Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə78/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   74   75   76   77   78   79   80   81   ...   99

Bundan  sonra  ermənilər  üstün  olaraq  Yelizavetpol  quberniyasında 
yerləşdirildilər. Lakin quberniyada çoxlu qaçqını yerləşdirmək üçün şərait 
yox  idi.  1915-ei  ilin  iyulunda  Qafqaz  eanişininin  sərəneamına  əsasən 
Cavanşir  və  Şuşa  qəzalarında  24  min  ennəni  qaçqını  yerləşdi-  rildi'^v 
1915-ci ilin avqust məlumatına görə, erməni qaçqınları 1915- ci ilin qışında 
60 min nəfər idisə, avqust ayında 260 min nəfəri ötüb keçdi'” 
Bütün  rəsmi  məneələrə  baxmayaraq,  ermənilərin  Bakıya  yerləşdi- 
rilməsinin qarşısını tamamilə almaq  mümkün olmadı. 1915-ci il avqustun 
2-də  Bakıya  1820  erməni  qaçqını  gəldi.  Onlardan  445-i  kişi,  528-i  qadın, 
250-i yetim uşaq idi. 100 erməni geri qayıtdı. 170 nəfər isə xəstəlikdən öldü. 
Bu müddətə qədər Bakıda cəmi 2000-dən çox ennəni yerləşdirildi'”. 
Müharibə  başladıqdan  sonra  rus  hökuməti  Azərbaycanda  köçürmə 
nəticəsində məskunlaşan rusların təhlükəsizliyi qayğısına qaldı. Qafqaz yer 
quruluşu və yer işləri səlahiyyətli nümayəndəsi Şaşkovski kö- çürülənlərin 
işini həll etmək barədə 1915-ci il 26 avqust tarixli 11991 №li hesabatında 
yazırdı  ki,  Muğandakı  11  köçünnə  sahəsində  əlavə  21  köçürmə  sahəsi 
yaratmağa Bakı qubernatoru V. Alişevski etiraz edərək İranla sərhəddin açıq 
olduğunu  əsaslandırmışdır'”.  Onları  müdafiə  etmək  üçün  sərhəddi 
bağlamağı və post qoymağı təklif edirdi. V. Alişevski 1915-ci il 5 sentyabr 
tarixli 1634 №li təcili və məxfi məktubunda Qafqaz canişininin mülki işlər 
üzrə köməkçisinə yazırdı ki, yaradılan kəndlər hərbi müdafiə rolunu oynaya 
bilməyəcəkdir, çünki kəndlər boşalacaqdır və hərbi hissələr üçün əlverişli 
binalar  olmayacaqdır.  Hərbi  nazirlik  onları  düşmən  əhvali-ruhiyyəli 
şahsevən-  lərin  hücumundan  qomya  bilərmi.  Köçkünlərə  silah  vermək 
mümkün olmayacaqdır. Çünki Tiflis cobhəxanasında indi artıq silah yoxdur. 
Ona görə də müharibə başa çatana kimi köçkünləri yerləşdirmək ar- zuedilən 
deyildir'”. 
Qaçqınların ehtiyacını ödəmək üçün əsasnaməni rus hökuməti 1915-ci il 
avqustun 30-da qəbul etdi. Bu sənəd qəbul edildikdən sonra noyabr ayında 
canişinliyin  dəftərxanası  yanında  Qafqaz  cəbhəsində  qaçqınların 
yerləşdirilməsi üzrə baş səlahiyyətli nümayəndə öz qərargahı ilə yaradıldı'”. 
Oktyabrın 4-də general-mayor V. M. Tamamşev qaçqınların işi üzrə Qafqaz 
canişininin baş səlahiyyətli nümayəndəsi təyin olundu'”. 
“Baku” qəzeti 1915-ci il 4 sentyabr tarixli nömrəsində “Ermənista 
231 


nın göz yaşlan” adlı məqaləsində yazırdı ki, Türkiyədəki bütün 1.200.000 
ermənidən  müharibənin  sonunadək  nə  qədəri  qalacaq?  Onlardan  200.000 
nəfəri  Qafqaza  köçmüşdür'”.  Qəzetin  8  sentyabr  tarixli  nömrəsində  isə 
Qafqaza köçən ermənilərinsayı 250 min nəfər göstərilir'““. 
Petroqradda çıxan “Novoe vremya” qəzeti 1915-ci il noyabrın 12- də 
yazırdı ki, general Lyaxovun sədrliyi ilə xüsusi müşavirə müharibəyə qədər 
Batum vilayətində 180 min nəfər əhalinin yaşadığını, müharibə başlandıqda 
sonra isə onların 50 min nəfərinin Kars vilayətinə, Tiflis quberniyasına və 
Türkiyəyə keçdiyini müəyyənləşdirmişdir'“'. 
Ş. İ. Basilaya yazır ki, türk Ermənistanından qovulan ermənilərin sayı 
200  min  nəfərə  çatdı.  Onlar  Kars  vilayətində,  Yelizavetpol  və  İrəvan 
qubemiyalannda  yerləşdirildilər.  Bəzi  məlumatlara  görə,  qaçqınların  sayı 
225  min  nəfərə  çatdı'“^  Qaçqınların  yarıdan  çoxu  İrəvan  quberniyasında 
yerləşdirildi. İrəvan quberniyasına 110 min, Yelizavetpol quberniyasın^ 20 
min,  Tiflis  quberniyasına  30  min,  Kars  vilayətinə  20  min  erməni 
yerləşdirildi. Qafqaz canişinliyinin 1915-ci il 1 noyabr tarixli məlumatına 
görə,  Yelizavetpol  quberniyasına  10.672  erməni  yerləşdirildi.  Onların 
2788-i kişi, 4031-i qadın, 3853-ü uşaq idi. 15 oktyabra olan məlumata görə, 
İrəvan quberniyasına 100 min erməni yerləşdirildi. Onlardan İrəvanda 17 
min,  Aleksandropolda  7  min,  qalanları  isə  kəndlərdə  yerləşdirildi.  Culfa 
rayonunda  28.950  erməni  yerləşdirildi  və  s.'“7  “Qafqaz”  qəzetinin 
redaktoru, polkovnik A. S. Slivitski sonralar polkovnik F. İ. Popovun yerinə 
Qafqazda qaçqınları yerləşdirmək üzrə nümayəndə təyin edildi'““. 
Ermənilərin  Qafqaza  köçürülməsinə  etiraz  edən  qəzetlərdən  biri 
gürcülərin  “Zakavkazskiy  Reç”  qəzeti  idi.  Gürcü  qəzeti  ermənilərin 
Qafqaza  ilk  gəlişini  1828-29-cu  illərlə  bağlayırdı.  Qəzet  ermənilərin 
köçürülməsində  məqsədin  Qafqazın  əlverişli  torpaqlarının  onlara 
paylanmasında görürdü. Ermənilərin “Baku” qəzeti yazırdı ki, ermənilərin 
Türkiyədəki fəaliyyətləri qonşuları olan gürcülərə və müsəlmanlara diqqət 
yetirməyə  vaxt  verməmişdir.  Ermənilərin  başına  açılan  oyunları  gürcü 
qəzeti bəyənərək, onu yubanmış və gecikmiş adlandı- rırdı'“^ 
Bu qəzetin sonrakı saylarmda “ermənilər öz yerlərinə qayıtmalıdırlar, 
onlara Qafqazda torpaq vermək gərginlik yaradacaq” sözlərinə qarşı çıxan 
erməni  şairi  Ovanes  Tumanyan  yazırdı  ki,  150  milyonluq  Rusiya  üçün 
erməni köçkünü təhlükəli deyildir'““. 
232 


Canişinliyin  Qaçqınlar  işi  üzrə  baş  səlahiyyətli  nümayəndəliyi 
qaçqınların yerləşdirilməsi vəziyyəti və milli tərkibi məsələlərini nəzarətinə 
götürdü. Bu işə qubematorluqlar da cəlb edildilər. Yelizavetpol qubernatoru 
1915-ci il 6 oktyabr tarixli 9028 №li məktubunda Qafqaz canişininin 24481 
№li  məktubuna  cavab  olaraq  yazırdı  ki,  1915-ci  ilin  sentyabrın  25-dək 
Dilicandan keçərək Qazax qəzasına 4073 qaçqın gəlmişdir. Onların 1721-i 
aysor,  2352-si  isə  ermənidir.  Bütün  qaçqınlardan  256  nəfəri  yolda, 
xəstəxanalarda  və  qəbul  məntəqələrində  ölmüşdür.  1453  erməni  Qazax 
qəzasında  yerləşdirilmişdir''*’.  Yelizavetpol  qubernatoru  1915-ci  il  1 
noyabr tarixli 10354 №li məktubunda Qafqaz canişininə yazırdı ki, hələlik 
quberniyada  11228  qaçqın  yerləşdirilmişdir.  Daha  10  min  nəfər  də 
yerləşdirmək  olar.  Lakin  əgər  quberniyaya  bu  normadan  artıq  qaçqın 
göndərilərsə, onda onları dağ kəndlərində yerləşdirməyə məcbur olacağam. 
Orada  onlar  aclıqdan  və  xəstəlikdən  əziyyət  çəkəcəklər.  Ona  görə  də 
Yelizavetpol 
quberniyasına 
10 
min 
nəfərdən 
artıq 
qaçqın 
göndərməməyinizi,  qalanlarını  isə  Bakı  quberniyasına  yerləşdirməyinizi 
xahiş  edirik.  Bakı  quberniyası  məhsul  və  iqtisadi  şərait  baxımından 
Yelizavetpol  quberniyasından  yaxşıdır'“"*.  Bundan  sonra ermənilər  üstün 
olaraq Bakıda yerləşdirildilər. Bakı erməni qaçqınlarına yardım komitəsinin 
sədri T. Ter-Mi- kaelyan Qafqaz cəbhəsi qaçqınlarının yerləşdirilməsi üzrə 
baş səlahiyyətli nümayəndə, general-mayor V. M. Tamamşevə 1915-ci il 18 
dekabr  tarixli  məktubunda  yazırdı  ki,  son  vaxtlar  Bakıya  gələn  erməni 
qaçqınları daimi rəqəmə-1800 yaşlıya və 500 uşağa çatmışdır. Onlar Bakıda 
“Erməni  qəsəbəsi”ndə  yerləşdirilirlər.  Uşaqlar  üçün  400  nəfərlik  məktəb 
açılmışdır,  300  qaçqın  2  yataqxanada,  digərləri  isə  100  mənzildə 
yerləşdirilmişlər.  Onlara  yemək,  xəstəxana  və  iş  xidməti  göstərilir.  500 
nəfər işə düzəldilmişdir. Məktubda qaçqın ermənilərin Bakıda saxlanılması 
və onlara dövlət yardımı ayrılması xahiş edilirdi”'^’. 
Qafqaz  canişinliyinə  1916-cı  il  8  yanvar  tarixdə  göndərilən  başqa  bir 
teleqramda Qafqaz erməni xeyriyyə cəmiyyəti şurasının və Erməni Mərkəzi 
Komitəsinin  sədri  S.  Arutunov  1915-ci  il  avqust  ayından  dekabrın  1-dək 
Bakıya  3200  erməni,  1250  polyak,  160  latış,  80  rus  və  b.  millətlərin 
nümayəndələrinin gəldiyini yazırdı'*“. 
S. Arutunov 1915-ci il 30 dekabr tarixli 1091 №li başqa bir məktubunda 
qaçqınların yerləşdirilməsi üzrə baş səlahiyyətli nümayəndə, general-mayor 
V. M. Tamamşevdən Erməni xeyriyyə cəmiyyətinə 
233 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə