Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   76   77   78   79   80   81   82   83   ...   99

susi şöbənin müdiri Pisarski 1915-ci il martın 2-də 1016 №li məxfi, şəxsi və 
sirkulyar  məktubunda  Bakı  şəbər  rəisinə,  general-qubernatorlara  və 
jandarma  idarələri  rəislərinə  ermənilərlə  tatarlar  arasında  nifaq  başlana 
biləcəyini  yazdı.  Onlar  bu təhlükəli  meylin  qarşısını almaq  üçün  əhalinin 
əhval-ruhiyyəsini izləməyi, faktları üzrə çıxartmağı, bundan ötrü agentura 
işini gücləndirməyi, hər iki millətdən silahları yığmağı və hər 10 gündən bir 
Tiflisə göndərməyi xahiş etdilər“'. Müharibədə ermənilərin xəyanətkarlığı, 
azərbaycanlıların  torpaqlarına  yerləşdirilməsi  və  onların  hesabıqa 
varlanmaları  müsəlmanlan  hiddətləndirdi.  Bakı  qubernatoru  1915-cı  il  18 
mart tarixli 1343 №li məxfi məktubunda Qafqaz canişinliyi dəftərxanasının 
xüsusi şöbəsinə ermənilərlə müsəlmanlar arasında münasibətlərin gərginliyi 
barədə məlumat verdi'“. 
Tiflis quberniya jandarma idarəsi rəisinin 1915-ci il 21 aprel tarixli 1032 
№li məxfi məktubuna cavab olaraq Yelizavetpol quberniyasından 1915-ci il 
25  aprel  tarixli  1040  №li məxfi  raportunda  idarə rəisi,  polkovnik  (adı  və 
soyadı göstərilməyib - M. Q.) müsəlmanlanların təşəbbüsü ilə erməni-tatar 
qırğını gözləmək haqqında əsaslı məlumatı olmadığını bildirdi'". 
G.  Kovalyov  1915-ci  il  4  may  tarixli  21  №li  tam  məxfi  məktubunda 
Qafqaz  canişinliyini  xüsusi  idarəsinə  yazırdı  ki,  Yelizavetpol 
quberniyasında  ermənilərlə  tatarlar  arasında  indiki  gərgin  münasibətlərin 
mövcudluğu halında həmişə mürəkkəblikləri gözləmək olar. Quberniyada 
belə  güclü  şayiə  gəzir  ki,  tatarlardan  başqa  gürcülər  də  özlərini  təhqir 
edilmiş və alçaldılmış sayırlar...'". 
Yelizavetpol  qubernatoru  Qafqaz  canişinliyinin  1911  №li  tam  məxfi 
məktubuna  cavab  verərək  1915-ci  il  4  may  tarixli  1143  №li  tam  məxfi 
məktubunda  yazırdı:  “...  Türkpərəst  partiya  müharibəyə  qədər  və  indi  də 
fəaliyyət göstərir. Bu partiyanın tərkibinə müsəlman ziyalıları daxildirlər, 
sadə  sinif  siyasətlə  maraqlanmır...  Onları  başlıca  olaraq  Türkiyə  məğlub 
edildikdən sonra onun xarabahqlannda tatarların həqiqətən nifrət etdikləri 
ermənilər  üçün  əlverişli  şərait  yaradılması  rahatsız  edir.  Ermənilər 
tərəfindən  tatarlara  münasibətdə  hiddətləndi-  rici  hərəkətlər  edildikdən, 
müsəlmanların  hakimiyyətə  olan  inamını  sarsıtmaq  üçün  ermənilərin 
etdikləri bir sıra cəhdlərdən, Kars vilayətində ermənilərin tatarlar üzərində 
vəhşi hərəkətlər törətməsindən sonra bu nifrət daha da artmışdır... Bu əsasda 
hər cür münaqişə mümkündür. Lakin tatarlar hakimiyyətə olan inamlarını 
itirmirlər”'". 
237 


Ycno do Yelizavctpol qubernatoru 1915-ci il 11 may tarixli 1238 №li 
moxfı  moktubunda  Qafqaz  canişinliyi  xüsusi  şöbosinə  müsolman-  larm 
Türkiyo  xarabalıqlarında  ermənilor  üçün  əlverişli  şorait  yaradılmasını 
istomədiklərini  yazdı.  Moktubda  göstorilirdi  ki,  bu  nifrot  ermənilərin 
tatarlara  münasibətdə  törətdikləri  hərəkətlərdən,  Kars  vilayətində 
ermənilərin  tatarlar  üzərində  etdikləri  qanlı  vəhşiliklərdən  və  hakimiyyət 
dairələri tərəfindən müsəlmanlara olan inamın qırılması üçün ermənilərin 
etdikləri  bir  sıra  cəhdlərdən  sonra  xeyli  artmışdır.  Lakin  tatarlar 
hakimiyyətə olan inamlarını itirmirlər. Onlar bunu müharibə ehtiyaclarına 
yönəltdikləri gen-bol ianələrlə, könüllü insan və ordu göndərməklə sübut 
edirlər'“. 
Tiflis  quberniya  jandarma  axtarış  idarəsinin  rəisi,  polkovnik  Pastr- 
yulin  1915-ci  il  21  iyul  tarixli  1948  №li  məxfi  məktubunda  Qafqaz 
canişinliyi xüsusi şöbəsinə yazırdı ki, müsəlmanlar erməniləri aşağı kasta 
sayırlar.  Əhalisi  əsasən  azərbaycanlılardan  ibarət  olan  Borçalı  qəzası 
hüdudlarında torpaqlar tədricən ermənilərin əlinə keçir, ticarət də onların 
əlində cəmlənir və ermənilər azərbaycanlıların hesabına varlanırlar, bu da 
təbii olaraq müsəlmanları ermənilərə qarşı hiddətləndirir. Bundan başqa son 
zamanlar  qəza  Türkiyədən  və  İrandan  qovulan  ermənilərlə  daha  çox 
doldurulur. Qaçqın axını dayanmır. Türk ordusu qələbə qazansa, gənclərin 
böyük əksəriyyəti türklərin tərəfinə keçəcəkdir'" 
Qafqaz canişinliyi xüsusi şöbəsinin rəisi Pisarski 1915-ci il 28 avqust 
tarixli  3720  №li  məxfi  məktubunda  Rusiyanın  İranla  sərhəd  komissarına 
yazırdı  ki,  Borçalı  qəzasında  erməni  və  müsəlmanların  bir-  birinə  nifrət 
etməsinə səbəb qəzaya erməni qaçqınlarının yerləşdiril- məsidir'“. 
Kutaisi  quberniya  jandarma  idarəsinin  rəisi  Qafqaz  canişinliyinin 
mülki  işlər  üzrə  köməkçisinə  1915-ci  il  30  sentyabr  tarixli  303  №li  tam 
məxfi  məlumatında  yazırdı  ki,  ermənilərlə  gürcülər  arasında  gələcəkdə 
qırğın  olacağını  göstərən  faktlar  yoxdur.  Lakin  ermənilər  və  gürcülər 
arasında  münasibətlər  xüsusən  hər  iki  xalqın  milli  əlamətləri  ucbatından 
həmişə düşmənçilik xarakteri daşıyır. Ona görə ki, gürcülər erməni millətini 
digər Qafqaz xalqları üzərində hakim mövqe tutmaq istəyən kimi görürlər. 
Ermənilərin çox olduğu vilayətlərdə münasibətlər daha kəskindir. Gürcülər 
ermənilərə  dəhşətli  dərəcədə  nifrət  edirlər.  Ermənilər  açarların  torpağına 
sahib olmaq istəyirlər'*’. 
Bakı qubernatoru Ahşevski 1916-cı il 1 mart tarixli 1200 №li mək 
238 


tubla  Qafqaz  canişininə  yazdığı  hesabatda  göstərirdi  ki,  müsəlmanlarla 
ermənilər arasında münasibətlərə Qafqaz cəbhəsindəki vəziyyət təsir edir. 
Münasibətlərin  gərgin  olmasına  səbəb  baş  verən  hadisələrə  bu  xalqların 
müxtəlif  baxışlı  olması  və  qarşılıqlı  yadlığıdır.  Bununla  belə,  nüfuzlu 
müsəlmanlar və ermənilər nifrəti yumşaltmaq üçün səylər göstərirlər'™ 
Yelizavetpol  quberniyası  polis  departamentinin  1916-eı  il  9  fevral 
tarixli  355  №li  məxfi  məktubunda  deyilirdi  ki,  yerli  türkpərəst  azər- 
bayeanlılar Türkiyənin məğlub edilməsini istəmirlər. Azərbaycanlılar nifrət 
etdikləri  ermənilər  üçün  Türkiyə  xarabalıqlarında  əlverişli  şərait 
yaradılmasını  istəmirlər.  Bu  nifrət  ermənilərin  Kars  vilayətində 
azərbaycanlılar üzərində etdikləri vəhşiliklərdən sonra daha da artmışdır'^'. 
Çarizm  hakimiyyət  orqanlarının  erməni-azərbayeanlı  münasibətlərini 
izləməsi 1917-ei ildə də davam etdirilirdi. 
Təhlil  göstərir  ki,  erməni-azərbaycanlı  münasibətlərinin  gərgin 
olmasının  başlıca  səbəbləri  müharibənin  başlanmasına  və  gedişində  baş 
verən hadisələrə bu iki xalqın fərqli baxışlarının olması, ermənilərin xəyanət 
edərək  türklərə  və  digər  müsəlmanlara  qarşı  törətdikləri  soyqırım, 
ermənilərin  Azərbaycan  torpaqlarına  yerləşdirilməsi,  müsəlmanların 
hesabına  varlanmaları,  hakimiyyətin  müsəlmanlara  inamsızlığı  və  s.  ilə 
bağlı  idi.  Ermənilərlə  gürcülər  arasında  da  münasibətlər  gərgin  idi. 
Ermənilər  türklərə  və  müsəlmanlara  qarşı  törətdikləri  soyqırımı  ört-basdır 
etmək üçün “erməni soyqırımı” haqqında haray-həşir qoparmağa başladılar. 
Amma əslində “erməni soyqırımı” baş vermişdi rm i? 
“Erməni soyqırımı” olmuşdurmu? 
Birinci  dünya  müharibəsi  illərində  guya  “türklərin  erməniləri  kütləvi 
surətdə qırması” faktının olduğu bir sıra erməni, rus və başqa tarixçilərin 
yazılarında  hələ  də  yanlış  olaraq  özünə  yer  tutmaqdadır.  Çox  vaxt  bu 
məsələdən  hətta  siyasi  məqsədlər  üçün  istifadə  edilir.  Lakin  həqiqət 
necədir?  Tarixi  mənbələrin  araşdırılması  qəti  şəkildə  göstərir  ki,  “erməni 
soyqırımı”  haqqında  hətta  erməni  siyasi  və  ictimai  xadimlərinin,  dövri 
mətbuatının özləri əvvəllər heç bir şey söyləməmiş, yalnız müəyyən müddət 
keçdikdən  sonra  düşünülmüş  şəkildə  siyasi  məqsədlər  naminə  guya 
soyqırımın baş verdiyini yaymağa baş 
239 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə