Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   77   78   79   80   81   82   83   84   ...   99

lamışlar.  Ermənilərin  “Baku”  qəzetinin  1915-ci  il  29  aprel  tarixli 
nömrəsində çap edilmiş müxbirinin Vandan verdiyi məlumatında deyilirdi 
ki,  aprelə  qədər  ermənilərlə  türklər  arasında  münasibət  loyal  idi.  Lakin 
sonradan  türklər  və  kürdlər  erməniləri  ruslarla  əlaqəyə  girməkdə  və 
xəyanətkarlıqda təqsirləndirdilər. “A. O.” imzalı müəllif Vanda 10 mindən 
yuxarı  erməni-dezertirinin  gizləndiklərini,  rus  ordusunun  hücumunu 
gözlədiklərini və onun tərəfmə keçməyə hazır olduqlarını ya- zırdı'^l 
Bəs “erməni soyqırımı dipomatik-siyasi müzakirələr səviyyəsinə necə 
çıxarıldı?  Qeyd  etmək  lazımdır  ki,  ermənilərin  guya  türklər  tərəfindən 
qırılmasına  dair  ermənilərin  buraxdığı  “Baku”  qəzetinin  aprelin  30-dək 
olan saylarında da heç bir məlumat yoxdur. 
Yalnız  “Baku”  qəzetinin  5  may  tarixli  sayında  bütün  ermənilərin 
katolikosunun  1915-ci  il  aprelin  7-də  Xarici  İşlər  naziri  Sazonova  və 
Qafqaz canişini Vorontsov-Daşkova vurduğu teleqrama onların verdikləri 
cavablar  vardır.  Sazonov  erməni  kilsəsi  başçısının  İtaliya  və  ABŞ-dakı 
səfirlərə müraciətini müdafiə etdiyini, Vorontsov-Daşkov da eyni tədbirlər 
gördüyünü bildirdi. Misirdən katolikosa teleqram vuran Poqos Nübar paşa 
Paris və Londona gedərək məsələ ilə məşğul olacağını göstərdi’’^ 
1915-ci  il  aprelin  15-də  ingilis  parlamenti  açılan  gün  liberal  deputat 
Vilyam  Ermənistamn  gələcək  taleyi  barədə  hökumətə  sorğu  verdi: 
“Müharibə qurtarandan sonra Böyük Britaniya hökuməti Kiçik Asiyanın bir 
hissəsində  məskunlaşan  erməni  xalqına  muxtariyyət  veriməsi  üçün 
tədbirlərə çahşırmı?” Belə vədi rus hökuməti Polşaya vermişdi. Xarici İşlər 
Nazirliyinin katibi lord Rozberinin oğlu Noel Rozberi cavabında bildirdi ki. 
Qoy  Erməni  -Britaniya  komitəsinin  hörmətli  sədri  arxayın  olsun.  Böyük 
Britaniya hökuməti Türkiyənin Asiya hissəsində məskunlaşan ermənilərin 
vəziyyətini  izləyir  və  onların  mənafelərini  qoruyacaqdır.  Lakin  indidən 
gələcəkdə hansısa tədbirin görüləcəyi barədə söyləmək çətindir”“. 
Ov.  Kaçaznuni  sonralar  yazırdı  ki,  biz  arzularımızı  başqalan  ilə 
bağlayırdıq...  Həmişə  hansısa  məktub  (Vorontsov-Daşkovun  katolikosa 
məktubu) göstərilirdi ki, bunu biz gələcəkdə öz hüquqlarımızı tələb edən və 
haqlanmızın qoruyan əsas kimi qəbul edirdik. Bununla belə, bu məktub çox 
ustalıqla  tərtib  edilərək  ümumi  və  başdan-başa  qeyri-müəyyən 
mülahizələrdən başqa bir şey deyildi, onları istənilən kimi mənalandırmaq 
olardı'”. 
240 


Ermənilərin  törətdikləri  səyqınma  cavab  olaraq  Vanda  və  Bitlisdə 
ermənilərə  qarşı  görülən  tədbirlərə  etiraz  olaraq  erməni  katolikosu-  nun 
İtaliya lo-alma və ABŞ prezidentinə müraciəti rus diplomatiyası tərəfindən 
bəyənildi. Qafqaz canişininin köməkçisi Mışlyaevski 1915-ci il 14/4 aprel 
tarixli 386 №li teleqramında Sazonova bu barədə məlumat verdi. Sazonov 
da  1818  №li  teleqramı  ilə  Rusiyanm  Ro-  madakı  və  Vaşinqtondakı 
səfirlərinə katolikosun müraciətini müdafiə etməyi tapşırdı”*. 
Asiya Türkiyəsində  baş  verən hadisələrin  diplomatik-siyasi  səviyyədə 
müzakirəsini Rusiya istiqamətləndirdi. Sazonov 1915-ci il 25/12 aprel tarixli 
1876  №li  teleqramı  ilə  Parisdəki  və  Londondakı  səfirlər  İzvolskiyə  və 
Benkendorfa “ermənilərin əzişdirilməsində” Portomm məsulİ3^ətinə dair bu 
ölkələrlə birgə bəyanat verməyi və şəxsi məsuliyyətin türk mülki və hərbi 
şəxslərinin  üzərinə  qoymağı  tövsiyə  etdi.  Bu  teleqramda  söhbət  yalnız 
əzişdirilmədən gedir, soyqırım hələ uydurulmamışdı. Eyni zamanda, ingilis 
və fransız hökuməti razı olardısa, bəyanatın mətnini eyni gündə üç ölkədə 
çap etmək məqsədəuyğun sayıldı. İzvolski 1915-ci il 27/14 aprel tarixli 243 
№li  teleqramında  Teofil  Delkassenin  (1852-1923)  bu  təklifi  bəyəndiyini, 
bəyanatın  mətnini  hazırlamaqdan  ötrü  Londonla  əlaqə  yaradacağına  söz 
verdiyini  bildirdi.  30/17  apreldə  isə  İngiltərə  Xarici  İşlər  naziri  Qrey 
katolikosun  İtaliya  və  ABŞ  hökumətlərinə  müraciətin  cavabını  hələ 
gözləməyi tövsiyə etdi'”. 
Sazonov  1915-ci  il  10  may/27  aprel  tarixli  2155  №li  teleqramı  ilə 
İzvolskiyə  və  Benkerdorfa  bəyanatın  mətnini  göndərdi.  Bəyanatda 
bildirilirdi  ki,  təxminən  bir  ay  müddətində  kürd  və  türk  əhalisi  türk 
hakimiyyətinin  köməyi  ilə  erməniləri  qınr.  “Xristianlığa  və  sivilizasiyaya 
qarşı bu yeni cinayətləri” nəzərə alaraq müttəfiq dövlətləri məsuliyyəti türk 
hökumətinin üzərinə qoyurdular. Sazonov 2156 N«11 teleqramında göstərdi 
ki, bu mətn razılaşdırılardısa, eyni gündə Paris, London və Petroqradda çap 
edilməli  idi.  Lakin  Fransa  Xarici  İşlər  naziri  Delkasse  “Fransanın 
himayəsində  olan  müsəlmanlann  hisslərini  təhqir  etməkdən  çəkinərək” 
“xristianlığa  və  sivilizasiyaya  qarşı”  ifadələrini”  “bəşəriyyətə  və 
sivilizasiyaya qarşı” kimi yazılmasını təklif etdi'™ 
Rusiyanm  Londondakı  səfiri  Benkendorf  12  may/29  aprel  tarixli  333 
№li  teleqramı  ilə  Sazonova  bildirdi  ki,  Nikolsonun  mövqeyinə  görə, 
hadisələr barədə ingilis hökumətinin məlumatı yoxdur. Əgər ffan- 
241 


sız  məlumatı  təsdiq  olunarsa  Türkiyə  bu  hadisələrdə sübut tapacaqdır  ki, 
ermənilər açıq üsyana qalxmışlar. Cavabında Benkendorf Nikolsa- na belə 
söylədi: ... görünür, qanlı provakasiyadan başqa (seçmə bizimdir - M. Q.) 
onların bir çıxış yolu qalmamışdır və iş türklər haqqında getdiyindən belə 
dəlillər fılaimizcə hər cür əhəmiyyətini itirir'”. Bundan sonra Nikolson öz 
mövqeyində israr etmədi. 
ABŞ  hökuməti  isə  hadisələr  barəsində  məlumat  verilməsini  xahiş 
edirdi.  Sazonov  1915-ci  il  15/12  may  tarixli  2247  №li  teleqramında 
Benkendorfa bildirdi ki, “Sizin Nikolsona cavabınızı tamamilə bəyənirəm. 
Şübhə  yoxdur  ki,  ennənilərin  Vandakı  üsyanına  səbəb  qırğın  olmuşdur, 
əksinə, ona görə yox ki, bizim ordular gələnədək ermənilərin qüvvəcə üstün 
olan  kürdlərə  və  türklərə  qarşı  hərəkəti  başlamalarının  mənası  yox  idi. 
Porteyə qarşı birgə bəyanatın eyni vaxtda elan edilməsini və istəyinizi, hətta 
əgər  ona  lazımi  təsir  etməsə  də  akkreditə  olunduğunuz  hökumətə 
göstərməyinizi  xahiş  edirik  ki,  hər  halda  ermənilərin  ruhunu 
yüksəldəcəkdir, bu, türklərə qarşı mübarizədə bizə sərfəli olacaqdır”"*". 
Sazonov Parisdəki səfir İzvolskiyə 1915-ci il 20/7 may tarixli 2324 №li 
teleqramında  Qreyin  Türkiyədəki  ermənilərin  qırılmasına  dair  Porteyə 
edilən  müraciətin  mətnini  bəyəndiyini  bildirdi.  Londondakı  səfir 
Benkendorf ingilis Xarici İşlər naziri Qreyin Vanda baş verən hadisələrə və 
bəyanata  münasibətini  Sazonova  1915-ci  il  20/7  may  tarixli  352  №li 
teleqramında açıqladı. O, Qreyə bildirdi ki. Vanda üsyan faktı təsəvvür kimi 
deyil, şübhəsiz qırğınlarla müşahidə olunmuşdur. Benkendorfun yazdığına 
görə, bundan sonra Qrey etiraz etmədi. Qrey türk hökumətinə üç dövlətin 
birgə  müraciət  etməsinin  əleyhinə  çıxaraq  Rusiyanın  tək  çıxış  etməsi 
“kifayət etməzmi” sualını verdikdə Benkendorf bu məsələnin Rusiya üçün 
həmişə açıq qalacağını, gələcəkdə həmin təklifin mümkün olacağını, lakin 
indiki  halda  üç  dövlətin  açıq  şəkildə  türklərin  hərəkətlərini  pisləməsinin 
ermənilər üçün mənəvi cəhətdən əhəmiyyətsiz olmayacağını söylədi"*'. 
Antanta 
dövlətlərinin 
ermənilər 
haqqında 
can 
yandırması 
obyektivlikdən  deyil,  öz  mənafeləri  və  müharibədə  ermənilərin  xidmət 
etdikləri üçün nə isə almaları ilə əlaqədar idi. 
Y.  V.  Çəmənzəminli  yazırdı  ki,  Türkiyədən  faydalanmaq  istəyən 
avropalılar  da  bu  millətləri  (ermənilər,  bolqarlar,  rumlar,  qrkelər,  serblər 
nəzərdə tutulur - M. Q.) tutmağa başladılar"*^ 
Əslində, Qafqazda Ermənistan adlı ərazi və dövlət olmamışdı. S. 
242 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə