Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə74/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   70   71   72   73   74   75   76   77   ...   99

Osmanlı arxiv sənədlərindən də məlum olur ki, rus ordularının hərəkət 
etdiyi  yollarda  erməni  dəstələri  müsəlmanlara  qarşı  kütləvi  soyqırım 
törətdilər və islam adma olan hər şeyi məhv etdilər. Təkcə insanlar məhv 
edilmədi,  həmçinin  məscidlərdəki  xalılar  və  sərvətlər  toplanaraq  Rusiya 
paytaxtına göndərildi*’. Rusiya mətbuatının da materialları türklərə və digər 
müsəlman xalqlara qarşı törədilən soyqırımı təsdiq edir. 
“Kaspiy” qəzeti yazırdı ki, “Kavkazskoe slovo”ya Bəyaziddən verilən 
telefon xəbərində deyilir; “Rus orduları Bəyazidə hücum etdikdə türklər və 
kürdlər geri çəkildilər. Öz evlərində olan ermənilər yerli keşişin başçılığı ilə 
300  nəfərlə  birlikdə  Zəngəzur  kəndinin  bizim  (rus-M.  Q.)  ordularımız 
tərəfindən  alındığını  bilib  dəstələrimizin  yerləşdiyi  yerə  gəldilər.  Keşiş 
generala duz-çörək verərək onu şəhər adından salamladı...”*". 
Rus  hakimiyyət  orqanları  ermənilərə  xüsusi  etimad  göstərir, 
müsəlmanlara isə inanmırdılar. Buna baxmayaraq, açıq müraciətlərdə bütün 
millətlərə  eyni  münasibət  bəslənildiyi  göstərilirdi.  Məxfi  göstərişlərdən 
fərqli  olaraq,  Qafqaz  ordusu  komandanı  1914-cü  ilin  noyabrında  əmr 
verərək bəyan etdi ki, bizim silahımızın bütün gücü silahlı düşmənə qarşı 
çevrilmişdir.  Milliyyətindən  asılı  olmayaraq  bütün  dinc  əhali  bizim 
himayəmizdən  eyni  dərəcədə  istifadə  etməlidir  və  heç  bir  istisnalıq 
olmamalıdır. Müsəlman əhali xristian əhali kimi eyni hüquqlardan istifadə 
etməlidir.  Tutduğumuz  vilayətlərdə  talanlara,  qətllərə  və  quldurluğa, 
başqasının əmlak hüququnu pozmağa imkan vermək olmaz. Bu cinayətlərin 
törədilməsində  günahkar  olan  bütün  şəxslər  millətindən  asılı  olmayaraq 
hərbi  məhkəməyə  verilməlidirlər.  Hərbi  rəislər  bizim  tutduğumuz 
vilayətlərdə  mülki  işlərə  və  xalqlararası  münasibətlərə  qarışmamalıdırlar. 
Bundan ötrü vilayətlərdə xüsusi rəislər təyin ediləcəkdir*’. Belə bir mövqe 
əbəs  deyildi.  Türklərə  və  digər  müsəlman  xalqlara  qarşı  törədilən  kütləvi 
soyqırım ərazilərin rus ordu hissələri tərəfindən tutulmasına əlverişli şərait 
yaratmaq üçün Rusiyaya lazım idi. Lakin ərazilər işğal edildikdən sonra rus 
hakimiyyəti altında olan yerlərdə milli qırğınlar və torpaqların ermənilərə 
verilməsi  Rusiyaya  sərf  etmirdi.  Buna  görə  də  hərbi  hakimiyyət  işğal 
edilmiş ərazilərdə qayda-qanunun gözlənilməsində maraqlı idi. 
Müsəlmanların və türklərin kütləvi surətdə qırılmasını bölgədə işləyən 
və  döyüşən  rus  çinovnikləri  və  hərbi  rəisləri  də  etiraf  edirdilər.  Kars 
vilayətinin müvəqqəti general-qubernatoru, general-leytenant 
219 


Zubov vilayətin əhalisinə 1915-ci ilin yanvarında etdiyi müraciətdə deyirdi 
ki,  “Türkiyə  ilə  müharibə  başladıqdan  sonra  az  mədəniyyətli  xristian 
əhalisinin  bir  hissəsi  yerli  müsəlmanlara  qarşı  düşmənçilik  edirlər,  açıq 
hücumlar edərək dinc müsəlmanları öldürürlər. Bu, xeyli qəmli təzahürdür. 
Rusiya  türk  hökuməti  ilə  döjdişür,  yerli  dinc  əhali  ilə  döyüşmür.  Yaxın 
vaxtlarda  dinc  müsəlman  əhalisinin  öldürülməsi  idarəçilik  qaydalarına 
qarşı  cinayətdir”’”.  General-qubernator  xristian  əhaliyə  müraciət  edərək 
yerli  dinc  müsəlmanlara  qarşı  hər  hansı  düşmən  hərəkət  etməməyə 
çağırırdı. 
Kars  qubernatoru  Podqurski  1915-ci  ilin  yanvarında  Bakı  müsəlman 
xeyriyyə  cəmiyyətinin  sədrinə  göndərdiyi  teleqramında  yazırdı  ki,  “Kars 
vilayətinin müsəlman əhalisi müharibədən güclü zərər çəkmişdir. Ehtiyac 
böyükdür  və  təhlükə  vardır.  Heç  yerdən  kömək  yoxdur.  Cəmiyyətə 
müraciət  edərək  kömək  istəyirəm””.  O,  yardım  göstərilməsi  üçün 
hökumətdən xahiş edəcəyini də yazırdı. 
1915-ci ilin yanvarında türklərin və digər müsəlman xalqların kütləvi 
şəkildə  məhv  edilmələrini  erməni  ictimai  xadimləri  də  etiraf  edirdilər. 
Qafqaz erməni xeyriyyə cəmiyyəti və müharibədən zərər çəkənlərə yardım 
erməni mərkəzi komitəsinin sədri S. Arutunov 1915- ci il yanvarın 27-də 
Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinə yazırdı: “Mən 
Karsı gəzərkən əmin oldum ki, müharibədən əziyyət çəkən, evlərini itirən, 
din qardaşlarına pənah gətirən müsəlman qaçqınları da vardır”. S.Arutunov 
müsəlman  qaçqınları  üçün  yardım  toplamağı  məsləhət  görürdü”.  Qeyd 
etmək  lazımdır  ki,  türklərə  və  müsəlmanlara  qarşı  törədilən  kütləvi 
soyqırım uydurma “erməni soyqırımı”na hələ çox qalmış törədilhıişdi. 
Müsəlmanların  və  türklərin  məhv  edilməsi  bütün  müsəlmanları  da 
həyəcanlandırdı.  “Baku”  qəzetinin  1915-ci  il  14  yanvar  tarixli  sayında 
“Müsəlmanların həyəcanlı əhval-ruhiyyəsi” adlı məqaləsində deyilirdi ki, 
indi Bakının müsəlman əhalisi arasında həyəcan vardır”. 
Türkiyədə  (Ankara)  fəaliyyət  göstərən  xarici  siyasət  institutunun 
Avropa  mənbələrinə  istinad  edərək  hazırlayıb  buraxdığı  kitabda  deyilir: 
“Rusiya erməniləri də rus ordusuyla birlikdə Osmanlı dövlətinə saldırma 
hazırlıqlarına  başlamışlar,  Eçmiadzin  katolikosu  ilə  Qafqaz  genel  valisi 
Vorontsov-Daşkov  arasında  Rusiyanın  osmanlılara  ermənilər  üçün 
yapılacaq  islahatı  uyqulattırması  qarşılığında,  Rusiya  ermənilərinin 
qeydsiz-şərtsiz  Rusiyanı  dəstəkləmələri  yolunda  mutabakata  varılmış, 
katolikos daha sonra Tiflisdə çarın tərəfindən qəbul edilmiş 
220 


və çara Anadoludakı ermənilərin qurtuluşunun ancaq türk hakimiyyətindən 
ayrdaraq  muxtar  bir  Ermənistan  təşkil  etmələri  və  bu  Ermənistanın 
Rusiyanın himayəsi ilə ola biləcəyini bildirmişdir...” Rusiyanın osmanlılara 
savaş elan etməsi üzərinə Daşnak komitəsinin mətbuat orqanı Orizonda bu 
bəyannamə yaymlanmışdır: “Ermənilər ən kiçik bir tərəddüd göstərməyən 
İttilaf dövlətlərinin yanında yer almışlar, bütün güclərini Rusiyanın leyhinə 
vermişlər, aynca könüllü alayları təşkil etmişlər... Rus qüvvələrinin Osmanlı 
və Rusiya ermənilərindən qurulmuş könüllü alaylarının başçılığı ilə Şərqdən 
Osmanlı torpaqlarına girməsiylə birlikdə Osmanlı ordularmdakı ermənilər 
(burada  II  məş-  ruriyiyət  dönəmində  çıxarılan  bir  qanun  ilə  ermənilərin 
əskərə  alınmamalarının  qəbul  edildiyini  xatırlatmaq  lazımdır)  silahlarıyla 
fərarilik  edərək  rus  qüvvələrinə  qatılmışlar  və  ya  çətələr  qurmuşlar,  illər 
boyu erməni və missioner məktəb və kilsələrində saxlanan silahlar ortaya 
çıxarılmış,  əsgərlik  şöbələri  tutularkən  yeni  silahlar  əldə  edilmişdir. 
Silahlanan bu çətələr... erkəklər cəbhələrdə olduğu üçün müdafiəsiz qalan 
türk şəhər, qəsəbə və kəndlərinə hücum edərək qətliam törətmişlər, Osmanlı 
qüvvələrini  arxadan  vurmuşlar.  Osmanlı  birliklərinin  hərəkatını 
əngəlləşmişlər,  ikmal  yollarını  kəsmişlər,  yaralı  konvoylarını  pusquya 
salmışlar,  körpü  və  yolları  dağıtmışlar,  şəhərlərdə  qalxaraq  rus  işğalına 
kömək etmişlər”^“. 
Ankarada  fəaliyyət  göstərən  xarici  siyasət  institutunun  nəşr  etdirdiyi 
kitabda söylənən faktlar Ov. Kaçaznuninin etiraflan, çar hökumətinin məxfi 
sənədləri, ABŞ-ın Luisvil Universitetinin professoru Ças- tin Makkarti və 
həyat yoldaşı Karolin Makkartinin yazdıqlan ilə üst- üstə düşür. Makkartilər 
yazır  ki.  Şərqi  Anadoluda  müharibə  1914-cü  ilin  dekabrında  başladı. 
Erməni  üsyanlan  qalxdı.  Üsyan  üçün  yığılmış  silahlar  paylandı.  Osmanlı 
əsgərləri  və  Şərqi  Anadolunun  başqa  müsəlmanları  orduya  çağırıldıqlan 
üçün  şəhərlərdə  və  kəndlərdə  yalmz  qocalar,  uşaqlar  və  qadınlar  qaldı. 
Partizan müharibəsi başlandı. Erməni inqilabi təşkilatları və ruslar erməni 
partizanlanm  Güney  Qafqazda  və  Şərqi  Anadoluda  öyrədir  və  təşkil 
edirdilər.  Kommunikasiyalar  sıradan  çıxanidı.  Jandarma  sahələrinə 
hücumlar  başladı.  Müsəlman  kəndləri  hücumlara  məruz  qaldılar.  Kənd 
yerlərində  müsəlmanlar  ermənilərin,  ermənilər  isə  kürd  tayfalarının 
hücumlarına məruz qalırdılar. Bir milyon nəfərdən çox müsəlman ruslann 
və ermənilərin işğal etdikləri zonanı tərk etməyə məcbur oldular”. 
Erməni mətbuatı da müsəlmanların kütləvi şəkildə məhv edilməsi 
221 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə