Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə72/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   68   69   70   71   72   73   74   75   ...   99

müddətində  18.  804  rubl  81  qəpik  pul  topladılar’'*.  Bununla 
kifayətlənməyən  ermənilər  Güney  Qafqazda  yeni-yeni  eəmiyyətlər 
yaratdılar.  Apardın  təbliğat  nəticəsində  Türkiyə  ordusundakı  erməni 
əsgərləri  öz  silahları  ilə  birlikdə  kütləvi  şəkildə  Rusiya  tərəfə  geçməyə 
başladılar. 
Yaralı və xəstə ermənilərin müalicəsi üçün şərait yaradıldı. “Kas- piy” 
qəzeti 1914-cü ilin noyabrında Tiflisdən alınan məlumata əsasən yazırdı ki, 
erməni drujinasının rəhbəri Dro özünü yaxşı hiss edir və bu günlərdə tam 
sağalmaq üçün Tiflisə yola salınacaqdır^^ 
1914-cü il noyabrında Andronikin dəstələri Güney Azərbaycan tərəfdən 
türklərə  qarşı  əməliyyatlara  başladı.  Onları  Urmiyədəki  rus  ordusunun 
komandanı,  general  Ç.  salamlayaraq  uğurlar  arzuladı.  Andronikin 
dəstəsinin fəaliyyəti rus qərargahı tərəfindən yüksək qiymətləndirildi. O, ən 
yüksək mükafata və qızıl silaha, dəstəsinin 121 üzvü isə Georgi xaçına layiq 
görüldüləf  *.  Yeni-yeni  dəstələrin  hazırlanması  işi  daha  da  gücləndirildi, 
1914-cü ilin noyabrında Suxumidən 300 nəfər erməni Arşak, Artun, Bazar 
və  Sarkisin  rəhbərliyi  ilə  yerli  silahlı  könüllülərə  qoşulmaq  üçün  Güney 
Azərbaycana yola düşdülər. “Mşak” qəzeti könüllülərin daha 100 nəfərinin 
Güney Azərbaycana gedəcəyini yazırdı”. 
1914-cü  ilin  noyabrın  sonunda  erməni  katolikosu  V  Gevorq  Qafqaz 
diyarı  hüdudlarında  ermənilər  üçün  yardım  toplanmasına  icazə  verdi. 
Müxtəlif  şəhərlərdə  bayraqlar  satıldı.  Tiflisdə  “Erməni  qızları  komitəsi” 
yaradıldd*. Komitə yaralılara xidmət göstərməli, təbliğat aparmalı və əsgər 
ailələrinə yardım etməli idi. 
1914-cü  il  dekabrın  5-də  Aramın  rəhbərliyi  altında  erməni 
könüllülərinin bir hissəsi Xoya gəldi, oradan da Dilmana keçdfl’. 
Katolikos  V  Gevork  dekabnn  7-də  Tiflisdə  olan  çıxışında  dedi  ki, 
“İmperator II Nikolay onunla gömşəndə bildirmişdir ki. Böyük Pyot- run 
zamanından  başlayaraq  Rusiya  erməni  xalqının  müdafiəçisidir  və  indi 
Türkiyədə erməni xalqının azad edilməsi üçün çalışır. Erməni xalqı həmişə 
Rusiyaya  sadiq  qalmışdır  və  indiki  tarixi  şəraitdə  qüdrətli  rus  ordusunun 
düşmən üzərində qələbəsindən ötrü bütün qüvvəsini verməlidir”"“. 
Dekabr  ayında  ermənilər  hətta  Salonikdən  Odessaya,  oradan  da 
Qafqaza  gələrək  könüllü  kimi  rus  ordusunun  içərisində  türklərə  qarşı 
vuruşurdular. 
Dekabr ayında “Priaz. Kr” qəzetində erməni kilsə xadimləri Geor- qun 
və Q. X. Çalkumyanın erməni komitələrinə belə bir müraciəti 
213 


dərc olundu: “Bununla, bütün erməni komitələrinin diqqətinə çatdm- nq ki, 
bundan sonra erməni könüllülərinin təlimi, ekipajlaşdırılması və zəruri olan 
bütün  hər  şeylə  təchiz  edilməsi  yalnız  Tiflisdə  keçiriləcəkdir.  Burada 
hökumət bizim könüllülərin ehtiyaclarına geniş kömək edir. Buna görə də 
Tiflis  bürosunun  sərəncamına  uyğun  olaraq  bütün  erməni  komitələrindən 
yerli xərclərdən imtina etmələrini xahiş edirik. Çünki vəsaitə kəskin ehtiyac 
vardır  və  ianələri  təcili  olaraq  Tiflis  bürosunun  sədri  Samson  Stepanoviç 
Arutunovun adma göndərməyi xahiş edirik (Qriboyedov küçəsi, Tiflis)”*'. 
Rus-türk  müharibəsi  başlayan  kimi  Tehran  erməniləri  də  könüllülərə 
yardımda  xüsusi  fəallıq  göstərdilər.  Şəhərdə  döyüşçülər  üçün  isti  paltar 
hazırlayan qadın komitəsi yaradıldı. Tehran erməniləri yardımlarını təkcə 
erməni  könüllü  dəstələrilə  deyil,  eyni  zamanda  rus  ordusuna  da 
göndərirdilər^^ Bolqanstan, Rumıniya və digər ölkələrdən gələn ermənilər 
1000 nəfərlik dəstə ilə dekabrın 19-da rus-türk cəbhəsinə yola düşdülər^’. 
Erməni tarixçisi A. Lalayan da etiraf edir ki, 1914-cü ilin əvvəlindən 
1915-ci  ilin  sonunadək  Daşnaksutyun  partiyası  10000  könüllü  yaradaraq 
Türkiyəyə qarşı döyüşə göndərdi““. Bu partiya 1916-və 1917- ci illərdə də 
çar ordusunun sıralarını erməni könüllüləri ilə doldurdu“*. 
Rusiya Qafqazda aysor tayfasına da diqqət yetirərək onları Türkiyəyə 
qarşı  qaldırırdı.  Aysorlar  semmitlərə  aid  olub,  əsasən  pravoslavlığa  itaət 
edirdilər. 1886-cı il məlumatına görə Qafqazda 2272 nəfər aysor var idi“‘. 
Müharibədə erməni könüllü dəstələrinin rolu haqqında “Orizon” qəzeti 
yazırdı:  “Erməni  könüllü  dəstələrinin  təşkilində  məqsəd  hələ  müharibə 
başlanana qədər məlum idi: hərbi əməliyyatlar meydanında erməni əhalisini 
müdafiə etmək və rus ordusuna kömək etmək. İndi demək olar ki, könüllü 
dəstələri qarşıya qoyulan vəzifələri gözəl yerinə yetirmişlər. Daimi orduya 
könüllü dəstələrin yardımı və köməyi həm ictimaiyyət, həm də bu sahədə 
səlahiyyəti  olan  şəxslər  tərəfindən  qeyd  edilmişdir.  Onların  qəhrəmanlığı 
haqqında  hamı  danışır.  İkinci  məqsədə  -  əhalinin  qorunmasına  gəldikdə, 
dəstələrin  bu  sahədə  fəaliyyəti  tarixidir.  Orduda  dəstələrin  olmasının  və 
erməni kəndlərinə birgə daxil olmasının əhali üçün çox müsbət nəticələri 
var idi”“\ Lakin bütün hallarda rus hakimiyyət orqanları erməniləri deyil, 
Rusiyanın maraqlarını güdürdülər. 1915-ci il 4 yanvar tarixli çıxışında P. N. 
Milyukov açıq şəkildə bildirdi ki, əslində mənim üçün ermənilərin 
214 


istəkləri deyil, Rusiya üçün əhəmiyyətli olan mühümdür^“. 
Erməni  dəstələri  hazırlansa  da  çox  vaxt  silah  və  sursat  çatışmırdı. 
Vorontsov-Daşkov  Rusiya  Xarici  İşlər  Nazirliyinə  1915-ci  il  20/7  fevral 
tarixli 1185 №li teleqramında erməni başçılarına əsaslanaraq göstərirdi ki, 
15  min  erməni  türk  yollarına  hücum  etməyə  hazırdır.  Lakin  silahları  və 
patronları  yoxdur.  O,  ermənilərə  silahın  Aleksandretə  göndərilməsinin  və 
bilavasitə  Rusiya  tərəfindən  verilməsinin  mümkün  olmadığını  nəzərə 
alaraq,  fransız  və  ingilis  gəmilərində  fransız  və  ingilis  silahlanm 
göndərməyi  tövsiyə  etdi.  Vorontsov-Daşkovun  teleqramı  1915-ci  il  22/9 
fevral tarixdə Parisə və Londona 708 №lə göndərildi. Cavabında 1910-cu 
ildən  1917-ci  ilin  maymadək  Parisdə  Rusiya  səfiri  işləmiş  A.  P.  İzvolski 
(1856-1919) 1915-ci il 2 mart/17 fevralda bildirdi ki, fransız hökumətinin 
Zeytun ermənilərinə silah göndərmək imkanı yoxdur, çünki onun özü məhz 
buna ehtiyac duyur”. 
Qafqaza  1000  erməni  göndərmək  istəklərini  Hnçak  partiyasının 
nümayəndələri Qahirədəki rus konsulu Smimova çatdıraraq maddi yardım 
istədilər.  Ermənilərin  analoji  təklifini  isə  bundan  əvvəl  ingilislər  rədd 
etmişdilər®“. 
Ermənilər  Türkiyə  ilə  məsələnin  tez  həll  edilməsinə  və  Ermənistanın 
yaradılmasına  çalışırdılar.  A.  Çobanyan  1915-ci  ilin  martında  “Reç” 
qəzetində P. N. Milyukova yazdığı geniş məktubunda göstərirdi ki, erməni 
məsələsini  küll  halında  Rusiyanın  himayəsi  altında  altı  vilayətdən  və 
Kilikiyadan  ibarət  Ermənistan  müxtariyyəti  yaratmaqla  həll  etmək  olar. 
Rusiya  bütün  Ermənistam  işğal  etdikdən  sonra  Rusiya  himayəsi  altında 
Ermənistan müxtariyyəti üçün ingilis-rus-ffansız sazişi bağlamaq lazımdır. 
Bu,  həm  erməni  xalqı,  həm  də  Rusiya  üçün  əlverişlidir.  Erməni  məsələsi 
təkcə siyasi deyil, eyni zamanda heysiy- yat məsələsidir®'. 
Boris Lazarevskinin “Niva’jurnalının 1915-ci il 11 aprel tarixli 15- ci 
nömrəsində  dərc  olunmuş  “Uzanmışlar”  oçerkindəki  epizod  diqqəti  cəlb 
edir.  Erməni  Candəmirov  “türklərə  qarşı  tətbiq  edilən  heç  bir  şey  ağır 
deyildir, onlar mənim xalqıma əzablar vermişlər” dedikdə qapıda dayanan 
kazak bildirir ki, “türklər o qədər də pis deyillər, bax, kürdlər alçaqdırlar”®^ 
Bu, ermənilərin və rusların türklərə və kürdlərə ümumi nifrəti idi. Amma 
hələ  1915-ci  ilin  uydurma  erməni  soyqırımı  baş  verməmişdi.  Türkə  qarşı 
nifrəti  ən  dəhşətli  üsullarla  həyata  keçirən  erməni  dəstələri  döyüşlərdə 
vəhşilikləri  ilə  ad  çıxartdılar.  Bunu  Rusiya  rəsmiləri  də  etiraf  edirdilər. 
Dövlət Dumasında Rusiyanın də 
215 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə