niz naziri 1915-ci il 19 iyul tarixli çıxışında erməni druj inalarının
istismarçılara qarşı qəhrəmanlıqla döyüşdüyünü bildirdi*’.
1915-
ci ildən başlayaraq Qafqazda yaranmış çətinlikləri görən və
müsəlmanlara qarşı daha incə metodlardan istifadə edilməsinin zəruriliyini
başa düşən imperator hökuməti siyasətində bəzi dəyişikliklər etdi. Qafqazda
bir sıra kadr dəyişiklikləri edildi. Kadr dəyişikliyi erməniləri müdafiə
etməkdən imtina olunması demək deyildi. Rus hakimiyyətini başlıca olaraq
Rusiyanın maraqlan düşündürürdü. Ermənilərdən istifadə yalnız rus
maraqlanna xidmət etməli idi. İmperatorun
1915-
ci il 23 avqust tarixli fərmanı ilə Vorontsov-Daşkovun yerinə
Qafqaz canişini Nikolay Nikolayeviçin təyin edilməsi ilə ermənilər xeyli
sevindilər. “Mşak” qəzeti yazırdı ki, yeni canişin ermənilərin qəlbində yeni
ümid çırağı yandırmalıdır. Məhz təcrübəli ali baş komandanın səyləri ilə
düşmənimiz Türkiyə əyiləcək, erməni xalqının bu cəlladı cəzasını alacaq və
türk Ermənistanı azad ediləcəkdir. “Ori- zon” qəzeti də əzablı türk
Ermənistanının problemlərinin həll olunacağına ümid edirdi. “Arev” qəzeti
Qafqazda milli münasibətlərin gərgin olmasına işarə edərək yazırdı ki, türk
təhlükəsi hələ də uzaqlaş- mamışdır*'*. Vorontsov-Daşkov payızı
keçirtmək üçün Tambov quberniyasının Novosemnikova kəndinə Bakıdan
keçərək getdi**.
Nikolay Nikolayeviç isə Tiflisə gedərkən Biləcəri stansiyasında onu bir
sıra şəxslərlə yanaşı azərbaycanlılar, o cümlədən, H. Z. Tağı- yev də
salamladı. Canişin Tağıyevin əllərini möhkəm sıxaraq təşəkkür etdi. O,
Bakıdakı fransız, belçika və ingilis konsulları ilə görüşdü.
Yeni canişin sentyabrın 23-də Tiflisə gələrək** məscidlərə və erməni
kilsəsinə baş çəkdi, Qafqaz ordu komandanı general N. N. Yu- deniçlə
görüşdü. Sentyabrın sonunda yeni canişin cəbhəyə getdi*’.
1915-ci ilin payızında da erməni dəstələrinin hazırlanaraq döyüşə
göndərilməsi işi davam etdirildi. Oktyabrın 24-də Bakı quberniya jandarma
axtarış idarəsinin rəisi, polkovnik Leontyev 6122 №li məxfi
məktub-hesabatında yazırdı: “Erməni-Daşnaksutyun partiyasının Bakı
Mərkəzi komitəsi... hal-hazırda agenturanm göstərişə uyğun olaraq özünün
başlıca vəzifəsi kimi türklərlə mübarizə üçün Türkiyə ermənilərini
silahlandırmaqdan ötrü pul toplamağı, həmçinin, Qafqaz cəbhəsində
ordularımızla birgə hərəkət edən erməni dəstələrini könüllülərlə doldurmağı
qarşısına məqsəd qoymuşdur”**. Nəticədə, aparılan iş sayəsində 1915-ci
ilin sonunda sayı 5000 nəfər olan dörd erməni dəstəsi təşkil edildi. Onların
başında Daşnaksutyun partiyasının
üzvləri
216
tindir, çünki kadrların hamısı müharibəyə cəlb edilmişlər, onlar cənubda
ingilislərlə birləşmək üçün göndəriləcəklər. Partiya könüllü dəstələrə öz
silahlı qüvvələri kimi baxır*'.
1916-
cı il martın 23-də həmin agentdən alınan 9№li qeyd
əsasında tərtib edilən 29 mart tarixli 1612 №li tam məxfi məktubda
göstərilirdi ki, erməni drujinalarının təsərrüfat hissəsində müdir oğurluq
edir*^
1916-
cı il ərzində erməni mətbuatı erməni-rus ittifaqını təbliğ etmək işini
davam etdirdi. “Orizon” qəzeti 1916-cı il 263-cü nömrəsində yazırdı ki, rus
cəmiyyəti Güney Qafqazda erməni liberallarından başqa etibarlı element
olmadığına inanmalıdır*^ Bununla, ermənilər özlərini Güney Qafqazda
rusların ən etibarlı dayağı sayırdılar. Lakin 1917-ci ilin fevral inqilabdan
sonra Romanovlar sülaləsi çoxdükdən və oktyabr çevrilişi nəticəsində
imperiya dağıdıldıqdan sonra yaranmış qarışıq vəziyyətdə müharibə
dövründə yaradılmış erməni dəstələri dinc türk, müsəlman əhalisinə qarşı
kütləvi qırğınları davam etdirdilər. Ermənilər öz iddialarını artıq təkcə zəif
Rusiya deyil, güclü ABŞ və Avropa dövlətləri qarşısında qaldırmağa
başladılar. Hətta ABŞ prezident Vudro Vilson ərazisi Batumdan Bakıya, Qara
dənizdən Xəzər dənizinə qədər olan ərazidə “Böyük Ermənistan” yaratmağı
arzulayırdı*^. Rusiyanın təşkilatlandırıb döyüşə göndərdiyi erməni hərbi
i
dəstələri türk və digər müsəlman xalqlara qarşı kütləvi soyqırımı həyata
keçirtdilər.
Türklərə və digər müsəlman xalqlara qarşı törədilən
soyqırım. Azərbaycanlı qaçqınlar
Təəssüf olsun ki, birinci dünya
müharibəsi illərində, xüsusən, 1915-ci
ildə ermənilərlə bağlı baş verən hadisələr adətən “erməni soyqırımı” kimi
qələmə verilir, lakin türklərin və digər müsəlmanların kütləvi şəkildə
öldürülməsinin üstündən sükutla keçilir. Arxiv sənədləri göstərir ki,
erməni silahlı dəstələri müharibə dövründə düşünülmüş şəkildə kütləvi
olaraq türkləri və digər müsəlmanları məhv etmişlər. Türklərə və digər
müsəlman xalqlara qarşı törədilən kütləvi soyqırım ABŞ, rus, erməni, türk
və Azərbaycan mənbələrində də təsdiq edilir. ABŞ tarixçiləri Castin
Makkarti və Karolin Makkarti 100 min Rusiya və Anadolu erməni
döyüşçüsünün Anadoluda müsəlmanlara qarşı vuruşduğunu yazır**. Qeyd
edək ki, bu rəqəm rus mənbələrindəki rəqəmlərlə əsasən, eyniyyət təşkil
edir. Müəlliflər yazırlar ki, ermənilər türkləri yalnız türk olduqlarına görə
öldürürdülər**.
218