Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   15   16   17   18   19   20   21   22   23
ag-zanbaqlar-olkesi-az Mir.az

"omnia 
dubitanda sunt"
(hər şeydən şübhələnmək lazımdır) barədə də 
bilirəm. 
- Görürsənmi, görürsənmi, görürsənmi: “şübhələnmək” 
əsasdır, gərək hər şeydən şübhələnəsən. Heç nəyə inanmayasan. 
Deməli, həqiqət yoxdur. Şübhə doğurmayan heç nə yoxdur, - şər 
ruhu yenidən səsini qaldırdı. 
- Özünü də, məni də uşaq yerinə qoyma, - işıqlı ruh yenə öz 
düşmənini dayandırdı. - Skeptik inkarçı deyil, “şübhələnmək” 
hər şeyi inkar etmək, heç nəyi qəbul etməmək deyil. 
“Şübhələnmək”, kor-koruna, gözüyumulu, yoxlamadan qəbul 
etməmək deməkdir. 
Tarixi sənədlərin həqiqi olub-olmadığını yoxlayırlar. Şahid 
ifadəsinin doğruluğu da yoxlanılır. Süd və çörək satanların 
dürüstlüyünü yoxlayırlar. Qızılın təmizliyini yoxlayırlar. Əgər 
yoxlamadan sonra predmetlərin və adamların şübhəsiz olaraq, öz 
adlarına layiq olduğu bilinirsə, onları qəbul edirlər. Tullamırlar, 
qəbul edirlər. 
Dekart da hər şeyi inkar etməyi deyil, hər şeyi ciddi yox-
lamadan keçirib qəbul etməyi öyrədir. O “təmiz” həqiqəti, 
“təmiz” xeyiri, “təmiz” məntiqi sevir. Şüurlu və ya qeyri- şüurlu 
şəkildə yalan qatılmamış həqiqəti bilmək istəyir... 
- Ancaq Qorgias, Prodik, Protaqor, - şər ruhu müsahibinin 
sözünü kəsdi... - Onlar heç nəyi həqiqət olaraq qəbul etmirdilər. 
Yer üzündə müsbət və şübhəsiz həqiqətin olmadığını, hər şeyin 
nisbi olduğunu öyrədirdilər. 
- Onların dövründə insanlar göydə uça da bilmirdilər, - işıqlı 
ruh etiraz etdi, - yalnız quşlar və böcəklər uçurdu, bax indi 
insanlar havada da, yerdə olduğu kimi sərbəst hərəkət edə bilir. 
Deməli, Qorgias və Prodik filosof və məntiq adamı kimi: “Bizim 
dövrdə, insanlar indiyədək hamının inan 
182 


dığı bütöv həqiqəti tapa bilməyiblər” - deyə bilərdilər. Ancaq bu, 
insanların heç vaxt həqiqəti tapa bilməyəcəkləri demək deyil... 
Adamlar və xalqlar yerin təkində olan bütün qızılı, bütün daş 
kömürü, bütün nefti tapmayıblar... İnsanlar təbiətin bütün 
qanunlarını və sirlərini də tapa bilməyiblər. Təbiətin bütün 
qüvvələrindən istifadə etməyin üsulunu da bilmirlər... 
Hələ çox şey tapılmayıb. Ancaq buna görə ümidsizliyə qa-
pılmırlar. Əlləri işdən soyumayıb, irəli gedir və irəlilədikcə daha 
əzmlə axtarır və daha böyük tapıntılara çatırlar. Hər gün yeni-
yeni sərvətlər aşkara çıxır: torpağın, ağlın və biliyin, həqiqətin 
və insan ürəyinin neçə-neçə sərvəti tapılıb üzə çıxarılır. Bu 
sərvətlərin daha yaxşı dəyərləndirilməsi və onlardan daha yaxşı 
istifadə olunması günü-gündən yaxşılaşır... Mənim məşəlim - 
ağlın məşəli, biliyin məşəli, vicdanın məşəli - günü-gündən daha 
çox yerdə peyda olur və daha parlaq işıq saçır... 
- Görürsənmi qaranlıq ruhu? Mənim işığım yavaş da olsa, 
dayanmadan yer üzünü, həyatı və insanları işıqlandırır. Sənin 
qaranlığını qovur... 
- Yaxşı qovub dağıdır! Yaxşı işıq salır! - şər ruh şit və 
özündənrazı halda güldü. - Satirik Yuvenal, komik Aristofan, 
bütün zamanların və ölkələrin sənə sadiq olan moralistləri, şən 
Rable, insanları qıcıqlandıran Svift və gülməli Volter, 
əsərlərində addımbaşı insanın kütbeyinliyi, axmaqlığı, əclaflığı, 
heçliyi, yalanlarıyla bağlı qəzəb püskürürlər. Onlar insanlara 
görə kədərlənir və onlara gülürlər. Adamları utandırır və özləri 
də onlara görə utanırlar. İnsanlığı qamçılayır, ona nifrət edir, onu 
təhqir edirlər... Ancaq sən öz məşəllərinin yanmasından, 
alovlarının alışmasından danışırsan... 
183 


- Əlbəttə, - işıqlı ruh inamla etiraz etdi. - Sən, məkrli və 
fırıldaqçı ruh, mənimlə özündə olmayan kartların hesabına 
oynamaq istəyirsən. Yuvenallar, Molyerlər, Sviftlər, Volterlər və 
qəzəbli Katonlar, habelə, qaba və çirkin mənlikli şəxslərin 
maskasını amansızcasına yırtan başqa mütəfəkkirlər, həmçinin 
peyğəmbərlər - onların hamısı, mahiyyətcə, sənin dostun ola 
bilməzlər... Onlar mənim məsləkdaşımdırlar! Onlar mənim 
məşəlimdirlər! Onların xalqların və insanların iç üzündə olan 
çirkabı, yalanı, zorakılığı və alçaqlığı açıb-ağardırlar. Onların 
ifşası, şərə olan nifrəti, bütün yer üzünün həqiqətin və xeyirin 
işığına bürünməsə də də, onun müxtəlif guşələrində getdikcə 
daha çox işıq saçan ocaqlar qalanmaqda olduğunu aşkar göstərir. 
Bu işıq saçan ocaqlar isə, öz nuruyla adamlara həyatın 
eybəcərliklərini aydın şəkildə göstərməkdədir... 
Yer üzündə həqiqətin, sevginin və müdrikliyin günəş kimi 
parlaq işıq saçacağı təntənəli günlər hələ uzaq olsa da, insanların 
başı üzərində sənin soyuq və iyrənc, dəhşətli qaranlıq gecələrin, 
yalançı ruhun daimi olaraq asılıb qalmır, - işıqlı ruh fikrini 
tamamladı, - yüz minlərlə parlaq ulduz, yerbəyerdən, çox 
uzaqlardan olsa belə, göylərdən öz işığını yer üzünə salır, 
günəşin gəlişiylə dan yeri sökülür, dünya aydınlanmağa başlayır. 
- Dan yerinin işığı... qaranlıq səma... ulduzlar... şər ruhu... - 
qaranlıq ruhu zəhərli ilan kimi fısıldadı. - Bunların hamısı 
poeziyadır, cındırlaşmış bir poeziya. Gəncləri tilova salmağa 
yarayan ucuz nağıllar... Mən nasirəm, faktlara arxalanıram, 
xəyallara yox. Mən həyatı olduğu kimi görürəm, necə varsa... O 
sənin məşəlindən çox uzaqdır. Həyat mənim yaratdığım böyük 
bir zibil quyusudur. Bunu mən demirəm. Bunu pessimist 
filosoflar Leopardi, Şopenhauer deyir. 
184 


Yüzlərlə moralist bunu deyir, yüzlərlə müxtəlif Savonarollar 
deyir, onlar hamılıqla, min ildir, zaman irəlilədikcə, insan və 
insan həyatının günü-gündən daha çox çirkaba batdığını təkrar 
edirlər. Onlar ki mən deyillər, yalan və şər ruhu sayılmırlar. 
Onlar - müdriklər, kilsənin dayağı, həqiqət axtarışına çıxanlar, 
düşüncə dahiləridir!.. 
- Yenə şulerlik edirsən! Yenə kartlarla fırıldaq gəlirsən. - 
İşıqlı ruh güldü. - Sən heç bir böyüklüyü tanımırsan, heç nəyə 
inanmır, heç kimə hörmət etmirsən, məğlub olduğunu görən 
kimi, başqalarının arxasında gizlənir, özgələrin nüfuzuna 
sığınırsan. 
- Gizlənəndə nə olar?! Qoy lap özgə nüfuz yiyələrinin 
arxasında daldalanım, - şər ruhu qəzəbləndi, - ancaq onlar hər 
halda nüfuz yiyəsidirlər axı! Onlar, dünyanın başsız, kor, 
dağıdıcı qüvvələrin axmaq və kobud zarafatından doğulduğunu 
və ya insanların Allahın təhqirindən törədiklərini, məhvə 
məhkum olunduqlarını öyrədirlər... mən onların yerinə cavab 
verməli deyiləm. Axı bu müdriklərin gəldiyi nəticədir, insanlığa 
yol göstərənlərin dünyaya kəsdikləri ölüm hökmüdür!.. 
- Hələ yorulmamısan? Yenə qıhnc oynadırsan? - işıqlı ruh 
gülümsündü. - Yaxşı, qılınc oynatmaq istəyirsənsə, davam edək. 
Dovşanın quyruğunun necə olduğunu xatırla- yırsanmı? 
- Dovşanın quyruğunun bura nə dəxli var! - qaranlıq ruhu 
incidi... 
- Bilirsənmi, - işıqlı ruh gülümsəməkdə davam etdi, - sənin 
məntiqin, ağlın və hiyləgərliyin mənə dovşanın quyruğunu 
xatırladır. Pələngin, aslanın, atın, yaxud inəyin də quyruğu var - 
bunlar uzundur, ancaq bir də dovşanın quyruğu var. Dovşanın 
quyruğu da quyruq sayılır, an 
185 


caq çox qısa, güclə gözə çarpan, quyruğa bənzər, quyruğun 
əlaməti... Çox vaxt, bir sıra adamların da düşüncəsi, ağlı, istedadı, 
vicdanı və sevgisi dovşanın quyruğu kimi qısa, gözə 
çarpmayacaq qədər kiçik olur. Müdrikliklə dahilik də bəzən qısa, 
gözəçarpmaz ola bilər... Uzaqgörən və yaxıngörən insanlar olur. 
Bunu ağıl və hətta, müdriklik barədə də deyə bilərik. Bir var, 
böyük, dərin və geniş ağıllı insanlar, bir də var, şübhəsiz ağıllı, 
ancaq birtərəfli ağıllı insanlar: kiçik sevgili, kiçik ürəkli, dar 
düşüncəli, cılız vicdanlı insanlar kimi, bunların da, ağlı 
yetkinlikdən uzaq olur. İnsan özü üçün oğurluq etmir, alçalmır, 
milçəyi belə öldürmür, ancaq mənsub olduğu partiyanın uğur 
qazanması üçün, daxil olduğu sinfin və ya qoşulduğu ideyanın 
maraqları naminə, ya da, “vətənin xeyri üçün” yalan danışır, fırıl-
daq işlədir, başqalarına əzab verir, onları öldürür. Bu adamların 
vicdanı, namusu, sevgisi yalnız öz mənafelərinə aid olan işlər 
çərçivəsində fəaliyyət göstərməklə məhdudlaşır. Daha geniş 
sahədə vicdan kifayət etmir... Fransız inqilabının qəhrəmanı, 
“satılmaz” ayamasıyla tanınan Robespyer bu cür, qısa və gözə 
çarpmayan ağıl və ruh yiyələrindən biri hesab olunurdu. Ağlı və 
ruhu belə qısa olan adamlardan biri ciddi kilsə adamı kimi ad 
qazanan Loyoladır. Belə dardüşüncəli və cılız adamlar birtərəfli 
siyasi, dini, ədəbi və incəsənət birlikləri yaratmışlar, yaradırlar və 
yaradacaqlar. Bu cür cılız-müdriklər, birtərəfli mistiklər də olur, 
onların sırasında böyük filosof sayılan insanlara, alovlu inanc 
yiyəsi Savonarol kimilərinə, insanların günahı ucbatından 
dünyanın məhv olacağı barədə peyğəmbərlik edənlərə də rast 
gəlmək mümkündür. 
Filosofpessimistlər, qəzəb və kin üzərindən peyğəmbərlik 
edənlər, Savonarollar, insanların yer üzündəki fəaliyyətinin 
186 


və həyatın yalnız bir tərəfini görmüş və görməkdədirlər: Xaos! 
Ancaq onlar uzaqgörən olmadıqlarından, bu xaosun içində 
fəaliyyətdə olan yaradıcılıq ruhunu, harmoniya ruhunu görə və 
duya bilmirlər. Bizim dünyamız, Yer kürəsi, böyük bir 
incəsənət, tikinti emalatxanasıdır: adamlar, xalqlar, bəşəriyyət 
isə bu emalatxanada çalışan yaradıcı əməkçilər, tikinti 
ustalarıdır... 
- Yaxşı inşaatçılardır! - şər ruhu istehzayla çımxırdı, - 
Afrikanın adamyeyən vəhşiləri, Persiyanın Kambiz kimi 
tiranları, dünyanın paytaxtı iddiasında olan Romanın başında 
dayanan Karakal kimi yırtıcılar, “Tanrının qırmancı” sayılan 
Atilla, İsa Məsihin yer üzündəki nümayəndəsi hesab olunan 
iyrənc Borcia... 
- Bütün bunlar - xaosun övladları, onun gücünün 
təmsilçiləridir - işıqlı ruh sakit şəkildə etiraz etdi. - Xaosun gücü, 
qorxunc fırtına kimi, siklon və tayfun kimi və ya zəlzələ və 
daşqm kimi ortaya çıxır. Harmoniyanın gücü isə, yaradıcılığa 
əsaslanan quruculuğa sövq edir... 
- Demək, onlar incə və mülayim zəlzələlər törədirmiş? - 
qaranlıq ruhu istehzayla işıqlı ruhun sözünü kəsdi. 
- İstəsən, belə də deyə bilərsən, - həyat ruhu cavab verdi. - 
Bir vaxtlar bütün kainat çox qızmar, ərimiş haldaydı. İndi artıq 
Yer bu qaynar ərintidən ayrılmış odlu və cansız bir kürə deyil. 
O dünyanın harmoniyasıyla, möhkəm bir bünövrə üzərində 
qurulmuş, həyatın hökm sürdüyü bir məkandır. Yerin səthində 
həyat qaynayır: çölləri yaşıl bitki örtüyü bürüyüb, bağlar 
çiçəkləyir, şəhərlər tikilir, Mikelancelo qanunverici Musanın 
heykəlini yonur, Bethovenlər “Qəhrəmanlıq simfoniyası” 
bəstələyirlər. İdarəolunmaz axınlar, qaynar lava, qızmar qazlar 
Yer kürəsinin daxilində qərarlaşıb bütün bu proseslərə təkan 
verirlər. 
187 


- Onlar çirkli zir-zibil kimi Yerin üzərinə çıxır, onu silkələyib 
sarsıdırlar, - şər ruhu zəhərli atmacasından qalmadı. 
- Bu dustağın həbsxanadan qaçmasına bənzəyir, - işıqlı ruh 
sözünə davam etdi... 
- Fakt faktlığmda qalır: siz şəhərlər tikirsiniz, min illər boyu 
əkinçiliyi inkişaf etdirir, xam torpaqları münbit əkin yerlərinə 
çevirirsiniz, ancaq bir anda lava püskürür, qızmar qaz tüstü və toz 
dumanıyla birlikdə kükrəyib hər şeyi dağıdıb tökür. Xaos öz 
qələbəsini təntənəylə qeyd edir... 
- Qismən! Qismən və müvəqqəti! 
- Necə yəni “müvəqqəti”? - şər ruhu təəccübləndi. 
-Yəni bu, sadəcə insan ağlının vulkanları və zəlzələləri idarə 
etməyi bacarmadığı müddətcə belə olacaq... 
- Anlamadım, - şər ruh təkrar təəccüblə soruşdu. 
- Bu mətləbi anlamaq həm asan, həm də çətindir, - işıqlı ruh 
təbəssüm duyulan bir dalğınlıqla dedi. - Sən ildırımötürənlərin 
olduğunu bilirsən. Onu yaradan dahi insanlar elektrik qüvvəsinin 
dağıdıcı gücünü cilovlaya bildilər. Bununla da insanlar, ildırımın 
qaçışım, atın qaçışı kimi yönəltməyi, onu insanın iradəsinə tabe 
etməyi öyrəndilər. 
İnsanlar ildırımötürən kimi, doluötürən, qarötürən, 
yağışötürən də ixtira edəcəklər. Tufanötürən də yaradacaqlar. 
Qızmar və quru səhralar üçün yağışkeçirən kəşf edəcəklər. İndi 
iri buxar qazanlarının və elektrik qüvvəsinin idarə edilməsinə 
bənzər şəkildə, müxtəlif ölkələrin havasını idarə edəcəklər... 
İnsanlar zəlzələnin səbəbini tapıb onun qarşısını almağın 
yollarını da düşünüb tapacaqlar. 
- Bunlar hamısı boş-boş nağıldır! - qaranlıq ruh isteh- zayla 
dedi. 
188 


- Nə üçün boş-boş nağıl? - həyat ruhu ilhamla davam etdi. - 
Vəba, taun, çiçək, yatalaq kimi xəstəliklər böyük qırğınlara 
səbəb olur, bütöv vilayətləri boşaldır, insansız qoyurdu, indi hanı 
o qorxunc qüvvə? Onun dırnağını çıxardılar, dişlərini tökdülər, 
buynuzlarını 
sındırdılar. 
San 
qızdırmanın 
kökünü 
kəsmədilərmi? Difteriyanı zərərsizləşdirmədilərmi? Başqa 
kütləvi qırğın törədən xəstəliklərin də təsirini xeyli zəiflətdilər... 
- Ancaq insanlar yenə də, keçmiş zamanlarda olduğu kimi 
xəstələnir, aclıq çəkir, əzaba düçar olurlar, - qaranlıq ruh onun 
sözünü kəsdi. 
- Çünki hələ də həyat alovlannm, həqiqət və xeyirin canlı 
məşəllərinin sayı azdır. İnşaatçı insanların, harmoniya 
yaradıcılarının sayı hələ də azdır. İşıqlı düşüncələr, duyğular və 
insanların xeyirxah iradəsi, qarın, buzun altından çox çətinliklə 
çıxıb, sonra yayılan yaz yaşıllığı kimidir: dünyaya gəlmək üçün 
ölməkdə olan bəşəri xaosun buzlaqları altından baş qaldırırlar. 
- Başqa sözlə desək, mənim xaosum, dağıdıcı qüvvəm daha 
güclüdür, - qaranlıq ruhu öz sözünün üzərində dayandı. 
- Söz güləşdirmək və sözü qılıncsayağı oynatmaq kifayətdir, 
- işıqlı ruh mübahisəyə son qoydu. - Artıq bezməyə başladım, 
alışdırdığım məşəli görürsənmi? Kimin güclü olması barədə 
cavabım budur. Mənim qığılcımım məşəlləri alışdırır... 
- Bu da mənim sənə cavabım! - bunu deyib şər ruhu alovu 
üfürdü və məşəl söndü. - Görürsənmi, mən sənin məşəlinlə nə 
edirəm? Üfləyirəm... alovu sönür və sənin işığın yox olur. 
189 


İşıqlı ruh heç nə demədən, yumruğunu yenidən köksünə 
çırpdı. Yenə də qığılcım çıxdı, birincidən daha parlaq olan bu 
qığılcım məşəli alovlandırdı. 
Qaranlıq ruhu yenidən üfürüb alovu söndürdü və ətrafa 
qaranlıq çökdü. 
İşıqlı ruh üçüncü dəfə yumruğunu köksünə vurdu və məşəl 
üçüncü dəfə əvvəlkilərdən daha gur alovla yandı. Qaranlıq ruhu 
üçüncü dəfə üfürüb alovu söndürdü. Bunlar, dördüncü, beşinci... 
onuncu... otuzuncu... yüzüncü dəfə təkrarlandı. İşıqlı ruh hər dəfə 
məşəli alovlandırır və məşəl hər dəfə əvvəlkindən daha gur alovla 
yanırdı, qaranlıq ruhu isə hər dəfə alovu söndürməklə məşğul idi. 
Ancaq o özü də hər dəfə alovu söndürmək üçün daha güclü 
üfürməli olurdu. Yüzüncü alovun söndürülməsi ərəfəsində 
qaranlıq ruhun alovu söndürməkdə çətinlik çəkdiyi hiss edilməyə 
başladı: onun ovurdları partlamaq dərəcəsində şişirdi. Gözlərinə 
qan yığılmışdı, alnının damarları köpürmüşdü. Üzündən sel kimi 
tər axırdı. 
İşıqlı ruh yüz birinci, yüz ikinci, yüz üçüncü dəfə məşəli 
alovlandırdı... 
Qaranlıq 
ruhu 
ara 
vermədən 
onları 
söndürməkdəydi. Əvvəl, bunu etdikcə gülürdü, ancaq sonradan 
qəzəblənməyə başladı. O indi yalnız məşəli söndürmək üçün 
tufan qoparmaqla kifayətlənmir, həm də məşələ tüpürürdü. Bir 
azdan nifrətlə işıqlı ruha çımxırdı: 
- Özünün bu axmaq və mənasız işini bitir! Mən o andaca 
söndürəcəyəmsə, sənin bu məşəli yandırmağının nə mənası var? 
İşıqlı ruhun gözləri getdikcə daha ilhamla parıldayırdı. Sanki 
onun özü alova bürünmüşdü. Barmaqlarının arasından 
dayanmadan 
qığılcımlar 
saçılırdı. 
Onun 
çiyinlərinin 
hərəkətindən qığılcımlar topa-topa ətrafa sıçrayır və əvvəl 
190 


onlarla, sonra isə yüzlərlə yeni alov mənbəyi yaranırdı. Qaranlıq 
ruhu tufan qoparmağındaydı. Qəzəblə kükrəyirdi. Daha güclü 
üfürməyə başladığından, məşəlləri təkcə söndürməklə 
kifayətlənməyib, onları həm də sındırıb tökürdü. Öz şər 
əməlindən, bütün işıqlı şeylərin hamısını dağıtmaqdan vəcdə 
gəlmişdi. İşinə davam etdikcə hayqırırdı: 
- İşığa ölüm! Alova ölüm! Mən ulduzları, Ayı və Günəşi də 
söndürəcəyəm! Yer üzü, bütün dünya mənim qaranlığımın 
hökmündə olacaq! Yolumdan çəkil, axmaq alovlandırıcı! Öz 
vaxtını və gücünü boş yerə xərcləmə! 
İşıqlı ruh artıq altı yüzüncü, yeddi yüzüncü və başqa, yeni-
yeni məşəlləri yandırmaqda davam edirdi. Mininci məşəl 
alışandan sonra, düşməninə sarı qışqırdı: 
- Sən qaranlıqsan, sən ölümsən, sən dağıdıcısan! Sənin işin 
və sevincin - həyatın alovunu söndürmək, xeyirini yox etməkdir. 
Nə qədər bacarırsan söndür!.. Söndür, ey qaranlıq müjdəçisi!.. 
Mən isə həyat daşıyıcısı, yaradıcısıyam. Mən - işığam, mən - 
alovam, mən - həqiqətəm, - mən sevincəm. Mən həyat əkirəm. 
İşıq saçan alovlar qalayıram. Ey qaranlıq ruhu, səninlə mənim 
savaşım bu gün başlamayıb, bu gün də qurtarmayacaq. Sən öz 
işinə davam elə: alovları söndür, həyat məşəlini sındır, dağıt! 
Ancaq mən və həmfikirlərim usanmadan öz işıqlı işimizi 
görəcəyik. 
Bunu deyib işıqlı ruh yumruğunu daha zərblə köksünə 
çırpdı. Bu vaxt sanki yer hayqırdı. Səsin əks-sədası uzaq dağlara 
qədər yayıldı, təkrar əks-sədaların sevinc nidasına bənzəyən 
sədaları uzaqlara yayılıb eşidilməz oldu. 
İşıqlı ruhun köksündən, gözlərindən, dodaqlarından, irəliyə 
uzanmış əllərindən, başının hər bir tükündən, minlərlə parlaq 
ildırım çaxırdı... və bir anda ətrafı parlaq işıq saçan gur alov 
dilləri bürüdü. 
191 


Qaranlıq ruhu bu alovu söndürsün və işıqlı ruhun özünü yer 
üzündən üfürüb qırağa tullaya bilsin deyə, bütün havanı içinə 
çəkməyə çalışırdı. O, gərginlikdən köz kimi qızarmışdı. Dəmirçi 
körüyü kimi şişmiş və... qəzəb içində yıxılıb qalmışdı. Artıq 
üfürmək üçün gücü tükənmişdi. Halsızlıq içindəydi. Dodaqaltı, 
pıçıltıyla deyinirdi: Haqlısan, bizim mübarizəmiz əbədidir. 
Səninlə hələ görüşəcəyik. 
İşıqlı ruhun çatdığı alovlar yanırdı. Göy üzü işıqlandıqca 
işıqlanırdı. O, əvvəl alovlu-qırmızı, sonra parlaq qızılı rəngə 
çalırdı. Elə bu vaxt Günəş dan yerindən qalxıb buludsuz göy 
üzünə yüksəlməyə başladı... 
* * * 
Bu əfsanənin mənası var, - Luka Makdonald sözünü belə 
tamamlayır, - istənilən həyat quruculuğu, çox vaxt qara, dağıdıcı 
qüvvələrlə mübarizəylə mürəkkəbləşir. 
Bu məqamda Luka Makdonald Bibliyadan, yəhudilərin Babil 
əsirliyindən qayıdandan sonra Yerusəlimi və ondakı məbədi 
tikmələri barədə yazılanları xatırladır. 
Yəhudilər ölkələrinin düşmən tərəfindən dəhşətli şəkildə 
dağıdılmasından sonra geri qayıdanda, paytaxtlarının xarabazara 
çevrildiyini gördülər. Şəhəri yenidən tikmək lazımdı, ancaq ətraf 
düşmənlərlə doluydu. Onlar işləməyə mane olur, yəhudilərin 
tikməyə macal tapdıqlarını yenidən uçurub dağıdırdılar. Bu dəfə 
yəhudilər əllərində bel və külüng, bellərində nizə və ox-yayla, 
işləməyə başladılar. Düşmənlərdən kimsə işləməkdə onlara 
mane olmaq istəyəndə, bel və külüngü nizə və ox-yayla əvəz 
edir, düşməni qovub uzaqlaşdırırdılar. 
- Keçmişdə və indi, ideya sahibləri çox təsadüfi hallarda 
ictimai rəğbət qazanırlar, - Luka Makdonald yazırdı. - 
192 


İstənilən yaxşı və böyük ictimai və xalq işlərinə - siyasətdə, 
mətbuatda və cəmiyyətdə - adətən həyasız, vicdansız, ləyaqətsiz 
təsadüfi adamlar - şöhrət düşkünləri, acgöz yırtıcı-parazit 
təbiətli şəxslər soxulurlar. Onlar siyasətdən, xalq həyatının 
qurulmasından, özləri üçün alver pred- meti düzəldir, bunları 
namussuz yolla varlanma və şəxsi mənfəətləri üçün sui-
istifadəyə yönəldirlər. Kilsə, məktəb, dövlət qulluğu onlar üçün 
pullu avaraçılıq yerləridir. Burada həyatın qurucuları, xalqın 
namuslu xidmətçiləri deyil, şirəyə daraşan müftəxor milçək rolu 
oynayırlar. 
Müxtəlif ictimai və mədəni müəssisələrdə özlərinin düşkün 
və xudpəsənd həzlərini təmin etmək üçün yol axtarırlar. Yüksək 
rütbələrə çatır, vicdansız yolla varlanır və heç bir faydalı əməklə 
məşğul olmaq istəmirlər. Ən pisi isə, onlar cəmiyyətin və xalqın 
xeyrinə təmənnasız və həvəslə işləyən şəxslərin yoluna daş 
dığırladırlar. İdeya adamlarıyla münaqişə yaradır, haqlarında 
yalançı dedi-qodular yayır, onların guya “şöhrət qazanmaq 
naminə” çalışdıqlarını deyirlər. 
Bu hələ onların şər əməllərinin kiçik hissəsidir. Namussuz və 
yırtıcı qansoranlar, xalqı talayan və dağıdıcılıqla məşğul olan bu 
yaramazlar daha böyük və dəhşətli şər törədirlər. Hiyləgərlik və 
ya şantajla, satın almaq və ya qorxutmaqla, bəzən də iyrənc 
yalanla, bu da olmayanda açıq zorakılıqla, xalqın ağlını və 
iradəsini öldürür, cəmiyyətin vicdanını zəhərləyir, gəncliyin 
idealizmini, ideallarını məhv edirlər. Onlar öz ətraflarına mənəvi 
qaranlıq yayırlar. Şəri böyüdürlər. Adamların dərd və əzablarını 
artırırlar. 
Aydın məsələdir, qaranlığın öz könüllüləri və coşqun 
xidmətçiləri olur, - Luka Makdonald yazırdı. - Onların 
193 


hamısı soyuqqanlı siniklər
1
, ürəkdən, vicdandan məhrum
utanmaz adamlardır. Həyatın işığını söndürməyə can atırlar. 
Üstəlik, onlarla mübarizə aparmaq da çətindir. Onlarla mübahisə 
etmək, çox vaxt asan başa gəlmir. Özünəməxsus, iblisanə, 
zahirən inandırıcı görünən məntiqə sahibdirlər. Orijinal görünən, 
zahirən cəzb edən psixologiyaya malikdirlər. Özlərinin - yalana, 
eqoizmə və zorakılığa əsaslanan fəlsəfəsi mövcuddur. Rezin kimi 
elastik əxlaqa sahibdirlər. Onların, belə demək mümkünsə, öz 
inancları də var - buna, satınalma və qorxutma inancı demək 
mümkündür. 
Onlarla mübarizə aparmaq nə zarafata salınacaq maraqlı 
əyləncə, nə də yüngül və xoşagəlimli idmandır. Burada alovlu 
ilham, inadlı dayanıqlıq, möhkəm və sarsılmaz iradə, ən başlıcası 
isə, öz idealına dönməz etiqad gərəkdir. 
- Qaranlıq ruhu, sənin işinin mahiyyəti, işığı söndürməkdir! - 
işıqlı ruh öz düşməninə deyirdi. - Sən bununla məşğulsan! Mən 
isə həyat alovu: düşüncə alovu, vicdan alovu, xeyir alovu 
daşıyıram. Mən alışdırıram. Sönmək bilmədən yanıram. 
Siz də ey həyatın yaradıcıları, alovunuzu sönməyə qoymayın! 
- Luka Makdonald yazırdı. - Özünüz alovlandığınız kimi 
başqalarını da alovlandırın! Harada: kənddə və ya şəhərdə, 
parlamentdə, orduda, kilsədə, maarif nazirliyində və ya başqa bir 
idarədə qurub-yaratmaq istəyirsinizsə, həmişə və hər yerdə 
alovlanın. Yalnız bir anlığına, bir günlüyünə, bir həftəliyinə və 
ya bir aylığına alovlanmayın. Alovlanın! Dayanmaq bilmədən 
alovlanın və alovlandırın. Maneələr olacaq, uğursuzluqlar 
olacaq, şəxsi və ümumi işinizin düşməni olan adamlar bəzən 
qələbə çalacaqlar - ancaq siz buna görə sönməyin! Ruhdan 
düşməyin! Heç vaxt, əllərinizi ümidsizlikdən yanınıza salmayın! 
1
Siniklər - Sokrat məktəbinin ardıcılları. 
194 


Uğursuzluqla üzləşəndə, maneələrlə qarşılaşanda: “Biz 
yoxladıq, başladıq, mübarizə apardıq - ancaq kömək edən 
tapılmadı. Addımbaşı, maneə və düşmənçilik gördük” - 
deməyin. Qətiyyən deməyin. Qaranlıq ruhu alovunuzu 
söndürürsə, siz yandırın! Bir dəfə söndürdüsə, ikincisini 
yandırın. Üçüncüsünü... beşincisini... yüzüncüsünü... mi- 
nincisini... 
Alovlanmaqdan, alovlandırmaqdan usanmayın! - Luka 
Makdonald ilhamla deyirdi. - Ətrafınız bütünlüklə işığa 
bürünmedikçe alışıb alovlanın və başqalarını öz alovunuzla 
alışdırın. Bu yolda tez uğur qazanacağınızı gözləməyin. Sizi 
təqdir etmək, dayaq olmaq əvəzinə, ələ salanlar da olacaq. 
Hörmət və şərəf əvəzinə, nifrət və dedi-qodu ünvanı olacaqsınız. 
Yardım əvəzinə, gizli münaqişələr yaradacaq, bəzən hətta, açıq 
düşmənçilik edəcəklər. Onlarla, yüzlərlə, minlərlə qara qüvvə 
sizin işıqlı işinizi söndürməyə çalışacaq, lakin siz 
alovlanmağınızdan qalmayın! Alovlanın və alovlandırın! 
* * * 
“Həkiminqeydləri”kitabıylamüqayisədəL.Makdonaldın 
kitabı haqqında daha çox danışır və yazırdılar. Makdonaldm 
kitabı bütün əhalinin ağlına və vicdanına toxunur, hamıdan və 
hər kəsdən: “Siz kimsiniz: həyatı qurub - yaradanlardan- sınız, 
yoxsa küt və tox peyinqurdundan fərqiniz yoxdur? Bəlkə, 
sadəcə yırtıb-dağıtmaqla məşğulsunuz?” - deyə soruşurdu. 
Çoxları inciyirdi. Makdonalda və onun kitabına qəzəb-
lənirdilər. Kitabda məhz onlardan bəhs olunduğunu 
düşünürdülər. Makdonaldm kitabı onları odlandmrdı. Bu, 
onların bağlandığı utanç sütunuydu. Ona görə də, bu kita- 
195 


bin alovunu tüpürcəklə “söndürməyə” çalışır və müəllifi 
haqqında alçaqcasına yalanlar yayırdılar: 
- Bu bizim fın xalqının adına yazılmış həcvdir. Mak- donald 
isveçlidir, üstəlik zadəgan və qrafdır. O bizi, finləri bəyənmir, 
alçaltmağa çalışır. Onun fin xalqı haqqında yazmağa haqqı 
yoxdur. 
Bu qara qüvvələrin səsiydi: siyasi nəzəriyyəçiliklə məşğul 
olanların, bütün növdən olan qaniçənlərin, məktəblərdə, 
dəftərxanalarda və kilsələrdə kök salmış ruhsuz formalistlərin 
dedikləri və yazdıqları bundan artıq olmayacaqdı. 
Canlı ruha sahib insanlar, əksinə, Luka Makdonaldın kitabının 
istiliyindən, işığından söz açıb deyirdilər: 
- Luka Makdonaldın fin olmamasının məsələyə nə dəxli var?! 
Bizim Finlandiya onun da vətənidir, o öz istedadını, əməyini və 
alovlu ruhunun istisini fin xalqının xidmətinə verib. Biz finlərin 
mənəvi qəflət yuxusuna getməyimiz, fin yazıçılarından heç 
birinin fin xalq ruhunun bu cür qəflət yuxusuna dalması barədə 
yazmaması onun günahı deyil. 
Başqaları əlavə edib deyirdilər: 
- Əvvəllər fin xalqı İsveçin hakimiyyəti altında olanda, 
isveçlilərin məqsədyönlü şəkildə finləri qəflət yuxusunda 
saxladıqlarından şikayətlənirdik. İndi isə xeyirxah (ola bilsin 
isveçlilərin finləri əzməsindən xəcalət çəkən) bir isveçli, var 
səsiylə: “Oyanın! Ağlınızı və vicdanınızı alovlandırın! Fin xalqı 
- təbii gildən təmizlənməmiş və hələlik usta əliylə cilalanmamış 
almazdır” - deyə hayqırır. 
Qara qüvvələr bu günəş işığı saçan, dini, işıqlı kitabın alovunu 
üfürüb söndürməyə çalışırlar. 
Gənclər (tələbə və gimnaziya şagirdləri), xalq müəllimləri və 
kənd ruhaniləri, savadlı kəndlilər və fəhlələr, məmurlar 
196 



tacirlər Luka Makdonaldın kitabını alır, gecələr tanışlarını 
bir yerə toplayıb ucadan oxuyurdular. Kitabı roman kimi, ara 
vermədən deyil, başlıqları ayırıb, hissə-hissə oxuyurdular, 
sonra oxuduqlarını uzun-uzadı və qızğınlıqla müzakirə 
edirdilər. 
Kitab Suominin hər yerində, minlərlə yaxşı insanın 
düşüncəsini oyadır, onlara aydınlıq gətirirdi. Həyatı yenidən və 
yaxşı ideyalar üzrə qurmaq bacarığına sahib bir çox insanın 
vicdanının oyanmasında böyük təsiri olmuşdu. Kitab minlərlə, 
yüz minlərlə xeyirxah meylin yaranmasına səbəb olmuş, 
verdiyi impuls fın xalqına yüzlərlə istedadlı, enerjili, 
təmənnasız həyat qurucusu qazandırmışdı. 
Luka Makdonaldın vətənində, əcdadlarının malikanəsinin 
dənizə çıxışında, uca bir qayanın üzərində, onun şərəfmə abidə 
ucaldılıb. Qayanın uçuruma açılan meydançasında qranit qüllə 
ucalır. Qaranlıq çökən kimi, qüllənin başında parlaq mayak 
işığı yanmağa başlayır. Bu qüllə “Makdonald Mayakı” adlanır. 
Ancaq ruhani Luka Makdonaldın, müəllim Snelmanın, 
tacirlər: Yarvinenin, Tomas Qulbenin və Ukkonenin ən yaxşı 
abidələri yeni Finlandiyanın özüdür, bu azsaylı əhaliyə, ancaq 
böyük və güclü mədəni ruha sahib xalq onların xatirəsini 
yaşadacaq ən böyük abidədir. 
Ümumxalq əhəmiyyəti daşıyan hansısa böyük bir binanın 
tikinti planını hazırlayanda müxtəlif stilləri müzakirə edir: 
renessans, rokoko, yunan-roma, bizans, qotik və ya başqa bir 
stili əsas götürüb, sonra tikintiyə başlayırlar. Yeni, birləşmiş 
SXS
1
dövlətinin xalq və dövlətçilik həyatını 
1
Burada müəllif 1 Dünya müharibəsindən sonra yaranıb, Serbiya, Xorvatiya və 
Sloveniyanı birləşdirən, sonradan Yuqoslaviya krallığı adlanan dövləti nəzərdə 
tutur. (Tərcüməçinin qeydi) 
197 


qurarkən xalq kütlələrinin tərbiyə olunması və ölkələrin mədəni 
inkişaf yollarının düşüncəli və dərin şəkildə öyrənilməsi 
zəruridir. 
Fikrimcə, xalq həyatının mədəni quruculuğunun “fin 
tərziylə” ötəri tanışlıq belə, bu işə öz faydasını verəcək. 
Hamılıqla, hər birimiz, əlimizdən gəldiyi qədər doğma böyük 
slavyan idrakı və ruhunun güclənməsi üçün, onun müsbət yönlü 
inkişafına yardım etməyə borcluyuq: əqli inkişafımız və ürəkdən 
gələn duygularımızla bu qiymətli, nəcib, ancaq hələ işlənməmiş 
xammal kimi qalan materialın işlənməsiylə məşğul olmalıyıq! 
Özümüzü və xalqı, əməkdə səbatlı və əzmli, iradəcə intizamlı 
olmaq yolunda tərbiyə etməliyik. 
Bizim iqtisadi, vaxt, güc və vəsaitlərimizlə bağlı özünü 
göstərən slavyan sapqınlığımıza, səbirsizliyimizə və səbat-
sızlığıma çarə tapılmalıdır. Bizim zəif inkişaf etmiş və çox vaxt 
gizli qalan: insanlara, təbiətə, dünyanın bütün işıqlı və gözəl 
tərəflərinə qarşı yönələn böyük slavyan sevgimizin üzərində 
işləyib onu kamilləşdirməliyik. 
Qədim Yunanıstan, Ellada, təkcə böyük mərmər ya- 
taqlarıyla zəngin deyildi. Ellada bu mərmər ehtiyatından 
möhtəşəm heykəltəraşlıq nümunələri yaratmış, bunu bacaran 
dahi heykəltəraşlar yetişdirmişdi. 
Biz slavyanlara, təbiət çox güclü bir ruh bağışlayıb: onun 
bünövrəsində ağıl, bədii istedad və duyğulu bir vicdana sahib 
böyük bir ürək döyünür. Buna görə də, biz, həyatın yaradıcıları, 
böyük slavyan mədəniyyətinin qurucuları ola bilir və bunu 
etməyə borcluyuq. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə