Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə76/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   72   73   74   75   76   77   78   79   ...   99

fəri  atasız-anasızdır.  Bir  çox  qaçqınlar  isə  qeydiyyata  düşməmişlər.  Bakı 
müsəlman  xeyriyyə  cəmiyyətinə  Batum  vilayətində  qaçqınları  qeydə 
almağa  icazə  verilməmişdir.  Buna  baxmayaraq,  Gürcü  xeyriyyə 
cəmiyyətinin məlumatına görə, Batum vilayətində 25 min nəfər müsəlman 
qaçqın  vardır.  Beləliklə,  müsəlman  qaçqmIann  sayı  74  999  nəfər  idi. 
Batumun  general-qubernatoru  general  Lyaxov  müsəlman  qaçqınlarına 
köməyə  icazə  verdikdən  sonra  müvafiq  dəstələr  yaradıldı’*.  M.  Ş. 
Əsədullayev  qaçqınlar  üçün  60000  rub  yardım  aynimasmı  Qafqaz 
canişinliyindən 1915-ci il 5 oktyabr tarixli məktubunla xahiş etdi”. 
Qafqaz canişinliyi dəftərxanasının ümumi işlər şöbəsinin 1915-cı il 28 
oktyabr  tarixli  27168  №li  məktubunda  M.  Ş.  Əsədullayevə  bildirildi  ki, 
Qafqaz canişini 20 oktyabr tarixli 26363 №li məktubu ilə həmin məbləği 
qofmeystr Plevenin sərəncamına vermişdir’"“. 
Azərbaycanlı  qaçqınlar  müxtəlif  quberniyalara  yerləşdirildi.  Yeli- 
zavetpol  quberniya  rəisinin  verdiyi  məlumata  görə,  burada  7382  türk 
qaçqını yerləşdirilmişdi'“'. Qazax qəza rəisinin 1915-ci il 10 noyabr tarixli 
mülumatında  deyilirdi  ki,  qəzada  Türkiyədən  gələn  2892  qaçqın 
yerləşdirilmişdir'“l 
1916-cı  ildə  də  Azərbaycana  yeni-yeni  müsəlman  qaçqın  dəstələri 
gəldi.  Bakıda  müsəlman  xeyriyyə  cəmiyyətinin  səlahiyyətli  nümayəndəsi 
1916-cı  ilin  iyununda  doktor Xosrov  Paşabəy  Sultanov  başda  olmaqla  bir 
qrup Karsdan qaçıb gələn azərbaycanlı yetimlərə qayğı göstərirdi'““. 
Qaçqınlar  içərisində  yetimlərin  və  qocaların  çox  olması  hakimiyyət 
üçün  problem  yaradırdı.  Onların  məsələlərinin  həll  edilməsindən  ötrü 
tədbirlər  görüldü.  Qafqaz  cəbhəsində  qaçqınların  yerləşdirilməsi  üzrə 
səlahiyyətli  nümayəndə,  general-mayor  Tamamşev  yetim  qaçqınların 
yerləşdirilməsi haqqında 11 maddədən ibarət əsasnaməni Qafqaz canişininə 
göndərdi və Nikolay Nikolayeviç 1916-cı il 7 iyul tarixdə bu sənədi təsdiq 
etdi'“"'. 
Ermənilər  1916-cı  il  noyabrın  20-21-də  Şahtaxtının  iki  kilometrli- 
yindənki  Çörəkçi  kəndinə  və  Naxçıvamn  müsəlman  kəndlərinə  hücum 
edərək  əhalinin  mal-qarasını  apardılar.  Türkiyənin  doqquzuncu  ordu 
komandanı  Şevki  5807  nömrəli  şifrəli  teleqramında  Türkiyə  Hərbi 
nazirliyinə  yazırdı  ki,  Ermənistan  daxilində  erməni  kəndləri  İrəvanda 
müsəlmanlar  tərəfindən  tərk  edilmiş  müsəlman  kəndlərindən  azdır. 
Ermənilərin bu məsələdə təqib etdikləri ləğv və ifna siyasəti xey 
225 


li  təzahür  edir.  Bir  tərəfdən  müsəlmanlara  zülm  edən  emıənilər,  digər 
tərəfdən, Avropa ietimai rəyini türklük əleyhinə yönəltmək üçün va- veyla 
qoparIrdılar"’^ 
ABŞ  tarixçiləri  Castin  Makkarti  və  Karolin  Makkarti  də  haqlı  olaraq 
1917-ei  ildə  Rusiyanın  Şərqi  Anadoluda  öz  işğallarını  davam  etdirmək 
istədiyini  yazırlar.  Lakin  rus  inqilabı  rus  ordusuna  dağıdıcı  təsir  etdi. 
Ermənilər  rusların  işğal  etdikləri  yerləri  əllərində  saxlamaq  istəsələr  də, 
Osmanlı ordusu tərəfindən darmadağın edildilər. Erməni qüvvələri Güney 
Qafqaza  çəkildilər.  Onlarla  birlikdə  erməni  əhalisi  də  gəldi.  Geri  çəkilən 
ermənilər qaçmağa macal tapa bilməyən bütün müsəlmanları öldürdülər'“. 
Fevral inqilabından və oktyabr çevrilişindən sonra da azərbaycanlılara 
qarşı  soyqırım  davam  etdirildi.  1918-ci  ilin  martınadək  İrəvan 
quberniyasında  müsəlmanlar  yaşayan  199  kənd  dağıdıldı.  Bu  kəndlərdə 
1909-ci  ildə  15.155  təsərrüfat,  53.  581  kişi,  47.045  qadın,  cəmi  100.626 
azərbaycanlı yaşayırdı. Sonrakı on ildə, yəni 1918-ci ilədək əhalinin 30% 
artması nəzərə alınarsa onda əhalinin sayı 135.000 nəfər edirdi'" 
Azərbaycan  xalqının  fəlakəti  təkcə  kütləvi  soyqırımla  və  qaçqınlıqla 
bitmədi.  Rusiya  hakimiyyət  orqanları  müharibənin  gedişində  erməniləri 
düşünülmüş şəkildə Quzey Azərbaycan torpaqlarında yerləşdirdilər. 
Ermənilərin Quzey Azərbaycan torpaqlarına 
yerləşdirilməsi 
Müharibənin  gedişində  rus  hökuməti  erməniləri  planlı  olaraq  Quzey 
Azərbaycan torpaqlarında yerləşdirməyə başladı. Müharibə başlayan kimi 
İran  və  Türkiyədən  köçən  emıənilərin  Quzey  Azərbaycan  torpaqlarında 
yerləşdirilməsi ilə Güney Qafqazda ermənilərin sayı xeyli artdı. Ermənilərin 
və  rusların  tərtib  etdikləri  sənədlər,  onların  dövri  mətbuatında  verilən 
məlumatlar və məqalələri, Azərbaycan arxivlərinin materialları ermənilərin 
Quzey  Azərbaycan  torpaqlarına  köçürülməsinin  qərəzsiz  mənzərəsini 
yaratmağa  imkan  verir.  Hələ  müharibə  başlanmamışdan  xeyli  əvvəl 
ermənilərin “Baku” qəzetinin 1914-cü il 7 mart tarixli 54-cü sayında “Bakı 
şəhərinin  50  minlik  erməni  əhalisinin  nəyə  görə  ana  dilində  qəzeti 
olmamalıdır” sualına Qr. S. imzalı müəllif cavab verirdi: “Sadəcə ona görə 
ki, erməni qəzetinə ehtiyac yoxdur və olmamışdır və erməni əhalisi onsuz 
da sərbəst do 
226 


lanır.  Son  7-8  ildə  (yəni  təxminən  1906-cı  ildən  sonra  -  M.  Q.)  Güney 
Qafqazın ennənilər yaşayan şəhərlərində 45-50 gündəlik qəzet çap olunurdu. 
Lakin  bu  qəzetlərin  kifayət  qədər  oxucuları  olmadıqları  üçün 
bağlandılar”""*. 
Erməni  müəllifi  A.  Çilingəryan  “Baku”  qəzetində  çap  edilmiş  “XIX 
əsrdə  ermənilərin  ictimai  inkişafı”  adlı  məqaləsində  erməni  müəllifi  D. 
Ananunun kitabını təhlil edərək yazırdı ki, XVlll əsrin sonunda və xıx əsrin 
əvvəllərində ermənilik  millət  deyildi,  o  özünü  belə  yaratmamışdı.  Müəllif 
etiraf edirdi ki, bu dövrdə Güney Qafqazda ermənilərin ümumi sayı 300 min 
nəfəri zorla ötürdü'"'’. Bunu Qafqazda işləmiş rus çinovniki N. N. Şavrov da 
etiraf edirdi. Onun yazdığına görə, XIX əsrin I yarısında Güney Qafqazda 
ermənilər  azsaylı idilər,  1 milyon  300  min  erməninin  1  milyon  nəfəri  rus 
hakimiyyət orqanları tərəfindən köçürülmüşdü"". 
Bəzi rus müəllifləri ermənilərin qaçqına çevrilmələrinin və müharibədə 
ölmələrinin günahını Rusiyanın siyasətində axtarırdılar. V. Qurko-Kryajin 
1926-cı ildə çap edilən məqaləsində yazır ki, Rusiyanın erməni məsələsinə 
qarışması  birinci  dünya  müharibəsi  illərində  ermənilərin  vəziyyətini  xeyli 
ağırlaşdırdı'".  Qaçqına  çevrilən  erməniləri  yerləşdirmək  həm  hakimiyyət 
orqanlarının, həm də erməni təşkilatlarının işinə çevrildi. 
Rus hakimiyyət orqanları Qafqazın inzibati quruluşunu elə yaratmağa 
çalışdırdılar  ki,  onun  təbii  sərvətlərinə  yiyələnmək  problemsiz  olsun, 
hakimiyyəti  zəiflədə  biləcək  milli  münaqişələr  tez-tez  baş  verməsin.  Ona 
görə  də  çarizm  orqanları  düşünülmüş  şəkildə  müsəlman  torpaqlarında 
erməniləri  yerləşdirirdilər.  Aparılan  bütün  islahatlar  və  tədbirlər  da  buna 
xidmət edirdi. Rusiya Dövlət Şurasının üzvü, knyaz A. M. Eristov “Birjevie 
Vedcmosti”yax  də  çap  olunmuş  Qafqazda  torpaq  islahatından  bəhs  edən 
məqaləsində yazırdı ki, canişinin dəftərxanası yeni layihələri sevir. Məsələn, 
cari  ilin  əvvəlindən  o,  Qalqazın  yeni  inzibati  quruluşu  haqqında  layihəni 
qubernatorlara  göndərmişdir.  Bu  layihəyə  görə,  guya  yeni  inzibati  bölgü 
milli  mənsubiyyətə  əsaslanır:  erməni,  gürcü  və  tatar.  Lakin  görməmək 
mümkün deyildir ki, burada söhbət yalnız başdan-başa bircə erməni ərazisi 
yaradılması  haqqında  gedir.  A.  M.  Eristov  yazırdı  ki,  canişinin  layihəsinə 
görə, Axalçik qəzası Tiflis quberniyasından ayrılıb Kars vilayətinə, Borçalı 
qəzasının  xeyli  hissəsi  və  Yelizavetpol  quberniyasının  ermənilər  yaşayan 
hissəsi İrəvan quberniyasına birləşdirilməlidir. Yelizavetpol qu- 
227 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə