çıvana baş çəkdilər*^ İyunun 10-da Dövlət Dumasında müsəlman
franksiyasmm sədri M. Y. Cəfərov Petroqrada getdi“. M. Əsədullayev isə
Bakıda cəmiyyət üzvlərini müsəlmanların real vəziyyəti ilə tanış etdi.
M. Y. Cəfərovun bu səfəri erməni mətbuatında da əks olundu. “Baku”
qəzetində verilən yazılar bu baxımdan diqqəti cəlb edir. Qəzet yazırdı ki,
azərbaycanlı deputat M. Y. Cəfərov Qafqazda hərbi əməliyyatlar rayonunda
oldu, məlumat topladı, müsəlmanların ağır vəziyyəti haqqında Dövlət
Dumasının sədri M. V. Rodzyankoya təkcə faktları deyil, müsəlmanların
düşdüyü fəlakəti əks etdirən rəsmi sənədi də təqdim etdi. Rodzyanko bu
məsələ barədə Ali baş komandana, Nazirlər Şurasının sədrinə və Hərbi
nazirə müraciət etməyi Cəfərova məsləhət gördü. Cəfərov sonra Nazirlər
Şurasının sədri Qore- mıkinə müraciət etdi. Lakin Qoremıkin bu işin mülki
hakimiyyətin səlahiyyətində olmadığını bildirərək hər hansı tədbir görə
bilməyəcəyini söylədi. O, M. Y. Cəfərovun məruzənin Ali baş komandana
göndərilməsi təklifini bəyəndi. Cəfərov Hərbi nazir V. A. Suxomlinovla da
görüşdü. Uzun çəkən söhbətdən sonra Suxomlinov Cəfərovun məruzəsi
barədə imperatora məlumat verəcəyini söylədi“. M. Y. Cəfərovun bu
inadkar müraciətləri az sonra öz səmərəsini verdi.
Dövlət Dumasında Müsəlman fraksiyasının bəyanatını oxuyan M. Y.
Cəfərov 1915-ci il 19 iyul tarixli iclasda bildirdi ki, Rusiya çoxtay- falı
dövlətdir və müsəlmanlar ölkədə sayma görə ikinci yeri tuturlar.
Müharibədə xalqların birliyi yalnız Batum və Kars vilayətlərində
müsəlmanlara qarşı baş verən təzahürlər aradan qaldırıldıqdan sonra
mümkün olacaqdır*^
Həmin iclasda çıxış edən erməni deputatı Papacanov isə böyük
müharibədə Rusiyanın qələbəsini istədiklərini və erməni dəstələrinin ön
cəbhədə düşmənlə döyüşdüklərini bildirdi“. M. Y. Cəfərov həmçinin daxili
işlər naziri ilə görüşərək müsəlian qaçqınların qeydə alınması və vəsait
ayniması məsələlərini həll etmək üçün razılıq aldığını bildirdi“.
M. Y. Cəfərov 19 iyul tarixli çıxışına görə seçicilərindən çoxlu
teleqramlar aldı. Bu xəbəri Turkiyədən“Tərcüman” qəzeti yazırdı“. O,
həmçinin Qafqaz canişini qarşısında müsəlmanlann problemlərini həll
etmək məsələsini qaldırdı“. M.Y. Cəfərovun zəmanəti ilə müsəlman
qaçqınları üçün Qafqaz cəbhəsində 90 min rubl avans ayrıldı. Müsəlman
xeyriyyə cəmiyyəti üçün 60 min rubl verildi”.
Bu dövrdə Qafqaz
223