunu,  hakimlərin-  təqsirkarları  izləməsi  qadağan
edilmişdir. Həmçinin həbs edilmə bayram günlərində qadağan edilmiş bə
hətta cinayətkarı da həbsxanadan zaminliyə azadlığaburaxırdılar (1).
Qədim  romalılarda  asudə  vaxtın  təşkili. Qədim  Romada
əyləncələrin və müəssisələrdə xüsusi asudə vaxtın təşkilinə daha az diqqəti
göstərilmirdi, amma orada bunlara öz yanaşma var idi. Qədim dünyada
mədəni turizm, əhəmiyyətli dini və idman bayramlarının baş çəkməsiylə
yanaşı  əyləncə  səyahətlərinin  ənənəsi  mövcud  idi.  O  vaxtın  insanları
mədəni kütləvi tədbirlərə həvəslə baş çəkirdilər. Açıq səma altında daş
tikintiləri inşa edilməyə başladı – teatrlar. Romada birinci daş teatrı imper-
ator Pompey əmrinə görə tikilmişdi, hansı ki, yunan teatrları təssüratı
bağışlayırdı. Tamaşalar hər il keçirilirdi və heç bir imperator onlardan pulu
əsirgəmirdi. 
Roma imperiyası böyük ölçülərə malik idi, ona görə də çoxlu sayda
məmur, tacir, döyüşçülərin işləri üzrə çox getmək lazım gəlirdi. Nəticədə
onların yerləşdirməsi üçün karvansaraların, meyxanaların kifayət qədər
şöbələrə ayırılmış şəbəkəsi formalaşmağa başladı. Müasir dünyada məşhur
olan milli parklar və bağlar başlanğıcını buradan götürürlər.
İmperatorun  əmri  ilə  termlər  (yunanca  «termos»  isti  deməkdir)
hamamlar  tikilmişdi.  Yoxsul  azad  adamlar  onlardan  pulsuz  istifadə
93
Dünyada animasiya anlayışı və onun inkişaf tarixi 


edirdilər.  Burada  kitabxana,  istirahət  otaqları  var  idi.  Onlara  pulsuz
tamaşalar göstərilirdi. Qədim Romada hamamlar xüsusi mərkəzlər idi,
hansılar ki, imperiya dövründə təmtəraqlı daxili bəzəklə böyük tikintilər
şəklində tikilirdilər. Belə hamamların qalıqları onu göstərir ki, istilik və su
təchizatı kompleks sistemi ilə təşkil olunmuş böyük bina idi. Minlərlə
romalı öz boş vaxtını belə keçirirdi: idman tapşırıqları üçün meydançalarda
top  oynayırdılar,  qaçışda,  mübarizədə  və  ağırlıqların  qaldırmasında
yarışırdılar, sonra yuyunurdular və hovuzlarda üzürdülər. Termı yalnız
çimmə  və  idman  məşqləri  üçün  nəzərdə  tutulmurdu,  orada  həmçinin
məşğuliyyətlər  üçün  kitabxanalar  və  zallar  var  idi.  Burada  dostlarla
görüşmək, son xəbərləri bilmək , saç düzümünü etmək və dadlı yemək
mümkün idi (4).
Lazım  olan  qladiator  döyüşləri  və  ya  Qədim  Roma  şəhərlərinə
heyvanların  təqibi  haqqında  elandan  sonra  imperiyanın  müxtəlif
yerlərindən minlərlə sakin birləşirdi. Qədim romalılar cıdır yarışları çox
sevirdilər, hansılar ki, bu sirklərdə və qanlı qladiator döyüşlərində təşkil
olunurdu. Onlar üçün xüsusi tikintilər- amfiteatrlar tikilirdi. 
Romada zəngin həyat tərzi keçirənlərlə yanaşı, yoxsul, ehtiyac içində
yaşayan on minlərlə dilənçi var idi. Onların narazılığının qarşısını almaq
üçün onlara imperatorun adından çörək və pul paylayırdılar. Romada 200
min adam pulsuz çörək alırdı. Yoxsullar imperatordan «çörək və tamaşa»
istəyirdilər. "Çörəklər və tamaşalar!" - bu ərzağın pulsuz verilmələriylə və
müxtəlif  tamaşaların  nümayişləriylə  müşayiət  olunmuş  qədim  roma
hökmdarlarının xüsusi siyasəti idi.
İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur.
Roma  musiqi  aləmində  yunan  kifaraçıları,  İsgəndəriyyə  müğənniləri,
Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda im-
perator Domisian “Kapitoli yarışları”nın əsasını qoymuşdur. Burada həm
şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni
Tigelli,  aktyormüğənni  Apelli,  kifaraçı  Kritli  Mesomed  və  s.  şöhrət
qazanmışdır.
Beləliklə, belə nəticəyə gəlmək olar ki, Qədim dünyada artıq asudə
vaxtlarının təşkilinə xüsusi diqqət yetirirdilər. Görünür ki, onda da bu pros-
esi idarə edənlər insanlar idilər, axı kimsə belə tədbirlərin ssenarilərini
ölçüb biçməli, tamaşaçıların yerləşdirilməsini izləməli idi. Məsələn, xüsusi
qladiator  məktəblərinin  təşkil  olunması  prosesi.  Bütün  bu  mənzərəli
tədbirlərin keçirilməsinə diqqətlə hazırlanırdılar.
Orta əsrlərdə asudə vaxtın keçirilməsi. Orta əsrlərdə asudə vaxtın xü-
susi təşkilatçıları və artistlər mövcud idilər. Kilsə təbliğatı nəticəsində bu
insanlar eyni zamanda hamıda, hər şeydə qorxu və heyrana səbəb olurdular.
Nuridə Fərhadova
94


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə