5
Snelman
1
Snelman yeni, gənc fin ziyalılarının ən görkəmli nüma-
yəndəsidir. Həmin dövrdə bir neçə fın müəllimi, ruhanisi, vəkili
və məmuru xalq kütlələrini maarifləndirmək uğrunda səlib
yürüşünə çıxmışdılar. Onlar daima deyirdilər:
- Ağayana paltar, nişastalı yaxalıq və başa qoyulan son dəbli
şlyapa ziyalı olmaq deyil. Ziyalılar - xalqın beynidir. Xalq sizi,
təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda
oturasınız və gününüzü kart və domino oynamaqla keçirəsiniz
deyə böyüdüb tərbiyələndirməyib. Bu halda ziyalı deyil, ziyalı
kifi olursunuz. Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını
oyatmağa borclusunuz. Xalqın düşüncəsini oyatmaq və
aydınlatmaq... Xalqı - kəndlilərə, fəhlələrə, cəmiyyətin aşağı
təbəqəsinə yaxşı yaşamaqda və bu yaxşı həyatı qurmaqda kömək
etməlisiniz.
1
Yuhan Vilhelm Snelman (12.V. 1806 - 4.VII. 1881) - görkəmli fin filosofu,
ictimai-siyasi və dövlət xadimi. Finlandiyanı bugünkü çiçəklənən ölkə olmağa
gətirib çıxaran milli ideologiyanın yaradıcısı sayılır və onun gerçəkləşməsində
böyük əməyi olub. Onun anadan olduğu 12 may tarixinin, Finlandiyada dövlət
bayrağı bayramı kimi qeyd edilməsi təsadüfi deyil.
45
Ona, necə yaxşı işləyəcəyini öyrədin. Ona, özünün yoxsul,
ancaq sağlam bünövrəli məişətini necə quracağını öyrədin. Ona,
özünün və uşaqlarının sağlamlığını necə qoruyacağını öyrədin.
Ona xoşbəxt ailə həyatını necə formalaşdıracağını öyrədin: ərin
öz arvadıyla necə davranmalı, arvadın öz əriylə münasibətlərini
necə yaradacağını, uşaqlarını necə tərbiyə edəcəyini öyrədin.
Xalqı dəqiqliyə, qayda-qanuna və intizamlı olmağa öyrədin.
Xalqda vicdanlı olmağı inkişaf etdirin. Ona qanunları
dəyərləndirməyi, özünün və başqalarının hüquqlarına hörmət
etməyi öyrədin.
Bütün bu işlərdə öz hərəkətlərinizlə xalqa yaxşı nümunə
göstərin.
Xalqa olan münasibətinizdə, sözdə və işdə onun tərbiyəçisi
olduğunuzu göstərin.
Unutmayın, bizim Suomi bütünlüklə böyük bir ailədir, fın
xalqı isə yoxsul odunqıranından və ya fəhləsindən, dul
paltaryuyan camaşırçı qadınından tutmuş, bütün insanları-
nacan, hamısı sizin kiçik qardaş və bacılarınızdır.
Sizin vəzifəniz onları tərbiyə etmək, böyük, mədəni
xalqların ailəsinə daxil etməyə çalışmaqdır.
Unutmayın, sizin xalqınızın savadsızlığı, qabalığı, içkiyə
qurşanması, xəstəlikləri, yoxsulluğu - öz biabırçılığınız və
cinayətinizdir.
Gənc xalq müəllimlərinin, ruhanilərin, həkimlərin çoxu belə
düşünürdü. Snelman isə onların arasında özünün xüsusi ehtirası
və həvəsiylə seçilirdi.
Snelman qışda ayaq xizəyiylə, yazda və yayda isə qayıqla,
hətta piyada halda Finlandiyanın bütün rayonlarını bir-birinin
ardınca gəzirdi. O bu səyahətlər zamanı müxtəlif insanlarla:
təbiətən anadangəlmə istedadlı kəndlilərlə,
46
meşələrdə və şaxtalarda çalışan fəhlələrlə görüşüb danışırdı. Ən
yaxşı oğlan və qızlarla tanış olur, söhbətlər aparırdı. Onlara kitab
bağışlayır, sonradan məktublaşırdı.
Snelman bu sözləri təkrar etməyi çox sevirdi:
- Mən qaranlıq künc-bucaqlarda canlı çıraqlar yandırırdım.
Onlara, daha gur işıq saçsınlar deyə yağ əlavə edirdim.
Bir, iki, üç, hətta, bir böyük çayla bütün ölkənin insanlarının
suya olan ehtiyacını ödəmək olmur - Snelman deyirdi. - Hər bir
ucqar kənd gərək özünün su qaynağını tapsın, bu göl, çay, bulaq
və ya quyu da ola bilər. Xalqın ruhunun yanğısı da belədir. Hər
bir ərazi özünün insanlarına, canlı quyularına möhtacdır.
Snelman belə insanlara məktub göndərirdi, bu məktubları alan
insanlar onların surətini çıxarıb başqa yerlərə də göndərirdilər.
Snelman bu məktublarında (tanışları zarafatla onları apostol
göstərişləri adlandırırdılar) bəzi insanları hərəkətə gətirir, ruhən
möhkəmləndirir, bəzilərini qınayır, utandırırdı. Üçüncülərə
məsləhət verir, qarşılarında yeni məsələlər qoyur, öz fəaliyyətiylə
yaxşı nümunə göstərirdi.
Hətta, qatarla yol gedəndə də o, xalqın maariflənməsiylə
məşğul olan insanları bir yerə toplamağa çalışar və onlara
deyərdi:
- Siz çətənədən necə kanat düzəldildiyini bilirsiniz? Öncə
ondan nazik saplar toxunan əlçimlər düzəldirlər; bu saplardan
kəndir hörürlər və bir neçə belə kəndiri birləşdirib ondan nəhəng
okean gəmilərini bağlamaq üçün yoğun kanat hazırlayırlar. Bizim
işimiz də belədir. Biz müxtəlif yaxşı niyyətləri bir yerə toplayıb
onlardan bizim iki milyonluq xalqımız üçün sarsılmaz maarifçilik
gücü yaratmağa borcluyuq.
47
Yay tətilində Snelman iki-üç həftəliyinə müxtəlif bölgələrə
gedər, oranın bütün müəllimlərini bir yerə toplamağa çalışardı.
Yüzlərlə, daha artıq insan toplanardı. Öncə, bu toplantılara
könülsüz gedərdilər. Ucqarlıqdan, ağır keçən qışdan və
müəllimliyin çətinliklərlə dolu qayğılarından yorulmuş insanlar
deyinərdilər. Bəziləri isə səsini qaldırıb deyərdi:
- Bu nə təzə nağıldır... Bu nə kursudur belə... Biz müəllimləri
də öyrədəcəklər?!
Snelman bunları bilir, anlayır, ancaq incimirdi. O, insanlara
xəstəyə baxan həkim kimi yanaşırdı: onları müalicə etməli
olduğunu anlayırdı. Müəllimlərin birinci yay toplantısında
Snelman xalq müəllimlərinə dedi:
- Əziz dostlar, işinizin necə ağır olduğunu bilirəm. Sizin
ucqarlarda, savadsız insanların əməyinizi qiymətləndirmədiyi
bu yerlərdə, necə ağır bir şəraitdə yaşadığınız mənə çox yaxşı
bəllidir. Ancaq, nə etməli? Unutmayın: biz xalqın savadlanması
kimi nəhəng işə hələ yenicə başlamışıq. Biz yeni ölkə kəşf edən
pionerlərin vəziyyətindəyik. Xalqın maariflənməsi üçün lazım
olan çətin mübarizənin bütün ağır yükünü çiyinlərimizdə
daşımağa borcluyuq. Bu yolda bizi təriflər və təqdirlər deyil, ağır
qurbanlar gözləyir. Mən sizə məhz onlardan, onların
zəruriliyindən, onların qa- çılmazlığından danışıram.
Sizi fədakarlığa çağırıram! Hamınızı buna qoşulmağa
çağırıram. Qurban verməyə razı olan və bunu bacaran hamıya
səslənirəm. Bağışlayın, bunları sizə açıq şəkildə deməyi özümə
borc bilirəm: bilirəm, bütün peşələrdə olduğu kimi, müəllimlərin
də arasında ruhuna görə pedaqoq olmayan çoxlu insan var.
Onlara, hətta, sənətkar da demək olmaz. Onlar - öz müəllim
fəaliyyətini sevməyən, onu lənətləyən
48
muzdurlardır. Onlara dostcasına təklif edirəm: əl çəkib gedin!
Özünüzə başqa peşə axtarın. Kontorlara gedib, orada işə düzəlin.
Ticarətlə məşğul olun. İstənilən işlə məşğul olun, ancaq canlı
ruhuna və böyük biliyinə ehtiyac duyulan insanların yerini tutub
xalqın maariflənməsinə mane olmayın... Mənim bundan öncəki
çağırışıma xalqımızın ən mədəni insanları olan fin alimləri hay
verdilər. Onların hər biri sizə hətta, uzaqdan olsa belə bütün
biliklərin necə gözəl bir nemət olduğunu göstərə bilsinlər və
sizlər də, elmə olan bu yanğını öz şagirdlərinizə ötürə biləsiniz
deyə, beş, altı, on mühazirə oxumağı vəd etdilər...
Xalq müəllimlərinin böyük çoxluğu Snelmanın bu sözlərini
ruh coşqunluğuyla qarşıladı. Ona bu işdə kömək etmək qərarına
gəldilər. Müstəqil şəkildə daha çox oxuyub öyrənməyə
başladılar, öz biliklərini genişləndirmək və dərinləşdirmək üçün
gərgin çalışdılar. Zamanla, onların hər biri görkəmli mədəniyyət
xadiminə çevrildi.
Ölkədə öncə onlarla, sonra isə yüzlərlə böyük və kiçik
Snelmanlar meydana gəldi.
49
|